بسم الله الرحمن الرحيم BİSMİllahir-rәhmanir-rәHİM



Yüklə 413,5 Kb.
səhifə4/11
tarix14.07.2018
ölçüsü413,5 Kb.
#55625
1   2   3   4   5   6   7   8   9   10   11

ÜÇÜNCÜ FӘSİL

BÖYÜK GÜNAHLARLA TANIŞLIQ


Həddi-büluğa çatan hər bir müsəlmana vacibdir ki, İslamda haram buyurulmuş əməllərdən, başqa sözlə günahlardan çəkinsin.

Hörmətli oxucuların nəzərinə çatdırmalıyıq ki, Allah-taala Öz yaratdığı bəndəsinin hansı əqidədə olduğunu və nə etdiyini yaxşı bilir. O müqəddəs kitabı olan Qur`anda belə buyurur:

«وَاتَّقُواْ اللَّهَ إِنَّ اللَّهَ عَلِيمٌ بِذَاتِ الصُّدُورِ»

«Allah qarşısında təqvalı olun! Şübhə yoxdur ki, Allah ürəklərdə olanları biləndir.»39

Başqa bir ayədə belə oxuyuruq:

«إِنَّ اللَّهَ يَعْلَمُ مَا تَفْعَلُونَ»

«Həqiqətən Allah nə etdiyinizi bilir.»40

Allah-taala böyük günahlardan qorunanlara Qur`ani-Kərimdə Cənnət müjdəsi vermişdir:

«إِن تَجْتَنِبُواْ كَبَآئِرَ مَا تُنْهَوْنَ عَنْهُ نُكَفِّرْ عَنكُمْ سَيِّئَاتِكُمْ وَنُدْخِلْكُم مُّدْخَلاً كَرِيمًا»

«Әgər sizə qadağan olunmuş böyük günahlardan çəkinsəniz, Biz də sizin qəbahətlərinizin (kiçik günahlarınızın) üstünü örtər və sizi şərəfli bir mənzil olan Cənnətə daxil edərik.»41

Bu kitab müxtəsər şəkildə yazıldığı üçün burada böyük günahların bir çoxunun adını çəkməklə kifayətlənirik. Bu günahlar haqqında Qur`anın mübarək ayələri, həmçinin Peyğəmbər və İmamların çoxlu hədisləri vardır. Bu haqda geniş mə`lumat almaq istəyən oxucuları Şəhid Ayətullah Dəstğeybin Azərbaycan dilinə tərcümə olunmuş «Böyük günahlar» kitabına müraciət etmələrini faydalı bilirik.

Aşağıda böyük günahların, bir neçəsini qeyd edirik:

1)- Şərab içmək;

2)- Oğurluq;

3)- Zina (kəbindən kənar, qanunsuz cinsi əlaqə);

4)- Qəzf: (iffətli qadına və kişiyə zina və ya ləvat töhmətini vurmaq;

5)- Ləvat (kişinin kişi ilə cinsi əlaqəsi) və müsahəqə (qadının qadınla cinsi əlaqəsi);

6)- İstimna (cinsi əlaqə olmadan, spermanın gəlməsinə səbəb olan hər hansı bir iş görmək);

7)- Qumar oynamaq; (məsələn: şahmat, nərd və s.)

8)- Әskik satmaq (tərəzidə aldatmaq);

9)- Nahaq yerə şəhadət vermək;

10)- Yalan danışmaq, eləcə də Allah, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm), xanım Fatimeyi-Zəhra (salamullahi ələyha) və 12 İmam (əleyhimus-salam)-ın adından yalan danışmaq. Yə`ni olanların buyurmadığı sözləri onlara aid etmək;

11)- Yalandan and içmək;

12)- İsraf etmək;

13)- Təkəbbürlük etmək;

14)- Хəyanət etmək;

15)- Qeybət etmək;

16)-Allah-taalanın vacib buyurduğu əməllərdən hər hansı birini bilərəkdən tərk etmək;

17)- Ata və ananın üzünə qayıtmaq (və ya onlara qarşı hörmətsizlik etmək);

18)- Yetim malını mənimsəmək;

19)- Sələm (riba). (Faizlə pul və sair şeyləri almaq və vermək)

20)- Rüşvət almaq və vermək;

21)- Allahın rəhmətindən naümid olmaq;

22)- Allaha şərik qoşmaq;

23)- Adam öldürmək və yaxud cana qəsd etmək;

24)- Qət`i rəhm (qohum əqraba ilə ünsiyyəti kəsmək);

25)- Әhdi sındırmaq;

26)- Haram şey yemək;

27)- Zalımlara kömək etmək;

28)- Məzlumlara kömək etməmək;

29)- Sehr-cadu ilə məşğul olmaq;

30)- Bilərəkdən vacib olan namazı tərk etmək;

31)- İmkan olan halda həccə getməmək və ya onu tə`xirə salmaq;

32)- Günaha israr etmək;

33)- Paxıllıq;

34)-Bid`ət (yə`ni İslam dinində buyurulmamış hər hansı bir əməli İslam dini adı ilə qələmə vermək);

35)- Nahaqdan hökm vermək;

36)- Allahın ne`mətlərinə şükr etməmək;

37)- Fitnə-fəsad törətmək;

38)- Böhtan;

39)- Murdar, qan və donuz əti yemək;

40)-Qur`ana, məscidlərə, müqəddəs ziyarətgahlara, xüsusilə Kə`bəyə və habelə İmam Hüseyn (əleyhis-salam)-ın türbətinə hörmətsizlik etmək;

Qeyd: İnsan Allahın rəhmətindən naümid olmamalı, Allahın rəhmətinə ümid bəsləməli və etdiyi günahlardan peşman olub tövbə etməlidir. Çünki Allah-taala tövbələri qəbul edəndir. Allah-taala Qur`ani-Kərimdə bu barədə belə buyurur:

«وَاسْتَغْفِرُوا اللَّهَ إِنَّ اللَّهَ غَفُورٌ رَّحِيمٌ»



«Allahdan bağışlanmağınızı diləyin. Həqiqətən, Allah bağışlayan və rəhm edəndir.»42

DÖRDÜNCÜ FӘSİL

İSLAMDA EHSAN ETMӘYİN FӘZİLӘTİ


Qur`an ayələrində, eləcə də hədislərdə ehsan etmək İslamın ən gözəl və bəyənilmiş əməllərindən biri kimi bəyan olunmuşdur. Hər bir müsəlman və mö`min şəxs imkan daxilində, möhtac olan insanlara ehsan edib, onları sevindirməli və bu əməl ilə Allahın razılığını qazanıb, Onun rəhmətinə yaxınlaşmalıdır.

Bu barədə Qur`ani-Kərimdə belə buyurulur:

«إِنَّ رَحْمَتَ اللَّهِ قَرِيبٌ مِّنَ الْمُحْسِنِينَ»

«Həqiqətən, Allahın rəhməti ehsan edənlərə yaxındır».43

Allah-taala başqa bir ayədə ehsan edənlərə öz məhəbbətini belə bildirmişdir:

«إِنَّ اللَّهَ يُحِبُّ الْمُحْسِنِينَ»

«Həqiqətən, Allah ehsan edənləri sevir.»44

Bunuda bilməliyik ki, Allah-taala ehsan edənlərin əcrini (mükafatını) zay etməz. Bu haqda isə Qur`ani-Kərimdə belə buyurulur:

«إِنَّ اللَّهَ لاَ يُضِيعُ أَجْرَ الْمُحْسِنِينَ»

«Həqiqətən, Allah ehsan edənlərin mükafatını zay etməz.»45

Ehsan və sair əməllərin qəbul olunmasının ilkin şərti niyyətin düz olmasıdır, yə᾿ni Allaha xatir olmasıdır.

Ehsan etməyin müxtəlif növləri vardır. Məsələn; sədəqə, paltar və yemək vermək. Amma bunların daha fəzilətlisi həmişə qalan, xeyirli və faydalı işlər üçün tikilən müqəddəs ocaqlardır ki, buna misal olaraq elm ocaqları (mədrəsələr), kitabxanalar, xəstəxanalar, yetim evləri, evindən və eşiyindən didərgin düşmüş müsəlman və mö`min bacı- qardaşlar üçün yaşayış evləri tikmək, körpü salmaq, su çəkmək və mö`minlər üçün ibadət yeri yə`ni, məscid və hüseyniyyələri46 tikməyi qeyd etmək olar. Həqiqətən Allahın rəhməti bütün məxluqata, xüsusən insan üçün çox genişdir. Allah-taala insanın etdiyi heç bir əməlini zay etməz, əksinə hər bir xeyir əməlin nəticəsini on qat artırmaqla ödəyər. Bir günah və pis əməlin müqabilində isə yalnız bir cəza verməklə kifayətlənər. Bu əməlin özü Allahın bəndəsinə olan mərhəmətindən irəli gəlir. Dediyimiz bu sözə Qur`anın bu ayəsini şahid gətirə bilərik.

Allah-taala Qur`anda buyurur:

«مَن جَآءَ بِالْحَسَنَةِ فَلَهُ عَشْرُ أَمْثَالِهَا وَمَن جَآءَ بِالسَّيِّئَةِ فَلاَ يُجْزَى إِلاَّ مِثْلَهَا وَهُمْ لاَ يُظْلَمُونَ»

«Kim yaxşı bir iş görsə, ona həmin işin on qat əvəzi (savabı) verilər. Kim pis iş görərsə, ona həmin işin misli qədər cəza verilər və onlara zülm edilməz.»47

Bu mövzuda olan söhbətimizi Qur`ani-Kərimin bu mübarək ayəsi ilə sona çatdırırıq:

«فَمَن يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ خَيْرًا يَرَهُ * وَمَن يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ شَرًّا يَرَهُ *»

«Kim (dünyada) zərrə qədər yaxşı bir iş görmüşsə, onu (onun xeyrini) görəcəkdir. Kim də zərrə qədər pis iş görmüşsə, onu (onun cəzasını) görəcəkdir».48


Yüklə 413,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə