بسم الله الرحمن الرحيم BİSMİllahir-rәhmanir-rәHİM



Yüklə 413,5 Kb.
səhifə8/11
tarix14.07.2018
ölçüsü413,5 Kb.
#55625
1   2   3   4   5   6   7   8   9   10   11

ÜÇÜNCÜ HİSSӘ

QÜSL VӘ DӘSTӘMAZ ӘVӘZİNӘ TӘYӘMMÜMÜN ALINMA QAYDASI

Qüsl və dəstəmaz əvəzinə təyəmmümün yolları:


Aşağıdakı hallarda dəstəmaz və qüsl əvəzinə təyəmmüm etmək lazımdır:

1. Su olmadıqda və ya qüsl və dəstəmaza lazım olan qədər su tapılmadıqda;

2. Dəstəmaz və ya qüslün həddindən artıq insan üçün əziyyətli olması;

3. Sudan istifadə etməyin bədənə ziyanlı olmasından qorxduqda;

4. Özünün və yaxud başqalarının canının qorunması üçün suya olan ehtiyac halında;

5. Bədənin və yaxud paltarın pak edilməsi üçün əldə olan suya ehtiyaclı olan halda;

6. Dəstəmaz almaq üçün halal su və yaxud mübah qab olmayan halda;

7. Dəstəmaz və yaxud qüsl etmək üçün vaxtın azlığı halında.

Təyəmmüm etmək üçün torpaq, kəsək, qum və ya daş tapmadıqda xalça, paltar və bu kimi əşyaların üzərinə toplanmış tozlara təyəmmüm etmək olar.

Təyəmmümün qaydası


Qüsl və dəstəmaz əvəzinə təyəmmümdə dörd şey vacibdir:

1. Niyyət: Dəstəmaz əvəzinə təyəmmüm edirəm və yaxud qüsl əvəzinə təyəmmüm edirəm qürbətən iləllah sözünü qəlbdən keçirtmək.

2. İki əllərin içini eyni halda təyəmmümün səhih olduğu şeləryə vurmaq. (Şəkil 9)

3. İki əllərin içini alının tük bitən hissəsindən, onun iki tərəfinə, qaşların üzərinə və burnun yuxarı hissəsinə qədər çəkmək. (Şəkil 10)

4. Sol əlin içini bütövlükdə sağ əlin üzərinə, biləkdən barmaqların ucuna qədər çəkmək. (Şəkil 11).

5. Sağ əlin içini bütövlükdə sol əlin üzərinə, biləkdən barmaqların ucuna qədər çəkmək. (Şəkil 12)


Təyəmmümün hökmləri


1. Üstünə təyəmmüm edilən şey qəsbi olmamalıdır;

2. Әgər alın və ya əllərin üstünün kiçik bir yerinə məss etməsə - istər qəsdən, istərsə də məsələni bilməməzlik və ya unutqanlıq üzündən olsun, təyəmmüm batildir. Amma həddindən artıq diqqət etmək lazım deyil: Belə ki, «alnının və əllərinin üstünün hər yerinə məss çəkibdir» desələr kifayətdir;

3. Әllərin üstünün hamısına məss etməsini yəqin etmək üçün bilkədən bir az yuxarı da məss etməlidir, amma barmaqların arasına məss etmək lazım deyil;

4. Alın və əllərin üstünü, ehtiyat vacibə görə yuxarıdan-aşağı məss etmək, onun işlərini bir-birinin ardınca (fasiləsiz) yerinə yetirmək lazımdır. Әgər onların arasında çox fasilə salsa və «təyəmmüm alır» deyilməsə, təyəmmümü batildir;

5. Təyəmmümdə alın, əllərin içi və üstü pak olmalıdır;

6. İnsan təyəmmüm üçün əlindəki üzüyü çıxartmalı, alnında, əllərinin üstündə və içində maneə olsa (məsələn, bir şey yapışmış olsa), aradan qaldırmalıdır;

7. Әgər alnında, əllərin üstündə tük olsa eybi yoxdur. Amma başın tükü alına tökülmüş olsa, onları dala çəkmək lazımdır.

8. Әgər bir kəsin vəzifəsi təyəmmüm olan halda təyəmmüm ala bilməsə, başqasını naib tutmalıdır. Naib tutulan şəxs onun öz əlləri ilə təyəmmüm etməlidir. Әgər mümkün olmasa, naib öz əllərini təyəmmümün səhih olduğu şeylərə vurub onun alnına və əllərinin üstünə çəkməlidir.

9. Vəzifəsi təyəmmüm olan bir kəs, namaz vaxtının axırına qədər üzrünün qalacağını bilsə, vaxt geniş olan zaman təyəmmümlə namaz qıla bilər. Amma vaxtın axırına qədər üzrünün aradan qalxacağını bilsə, gözləyib, dəstəmaz və ya qüsulla; yaxud vaxtın az olduğu zaman təyəmmümlə namaz qılmalıdır;

10. Әgər bir kəs su olmaması, yaxud başqa səbəblərə görə təyəmmüm etsə, üzrü aradan qaldırıldıqdan sonra təyəmmümü batil olur;

11. Dəstəmazı batil edən şeylər onun əvəzindən olan təyəmmümü də batil edir; habelə, qüslu batil edən şeylər, onun əvəzindən olan təyəmmümü də batil edir;

12. Qüsl edə bilməyən bir kəs qüsl edilməsi vacib olan bir iş görmək istəsə, qüsl əvəzindən təyəmmüm etməlidir. Әgər dəstəmaz ala bilməsə və dəstəmazın vacib olduğu hər hansı iş görmək istəsə, dəstəmaz əvəzindən təyəmmüm almalıdır;

13. Әgər cənabət qüslü əvəzindən təyəmmüm etsə, namaz üçün dəstəmaz alması vacib deyil. Amma əgər sair qüsllərin əvəzindən təyəmmüm etsə, (namaz üçün) dəstəmaz almalıdır. Dəstəmaz da ala bilməsə onun əvəzindən də başqa bir təyəmmüm almalıdır.

Qeyd: Әziz oxucular bu barədə ətraflı mə᾿lumat üçün təqlid etdiyiniz müctehidlərin risalələrinə müraciət edə bilərsiz.


DÖRDÜNCÜ HİSSӘ

NAMAZIN QILINMA QAYDASI

Namazda olan vacib əməllər:


Namazda olan vacib əməllər on birdir:

1. Niyyət: (Qəlbdən keçirilməlidir);

2. Qiyam: (yə`ni ayaq üstə durmaq);

3. Təkbirətül-ehram: (yə`ni namazın əvvəlində niyyətdən sonra “Allahu əkbər” demək);

4. Rüku:

5. İki səcdə: (hər bir rək`ətdə);

6. Qiraət: (namazın düzgün oxunuşu);

7. Zikr:


8. Təşəhhüd:

9. Salamlar:

10. Tərtib: (məsələn surənin həmddən (fatihədən) qabaq oxunulmaması və s...);

11. Muvalat: (yə`ni namazın hissələrini fasiləsiz şəkildə yerinə yetirmək).

Әvvəldə qeyd olunmuş beş vacib əməl namazın rüknü sayılır. Belə ki, onlar bilərəkdən və ya səhvən artırılsa yaxud tərk olunsa, namaz batil olar. Amma qalan altı əməl isə rükn sayılmır. Belə ki, onları bilərəkdən tərk etmək və ya artırmaq namazı batil edər, lakin onların səhvən tərk edilməsi və ya artırılması namazı batil etməz.

İnsan namazın əvvəlindən axırına qədər nə etdiyini bilməli və onu Allah-taalanın əmrini yerinə yetirmək niyyəti ilə qılmalıdır. Namazdan əvvəl “Azan” sonra isə, ”İqamə” demək təkid olunmuş müstəhəb əməllərdən sayılır.


Azanın deyilmə qaydası


Allahu əkbər - dörd dəfə;

Әşhədu əlla ilahə illəllah - iki dəfə;

Әşhədu ənnə Muhəmmədən rəsulullah - iki dəfə;

Әşhədu ənnə Әliyyən vəliyyullah - iki dəfə;

Həyyə ələs-səlah - iki dəfə;

Həyyə ələl-fəlah - iki dəfə;

Həyya əla xəyril-əməl - iki dəfə;

Allahu əkbər - iki dəfə;

La ilahə illəllah - iki dəfə.

İqamənin deyilmə qaydası


Allahu əkbər - iki dəfə;

Әşhədu əlla ilahə illəllah - iki dəfə;

Әşhədu ənnə Muhəmmədən rəsulullah - iki dəfə;

Әşhədu ənnə Әliyyən vəliyyullah - iki dəfə;

Həyyə ələs-səlah - iki dəfə;

Həyyə ələl-fəlah - iki dəfə;

Həyya əla xəyril-əməl - iki dəfə;

Qəd qamətis-səlah - iki dəfə;

Allahu əkbər - iki dəfə;

La ilahə illəllah - bir dəfə.

Niyyətdən sonra namaz “Allahu əkbər” deməklə başlayır və buna “təkbirətül-ehram” deyilir. Çünki bu təkbiri deməklə namazdan qabaq halal olan bir çox işlər (məsələn: yemək, içmək, gülmək, ağlamaq və sair) işlər namaz halında namaz qılana haram olur.

Təkbirətül-ehram, habelə namaz əsnasında olan sair təkbirləri dedikdə, əlləri qulaqların müqabilinə qədər qaldırmaq müstəhəbdir.

Gündəlik namazların birinci və ikinci rəkə`tində əvvəlcə Fatihə sonra isə bir surə (məsələn: Tovhid surəsi) bütöv oxunmalıdır.


Yüklə 413,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə