ميحرلا نمحرلا الله مسب BİSMİllahir-rәhmanir-rәHİM Ön söZ



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə4/22
tarix14.07.2018
ölçüsü0,96 Mb.
#55628
1   2   3   4   5   6   7   8   9   ...   22

 
16 
bununla  Üsuli-dinin  nübüvvət  hissəsini  sona 
çatdırırıq. 
Dördüncü: “İmamət” 
İslam  Peyğəmbərinin  haqq  canişinləri  olan  12 
İmama inanmaq və onları təsdiq etmək. 
Bunu  təkcə  şiə  alimləri  deyil,  eləcə  də  bir  çox 
sünnü  alimləri  də  Peyğəmbər  (səlləllahu  əleyhi  və 
alihi  və  səlləm)-dən  rəvayət  (nəql)  etmişlər.  O 
rəvayətlərdən birini qeyd edirik: 
«
:)َ َّلَسَو ِهِلآَو ِه يَلَع ُللها ىّلَص( ِللها ُلوُسَر َلاق
 
 ىَلَع ِللها َجَجُحَو ىِئايِص وَاَو ىِئافَلُخ َّنِا
   ُهُرِخآَو ٌّىِلَع   ُُلَُّوَأ  َرَشَع ان ثِ لَا ىِد عَ ب  ِِْق لَ لْا
 ُّىِد هَم لا َىِدَلَو
»
 
«Həqiqətən  məndən  sonra  ümmətim  üçün  olan 
canişimlərim,  vəsilərim  və  Allahın  bəndələrə  olan 
höccətləri  on  iki  nəfərdən  ibarətdir.  Onların  əvvəli 
Әli, axırıncısı isə mənim övladım Məhdidir
.
»
18
 
On  iki  İmamın  mübarək  adları  aşağıdakı 
tərtiblədir: 
Birinci: İmam Әli (əleyhis-salam); 
Rəcəb  ayının  13-də  ən  müqəddəs  məkan  olan 
Kə᾿bə  evinin  içində  dünyaya  gəlmiş  və  Ramazan 
ayının  21-də  Kufə  məscidində  şəhid  edilmişdir.  O 
həzrətin  müqəddəs  məzarı  İraqın  Nəcəf  şəhərində 
yerləşir. 
İkinci: İmam Həsən (əleyhis-salam); 
                                                 
18
 “Yənabiul-məvəddət”, 3-cü cild, 78-ci bab, 2-ci hədis səh: 
295 


 
17 
Ramazan  ayının  15-də  anadan  olmuş  və  Səfər 
ayının 28-də şəhid edilmişdir. O həzrətin müqəddəs 
məzarı  Mədinə  şəhərinin  Bəqi  qəbristanlığında 
yerləşir. 
Üçüncü: İmam Hüseyn (əleyhis-salam); 
Şə`ban ayının 3-də dünyaya gəlmiş və Məhərrəm 
ayının 10-da şəhid edilmişdir. Məzarı İraqın Kərbəla 
şəhərində yerləşir. 
Dördüncü: İmam Zeynəl-Abidin (əleyhis-salam); 
Şə`ban  ayının  5-də  dünyaya  göz  açmış  və 
Məhərrəm  ayının  25-də  şəhid  edilmişdir.  Məzarı 
Mədinə şəhərinin Bəqi qəbristanlığında yerləşir. 
Beşinci: İmam Məhəmməd Baqir (əleyhis-salam); 
Rəcəb  ayının  1-də  dünyaya  gəlmiş  və  Zil-həccə 
ayının  7-də  şəhid  edilmişdir.  O  həzrətin  müqəddəs 
məzarı  Mədinə  şəhərinin  Bəqi  qəbristanlığında 
yerləşir. 
Altıncı: İmam Cə`fər Sadiq (əleyhis-salam); 
Rəbiul-əvvəl  ayının  17-də  dünyaya  göz  açmış  və 
Şəvval  ayının  25-də  şəhid  edilmişdir.  Məzarı 
Mədinə şəhərinin Bəqi qəbristanlığında yerləşir. 
Yeddinci: İmam Museyi Kazim (əleyhis-salam); 
Səfər  ayının  7-də  dünyaya  göz  açmış  və  Rəcəb 
ayının  25-də  şəhid  edilmişdir.  Məzarı  İraqın 
Kazimeyn şəhərində yerləşir. 
Səkkizinci: İmam Riza (əleyhis-salam); 


 
18 
Zilqə`də  ayının  11-də  anadan  olmuş  və  Səfər 
ayının  sonunda  şəhid  edilmişdir.  Məzarı  İranın 
Məşhəd şəhərindədir. 
Doqquzuncu:  İmam  Məhəmməd  Təqi  (əleyhis-
salam); 
Rəcəb  ayının  10-da  anadan  olmuş  və  Zilqə`də 
ayının  sonunda  şəhid  edilmişdir.  Məzarı  İraqın 
Kazimeyn şəhərindədir. 
Onuncu: İmam Әliyyən Nəqi (əleyhis-salam); 
Zil-həccə  ayının  15-də  dünyaya  göz  açmış  və 
Rəcəb  ayının  3-də  şəhid  edilmişdir.  Məzarı  İraqın 
Samirra şəhərində yerləşir. 
On birinci: İmam Həsən Әskəri (əleyhis-salam); 
Rəbius-sani  ayının  8-də  dünyaya  göz  açmış  və 
Rəbiul-əvvəl  ayının  8-də  şəhid  edilmişdir.  O 
həzrətin müqəddəs məzarı İraqın Samirra şəhərində 
yerləşir. 
On  ikinci:  İmam  Sahibəz-zəman  Məhdi  (əleyhis-
salam). 
O  həzrət  hicri  tarixi  ilə  255-ci  ilin  Şə`ban  ayının 
15-də dünyaya göz açmış və hal-hazırda da diridir. 
On  iki  İmamdan,  on  biri  öz  dövrlərində  İslam 
düşmənləri  tərəfindən  şəhid  olunublar.  Amma  on 
ikinci  İmam  Allah-taalanın  məsləhəti  ilə  qeybə 
çəkilmişdir  və  Allah-taalanın  əmri  ilə  zühur  edib, 
yer  üzündə  olan  fitnə-fəsadları  aradan  aparacaq, 
ədalətli  və  vahid  bir  İslami  hökumət  quracaqdır. 
Bizim  hamımıza  Onun  hökmən  zühur  edəcəyinə 


 
19 
inanıb,  gəlişini  həqiqi  mə`nada  gözləyənlərdən 
olmaq  və  tez  zühur  etməsi  üçün  dua  etmək 
lazımdır.  Әhli-sünnət  alimlərindən  bir  çoxu 
Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-dən 
belə nəql edirlər: 
«
)َ َّلّسَو ِهِلآَو ِه يَلَع ُللها ىّلَص( ِللها ُلوُسَر َلاق
:
 
  مَأ  نَم
 ٍدَّمَُمُ ىَلَع َلِز مُأ اِبِ َرَفَك  دَقَ ف ِّىِد هَم لا َجوُرُخ َرَك
(
ىّلَص
 
 ُللها
 
 ِه يَلَع
 
 ِهِلآَو
 
 َسَو
 َ َّل)

 
«Hər  kəs  (İmam)  Məhdinin  zühurunu  inkar  etsə, 
Məhəmməd  (Peyğəmbər)-ə  nazil  olanları  [inkar 
etmiş və] kafir olmuşdur.»
19
 
İmamət Qur`an baxımından 
Qur`ani-Kərimdə İmamət (on iki İmam) haqqında 
heç 
bir 
şəxsin 
adı 
xüsusi 
olaraq, 
qeyd 
olunmamışdır. 
Bunun 
sirrini 
soruşduqda 
alimlərimiz  bir  çox  cavablar  vermişlər.  Onlardan 
biri də Qur`anın təhrif olunmamasına görədir. Әhli-
beytin  mə᾿sum  İmamları  barəsində  bir  çox  sünnü 
alimləri  də  öz  fikirlərini  söyləmişlər.  Burada 
onlardan  birinin  adını  çəkməklə  kifayətlənirik. 
Hafiz  Übeydillah  Hənəfi  Həskani  10  əsr  bundan 
öncə  yazmış  olduğu  «Şəvahidut-tənzil»  kitabında 
sünnü təriqi  ilə 1163 hədisə arxalanaraq 210 ayənin 
Әhli-beyt  İmamlarının  haqqında  olduğunu  qeyd 
                                                 
19
 “Yənabiul-məvəddət” 3-cü cild, 78-ci bab, 2-ci hədis səh: 
295 


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə