ميحرلا نمحرلا الله مسب BİSMİllahir-rәhmanir-rәHİM Ön söZ



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə1/22
tarix14.07.2018
ölçüsü0,96 Mb.
#55628
  1   2   3   4   5   6   7   8   9   ...   22


 

ميحرلا نمحرلا الله مسب
 
BİSMİLLAHİR-RӘHMANİR-RӘHİM
 
ÖN SÖZ 
Allah-taala  bəşəriyyəti  haqqa  doğru  hidayət 
etmək  üçün  yüz  iyirmi  dörd  min  (124000) 
Peyğəmbər göndərdi ki,  Özü  ilə  bəndələri  arasında 
vasitə  olub,  insanlara  dünya  və  axirət  səadətinin 
yolunu  göstərsinlər.  Onların  birincisi  Həzrət  Adəm 
(əleyhis-salam),  sonuncusu  isə,  Həzrət  Məhəmməd 
(səlləllahu əleyhi və alihi və səlləm)-dir. 
İslam dini həm maddi həm də mə᾿nəvi ehtiyacları 
tə᾿min  etməyə  qadir  olması  ilə  sair  dinlərdən 
üstündür.  Bu  müqəddəs  din  bəşəriyyəti  təkamülə 
doğru  aparmaqla  yanaşı  hər  iki  dünyada  səadətə 
çatdırmaq  üçün  Tanrı  tərəfindən  İslam  Peyğəmbəri 
vasitəsilə göndərilmişdir. 
İslamın  ulu  Peyğəmbəri  həzrət  Məhəmməd 
(səlləllahu əleyhi və alihi və səlləm) Qur`ani-Kərimi 
özünün  və  gətirdiyi  İslam  dininin  haqq  olduğunu 
sübut edən bir sənəd olaraq təqdim etdi. 
Qur`ani-Kərimdə  İslam  dini  haqqında  belə 
oxuyuruq: 
« 
 َدنِع َنيِّدلا َّنِإ
 
  ِْلإا ِهّللا
 ُمَلا س
»
 


 

«Allah  yanında  (haqq  olan)  din,  əlbəttə, 
İslamdır.»
1
 
Başqa bir ayədə belə buyurulur: 
«
 َت بَ ي نَمَو
 ِْ لإا َر  يَغ ِغ
 ِمَلا س
 
  ا  ِفِ َوُهَو ُه نِم َلَب قُ ي نَلَ ف اًنيِد
 َل
 َنيِرِساَ لْا َنِم ِةَرِخ
»
 
«Kim  İslamdan  başqa  bir  din  ardınca  gedərsə,  (o 
din)  heç  vaxt  ondan  qəbul  olunmaz  və  o  şəxs 
axirətdə ziyankarlardan olar!»
2
 
Müsəlman  olan  şəxs  Allahdan  qorxub,  başqa 
maddi mənfəətlərə xatir dinini dəyişməməli, əksinə 
həqiqi  müsəlman  təkin  yaşayıb,  müsəlman  kimi  də 
dünyadan getməlidir. 
Qur`ani-Kərimdə bu haqda belə buyurulur: 
« َي
 آ
 َنيِذَّلا اَهُّ يَأ
 َء
لا  اوُقَّ تا  اوُنَمآ
 َهَّل 
 َّلِإ َّنُتوَُتَ َلَو ِهِتاَقُ ت َّقَح
 ُتمَأَو 
 
 َنوُمِل سُّم
»
 
«Ey  iman  gətirənlər!  Allahdan  lazımınca  qorxun. 
Yalnız müsəlman olduğunuz halda (müsəlman kimi) 
dünyadan gedin!»
3
 
İslam  Peyğəmbəri  (səlləllahu  əleyhi  və  alihi  və 
səlləm)-in  ən  böyük  mö`cüzəsi  olan  və  o  həzrətin 
haqq  olmağını  göstərən  Qur`ani-Kərimi  tanıyıb 
öyrənmək  və  eləcə  də  onun  insanı  mə᾿nəvi 
təkamülə  yetirən  mütərəqqi  göstərişlərinə  əməl 
etmək hər bir müsəlmana vacibdir. 
Qur`ani-Kərimdə  olan  İslamın  əsaslarını  və 
əhkamını  təfsirsiz  əldə  etmək  mümkün  olmadığı 
                                                 
1
 “Ali-İmran” surəsi, ayə 19 
2
 “Ali-İmran” surəsi, ayə 85 
3
 “Ali-İmran” surəsi, ayə 102 


 

üçün  Allah-taala  Qur`anın  bütün  elmlərini  İslam 
Peyğəmbərinə və mə`sum İmamlara öyrədib, onları 
Qur`anın  həqiqi  təfsirçiləri  qərar  vermişdir.  Şiə 
alimlərindən  əlavə,  bir  çox  sünnü  alimləri  də 
Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-dən 
belə bir hədisi nəql edirlər. 
«
)َ َّلَسَو ِهِلآَو ِه يَلَع ُللها ىّلَص( ِِّبَِّنلا ِنَع ىِر دُ لْا ِديِعَس  ِبَِأ  نَع
 
  ىِتَر  تِعَو َّلَجَو  َّزَع ِللها  َباَتِك ِينَلَقَّ ثلا   ُكيِف  ٌكِرات  ِّنِِّإَو  َبيِجُاَف  َىع دُا  نَا  ُكَش وُا  ِّنِِّإ:َلاق
 ِءامَّسلا  نِم ٌدوُد َمَ ٌل بَح ِللها  ُباَتِك
 
  ِنَِّرَ ب خَا َيرِبَ لْا  َفيِطَّللا َّنِإَو  ِتِ يَ ب ُل هَا ىِتَر  تِعَو  ِض رَ لا  َلَِا
امِهيِف  ِنِّوُفِّلَُتُ َِبِ  ِنِّوُرُظ ماَو َض وَ لْا َّىَلَع ادِرَي  ّتَِح اقَِتَ فَ ي  نَل امُهَّ مَا
»
 
«Yaxın  zamanlarda  mən  Allah-taala  tərəfinə 
çağrılacaq  və  onun  də`vətini  icabət  (qəbul) 
edəcəyəm.  Mən  özümdən  sonra  sizin  aranızda  iki 
ağır  (qiymətli)  əmanət  qoyub  gedirəm.  Onlardan 
biri  Allah-  taalanın  müqəddəs  kitabı  olan  Qur`an, 
digəri  isə  mənim  itrətimdir.  Qur`an  göydən  yerə 
çəkilmiş  bir  ipdir.  İtrətim  isə  mənim  Әhli-
beytimdir.  Həqiqətən  mərhəmətli  və  xəbərdar  olan 
Allah-taala mənə xəbər vermişdir ki, o ikisi (Qur`an 
və 
Әhli-beyt) 
birlikdə 
Kovsər-hovuzunun
4
 
kənarında  mənə  qovuşana  qədər  heç  vaxt  biri-
birindən ayrılmayacaqlar. Məndən sonra görüm sizə 
tapşırdığım  (Qur`an  və  Әhli-beyt)  barəsində  olan 
vəsiyyətimə necə əməl edəcəksiniz.»
5
 
                                                 
4
 Cənnətdə olan bir hovuzun adıdır 
5
 “Müsnədi Әhməd ibni Hənbəl” kitabı, 3-cü cild, səh: 17 və 
digər kitablar. 


 

Azərbaycanın  müsəlman  və  şiə  xalqı  bunu 
unutmamalıdır  ki,  onun  İslama  bağlılığı  heç  də  bu 
son  illər  ərzində  yaranmamışdır.  Әksinə  onun 
keçmişi  həmişə  İslam  və  Әhli-beyt  (əleyhimus-
salam)-a  olan  məhəbbətlə  birgə  olmuşdur.  Bizim 
tarix  boyu  yüzlərlə  dini  alimimiz,  öz  növbəsində 
Әhli-beyt  (əleyhimus-salam)-ın  fəzilətlərini  və 
onların İslam yolunda çəkdikləri əziyyətlərini xalqa 
çatdırmışlar.  Biz  Azərbaycan  xalqı  həmişə  Әli 
(əleyhis-salam)  və  onun  pak  övladlarının  şad 
günlərini  şad,  qəm  günlərini  isə  qəm  günləri 
bilmişik.  Biz  bunu  bilməliyik  ki,  haqq  olan  yol 
yalnız  və  yalnız  Әhli-beyt  (əleyhimus-salam)-ın 
yoludur  və  bizim  əməllərimizin  düzgün  və  qəbul 
olunması onları qəbul etməyə bağlıdır. 
Әsrlər 
boyu 
İslam 
düşmənləri 
tərəfindən 
göstərilən  təzyiq  və  tə`sirlər  İslam  Peyğəmbəri 
(səlləllahu  əleyhi  və  alihi  və  səlləm)-in  və  onun 
müqəddəs 
Әhli-beyt 
(əleyhimus-salam)-ının 
məhəbbətini,  qəlblərdən  silə  bilməmişdir.  Eləcə  də 
yaşadığımız  əsrdə  müxtəlif  şeytani  qüvvələrin 
zəhərli  təbliğatları  ürəklərdə  olan  Әhli-beyt 
(əleyhimus-salam)-ın bu müqəddəs nurunu söndürə 
bilməyəcəkdir.  Biz  də  gərək  Әhli-beyt  (əleyhimus-
salam)-ın  ürəklərdə  olan  müqəddəs  məhəbbətini 
övladlarımıza və gələcək nəsilmizə çatdıraq. Sünnü 
alimlərindən  çoxu,  birinci  İmamımız  Həzrət  Әli 
(əleyhis-salam) 
haqqında 
Peyğəmbəri-Әkrəm 



Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə