Øß Ã Ð Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım



Yüklə 232,73 Kb.
Pdf görüntüsü
səhifə1/4
tarix04.11.2017
ölçüsü232,73 Kb.
#8574
  1   2   3   4


Øß Ã

Ð

Doğma, canım-varlığım qədər

sevdiyim Azərbaycanım

mənim qibləgahımdır

Təsisçi: Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Nazirlər Kabineti

www.serqqapisi.az

Qiyməti 20 qəpik

Gündəlik ictimai-siyasi qəzet

qapısı

Qəzet 1921-ci

ildən çıxır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 16-da NATO baş katibinin

Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturayı qəbul edib.

NATO-nun baş katibi Yens Stoltenberqin salamlarını dövlətimizin başçısına çatdıran xüsusi

nümayəndə Ceyms Appaturay Prezident İlham Əliyevin NATO-nun mənzil-qərargahına son

səfərini və keçirdiyi görüşləri xatırlayıb.

Dövlətimizin başçısı NATO-nun baş katibi Yens Stoltenberqlə Davosda keçirdiyi müzakirələr

zamanı görüşdüyünü məmnunluqla qeyd edib.

Söhbət  zamanı  Azərbaycan  ilə  NATO  arasında  uğurlu  əməkdaşlıq  əlaqələrinin  mövcud

olmasının razılıq doğurduğu vurğulanıb, Azərbaycanın Əfqanıstanda həyata keçirilən sülhməramlı

əməliyyatlar  çərçivəsində  beynəlxalq  təhlükəsizliyə  verdiyi  töhfə  yüksək  qiymətləndirilib.

Görüşdə  Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsinin  həlli  ilə  bağlı  danışıqların

hazırkı vəziyyətinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb, NATO-nun qəbul etdiyi sə-

nədlərdə Azərbaycanın ərazi bütövlüyünün daim dəstəklənməsindən məmnunluq ifadə olunub.

Prezident İlham Əliyev NATO-nun baş katibi Yens Stoltenberqin salamlarına görə minnət-

darlığını bildirib, onun da salamlarını NATO-nun baş katibinə çatdırmağı xahiş edib.



Rəsmi xronika

    Bildirilib ki, bu gün ölkəmizdə,

eləcə də muxtar respublikamızda

yaradılmış ictimai-siyasi sabitlik

iqtisadiyyatın  bütün  sahələrinin

inkişaf  etdirilməsinə  hərtərəfli

şərait yaradıb. Sahibkarlığın in-

kişafına göstərilən dövlət dəstəyi

hesabına ümumi daxili məhsulda

özəl  bölmənin  xüsusi  çəkisi  ar-

taraq 87 faiz olub. Ötən dövrdə

qəbul olunmuş dövlət proqram-

larının icrası sahibkarlığın inki-

şafına  öz  töhfəsini  verib.  Belə

ki,  sahibkarlar  tərəfindən  yeni

istehsal sahələri, iş yerləri yara-

dılıb,  məşğulluq  təmin  olunub.

Yeni istehsal və emal sahələrinin

sayının artması nəticəsində mux-

tar respublikada 361 növdə məh-

sul istehsal olunur. Əhalinin 107-si

ərzaq, 236-sı qeyri-ərzaq olmaqla,

343 növdə məhsula olan tələbatı

tamamilə yerli istehsal hesabına

ödənilir. 

    Qeyd olunub ki, cari ilin əv-

vəlindən  ölkəmizdə,  eləcə  də

muxtar  respublikamızda  sahib-

karlığın  inkişaf  etdirilməsi  ilə

bağlı  mühüm  tədbirlər  həyata

keçirilib.  Amma  buna  baxma-

yaraq,  bəzi  hallarda  yaranmış

vəziyyətdən  sui-istifadə  edən,

xüsusilə süni şəkildə qiymətləri

artıran sahibkarlara da rast gəli-

nir. Bununla bağlı nazirlik tərə-

findən müxtəlif reydlər keçirilir

və bu kimi neqativ halların qar-

şısı alınır. Dövlətimiz tərəfindən

sahibkarlara  hərtərəfli  dəstək

göstərilir,  onların  fəaliyyətini

stimullaşdırmaq məqsədilə müx-

təlif  tədbirlər  həyata  keçirilir.

Eyni zamanda istehlakçıların hü-

quqlarının qorunması da diqqət

mərkəzində  saxlanılır.  Burada

əsas məqsəd daxili bazarın qo-

runması, ixracyönümlü məhsul-

ların istehsalını stimullaşdırmaq,

idxaldan asılılığı minimuma en-

dirməkdir. Çünki yerli istehsalın

inkişafı daxili bazarın qorunma-

sında,  xaricə  valyuta  axınının

qarşısının alınmasında və idxal-

dan asılılığın aradan qaldırılma-

sında mühüm rol oynayır. 

    Vurğulanıb  ki,  indiyədək

muxtar respublikada yerli xam-

mala əsaslanan bir çox istehsal

müəssisələri yaradılaraq fəaliy-

yətə başlayıb. Əhali tələbatının

dolğun şəkildə ödənilməsinə im-

kan  verən  istehsal  müəssisələ-

rinin yaradılması bundan sonra

da davam etdiriləcəkdir. İstehsal

olunan məhsulların xarici amil-

lərdən asılılıq səviyyəsini müəy-

yənləşdirməli, bunun aradan qal-

dırılması yollarını araşdırmalı-

yıq. Bildiyiniz kimi, muxtar res-

publikamızda  kənd  təsərrüfatı

və müxtəlif sənaye məhsullarının

istehsalı üçün münbit şərait möv-

cuddur. Buna görə də daxili ba-

zarda yerli istehsalın xüsusi çə-

kisini artırmaq üçün azad rəqabət

mühitinin yaradılmasına nail ol-

malı,  inhisarçılığın  qarşısının

alınması  məsələlərinə  diqqəti

artırmalıyıq. Eyni zamanda yerli

məhsul istehsalçıları daxili ba-

zarın tələbatının ödənilməsi ilə

yanaşı,  xarici  bazarlara  çıxış

imkanları  haqqında  da  düşün-

məlidirlər. Nəzərə almaq lazım-

dır ki, ixracyönümlü məhsul is-

tehsal edən sahibkarlıq subyekt-

lərinin fəaliyyətini stimullaşdır-

maq məqsədilə tələbatdan artıq

məhsulun ixracı qarşımızda du-

ran əsas məsələlərdəndir. Buna

görə sahibkarlar dövlətimiz tə-

rəfindən onlar üçün yaradılmış

şəraitdən  lazımınca  bəhrələn-

məli,  daxili  bazarda  əhalinin

yerli məhsullara olan tələbatının

ödənilməsinə, eyni zamanda bu

məhsulların muxtar respublika-

dan  kənarda  satışının  təşkilinə

nail olmalıdırlar.

    Sonra  sahibkarlarla  müzaki-

rələr aparılıb.

                          

Xəbərlər şöbəsi

Sahibkarlarla görüş keçirilib

  Fevralın  16-da  Naxçıvan  Biznes  Mərkəzində  Naxçıvan

Muxtar  Respublikası  İqtisadiyyat  Nazirliyinin  təşkilatçılığı

ilə  sahibkarlarla  görüş  keçirilib.  “Tələbatın  ödənilməsi  və

yerli  istehsalçıların  mənafeyinin  qorunması”  mövzusunda

keçirilən tədbiri Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat

naziri Famil Seyidov açıb. 

Sayı: 31 (21.441)

17 fevral 2016-cı il,  çərşənbə 

    Əhaliyə göstərilən nəqliyyat xid-

mətinin  səviyyəsinin  yüksəldilməsi

istiqamətində işlər 2016-cı ilin yanvar

ayında da davam etdirilmişdir. Muxtar

respublikadakı avtovağzallarda, Av-

tobus Parkında qış mövsümünün ge-

dişi  və  marşrut  xətlərinə  buraxılan

nəqliyyat vasitələrinin texniki sazlığı

nəzarətdə  saxlanılmışdır.  Ötən  ay

sərnişindaşıma  ilə  məşğul  olan  av-

tobusların  təmizliyinə,  sürücülərin

geyim formasına və hərəkət qrafikinə

nəzarət  edilmiş,  axşam  saatlarında

şəhərdaxili marşrutların işi səmərəli

təşkil olunmuşdur. 

    Naxçıvan-Bakı-Naxçıvan marşrutu

üzrə  ötən  ay  Naxçıvandan  Bakıya

85 reys edilmiş, 2550 nəfər sərnişin

daşınmışdır. Əks istiqamətdə daşınan

sərnişinlərin sayı isə 2697 nəfər ol-

muşdur.  Həmçinin  yükdaşıma  fəa-

liyyəti göstərən fiziki və hüquqi şəxs-

lərin avtonəqliyyat vasitələrinə baxış

keçirilmiş,  təhlükəsizlik  tədbirləri

izah olunmuşdur. 

    Şəhərdaxili və rayonlararası nəq-

liyyatın,  xüsusilə  sərhəd  və  ucqar

dağ kəndlərinə işləyən avtobusların

fəaliyyəti  xüsusi  nəzarətdə  saxla-

nılmış, avtobuslara gündəlik texniki

baxış keçirilərək lazımi təmir işləri

görülmüşdür.  Bütün  bunların  nəti-

cəsidir ki, muxtar respublikada sər-

nişindaşıma  xidmətinin  səviyyəsi

daha  da  yüksəldilmiş,  fəaliyyətdə

olan 138 marşrut xəttindəki 303 av-

tobusla rayon mərkəzləri və kənd -

lərin hamısına avtonəqliyyat xidməti

göstərilmişdir. 

         

Naxçıvan Muxtar Respublikası 

Nəqliyyat Nazirliyinin mətbuat xidməti

Muxtar respublikada avtonəqliyyat xidməti günün 

tələblərinə uyğun qurulur

    Ölkəmizin  paytaxtında  fəaliyyət

göstərən  yüksəkixtisaslı  həkim  bri-

qadalarının muxtar respublikaya dəvət

olunması, aztəminatlı ailələrdən olan

xəstələrin  başqa  ünvanlara  üz  tut-

madan  müayinə  və  cərrahi  əməliy-

yatlarının  təşkili  yanvar  ayında  da

davam  etdirilmişdir.  Belə  ki,  Res-

publika  Klinik  Xəstəxanasının  21

nəfərlik  həkim  briqadası  Şərur  ra-

yonunda  olmuş,  2504  nəfəri  tibbi

müayinədən keçirmiş, 75 əməliyyat

aparmışdır. Bu dövrdə dağınıq skleroz

xəstələrinə, eləcə də Naxçıvan Muxtar

Respublikası  Ağciyər  Xəstəlikləri

Dispanserinə  dərman  preparatları,

reaktivlər və digər tibbi materiallar

verilmiş, Naxçıvan Diaqnostika-Müa-

licə Mərkəzində Daxili İşlər Nazirliyi

əməkdaşlarının  qanvermə  aksiyası

keçirilmiş, 23 nəfərdən 11,5 litr qan

tədarük edilmişdir. 

    Muxtar respublikada epidemio-

loji vəziyyətə nəzarət etmək məq-

sədilə qabaqlayıcı profilaktik təd-

birlər  görülmüş,  səhiyyə  müəssi-

sələri  gücləndirilmiş  iş  rejiminə

keçmişdir. Ərazi Gigiyena və Epi-

demiologiya mərkəzləri tərəfindən

məktəb  və  məktəbəqədər  uşaq

müəssisələrində,  ictimai-iaşə  ob-

yektlərində, əhalinin daha sıx olduğu

ictimai  yerlərdə,  məişət  tullantı

meydançalarında, həmçinin su an-

barlarında, su təchizatı qurğularında

müntəzəm dezinfeksiya və dezinsek -

siya işləri aparılmışdır.

    Ay ərzində muxtar respublikanın

tibb müəssisələrinə 1915 xəstə mü-

raciət etmiş, 1837 xəstə müayinə və

müalicədən  sonra  evə  buraxılmış,

stasionarda  419  cərrahi  müdaxilə

aparılmışdır. Bu dövrdə rayon mərkəzi

xəstəxanaları və GEM-lər tərəfindən

“İstehsalatda baş verən bədbəxt ha-

disələr və onların aradan qaldırılması

sahəsində görülən tədbirlər”lə bağlı

tikinti və digər istehsal obyektlərində

nəzarət yoxlamaları davam etdirilmiş,

əlilliyin təyininin yeni meyarlara ke-

çidi ilə əlaqədar tibb müəssisə rəh-

bərləri və Naxçıvan Muxtar Respub-

likası Əmək və Əhalinin Sosial Mü-

dafiəsi Nazirliyinin tibbi-sosial ekspert

komissiyasının birgə seminarı keçi-

rilmişdir. Ahıl və əlillərə göstərilən

tibbi  xidməti  yaxşılaşdırmaq  məq-

sədilə yanvar ayı ərzində muxtar res-

publika üzrə 26 nəfər Bakı şəhərinin

Şağan qəsəbəsində yerləşən Əlillərin

Müalicə Pansionatına, 22 nəfər Mər-

dəkan qəsəbəsində yerləşən Müharibə

və  Əmək  Veteranları  Pansionatına,

16 nəfər müxtəlif xəstəxanalara müa-

licəyə göndərilmişdi.

    İxtisaslı kadrların hazırlanması is-

tiqamətində  tədbirlər  də  davam  et-

dirilmiş, 1 həkim təkmilləşmə kursu

keçməsi üçün Ankara Universitetinin

Tibb fakültəsinə göndərilmişdir. Əhali

arasında  səhiyyə  maarifi  işlərinin

aparılmasına  da  diqqət  artırılmış,

2138 maarifləndirici söhbət aparılmış,

15 seminar keçirilmiş, tibbi şuralarda

14 məsələ müzakirə edilmiş, “Sağ-

lamlıq”  televiziya  və  “Şəfa”  radio

verilişlərində aktual tibbi məsələlər

öz əksini tapmışdır.

Naxçıvan Muxtar Respublikası

Səhiyyə Nazirliyinin

mətbuat xidməti

  Muxtar  respublikada  əhalinin  sağlamlığının  qorunması  və  tibbi

xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində işlər yanvar ayında

da davam etdirilmiş, səhiyyə sisteminin yenidən qurulması və müasir

standartlara  uyğunlaşdırılması,  ixtisaslı  kadrların  hazırlanması,

yoluxucu xəstəliklərin profilaktikası diqqət mərkəzində saxlanılmışdır.

Səhiyyə  infrastrukturunun  müasirləşdirilməsi  tədbirlərinin  davamı

olaraq  ötən  ay  Kəngərli  rayonunun  Yurdçu  və  Babək  rayonunun

Xəlilli kəndlərində feldşer-mama məntəqələri istifadəyə verilmiş, tibbi

xidmətin səviyyəsi yüksəldilmişdir. 

Əhaliyə nümunəvi səhiyyə xidməti göstərilir

    “Naxçıvan Dəmir Yolları” Məh-

dud Məsuliyyətli Cəmiyyətindən al-

dığımız məlumata görə, cəmiyyətin

Texniki  İnzibati  Binaların  Təmir-

Tikinti İdarəsi tərəfindən Ordubad

dəmiryol  sərnişin  vağzalında,  Yol

Sahəsinin  inzibati  binasında,  İda-

rəetmə  Mərkəzində,  Yol  Sahəsinin

yardımçı binalarında, yük anbarla-

rında,  eləcə  də  onları  əhatə  edən

ərazidə, sərnişin və yük platforma-

larında  kompleks  tikinti,  yenidən-

qurma və əsaslı təmir işləri davam

etdirilir. 

    Cəmiyyətdən  qəzetimizə  verilən

məlumatda o da bildirilib ki, vağzalda

əsas  tikinti  işləri  başa

çatdırılıb, binaların çar-

dağı qurulub, pəncərələr

salınıb,  tikililərin  fasa-

dına suvaq çəkilib. 

    Xatırladaq ki, son il-

lərdə “Naxçıvan Dəmir

Yolları” Məhdud Məsu-

liyyətli  Cəmiyyətinin

maddi-texniki  bazası

gücləndirilib, dəmir yolu

nəqliyyatı sistemi müasir tələblər sə-

viyyəsində qurulub. Naxçıvan Muxtar

Respublikası  Ali  Məclisi  Sədrinin

2011-ci il 16 mart tarixli Sərəncamı

ilə təsdiq olunan “Naxçıvan Muxtar

Respublikasında dəmir yolu nəqliyyat

sisteminin 2011-2015-ci illər üzrə in-

kişaf Proqramı”nın uğurlu icrası bu

sahənin  hərtərəfli  inkişafını  təmin

edib. 


Ordubad dəmiryol vağzalında kompleks quruculuq işləri aparılır


Yüklə 232,73 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə