ميحرلا نمحرلا الله مسب BİSMİllahir-rәhmanir-rәHİM Ön söZ



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə14/22
tarix14.07.2018
ölçüsü0,96 Mb.
#55628
1   ...   10   11   12   13   14   15   16   17   ...   22

 
56 
Cavab: Qur`anda ilk surə “əl-Fatihə” surəsidir. (1-
ci surə) 
19) Sual: Qur`anın sonuncu surəsi hansıdır? 
Cavab:  Qur`anın  sonuncu  surəsi  “ən-Nas” 
surəsidir. (114-ci surə) 
20) Sual: Qur`anda ən böyük kəlmə hansıdır? 
Cavab:  Qur`anda  ən  böyük  kəlmə 
 ُهوُمُكان يَق سَأَف 
«fəəsqəynakumuhu»  kəlməsidir  ki  bu  kəlmə  on  bir 
hərfdən  ibarətdir  və  “əl-Hicr”  surəsinin  22-ci 
ayəsində yerləşir. (15-ci surə). 
21)  Sual:  Qur`anın  ortasında  yerləşən  kəlmə 
hansıdır? 
Cavab:  Qur`anın  ortasında  yerləşən  kəlmə  “əl-
Kəhf” 
surəsinin 
19-cu 
ayəsindəki, 
  فَّطَلَ تَي لَو 
“vəlyətələttəf” kəlməsidir. (18-ci surə). 
22)  Sual:  Qur`anda  neçə  surə  “Qul”  (yə`ni:de) 
kəlməsi ilə başlayır? 
Cavab: Qur`anda 5 surə “Qul” kəlməsi ilə başlayır 
və onlar aşağıdakılardan ibarətdir: 
1. “əl-Cinn” surəsi. (72-ci surə) 
2. “əl-Kafirun” surəsi (109-cu surə) 
3. “əl-İxlas” surəsi (112-ci surə) 
4. “əl-Fələq” surəsi (113-ci surə) 
5. “ən-Nas” surəsi (114-ci surə) 
23)  Sual:  O  iki  ayə  hansıdır  ki,  onlarda  ərəb 
əlifbasının 28 hərfi cəm olunmuşdur? 
Cavab: 1) “Ali-İmran” surəsini 154-cü ayəsi. (3-cü 
surə). 


 
57 
2) “əl-Fəth” surəsinin sonuncu ayəsi. (48-ci surə). 
24) Sual: Bütün ayələrində 
للها “Allah” kəlməsi olan 
surə hansıdır? 
Cavab: “əl-Mucadələ” surəsi, (58-ci surə) 
25)  Sual:  Qur`anın  anası  adı  ilə  tanınmış  surə 
hansıdır? 
Cavab: “əl-Fatihə” surəsi (1-ci surə) 
26)  Sual:  Hansı  surə  Qur`anın  ürəyi  adı  ilə 
tanınmışdır? 
Cavab: “Yasin” surəsi (36-cı surə) 
27)  Sual:  Qur`anın  gəlini  adı  ilə  tanınan  surə 
hansıdır? 
Cavab: “ər-Rəhman” surəsi (55-ci surə) 
28)  Sual:  İmam  Hüseyn  (əleyhis-salam)  adı  ilə 
tanınmış surənin adı nədir? 
Cavab: “əl-Fəcr” surəsi (89-cu surə) 
29)  Sual:  O  hansı  surədir  ki,  onun  ayələrnin  sayı 
on dörd mə`sumun sayı qədərdir? 
Cavab: “əs-Səff” surəsi. (61-ci surə) 
30)  Sual:  O  hansı  surədir  ki,  onun  kəlmələrinin 
sayı on dörd mə`sumun sayı qədərdir? 
Cavab: “əl-Әsr” surəsi (103-ci surə) 
31) Sual: O hansı surədir ki, onun ayələrinin sayı, 
müsəlmanlara  vacib  olan,  gündəlik  namazların 
rək`ətinin sayı qədərdir? 
Cavab: “ət-Tariq” surəsi, (86-cı surə) 
32)  Sual:  Qur`anın  mə`nasını  özündə  cəm  edən 
surənin adı nədir? 


 
58 
Cavab: “əl-Fatihə” surəsi (1-ci surə) 
33) Sual: On ada məxsus olan surə hansıdır? 
Cavab:  “əl-Fatihə”  surəsi,  (1-ci  surə)  bu  surənin 
adları aşağıdakı tərtiblərdir: 
1. Fatihətul-kitab. 
2. Ümmül-kitab. 
3. Ümmül-Qur`an. 
4. Səb`ül-məsani. 
5. əl-vafiyə. 
6. əl-kafiyə. 
7. əş-şafiyə. 
8. əl-əsas. 
9. əs-səlat. 
10. əl-həmd. 
Bu adların hər biri öz növbəsində müəyyən hədis 
və rəvayətlərdən əldə olunmuşdur.
60
 
34)  Sual:  Qur`ani-Kərimdə  olan  surələrin  neçəsi 
Məkkədə və neçəsi Mədinədə nazil olmuşdur? 
Cavab:  86  surə  Məkkədə  28  surə  isə  Mədinədə 
nazil olmuşdur. 
35) Sual: Vacib səcdəsi olan surələr hansılardır? 
Cavab: Vacib səcdəsi olan surələr bunlardır: 
1) “əs-Səcdə” (32-ci surə), ayə-15. 
2) “Fussilət” (41-ci surə), ayə-37. 
3) “ən-Nəcm” (53-ci surə), ayə-62. 
4) “əl-Әləq” (96-cı surə),ayə-19. 
                                                 
60
 Təfsiri Әbul-Fütuh Razi, 1-ci cild 


 
59 
36)  Sual:  Allah  kəlməsi  Qur`anda  neçə  dəfə 
gəlmişdir? 
Cavab: 
Allah 
kəlməsi 
Qur`anda 
2707dəfə 
gəlmişdir. 
37) Sual: Peyğəmbər (səlləllahu əleyhi və alihi və 
səlləm)-ə 2 dəfə nazil olan surə hansıdır? 
Cavab: “əl-Fatihə surəsi”. Belə ki, bu surə bir dəfə 
Məkkədə, bir də isə Mədinədə nazil olmuşdur. (1-ci 
surə). 
38)  Sual:  O  hansı  surələrdir  ki,  onların  ayələrnin 
sayı,  pənctəni  Ali-əbanın  (  yə`ni  Peyğəmbər,  İmam 
Әli,  həzrət  Fatimə,  İmam  Həsən  və  İmam  Hüseyn 
əleyhimus-salamın) sayı qədərdir? 
Cavab: 
1. “əl-Qədr” surəsi (97-ci surə). 
2. “əl-Fil” surəsi (105-ci surə). 
3. “Әbu Ləhəb” surəsi (111-ci surə). 
4. “əl-Fələq” surəsi (113-ci surə). 
39)  Sual:  Qiyamət  mə᾿nasını  verən  surələr 
hansılardır? 
Cavab: 
1. “ər-Rə`d” surə (13-cü surə). 
2. “əl-Casiyə” surəsi (45-ci surə). 
3. “əl-Vaqiə” surəsi (56-cı surə). 
4. “əl-Həşr” surəsi (59-cu surə). 
5. “ət-Təğabun” surəsi (64-cü surə). 
6. “əl-Qiyamə” surəsi (75-ci surə). 
7. “ən-Nəbə`” surəsi (78-ci surə). 


 
60 
8. “əz-Zəlzələ” surəsi (99-cu surə). 
9. “əl-Qariə” surəsi (101-ci surə). 
40)  Sual:  Qur`anda  neçə  “Bismillahir-Rəhmanir-
Rəhim” cümləsi vardır? 
Cavab:  Qur`anda  114  “Bismillahir-Rəhmanir-
Rəhim” cümləsi vardır. 
41) Sual: Hansı surənin adı Üsuli-dinin birinin adı 
ilə bağlıdır? 
Cavab: “Tohid” (əl-İxlas) surəsi. (112-ci surə). 
42) Sual: Hansı surənin adı Fürui-dinin birinin adı 
ilə bağlıdır? 
Cavab: “əl-Həcc” surəsi (22-ci surə). 
43) Sual: O hansı surələrdir ki, onların ayələrinin 
sayı Mə`sum İmamların sayı qədərdir? 
Cavab: 
1) “ət-Təlaq” surəsi (65-ci surə). 
2) “ət-Təhrim” surəsi (66-cı surə). 
44)  Sual:  Həftənin  günlərinin  adı  ilə  bağlı  olan 
surə hansıdır? 
Cavab: “əl-Cumuə” surəsi (62-ci surə). 
45) Sual: Fe hərfi olmayan surə hansıdır? 
Cavab: “əl-Fatihə” surəsi (1-ci surə). 
46)  Sual:  Alimin  silahı  adı  ilə  bağlı  olan  surə 
hansıdır? 
Cavab: “Qələm” (Nun) surəsi (68-ci surə). 
47)  Sual:  Bismillahir-Rəhmanir-Rəhim-siz  surə 
hansıdır? 
Cavab: “ət-Tovbə” surəsi (9-cu surə). 


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə