ميح رلا نمح رلا الله مسب camaat namazinin fəZİLƏt və savabi



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə1/17
tarix30.10.2018
ölçüsü0,92 Mb.
#76402
  1   2   3   4   5   6   7   8   9   ...   17


 



ميح رلا نمح رلا الله مسب 

 

 

CAMAAT NAMAZININ FƏZİLƏT VƏ 



SAVABI 

 

 

 

 



 

 

 



 

 

ABBAS ƏZİZİ 

 

 

 



 

 

 



 

 

 




 

 



 

 

 



 

 

 



 

 

Kitabın adı:.......Camaat namazının fəzilət və savabı 



Müəllif........................................................ Abbas Əzizi 

Mütərcim...........................................Tərlan Seyfullayev 

Naşir............................................................“Əsre rəhayi” 

Redaktor:................................................Qaraş Elxanoğlu 

Tarix.................................................................2007, Bahar 

Tiraj............................................................................5000 

Çap növbəsi..........................................................Birinci 

ISBN…..................................................978-964-2760-08-4 

 

 

 



 


 



1-





 

HİSSƏ

 

 

 

 

 

 

 



CAMAAT NAMAZININ 

FƏZİLƏT

 



 SAVABI 

 

 

 



 

 

 

 




 



I-ci 



FƏSİL

 

CAMAAT NAMAZI İLAHİ KƏLAMDA 

1.  Allahın  camaat  namazına  diqqəti;  “Namaz 

qılın,  Zəkat  verin,  ruku  edənlərlə  birlikdə  ruku  edin 

(namazı camaatla qılın)”. 

 

MÜHÜM NÖQTƏLƏR

 

-1.  Namazın  əsl  hökmü  camaatladır,  dinin  əsası 

ictimaiyyətdir  və  camaatdan  uzaq  düşmək  din 

tərəfindən bəyənilməyib. 

2.  Allahın  dəvəti  namaz  qılmaq,  zəkat  verib 

camaat namazında iştirak etməkdir. 

3.  Namaz  qılın  deyəndən  sonra  ikinci  dəfə  ruku 

edənlərlə  ruku  etməyə  əmr  edir  ki,  bu  da  camaat 

namazının əhəmiyyətini bildirir. 

4.  Ruku  camaat  namazının  mühüm  hissələrindən 

biridir. Çünki camaat namazı ruku ilə izah olunub. 

5.  Rəsulallah  (c)  və  Əli  ibn  Əbu  Talib  (ə)  ruku 

edənlərin nümunələrindəndir. 

6. Namaz qılın! Yəni özünüz tək namaz qılmayın. 

Elə  edin  ki,  namaz  insanların  arasında  nur  saçsın. 

İnsanlar da eşq və həvəslə ona tərəf gəlsinlər. 

7.  Təfsirçilərdən  bəziləri  belə  deyiblər:  “Namaz 

qılın”  ifadəsi  buna  işarədir  ki,  sizin  namazınız  təkcə 

zikr  və  dua  olmasın, 

onu 


kamil 

şəkildə 



 

oxuyun. Onun ən gözəl rüknü qəlbin diqqətli və Allah 



qarşısında hazır olmasındadır. Namazın təsiri insanın 

ruhunda və canındadır. 

Ayədə bir neçə nöqtəyə işarə olunub: 

1. Əvvəl insanın Allaha qovuşması (namaz qılın); 

2. Sonra insanlara qovuşmaq (zəkat verin); 

3.  Nəticədə  insanların  Allah  yolunda  bir-birlərinə 

qovuşması;  

4. Allahın əmri cəm olmaq və bəndələrin birlikdə 

ibadət etməsinədir. 

5.  Camaat  namazının  insanın  inkişaf  və  ali 

məqamlara çatmasında məxsus təsiri var. 

2. Ruku edənlərin xüsusiyyətləri: 

“Ey  Məryəm!  (bu  nemətin  şükrü  üçün)  öz 

Allahına  itaət  və  səcdə  et  və  ruku  edənlərlə  birlikdə 

ruku et.” 

“Ali İmran” surəsi, ayə 43. 




 

 



MÜHÜM NÖQTƏLƏR

 

1.  Seçilmiş  insanların  təvazö  və  ibadətləri  gərək 

çox  olsun.  Allahın  övliyaları  üçün  məxsus  ibadət 

sifariş olunub.  Necə  ki  İslam   peyğəmbəri  üçün  gecə 

namazı vacib idi. 

2. Namaz, ruku və səcdə ən yaxşı təşəkkürdür. 

3.  Həzrət  Məryəmin  Allahın  qarşısında  itaət, 

səcdə və ruku etməsinə qərar verilib. 

4.  Mələklərin  Həzrət  Məryəmlə  söhbətləri  və 

fərmanları,onun pak itaət etməyi barəsindədir. 

5.  Qadınların  camaat  namazında  iştirak  etmələri 

sifariş olunub. 

6.Allahın rububiyyəti.  

7. Namaz o, zamanlarda da ruku və səcdəyləmiş. 

8. Həzrət Məryəmin namaz qılanlarla birgə namaz 

qılmasına(camaat namazı) qərar verilib. 

9.  Qadınların  ictimai  ibadətlərdə  hazır  olmaları 

sifariş olunub. 

10.  Birlikdə  ibadət  etmək  və  camaat  namazı 

keçmiş zamanlarda da olub. 

11.  Birlikdə  ibadət  etməyin  əhəmiyyəti  və  təsiri 

insanın inkişaf və ali dərəcəyə çatması üçündür. Belə 

nəzərə  çarpır  ki,  Allahın  əmri  həzrət  Məryəmə  onun 

ali dərəcəyə çatması üçündür. 

12.  Allahın  seçdiklərinin  cəmiyyətdə  olmaları 



 

lazımdır. 



13.  Allahın  əmri  bəndələrin  vəhdət  və  birliyinə 

ibadətin şüası altındadır. 

14.  Qadınların  camaat  namazında  kişilərlə 

birlikdə namaz qılmasının icazəli olduğuna işarə edən 

ayələr  var  (əlbətdə  məxsus  şəraiti  var).  Yuxarıdakı 

qeyd 


olunmuş  ayədə  həzrət  Məryəmə  əmr 

olunmamamışdı  ruku  et  yalnız  ruku  edən  qadınlarla. 

Belə buyurulmuşdur ki, ruku et ruku edənlərlə. (İstər 

qadın olsun, istər  kişi). 

15.  Camaat  namazında,  ruku  mühüm  rol  oynayır 

çünki  camaat  namazı  ruku  ilə  təbir  olunub,  onun  xas 

əhəmiyyəti məlum edilir. 

16. Allah üç neməti həzrət Məryəm üçün qiymətli 

saydı-seçdi,  pak  və başqalarından üstün qərar verdi. 

Bu üç nemətin qarşısında üç məsuliyyət istədi: Qunut, 

Səcdə və Ruku. Belə görünür ki, üç nemətin hər biri 

bir məsuliyyət qarşısındadır. 




Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə