Øß Ã Ð Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım



Yüklə 232,73 Kb.
Pdf görüntüsü
səhifə2/4
tarix04.11.2017
ölçüsü232,73 Kb.
#8574
1   2   3   4

2

    Naxçıvan Muxtar Respublikası Mə-

dəniyyət  və Turizm  Nazirliyi  bu  ilin

yanvar ayında Naxçıvan Muxtar Res-

publikası Ali Məclisi Sədrinin fərman

və  sərəncamlarından,  qəbul  edilmiş

dövlət proqramlarından irəli gələn və-

zifələrin  icrasını  diqqət  mərkəzində

saxlamışdır. Belə ki, Dünya Azərbay-

canlılarının Həmrəyliyi Günü və Yeni

il bayramı münasibətilə bayram tətili

günlərində məktəblilər üçün Naxçıvan

Dövlət Film Fondu tərəfindən Naxçıvan

şəhərində  və  rayon  mərkəzlərində  6

Azərbaycan filmi nümayiş etdirilmişdir.

Bu dövrdə Naxçıvan Dövlət Kukla və

Uşaq teatrlarında da bayram şənlikləri

təşkil  edilmiş,  balacalar  üçün  xalq

oyunları və maraqlı tamaşalar təqdim

olunmuşdur. Yanvarın 28-də isə Mə-

dəniyyət və Turizm Nazirliyi və Nax-

çıvan Dövlət Filarmoniyasının təşki-

latçılığı  ilə  “Rast  dəstgahı”  muğam

məclisi keçirilmişdir. Naxçıvan Şəhər

2  nömrəli  Uşaq  Musiqi  Məktəbində

tar,  kamança,  qarmon  və  qanun  ixti-

sasları  üzrə  ustad  dərslər  keçilmiş,

ustad dərslərə 35 müəllim və 40 şagird

cəlb olunmuşdur.

    Xalq  teatrlarının  uğurlu  fəaliyyəti

tamaşaçılar tərəfindən rəğbətlə qarşı-

lanır.  Ay  ərzində  Kazım  Ziya  adına

Ordubad Rayon Xalq Teatrında Cəlil

Məmmədquluzadənin “Kamança” əsə-

ri,  Babək  Rayon  Xalq  Teatrında  isə

Hüseynbala  Mirələmovun  “Xəcalət”

əsəri əsasında hazırlanmış eyniadlı ta-

maşalar teatrsevərlərə təqdim edilmiş-

dir.  Bu  dövrdə  C.Məmmədquluzadə

adına Naxçıvan Dövlət Musiqili Dram

Teatrında isə dramaturq Əli Əmirlinin

“Varlı qadın” tamaşasına ictimai baxış

olmuşdur. 

    Muzey işçilərinin peşə biliklərinin

artırılması sahəsində məqsədyönlü işlər

görülür. Ötən ay Babək Rayon Tarix-

Diyarşünaslıq  Muzeyində  18  muzey

işçisinin  iştirakı  ilə  seminar-treninq

keçirilmişdir. Bu dövrdə kitabxanalarda

da  bir  sıra  tədbirlər  təşkil  edilmiş,

Azərbaycan Respublikasının tarixinə

həsr  olunmuş  kitab  və  foto  sərgilər

nümayiş etdirilmişdir. Ötən ay ərzində

muxtar respublika kitabxanalarına 4525

oxucu müraciət etmişdir ki, onlardan

1137 nəfəri yeni oxuculardır. M.S.Or-

dubadi  adına  Naxçıvan  Muxtar  Res-

publika  Kitabxanasının  elektron  ki-

tabxanasından istifadə edənlərin sayı

isə 20 min nəfəri ötmüşdür.

    Ötən ay uşaq kitabxanaları tərəfin-

dən “Nağıl günləri”nin keçirilməsinə

başlanılmışdır.  Adil  Babayev  adına

Naxçıvan  Muxtar  Respublika  Uşaq

Kitabxanası  tərəfindən  Naxçıvan  şə-

hərindəki 7 və 10 nömrəli uşaq bağ-

çalarında, Naxçıvan şəhər, Şərur, Or-

dubad, Sədərək və Babək Rayon Mər-

kəzləşdirilmiş Kitabxana sistemlərinin

uşaq şöbələri tərəfindən isə rayonlarda

olan uşaq bağçalarında və ümumtəhsil

məktəblərinin  ibtidai  siniflərində  ay

ərzində 16 dəfə “Nağıl günü” keçiril-

mişdir. Bu dövrdə istedadlı gənclərin

məlumat  bazasının  yaradılmasına  da

başlanılmışdır. Bu günədək 44 istedadlı

gənc  haqqında  müvafiq  məlumatlar

bazaya  əlavə  edilmişdir.  Hazırda  bu

istiqamətdə işlər davam etdirilir.

    Yanvar ayında Turizm İnformasiya

Mərkəzinin  saytının  yenilənməsi  və

yeni reklam informasiya materiallarının

hazırlanması işləri də davam etdirilmiş,

muxtar respublikada olan turist xidməti

obyektlərində  xidmətin  səviyyəsinin

yüksəldilməsinə diqqət artırılmışdır.



Naxçıvan Muxtar Respublikası 

Mədəniyyət və Turizm Nazirliyinin

mətbuat xidməti

Mədəniyyət sahəsində tədbirlər yanvar

ayında da davam etdirilmişdir

    Ulu  öndərin  tapşırıq  və  tövsi-

yələri  əsas  götürülərək  Naxçıvan

Muxtar Respublikasında tariximizə,

dilimizə,  ədəbiyyatımıza,  folklo-

rumuza, arxeologiya və etnoqrafi-

yamıza  dair  araşdırmaların  əhatə

dairəsi genişləndirilmişdir. 1996-cı

ildə  keçirilən  “Uluslararası  qay-

naqlarda Naxçıvan”, eləcə də son-

rakı dövrdə keçirilən 50-dən artıq

beynəlxalq  simpozium  və  kon-

fransda sanballı elmi nəticələr əldə

edilmişdir. Həmçinin muxtar res-

publika  ərazisində  aparılmış  ar-

xeoloji tədqiqatlar zamanı mühüm

tarixi  əhəmiyyət  kəsb  edən  mad-

di-mədəniyyət  nümunələri,  elmi

materiallar aşkar edilmiş, tarix və

mədəniyyət  abidələri  pasportlaş-

dırılaraq dövrü və tipoloji mənsu-

biyyəti müəyyənləşdirilmiş, çoxlu

sayda tarixi abidə bərpa olunmuş,

tarix  və  mədəniyyət  abidələrinin

mühafizəsi təmin edilmişdir.  

    Əldə olunan materiallar əsasında

Naxçıvanşünaslığa aid mindən artıq

monoqrafiya,  kitab,  elmi  məqalə,

dərslik  və  dərs  vəsaiti  yazılmış,

“Naxçıvan Abidələri  Ensiklopedi-

yası”, ikicildlik “Naxçıvan Ensiklo -

pediyası”, “Naxçıvan tarixi atlası”

və  “Naxçıvan  tarixi”  çoxcildliyi

nəşr  edilmiş,  onlarla  sənədli  film

çəkilmişdir. Təşkil olunan elmi eks-

pedisiyalar, aparılan arxeoloji təd-

qiqatlar  Naxçıvanşünaslığın  digər

istiqamətlərinin  də  öyrənilməsinə

ciddi əsas yaratmış, Naxçıvanın ta-

rixi,  mədəniyyəti,  toponimikası,

azərbaycanlıların soyqırımı və de-

portasiyası, maarifçilik hərəkatının

və təbii ehtiyatların öyrənilməsi ilə

bağlı elmi konfranslar keçirilmişdir.

Görülən  işlər  Naxçıvanşünaslığın

öyrənilməsi istiqamətində yeni im-

kanlar  açmış,  bu  sahədə  konkret

elmi nəticələr qazanılmış, Naxçıvana

həsr  olunmuş  kitab,  albom,  elmi-

kütləvi məqalə, qəzet və jurnal ma-

teriallarının, sənədli filmlərin, elek-

tron daşıyıcıların qorunub saxlan-

ması,  elmi  nəticələrin  yetişməkdə

olan gənc nəslə öyrədilməsi və təb-

liği zərurətə çevrilmişdir.

    Bu zərurət əsas götürülərək Nax-

çıvan  Muxtar  Respublikası  Ali

Məclisi Sədrinin 2011-ci il 17 fevral

tarixli Sərəncamı ilə Naxçıvan Mux-

tar Respublikası Ali Məclisinin Nax-

çıvanşünaslıq  Mərkəzi  yaradılmış,

mərkəz üçün bina ayrılmış və əsaslı

surətdə yenidən qurulmuşdur. 2013-

cü il fevralın 9-da Naxçıvanşünaslıq

Mərkəzinin açılışı olmuşdur. 

    Ötən  dövrdə  Naxçıvanşünaslıq

Mərkəzi öz fəaliyyətini müasir tə-

ləblər səviyyəsində quraraq ölkənin

ən mükəmməl elmi-tədqiqat müəs-

sisələrindən  birinə  çevrilmişdir.

Mərkəzin kitab və arxiv fondu Nax-

çıvanşünaslığa dair mühüm çap və

arxiv  materialları  ilə  zənginləşdi-

rilmişdir. Qədim tarixə, zəngin mə-

dəniyyətə və dövlətçilik ənənələrinə

malik Naxçıvan diyarında min illər

ərzində yaranan, formalaşan ən qə-

dim mədəniyyətlər, tarixin müxtəlif

dövrlərinin yadigarı olan abidələr,

qədimdən  müasir  dövrümüzədək

tarix,  ədəbi  mühit,  yaradıcılıq  sa-

hələri,  ümumilikdə, xalqın yaratdığı

və günümüzə qədər çatdırdığı milli

dəyərlər sistemi, adət-ənənələr, son

illər  muxtar  respublikanın  sosial-

iqtisadi  inkişafı,  görkəmli  şəxsiy-

yətlərin həyat və yaradıcılığı kimi

mühüm əhəmiyyət kəsb edən mə-

sələlər haqqında kitablar, jurnal və

qəzetlər, xəritə və atlaslar, avtore-

feratlar,  albom  və  fotomateriallar,

sənədli  filmlər  Naxçıvanşünaslıq

Mərkəzində  toplanaraq  sistemləş-

dirilmişdir.  Hazırda  mərkəzin  Ki-

tabsaxlayıcı şöbəsində 3374 nüsxə

çap materialı vardır. Bunlardan 2550

nüsxəsi kitab, 29-u miniatür kitab,

92-si  avtoreferat,  703-ü  isə  qəzet

və jurnal materiallarıdır.

    Mərkəzdə müasir kitabxana tex-

nologiyaları və metodları sahəsində

bir  çox  yeniliklər  tətbiq  edilmiş,

fəaliyyətin  bütün  istiqamətlərinin

ardıcıl  olaraq  təkmilləşdirilməsi

həyata keçirilmiş, əməkdaşların bi-

lik və peşə bacarıqları artırılmışdır.

Xüsusilə yeni texnologiyaların tət-

biqi mərkəzin imkanlarından hər-

tərəfli istifadəyə şərait yaratmışdır.

Mərkəzin kitabxanası və arxivi ən

müasir  informasiya  avadanlıq  və

daşıyıcıları ilə təmin olunmuş, elek-

tron  kitabxana  və  elektron  arxiv

zənginləşdirilmişdir. Bundan başqa,

istifadəçilər  onlara  verilən  şəxsi

parol vasitəsilə elektron informasiya

köşkünə yaxınlaşaraq istənilən ki-

tabı sifariş verə bilirlər. Elektron

köşk istifadəçilərə kitab fondunun

elektron kataloqu ilə tanış olmaq,

sorğulara  operativ  cavab  almaq

və  virtual  sifariş  imkanı  yaradır.

Oxu və dövri mətbuat zalında is-

tifadəçilər  üçün  fonddakı  kitab-

lardan, qəzet və jurnallardan, eləcə

də internetdən istifadə imkanı ya-

radılmışdır.  İstifadəçilər  elektron

kataloq  vasitəsilə  mərkəzin  fon-

dunda  olan  ədəbiyyatlardan,  sə-

nədlərdən,  əlyazmalardan,  video

və audio materiallardan, fotolardan

və xəritələrdən istifadə edə bilərlər.

Həmçinin  üç  dildə  hazırlanan

“www.e-merkez.alimeclis.az” in-

ternet saytı mərkəz ilə səmərəli in-

formasiya  mübadiləsi  aparmağa

imkan  verir.  Artıq  mərkəzin  Ki-

tabsaxlayıcı şöbəsində olan bütün

kitabların elektron variantı və ka-

taloqu yaradılaraq mərkəzin internet

saytında yerləşdirilmişdir. Sayt mər-

kəz  ilə  operativ  əlaqə  saxlamaq,

elektron axtarış xidmətlərindən is-

tifadə etmək, kitab sifariş vermək

və  kataloqda  axtarmaq,  arxivdəki

sənədli və televiziya filmlərinə bax-

maq  imkanı  yaradır.  Ötən  dövrdə

mərkəzin  elektron  saytından  10

mindən artıq oxucu istifadə etmişdir. 

    Naxçıvanşünaslığa  aid  materi-

alların qorunub saxlanılması ilə ya-

naşı, onların gənc nəslə öyrədilməsi

və təbliği də qarşıda duran əsas və-

zifələrdəndir. Bu məqsədlə ümum-

təhsil  məktəblərinin  şagirdlərinin,

ali və orta ixtisas təhsili məktəblə-

rinin tələbələrinin iştirakı ilə Nax-

çıvanşünaslıq Mərkəzində açıq dərs

və tədbirlər keçirilir. Fəaliyyəti döv-

ründə muxtar respublikadakı ümum-

təhsil məktəblərinin müəllim və şa-

gird kollektivinin, Naxçıvan Dövlət

Universitetinin,  “Naxçıvan”  Uni-

versitetinin,  Naxçıvan  Müəllimlər

İnstitutunun, Naxçıvan Dövlət Tex-

niki  Kollecinin,  Naxçıvan  Musiqi

Kollecinin,  Naxçıvan  Tibb  Kolle-

cinin tələbələrinin iştirakı ilə Nax-

çıvanşünaslıq  Mərkəzində  “Mux-

tariyyətin 90 ili”, “Kənd təsərrüfatı

ili”, “İnkişafın 20 ili”, “Kitabi-Dədə

Qorqud” dastanı və onun Naxçıvanla

bağlılığı”, muxtar respublikanın so-

sial-iqtisadi inkişafı, tarixi abidələr,

görkəm li  şəxsiyyətlərin  həyat  və

fəaliyyəti barədə 204 açıq dərs və

tədbir  keçirilmiş,  bu  tədbirlərdə

3953 dinləyici iştirak etmişdir.

    Naxçıvan  Muxtar  Respublikası

Ali Məclisinin Sədri demişdir: “Biz

Naxçıvanşünaslıq Mərkəzinin fəa-

liyyətinə ciddi tələblər veririk. Mər-

kəz Əsasnamə ilə ona həvalə olun-

muş  vəzifələri  yerinə  yetirməli,

Naxçıvan tarixini öyrənməklə Azər-

baycan tarixinin də öyrənilməsinə

öz  töhfəsini  verməli,  fəaliyyətini

mədəniyyət və elm müəssisələri, o

cümlədən Azərbaycan Milli Elmlər

Akademiyasının Naxçıvan Bölməsi

ilə qarşılıqlı əməkdaşlıq əsasında

qurmalıdır”.

    Ali Məclis Sədrinin qarşıya qoy-



duğu  vəzifələr  bundan  sonra  da

elmi-tədqiqat müəssisəsi kimi Nax-

çıvanşünaslıq Mərkəzinin əsas fəa-

liyyət  istiqaməti  olacaq,  kollektiv

Naxçıvan  Muxtar  Respublikasının

tarixi, elmi, ədəbi mühiti, incəsənəti,

təbii sərvətləri və mədəniyyəti, ha-

belə  Naxçıvanın  görkəmli  şəxsiy-

yətlərinin  həyatı  və  fəaliyyətinin

öyrənilməsi  və  təbliği  sahəsində

həyata  keçirdiyi  tədbirləri  davam

etdirəcəkdir. 

Şahin ƏliyarOV

Naxçıvan Muxtar Respublikası 

Ali Məclisinin Naxçıvanşünaslıq 

Mərkəzinin direktoru

    Naxçıvanın tarixinin, ədəbiyyatının, arxeologiya və etnoqrafiyasının,



folklorunun və adət-ənənələrinin, bu ərazidə formalaşan milli dəyərlər

sisteminin elmi faktlar əsasında öyrənilməsi qarşıda duran əsas vəzifədir.

Ümummilli liderimiz Heydər Əliyev bu zərurəti nəzərə alaraq deyirdi:

“Naxçıvanın qədim, zəngin tarixi Azərbaycan tarixinin çox parlaq sə-

hifələrindəndir. Bizim əsas məqsədimiz Naxçıvanın tarixini hərtərəfli

öyrənmək, tədqiq etmək, onları elmi və populyar kitablarda dərc etmək,

təbliğat materiallarında istifadə etməkdir”. 

Naxçıvanşünaslıq Mərkəzi

Naxçıvanşünaslıq Mərkəzi: beş ilin nəticələri

    

– Əshabi-Kəhf ziya-

rətgahı, həqiqətən, çox

unikal məkanlardan bi-

ridir. Mən hər dəfə Nax-

çıvana  yolum  düşəndə

bura  ziyarətə  gəlirəm

və etiraf edim ki, ziya-

rətdən sonra mənən çox

yüngülləşirəm.  Çünki

buradakı ab-hava mənim mənəvi

tələbatımı ödəyir.



    –  Naxçıvana  tez-tez  yolunuz

düşür?

    – Əslində, mən uşaq yaşların-

dan  Naxçıvana  bağlı  olmuşam.

Bizim əslimiz Qubadlı rayonunun

Həmzəli  kəndindəndir.  Atam  o

zaman Qubadlıda tütünçülük sov-

xozunun direktoru idi, işlə bağlı

Naxçıvana  tez-tez  gələrdi.  Mən

də  ilk  dəfə  Naxçıvana  1975-ci

ildə  gəlmişəm,  buradakı  Qızlar

bulağında,  Möminə  xatın  türbə-

sinin  ətrafında  çox  gəzib-dolaş-

mışıq. Sonrakı illərdə də bura yo-

lum düşüb. Naxçıvan tarixən bö-

yük  şəxsiyyətlər  yetirən  qədim

Azərbaycan torpağıdır. Bu torpaq

Heydər  Əliyev  kimi  dünya  sə-

viyyəsində  qəbul  edilən  siyasət

nəhəngi, bütün Türk dünyasında

tanınan və sevilən Hüseyn Cavid,

Cəlil  Məmmədquluzadə  kimi

ədiblər, Yusif Məmmədəliyev kimi

görkəmli alim, Bəhruz

Kəngərli  kimi  realist

rəssamlıq sənətinin ba-

nisini  yetişdirib.  Bu-

nunla yanaşı, Naxçıvan

öz tarixi qədimliyi ilə

bütün dünyaya meydan

oxuyacaq bir Azərbay-

can  diyarıdır.  Nuhun

gəmisi məhz bu torpaqda daya-

nıb.  Dünyanın  heç  bir  yerində

oxşarı olmayan Duzdağ yataqları

məhz Naxçıvandadır. Müqəddəs

“Qurani-Kərim”də adıçəkilən və

hazırda ziyarətinə gəldiyimiz Əs-

habi-Kəhf ziyarətgahı da bu tor-

paqdadır.  Ümumilikdə  isə  Nax-

çıvanın özü Azərbaycanda ən mü-

qəddəs yerdir.

    – Rasim müəllim, qeyd etdiniz

ki, Naxçıvana tez-tez yolunuz dü-

şür, yəqin ki, buradakı dəyişikliyi

də hiss etməmiş deyilsiniz.

    –  Əlbəttə.  Birinci  onu  deyim

ki, Naxçıvan təbiəti, havası, suyu,

saf təbii məhsulları ilə fərqlənən

bir bölgədir. Burada milli-mənəvi

dəyərlərə böyük önəm verilir. San-

ki bu təbiilik insanların da həyatına,

xarakterinə sirayət edib. Mən Nax-

çıvanı çox zaman İsveçrəyə bən-

zədirəm. Çünki burada heç bir ci-

nayət hadisəsi baş vermir. İnsan-

ların bir-birinə qarşı sevgisi, hör-

məti  böyükdür.  Bu  gün  Naxçı-

vanda  ölkəmizi  dünyada,  sözün

həqiqi mənasında, gözəl təbliğ et-

məyi bacaran vətəndaşlar yetişir.

Belə  vətəndaşlarımızın  yetişmə-

sinin  əsl  səbəbi  Heydər  Əliyev

ideyalarının  bu  torpaqda  zərgər

dəqiqliyi  ilə  reallaşdırılması  və

davam etdirilməsidir. Burada kadr-

ların seçilməsində, onların vəzifəyə

təyinatında vətənə sədaqət meyarı

əsas  rol  oynayır.  Bütün  bunlarla

yanaşı, mən hər dəfə Naxçıvana

gələndə  burada  xeyli  dəyişiklik-

lərin  şahidi  oluram.  Hər  yerdə

abadlıq,  təmizlik,  səliqə-sahman

var. Yollarda təhlükəsizlik kəməri

bağlamayan  sürücü  görməzsən,

yüksək siqnal səsləri eşitməzsən,

xüsusi forması olmayan taksi və

marşrut nəqliyyatlarını idarə edən

sürücülərə rast gəlməzsən...



    – Yeri düşmüşkən, sizin həm

də ictimai nəzarətlə bağlı fəaliy-

yətiniz var.

    – Bəli, mən həm də 11 qeyri-

hökumət  təşkilatını  özündə  bir-

ləşdirən İctimai Nəzarət Koalisi-

yasının  sədriyəm.  Ölkə  başçısı

cənab İlham Əliyev də dəfələrlə

çıxışlarında vurğulayıb ki, cəmiy-

yətdə hərtərəfli inkişafa nail olmaq

üçün  ictimai  nəzarətin  olması

mütləqdir. İctimai nəzarət insan-

ların özü-özünə nəzarətindən baş-

layır.  İllərdir,  burada  həyata  ke-

çirilən tədbirlər, yaradılmış möh-

kəm nizam-intizam onu deməyə

əsas verir ki, Naxçıvanda ictimai

nəzarətə ehtiyac yoxdur. 



    – Sağ olun.  

    – Siz də sağ olun, qəzetinizə

uğurlar arzulayıram.



Səbuhi HƏSƏNOV



Hər dəfə Naxçıvana gələndə burada xeyli 

dəyişikliklərin şahidi oluruq

    Onunla indiyədək əyani tanışlığım yox idi. Sadəcə, mətbuatdan

tanıyırdım. Mədəniyyətimizi, milli dəyərlərimizi təbliğ edən bu şəxsi

kütləvi  informasiya  vasitələrində,  ölkəmizdən  kənarda  keçirilən

müxtəlif səviyyəli tədbirlərdə tez-tez görmək mümkündür. Vətəndaş

cəmiyyəti quruculuğunda öz fikirləri və fəaliyyəti ilə tanınan həm-

söhbətimizlə müqəddəs bir məkanda – Əshabi-Kəhf ziyarətgahında

rastlaşdıq. Əyani tanışlıqdan sonra Dünya Azərbaycanlıları Mədə-

niyyət Mərkəzinin birinci vitse-prezidenti Rasim Məmmədov muxtar

respublika ilə bağlı təəssüratlarını bizimlə bölüşdü:


Yüklə 232,73 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə