Øß Ã Ð Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım



Yüklə 232,73 Kb.
Pdf görüntüsü
səhifə3/4
tarix04.11.2017
ölçüsü232,73 Kb.
#8574
1   2   3   4

3

    “Naxçıvan” Universitetində ke-

çirilən konfransı ali təhsil ocağının

tədris işləri üzrə prorektoru İbrahim

Kazımbəyli  giriş  sözü  ilə  açaraq

bildirib  ki,  pedaqoji  təcrübə  kadr

hazırlığının  ən  vacib  sahələrindən

biri olub, ali təhsil müəssisələrinin

tədris planında xüsusi yeri olan bir

prosesdir. Tələbələrin yaxşı bir mü-

təxəssis kimi  hazırlığı məhz praktik

yolla dərinləşdirilir, nəzəri biliklər

pedaqoji  təcrübə  müddətində  icra

oluna-oluna mənimsənilir. Bu yolla

pedaqoji  təfəkkür,  pedaqoji  qabi-

liyyət formalaşır ki, bunlar da pe-

daqoji səriştənin vərdiş halında möh-

kəmlənməsinə səbəb olur. Əslində,

pedaqoji təcrübə professor-müəllim

heyətinin  müəyyən  mərhələ  üzrə

elmi-pedaqoji əməyinin nəticələrini

aşkarlayacaq bir vasitədir.

    Konfransda Pedaqogika və psi-

xologiya  kafedrasının  müdiri  Nə-

zakət Yusifovanın, metodist Elbrus

Vəli yevin  və  qrup  rəhbəri  Nazim

Mahmud ovun  mövzu  ilə  bağlı  çı-

xışları olub. Vurğulanıb ki, 4 həftə

davam  edəcək  təcrübə  Heydər

Əliyev  adına  tam  orta  məktəbdə,

Naxçıvan şəhərindəki 8  və 15 nömrəli

tam orta məktəblərdə keçiriləcək.

    Məlumat  üçün  qeyd  edək  ki,

pedaqoji  təcrübədə  98  tələbə,  21

metodist, 4 qrup rəhbəri, 4 pedaqoq

və psixoloq iştirak edəcək. Mək-

təblərdə tələbələr və metodistlərə

yerlər ayrılıb və tələbələrin təcrü -

bə  keçmələri  üçün  lazımi  şərait

yaradılıb. 



Nuray ƏSGƏrOVa

Pedaqoji təcrübəyə 

həsr olunmuş konfrans 

    Fevralın 15-də Naxçıvan Mux-

tar  Respublikası  Ailə,  Qadın  və

Uşaq Problemləri üzrə Dövlət Ko-

mitəsi, Səhiyyə, Əmək və Əhalinin

Sosial Müdafiəsi nazirliklərinin və

Culfa Rayon İcra Hakimiyyətinin

təşkilatçılığı ilə rayonun Yaycı kən-

dində  yaşayan  aztəminatlı  Quli-

yevlər ailəsinə baş çəkilib.

    Ailə ilə görüş zamanı Naxçıvan

Muxtar  Respublikası  Ailə,  Qadın

və  Uşaq  Problemləri  üzrə  Dövlət

Komitəsinin şöbə müdiri Sahir Rüs-

təmov, Culfa Rayon Əhalinin Sosial

Müdafiəsi  Mərkəzinin  direktoru

Mustafa Cəlilov, rayon İcra Haki-

miyyətinin əməkdaşı Orxan Ələk-

bərli muxtar respublikamızda aztə-

minatlı ailələrə göstərilən qayğıdan

danışıblar. Bildirilib ki, bu yaxınlarda

Azərbaycan Respublikası Preziden-

tinin müvafiq sərəncamları ilə az-

təminatlı ailələrin hər birinə birdə-

fəlik  maddi  yardım  göstərilib,  bu

qəbildən olan ailələrə verilən ünvanlı

dövlət  sosial  yardımının  məbləği

artırılıb. Təkcə ötən il muxtar res-

publikada hər bir nəfərə düşən aylıq

gəlirləri  ehtiyac  meyarından  aşağı

olan ailələrə 3 milyon 269 min ma-

natdan  artıq  ünvanlı  dövlət  sosial

yardımı ödənilib. Bu, dövlətin əha-

linin aztəminatlı təbəqəsinə göstər-

diyi qayğıdan xəbər verir. Aztəmi-

natlı ailələrlə görüşlərin keçirilməsi

də həmin ailələrin sosial vəziyyətinin

yaxşılaşdırılmasına xidmət edir. 

    Sonra aztəminatlı ailənin yaşayış

şəraiti ilə maraqlanılıb, ailə üzvləri

tibbi  müayinədən  keçirilib,  onlara

məişət əşyası və ərzaq payı verilib.

    Sonda ailənin üzvü Əfqan Quli-

yev  göstərilən  diqqət  və  qayğıya

görə minnətdarlığını bildirib.



Naxçıvan Muxtar Respublikası 

Ailə, Qadın və Uşaq Problemləri 

üzrə Dövlət Komitəsinin 

mətbuat xidməti

Aztəminatlı ailələr

diqqət mərkəzindədir 

    Eynəli bəy Sultanovun yaradıcı-

lığı ilk dəfə mərhum filologiya elm-

ləri namizədi İzzət Maqsudov tərə-

findən elmi tədqiqata cəlb edilmişdir.

O, 1963-cü ildə öz namizədlik dis-

sertasiyasını  E.Sultanova  həsr  et-

mişdir. Həmin tədqiqatda göstərilir

ki, Eynəli Çölü oğlu Sultanov 1862-ci

il  7  yanvarda  Naxçıvan  şəhərində,

yoxsullaşmış  mülkədar  ailəsində

anadan olmuşdur. 

    Aidə Feyzullayeva “Maarif car-

çıları” monoqrafiyasında ədibin do-

ğum tarixi kimi 1863-cü ili, ölüm tarixi

olaraq  İ.Maqsudov  kimi  1935-ci ili

göstərir . Eyni ömür xronologiyasını

“Eynəli bəy Sultanovun yaradıcılıq

yolu”  adlı  dissertasiyasında  İradə

Əsədova da qeyd edir. 

    Görkəmli  yazıçının  doğum  və

ölüm tarixləri haqqında yeni və belə

demək  mümkünsə,  fakta  dayanan

səhih məlumat akademik İsa Həbib-

bəyli tərəfindən ortaya qoyulmuşdur.

Doktorluq dissertasiyası (“Cəlil Məm-

mədquluzadə: mühiti və müasirləri”)

üzərində işləyərkən apardığı tədqi-

qatlar  zamanı  İsa  Həbibbəyli  əldə

etdiyi arxiv sənədlərinə istinad edərək

onun 1866-1935-ci illərdə yaşadığını

irəli  sürür:  “Bu  fədakar  şəxsiyyət

nə  vaxt,  harada,  hansı  səviyyədə

təhsil almışdır? Aydınlaşdırılmasına

ehtiyac hiss edilən həmin sualların

cavabına yazıçının təvəllüd tarixinin

dəqiq müəyyənləşdirilməsindən baş-

lamaq  lazım  gəlir.  Çünki  istənilən

tədris  müəssisələrində  oxumaq  hü-

ququ  qazanmaq  həmişə  müəyyən

yaş  tələbi  ilə  əlaqədar  olmuşdur.

Hazır da Eynəli Sultanovun tərcüme-

yi-halından bəhs edən tədqiqatlarda

ədibin anadan olması barədə iki tarix

(1862 və 1863-cü illər) qeyd olun-

maqdadır. Bu fikir müxtəlifliyi onun

doğum haqqında şəhadətnaməsinin,

yaxud  təvəllüd  tarixini  əks  etdirən

digər etibarlı bir sənədin tapılıb üzə

çıxarılmamasından irəli gəlmişdir”.

    Akademik  məqaləsinin  növbəti

abzasında özünün qeyd etdiyi etibarlı

mənbə məsələsinə toxunaraq yazır:

“Cari ildə (1987-ci ildə – E.M.) Cəlil

Məmmədquluzadə və müasirləri ilə

bağlı axtarış apararkən əldə etdiyimiz

“İrəvan Dairə Məhkəməsi prokuro-

runun katibi E.Sultanovun şəxsi işi”

adlanan qovluqda toplanan sənədlər

həmin sahədə aşkar olunan ilk etibarlı

mənbə  sayıla  bilər.  17  vərəqdən

ibarət olan bu sənədlərdə yazıçının

həyatının 1898-ci ilə qədərki dövrü

öz  əksini  tapmışdır.  E.Sultanova

məxsus qovluqdakı formulyar siyahı

(xidmət kitabçası – İ.H.) kimi rəsmi

sənəddə onun 5 may 1866-cı il tarixdə

Çölü bəy Qullarağasıyev-Sultanovun

ailəsində dünyaya gəldiyi qeyd olun-

muşdur.  Bundan  başqa,  həmin  sə-

nəddə xidmət kitabçasının qeyd edil-

diyi 16 dekabr 1896-cı ildə E.Sultan -

ovun  30  yaşında  olduğu  göstəril-

mişdir ki, bu da yeni təvəllüd tarixini

bir daha təsdiqləyir”. Akademik İsa

Həbibbəylinin  arxiv  sənədləri  əsa-

sında ortaya qoyduğu 1866-cı il tarixi

həmin ildən – 1987-ci ildən etibarən

ən tutarlı fakt kimi ədəbiyyatşünaslıq

elmində Eynəli bəy Sultanovun tə-

vəllüdü olaraq qeyd edilir.

     Eynəli bəy Sultanovun təhsil aldığı

yerlərlə  bağlı  da  müxtəlif  fikirlər

mövcuddur.  Belə  ki,  İ.Maqsudov

onun  1872-1877-ci  illərdə  rus-tatar

məktəbində, İ.Həbibbəyli isə 1872-

1880-ci illərdə Naxçıvan qəza mək-

təbində ilk təhsil aldığını qeyd edir.

İ.Maqsudova görə, “Atası Çölü 1877-ci

ildə  Eynəlini  Tiflis  şəhərinə  aparıb

klassik gimnaziyaya qoyur”. Akade-

mik İsa Həbib bəyli isə 1880-1886-cı

illərdə  İrəvan  kişi  gimnaziyasında

oxuduğunu bildirir. Göründüyü kimi,

E.Sultanovun gimnaziya təhsili barədə

də  fikirlər  haçalanır.  Buna  baxma-

yaraq, akademik İsa Həbibbəyli bu

sahədə  də  tutarlı  istinadlar  ortaya

qoyur. O, məqalələrinin birində yazır:

“E.Sultanovun  nə  vaxt  və  harada

təhsil  alması  barədə  bir  neçə  fikir

mövcuddur:  gimnaziya  (yeri,  adı

qeyd  olunmadan)  və  Tiflis  klassik

gimnaziyası.  Ünvanlar  kimi  təhsil

illərinə  dair  tarixlər  də  müxtəlifdir.

1872-1882; 1877-1883; 1877-1885-ci

illər.  Son  illərdə  dərc  olunmuş  bir

məqalədəki (İ.Həbibbəyli M.Atayevin

“Ədəbiyyat və incəsənət” qəzetinin

10  iyun  1983-cü  il  (№23)  tarixdə

dərc olunan “Hansı fakta inanmalı?”

məqaləsinə işarə edir – E.M.) aşağı-

dakı mülahizələri yazıçının gimnaziya

təhsilini konkretləşdirmək üçün yeni

axtarışlara maraq oyatdı. Müəllif ya-

zır: “Tbilisi Dövlət Arxivində axtarış-

larımız zamanı 1882, 1883, 1884-cü

tədris ilində Tiflis Klassik Gimnazi-

yasını  bitirmək  üçün  dövlət  imta-

hanlarına buraxılan və kamal attestatı

alan şəxslər içərisində E.Sultanovun

adına rast gəlmədik”. Onu da qeyd

edək ki, biz hələ 1980-ci ildə Gür-

cüstan SSR Mərkəzi Dövlət Arxivində

araşdırma ilə məşğul olarkən E.Sul-

tanovun adı ilə 1880-1886-cı illərdə

İrəvan gimnaziyasının Qafqaz Təhsil

İdarəsinə  göndərdiyi  hesabatlarda

qarşılaşmış, bu barədə C.Məmməd-

quluzadənin  təhsilinə  dair  dərc  et-

dirdiyimiz  məqalədə  məlumat  ver-

mişdik.  Əldə  etdiyimiz  materiallar

həmin məsələni daha geniş işıqlan-

dırmağa kömək edir. Arxivdəki “İrə-

van kişi gimnaziyası” adlanan fondda

mühafizə olunan sənədlərdən məlum

olur ki, E.Sultanov 1880-ci ildən bu

gimnaziyada oxumağa başlamışdır”. 

     Alimin fakta dayanan bu tapıntısını

da Eynəli bəy Sultanovun hansı illərdə

və hansı gimnaziyada təhsil alması

barədə  dəqiq  məlumat  kimi  qəbul

etməliyik.  1880-ci  ildən  1886-cı

ilədək  İrəvan  kişi  gimnaziyasında

təhsil alan və dövrünün maarifçi zi-

yalıları  Firidun  bəy  Köçərli,  Mirzə

Elxanov və başqalarından dərs alan

Eynəli bəy Sultanov 5 iyun 1886-cı

ildə gimnaziyanın yeddinci sinfindən

çıxmış,  həmin  il  gimnaziyanın  pe-

daqoji şurasının qərarı ilə ona şəhər

ibtidai məktəblərində müəllimlik et-

mək hüququ verilmişdir.

     Hələ gimnaziyanın şagirdi ikən –

1883-cü ildə – 17 yaşındaykən Nax-

çıvanda “Ziyalı məclisi”, “Müsəlman

Şiə Dram İncəsənəti Cəmiyyəti” kimi

ədəbi-mədəni mərkəzlər yaratmaqla

həmyerlilərinin maariflənməsinə ça-

lışmışdır. Hətta bir müddət sonra hə-

min mərkəzlərdə birgə fəaliyyət gös-

tərdiyi ziyalı dostları Cəlil Məmməd-

quluzadə, Paşa ağa Sultanov, Mirzə

Ələkbər  Süleymanov,  Mirzə  Cəlil

Mirzəyev(Şürbi), Əsəd ağa Kəngərli,

Qurbanəli Şərifzadə və başqaları ilə

birlikdə  Naxçıvanda  “üsuli-cədid”

məktəbi və kitabxana açdırmağa nail

olmuşdur. 1883-cü ildən teatr tama-

şaları  təşkil  etmişdir.  1892-ci  ildə

Naxçıvanda  yaxın  dostu  Əsəd  ağa

Kəngərli  ilə  birlikdə  gizli  mətbəə

təşkil  edərək  burada  müxtəlif  məz-

munlu bəyannamələr çap etdirmişdir.

Lakin bundan xəbər tutan iri torpaq

sahibləri,  ruhanilər  onu  ən  qorxulu

şəxs  elan  edir,  bu  cür  dardüşüncəli

insanların şikayətlərindən sonra qəza

rəisinin göstərişi ilə təqib olunmağa

başlanır. Təqiblərdən ehtiyatlanan və

çətin vəziyyətdə qalan ədib Qars şə-

hərinə  gedib  özü  üçün  iş  axtarmalı

olur. Bir neçə ay Qars şəhər uprava-

sında  rütbəsiz  məmur  işinə  düzəlir.

Bu iş onu təmin etmədiyi üçün dörd

ay burada işlədikdən sonra Qarsı tərk

edərək İrəvan şəhərinə gedir. 

    Yazıçının  İrəvandakı  fəaliyyəti

haqqında  akademik  İsa  Həbibbəy-

linin əldə etdiyi “İrəvan quberniyası

Dairə Məhkəməsi prokurorunun ka-

tibi Eynəli Sultanovun şəxsi işi”ndəki

tərcümeyi-halında  ətraflı  məlumat

verilir.


    XIX  əsrin  səksəninci  illərindən

E.Sultanov bir çox qəzet, jurnal və

məcmuələrdə müxtəlif mövzulu ya-

zılarla çıxış edir və ictimaiyyət ara-

sında  publisist  kimi  tanınır.  Məhz

qələminin kəsərli olmasının nəticəsi

idi ki, 1905-1908-ci illərdə “Kaspi”

qəzetinin  İrəvan  və  Naxçıvandakı

xüsusi müxbiri vəzifəsi ona həvalə

edilmişdi.  İrəvanda  olarkən  10  il

müddətinə hüquq sistemində müxtəlif

vəzifələr daşıması artıq E.Sultanovun

bir hüquqşünas kimi də yetişməsinə

səbəb olmuşdur. Buna görə də 1906-cı

ildən etibarən İrəvan Dairə Məhkə-

məsi prokurorunun Naxçıvan mahalı

üzrə  köməkçisi  vəzifəsini  də  daşı-

mışdır.  Hətta  1907-ci  ildə  Dövlət

Dumasına deputat seçilmişdir. 

    Görkəmli  ədib  bu  dövrdə  artıq

Tiflisdə çıxan “Zakavkazye” qəze-

tində dərc olunan “Naxçıvan mək-

tubları”, “İfşaedici vərəqələr” silsilə

məqalələrinə  görə  təqib  olunmağa

başlanmışdı. Qəza rəisi və din xa-

dimlərinin ciddi müqavimətinə rast

gələn E.Sultanov Tiflis şəhərinə ge-

dib  ömrünün  sonuna  qədər  orada

yaşamışdır. O, Səttarxan inqilabına

kömək məqsədi ilə yaradılan “Mü-

cahid”  inqilabı  təşkilatına  daxil  ol-

muşdu. Tiflisdə yaşadığı ilk illərdə,

konkret  olaraq  1909-cu  ildə  E.Sul-

tanov burada Zubalov adına xalq evi

yanında Azərbaycan dram şöbəsinin

təsis edilməsinə çalışan və buna nail

olan maarifçilərdən biri olmuş, hətta

1911-ci ildə Gürcü Əyanlar Teatrında

təşkil olunan Azərbaycan Teatr Cə-

miyyətinin bürosuna üzv seçilmişdir.

O, Tiflisdə yaşayarkən pedaqoji fəa-

liyyətlə də məşğul olmuşdur. 

    Xalqının  maarifini,  mədəniyyə-

tini, ədəbiyyatını sevən, onu öyrənən

və təbliğ edən E.Sultanov 1923-cü

ildə Tiflisdə “Azərbaycan ədəbiyyatı

həvəskarları” dərnəyi yaradır və bu-

rada Nizami, Füzuli, Vaqif, Nəbati,

M.F.Axundov və digər Azərbaycan

şair və yazıçıları haqqında məruzələr

oxuyur. 

     1924-cü ildə o dövrün mətbuatında

da ciddi müzakirə mövzusu olan latın

əlifbasına keçmək uğrunda mübari-

zəyə qoşulan E.Sultanov bunun nə-

ticəsində  də  Yeni  Əlifba  Komitəsi

Tiflis şöbəsinin katibi seçilmiş, “Yeni

fikir” qəzetinə əlavə kimi nəşr edilən

“İşıq yol” qəzetinin məsul katibi və-

zifəsini daşımışdır. Hətta bu illərdə

“Yeni əlifbanın ən yaxşı təbliğatçısı”

adını almışdır. Daha sonra Yeni Türk

Əlifba Komitəsində tərcüməçi vəzi-

fəsində  çalışan  yazıçı  1930-cu  ildə

elə həmin komitədən də təqaüdə çıx-

mışdır. E.Sultanov 1935-ci ilin iyun

ayında  Tiflis  şəhərində  vəfat  etmiş

və Tiflisdəki müsəlman qəbiristanlı-

ğında dəfn olunmuşdur. 

    Görkəmli ədib folklor toplayıcısı

kimi də fəaliyyət göstərmiş, 1886-

1890-cı illərdə İrəvan quberniyasını

və  Naxçıvanı  dolaşaraq  3  mindən

çox atalar sözü, bir neçə aşığın ya-

radıcılığından nümunələr toplamışdır.

Topladığı folklor materiallarının bir

çoxunu 20 məktub vasitəsilə F.Kö-

çərliyə  göndərmişdir.  Çox  təəssüf

ki,  həmin  məktubların  heç  biri  bu

günədək əldə edilməmişdir. 

    Bədii  yaradıcılıqla  məşğul  olan

ədib  46  hekayə,  3  dram  əsəri,  bir

sıra şeir və tərcümənin müəllifidir.

Onun sağlığında “Tatarka” adlı iki-

pərdəli dram əsəri 1904-cü ildə İrə-

vanda, “Seyidlər” hekayəsi (Rzaqulu

Nəcəfovun  müqəddiməsi  ilə)  isə

1926-cı  ildə  Tiflisdə  kitab  halında

nəşr olunmuşdur. “Tatarka” 1883-cü

ildən bəri indiyədək bir çox teatrlarda

tamaşaya qoyulmuşdur. 

    İlk  qələm  təcrübələrini  gənclik

illərində “Tərcüman”da çap etdirən,

onun mühərririni (İsmayıl Qaspıralı –

E.M.) özünün ilk publisist müəllimi

adlandıran Eynəli bəy Sultanov son-

ralar “Həyat”, “İrşad”, “İqbal”, “Mol-

la  Nəsrəddin”,  “Yeni  fikir”,  “Dan

ulduzu”,  “Şərqi-rus”,  “Yeni  yol”,

“Qızıl  şəfəq”  (1932-ci  ildən  sonra

“Yeni qüvvə” adı ilə çıxanda belə),

“Qığılcım”,  “Kəndli”,  “Gələcək”

kimi qəzet, jurnal və məcmuələrdə

mütəmadi  olaraq  bədii,  publisist,

tənqidi yazılarla çıxış etmişdir. Hətta

“Kaspi” qəzetinin İrəvan və Naxçı-

van  üzrə  xüsusi  müxbiri,  “Zakav-

kazye” qəzetinin Müsəlman həyatı

şöbəsinin  müdiri,  “Kavkazskaya

kommuna”  qəzetinin  redaktoru

(1921-1923), “Yeni fikir” qəzetinə

əlavə  kimi  nəşr  olunan  “İşıq  yol”

qəzetinin məsul katibi (1924-1926)

işləmişdir. 

    ...Ədibin  əsərlərini  sonradan,

1937-ci ildə oğlu Çölü qaydaya sal-

mış, Azərnəşrə təqdim etmiş, lakin

məlum olmayan səbəblərə görə XX

əsr Azərbaycan ədəbiyyatında müəy-

yən mövqe qazanan yazıçının əsərləri

nəşr edilib oxuculara çatdırılmamış-

dır. Bəlkə də, özü olmasa da, yaz-

dıqları 37-ci ilin repressiyasının qur-

banı  olmuşdur.  Ölümündən  sonra,

1966-cı  ildə  İ.Maqsudovun  tərtibi

ilə E.Sultanovun “Seçilmiş hekayə-

lər” kitabı nəşr olunmuşdur ki, burada

da ədibin yaradıcılığının çox az bir

qismi, cəmi 12 hekayəsi toplanmışdır.

Bizim  tərəfimizdən  isə  son  illərin

axtarışlarının  nəticəsi  olan  34  he-

kayəsinin  toplandığı  kitabın  nəşri



planlaşdırılmışdır.

Görkəmli yazıçı-publisist, fədakar maarifçi, 

milli dəyərlərin tədqiqatçısı və təbliğatçısı

    XIX əsrin sonları, XX əsrin əvvəlləri Azərbaycan ədəbi-mədəni fikir

tarixində özünəməxsus çəkiyə malik olan simaların yetişməsi ilə yadda-

qalan bir dövr olmuşdur. Cəlil Məmmədquluzadə, Sabir, Əliqulu Qəm-

küsar, Əbdürrəhim bəy Haqverdiyev, Firidun bəy Köçərli və onlarla belə

ədiblərin içərisində bir imza da var idi: Eynəli bəy Sultanov. O Eynəli

bəy Sultanov ki Cəlil Məmmədquluzadə “Xatirələr”ində onun haqqında

belə deyirdi: “O qədər məni özünə qulaq asdırdın ki, axırda doğrudan

da məni maarif aləminə daxil elədin. Yəqin bilirəm ki, sən olmasaydın,

mən də qeyri sadəcə kənd müəllimlərinin içində yaddan çıxmışdım”. Tə-

bii ki, böyük sənətkarın təvazökarlıqla dediyi bu sözlərdə bir həqiqət

payı da olmamış deyil... May ayının 5-də Eynəli bəy Sultanovun anadan

olmasının 150 illiyi tamam olur. Naxçıvan Muxtar Respublikası Ali

Məclisi Sədrinin “Eynəli bəy Sultanovun 150 illik yubileyinin keçirilmə-

si haqqında” 2016-cı il 15 fevral tarixli Sərəncamı ilə görkəmli yazıçının

yubileyi muxtar respublikada geniş qeyd olunacaqdır.

Eynəli bəy Sultanov – 150

    “Mən  səni  sevirəm,  xalqım!  Bütün  məramımla,  bütün  qəlbimlə,

ruhumun bütün incə telləri ilə sevirəm! Səni bütün bəşəriyyəti sevdiyim

qədər  sevirəm!  Səni  bəşəriyyətin  böyük  ailəsinin  üzvü  kimi  sevirəm!

Bütün  məziyyətlərin  və  qüsurlarınla  birlikdə  sevirəm!  Səni  sevərək

həyatını  müşahidə  edir,  sənin  övladlarını  öyrənir,  dost-düşmənlərini

ayırd edirəm...”, – deyən Eynəli bəy Sultanovu da öz xalqı bəşəriyyətin

böyük ailəsinin üzvünün alovlu publisisti, fədakar maarifçisi, milli də-

yərlərimizin tədqiqatçısı və təbliğatçısı kimi daim sevəcəkdir. 

Elxan MƏMMƏDOV 

AMEA Naxçıvan Bölməsinin İncəsənət,

Dil və Ədəbiyyat İnstitutunun elmi işçisi


Yüklə 232,73 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə