ميحرلا نمحرلا الله مسب BİSMİllahir-rәhmanir-rәHİM Ön söZ



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə6/22
tarix14.07.2018
ölçüsü0,96 Mb.
#55628
1   2   3   4   5   6   7   8   9   ...   22

 
24 
Әziz oxucular! Bu barədə olan əqidənizi bir az da 
möhkəm  etməkdən  ötrü,  qeyd  etdiyimiz  ayələrdən 
əlavə  bir  neçə  ayəni  suallara  cavab  şəklində 
diqqətinizə çatdırırıq. 
1. Sual: Qiyamət günü mütləq olacaqmı? 
Cavab: O saat (Qiyamət günü) mütləq gələcəkdir, 
ona heç bir şəkk-şübhə yoxdur. Lakin insanların bir 
çoxu (buna) inanmaz. (əl-Mu`minun surəsi, ayə 59) 
2. Sual: Qiyamət günü necə olacaqdır? 
Cavab:  O  gün  (qiyamət  günü)  dağları  (yerindən 
qoparıb) hərəkətə gətirəcəyik. (O vaxt) yeri dümdüz 
görəcəksən  və  onları  bir  yerə  toplayacağıq  və 
onların  heç  birini  [qələmdən  salıb]  kənarda 
qoymayacayıq.  Onlar  Rəbbinin  hüzuruna  cərgə-
cərgə (səf-səf) gətiriləcəklər. (Onlara belə deyiləcək:) 
«Siz Bizim yanımıza sizə ilk dəfə yaratdığımız kimi 
gəldiniz.  Lakin  siz  elə  güman  edirdiniz  ki,  Biz  sizə 
verdiyimiz  və`di  (öləndən  sonra  diriləcəyinizi) 
yerinə yetirməyəcəyik!» (əl-Kəhf surəsi, ayə 47-48) 
3. Sual:  Qiyamət  günündə  müttəqilərin  (təqva 
əhlinin,  Allahdan  qorxanların)  və  günahkarların 
halı necə olacaqdır? 
Cavab:_O_gün_(Qiyamət_günü)_Biz_müttəqiləri__(pərhizkarları)_Rəhmanın_hüzuruna_möhtərəm__elçilər__kimi__cəm'>Cavab:  O  gün  (Qiyamət  günü)  Biz  müttəqiləri 
(pərhizkarları)  Rəhmanın  hüzuruna  möhtərəm 
elçilər 
kimi 
cəm 
edərik. 
Günahkarları 
isə 
Cəhənnəmə  susuz  vəziyyətdə  sürükləyib  gətirərik  
(Məryəm surəsi, ayə 85-86) 


 
25 
4. Sual:  Qiyamət  günündə  Qiyaməti  qəbul 
etməyənlərin halı necə olacaqdır? 
Cavab:_Heç_bir_günahkar_başqasının_günahını__daşımaz.'>Cavab:  Allahın  hüzurunda  duracaqlarını  inkar 
edən kimsələr, həqiqətən, ziyana uğramışlar. Belə ki, 
saat  (qiyamət  günü)  qəflətən  başlarının  üstünü 
aldığı 
zaman 
onlar 
günahlarını 
dallarında 
daşıyaraq  deyəcəklər:  «Dünyadakı  təqsirlərimizə 
görə  vay  halımıza!»  Bir  baxın  daşıdıqları  şey 
(günah  yükü)  necə  də  pisdir!  (əl-Әn᾿am  surəsi,  ayə 
31) 
5. Sual:  Qiyamət  günündə  insanların  bədən 
üzvlərinin nə kimi rolu olacaqdır? 
Cavab: 
Qiyamət 
günü 
(onlar 
dünyada 
qazandıqları günahlarını dandıqda) dilləri, əlləri və 
ayaqları  etdikləri  əməllər  barəsində  onların 
əleyhinə şəhadət verəcəkdir. (ən-Nur surəsi, ayə 24) 
6. Sual:  Qiyamət  günündə  kafirlər  nə  arzu 
edəcəklər? 
Cavab:  Həqiqətən,  Biz  sizi  yaxın  bir  əzabla 
(Qiyamət  gününün  əzabı  ilə)  qorxutduq.  O  gün 
insan  öz  əlləri  ilə  etdiyi  (yaxşı  və  pis)  əməlləri 
görəcək,  kafir  isə:  «Kaş  (bu  əzabı  görməmək  üçün) 
torpaq olaydım!»- deyəcəkdir. (ən-Nəbə᾿ surəsi, ayə 
40) 
7. Sual:  Allah-taala  Qiyamət  günündə  insanları 
necə dirildəcəkdir? 
Cavab:  (Ey  insanlar!)  Sizi  (yoxdan)  yaratmaq  və 
(Qiyamət  günü  Allah  üçün)  diriltmək  ancaq  bir 


 
26 
nəfəri  yaratmaq  və  diriltmək  kimidir.  Həqiqətən, 
Allah (hər şeyi) eşidən və görəndir! (Loğman surəsi, 
ayə 28) 
8. Sual:  Qiyamət  günündə  insanlar  bir-birinin 
günahını daşıya biləcəklərmi? 
Cavab:  Heç  bir  günahkar  başqasının  günahını 
daşımaz. (Fatir surəsi, ayə 18) 
9. Sual:  Qiyamət  günündə  Allahın  buyurduğu 
vaciblərə  əməl  edib,  haram  buyurduqlarından 
çəkinərək  Peyğəmbər  və  onun  Әhli-beytini  qəbul 
edən xalis bəndələrin aqibəti necə olacaqdır? 
Cavab: Allahın xalis bəndələri isə müstəsnadırlar 
(onlara  cəza  verilməyəcəkdir).  Məhz  onlar  üçün 
mə`lum  bir  ruzi  vardır.  (Onlar  üçün)  növbənöv 
meyvələr  vardır.  Onlar  hörmətə  (şərəfə)  nail 
olacaqlar.  Nəim  cənnətlərində.  Onlar  taxtlar 
üstündə bir-biri ilə üzbəüz əyləşəcəklər. Onlar üçün 
(cənnət saqiləri tərəfindən adamı kefləndirməyən və 
behiştdə çay kimi axan) şərab (məin) dolu piyalələr 
dolandırılacaqdır.  Ağappaq,  özü  də  içənlərə  ləzzət 
verən (bir şərab). Onun içində (dünyadakı şərabdan 
fərqli  olaraq)  əqli  başdan  çıxaran  (başağrısı, 
süstlükverən)  heç  bir  şey  yoxdur.  Onlar  məst  də 
olmazlar.  Onların  yanında  gözəl  (irigözlü), 
baxışları 
(yalnız 
ərlərinə) 
dikilmiş 
zövcələr 
olacaqdır.  Onlar,  sanki  örtülü  (bağlı,  heç  bir  əl 
dəyməmiş,  qabığı  içində  təzə  qalmış,  ağappaq) 
yumurtadırlar  (yaxud  sədəf  içində  gizlənmiş 


 
27 
incidirlər).  Onlar  bir-biri  ilə  (dünyada  gördükləri 
barədə)  sorğu-suala  (söz-söhbətinə)  başlayacaqlar. 
(əs-Saffat surəsi,40-50-ci ayələr.) 
Qeyd: Hər bir müsəlmana vacibdir ki, saydığımız 
bu  beş  əqidəyə,  dəlil-sübut  əsasında  inansın.  Bu 
məsələlərdə müctəhidə təqlid etmək olmaz. 


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə