Øß Ã Ð Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım



Yüklə 208,74 Kb.
Pdf görüntüsü
səhifə3/4
tarix29.01.2018
ölçüsü208,74 Kb.
#22634
1   2   3   4

3

    Birləşmiş Ərəb Əmirliklərinin nüfuzlu “Əl-Fəcr” qəzetində

Naxçıvan haqqında məqalə dərc olunub. Qəzetin baş redaktoru

Şərif  Əl-Bəsilin  Naxçıvan  Muxtar  Respublikası  haqqında

silsilə məqalələrinin davamı olaraq martın 13-də “Əl-Fəcr”

qəzetində bir səhifə həcmində dərc olunan və fotoşəkillərin

yerləşdirildiyi “Təbiət əfsanəsi. Onun sehri Batabat yaylağı

və  üzən  adasındadır” sərlövhəli  məqaləsi  böyük  maraqla

qarşılanıb.

    Məqalənin müqəddiməsində qəzetin baş redaktoru qədim

tarixi,  təbii  sehri,  məftunedici  həyatiliyi,  eləcə  də  tarixi,

dini, antropoloji, mədəni və turizm abidələri ilə zəngin Nax-

çıvan Muxtar Respublikasını bir dəfə ziyarət etməyin kifayət

olmadığını  oxucuların  diqqətinə  çatdıraraq,  hər  dəfə  bu

gözəl məkana qayıtmağın yeniliklərin kəşfi ilə yadda qaldığını

qabardır.  Naxçıvanı  tərk  etdikdən  sonra  burada  mövcud

sehrin,  cazibədarlığın  və  gözəlliyin  insanı  növbəti  səfər

barədə  düşündürdüyünü  və  burada  dünya  miqyasında  çox

da olmayan nadir incilərdən daim zövq almağın mümkün-

lüyünü vurğulayır.

    Eyni zamanda Şərif Əl-Bəsil Naxçıvan Muxtar Respub-

likası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun rəhbərliyi

altında qısa vaxt kəsimində bu möhtəşəm diyarda hərtərəfli

inkişafın,  müasir  infrastrukturun  nəzərə  çarpdığını  qeyd

edir və bütün bunların xaricdən, xüsusən də ərəb ölkələrindən

turistlərin cəlb edilməsi işində müstəsna addımlar olduğunu

vurğulayır.

    Şərif Əl-Bəsil Naxçıvan Muxtar Respublikasında hər növ

turizm üçün imkanların mövcudluğunu qabardaraq, dünyanın

ən  qədim  insan  məskənlərindən  biri  sayılan  Naxçıvan

ərazisində aparılan arxeoloji qazıntılar və tarixi araşdırmalar

nəticəsində  Nuh  Peyğəmbərin  gəmisinin  məhz  burada  yan

aldığı  barədə  qənaətin  formalaşdığını  yazır,  “Naxçıvan”

sözünün  etimologiyasını  xatırladır,  “Qurani-Kərim”in  “Əl-

Kəhf” surəsində göstərilən mağaranın məhz bu sehrli diyarda

yerləşdiyini oxucuların nəzərinə çatdırır və həmin yerin “Əs-

habi-Kəhf” Dini-Mədəni Abidə Kompleksi kimi məşhur ol-

duğunu oxucuların diqqətinə çatdırır. 

    Ötən məqalələrində Naxçıvanda müalicəvi turizm haqqında

ətraflı bəhs etdiyini xatırladan Şərif Əl-Bəsil bu dəfə təbiət

qoynunda istirahətə üstünlük verənlərə xitabən Batabat yay-

lağını, Ağbulaq İstirahət Mərkəzini və digər ecazkar məkanları

ziyarət etməyi tövsiyə edir. 

    Batabat  yaylağından  bəhs  edən  məqalənin  müəllifi  bu

saf  ərazinin  coğrafi  mövqeyi  barədə  oxuculara  məlumat

verir,  səliqəli  olan  bu  ərazidə  havanın  təmiz  olduğunu,

burada müxtəlif xəstəliklərə qarşı 60-dan yuxarı təbii otların

bitdiyini vurğulayır və dünyada ən keyfiyyətli balın mövcud

olduğunu  xüsusilə  qeyd  edir.  Eyni  zamanda  o,  eyniadlı

göldə adanın varlığını qeyd edir və küləklərin təsiri altında

üzdüyünü möcüzə kimi qələmə verir. 

    Ağbulaq İstirahət Mərkəzinə gəlincə, baş redaktor istirahət

mərkəzinin  yerləşdiyi  ərazinin  təbii  xüsusiyyətləri  və  bu

mərkəzdə  yaradılan  şərait  barəsində  müfəssəl  bəhs  edir.

Burada təqdim edilən təamların, eləcə də meyvə-tərəvəzin

bütünlüklə orqanik olduğunu önə çəkir və istirahət mərkəzinin

daim qonaqların zövqünə uyğun daha da təkmilləşdirildiyini

qabardır.

    Sonra Şərif Əl-Bəsil Əlincə qalasına nəzər salaraq, ilk

növbədə, Azərbaycan  tarixinin  və  xalqının  qədim  irsinin

qorunub saxlanmasına böyük diqqətin təzahürü kimi Nax-

çıvan  Muxtar  Respublikası  Ali  Məclisinin  Sədri  cənab

Vasif Talıbovun 11 fevral 2014-cü ildə “Əlincəqala” tarixi

abidəsinin  bərpa  edilməsi  haqqında  Sərəncamını  xüsusilə

qeyd edir. O, oxucuları 2000 illik tarixə malik bu qalanın

coğrafi mövqeyi ilə tanış edir, Əmir Teymurun ordusunun

14 illik hücumlarına qarşı Azərbaycan xalqının müqavimət,

inadkarlıq və döyüş ruhunun rəmzi olaraq bu qalanın Azər-

baycanın  tarixində  ən  məşhur  abidələrdən  biri  olduğunu

vurğulayır və qalanı tam təsvir edir.

Asya HAcıZAdƏ

AZƏRTAC-ın xüsusi müxbiri

Əbu-Dabi 

“Əl-Fəcr” qəzetində Naxçıvan barədə məqalə dərc olunub

    Tədbiri  giriş  sözü  ilə  Naxçıvan

Muxtar Respublikasının mədəniyyət

və turizm naziri Natəvan Qədimova

açaraq bildirib ki, Azərbaycanın is-

tedadlı,  görkəmli  sənətkarlarından

biri də “Molla Nəsrəddin” ədəbi mək-

təbinin nümayəndəsi Məmməd Səid

Ordubadidir. Qüdrətli sənətkar ədə-

biyyat və mədəniyyət tariximizə şair,

publisist, dramaturq, tərcüməçi, jur-

nalist, görkəmli romançı kimi daxil

olub.  O,  “Dumanlı  Təbriz”,  “Gizli

Bakı”, “Döyüşən şəhər”, “Qılınc və

qələm” və başqa romanları ilə ədə-

biyyat tariximizdə qüdrətli nasir kimi

tanınıb. Görkəmli sənətkar Azərbay-

can klassikləri haqqında bir sıra mə-

qalələrin  müəllifi  olmaqla  yanaşı,

həm  də  gözəl  tərcümə  əsərlərinin

müəllifidir.  Məmməd  Səid  Orduba-

dinin  ən  böyük  xidmətlərindən  biri

onun ədəbiyyat tariximizdə tarixi ro-

man janrının əsasını qoymasıdır. 

    Azərbaycan  xalqının  ümummilli

lideri Heydər Əliyev Məmməd Səid

Ordubadinin irsinə, onun yaradıcılığına

yüksək qiymət verib. Ulu öndərimizin

hakimiyyətdə olduğu illərdə qüdrətli

nasir haqqında yeni və sanballı tədqiqat

əsərləri kütləvi şəkildə nəşr olunub,

xatirəsinin əbədiləşdirilməsi üçün ar-

dıcıl  tədbirlər  həyata  keçirilib,  100

illik  yubileyi  ölkəmizdə  və  xaricdə

yüksək səviyyədə qeyd olunub, əsərləri

xarici dillərə tərcümə edilib. 

    Diqqətə  çatdırılıb  ki,  Məmməd

Səid Ordubadinin 100 illiyi münasi-

bətilə  1972-ci  ilin  iyununda  ədibin

anadan olduğu evdə ev-muzeyi yara-

dılıb. Böyük yazıçı ilə bağlı 2000-dən

çox  eksponatın  mühafizə  olunduğu

ikinci muzey Bakı şəhərində fəaliyyətə

başlayıb. Ümummilli liderin diqqəti

və  qayğısı  ilə  görkəmli  yazıçı-dra-

maturqun xatirəsinin əbədiləşdirilməsi

ilə bağlı bir sıra tədbirlər həyata ke-

çirilib,  Azərbaycanda,  o  cümlədən

qədim diyarımızda bir sıra küçə, mə-

dəniyyət müəssisəsinə, kitabxanalara

onun adı verilib. 1972-ci ildə Məmməd

Səid Ordubadinin adını daşıyan Nax-

çıvan  Muxtar  Respublika  Kitabxa-

nasının  qarşısında  yazıçının  büstü

ucaldılıb. 

    Görkəmli yazıçı və dramaturq, ic-

timai xadimin irsinə, onun yaradıcılı-

ğına bu gün də böyük diqqət və qayğı

göstərilir. Azərbaycan Respublikasının

Prezidenti cənab İlham Əliyevin “Azər-

baycan ədəbiyyatı klassiklərinin əsər-

lərinin latın qrafikası ilə nəşr edilməsi

haqqında” 12 yanvar 2004-cü il tarixli

Sərəncamına əsasən, böyük yazıçının

seçilmiş  əsərləri  oxuculara  təqdim

edilib.  Dövlət  başçısının  10  aprel

2012-ci il tarixli Sərəncamı ilə ədibin

140 illik yubileyi ölkəmizdə və muxtar

respublikamızda  geniş  qeyd  edilib.

Naxçıvan  Muxtar  Respublikası  Ali

Məclisi Sədrinin 17 aprel 2012-ci il

tarixli Sərəncamı ilə Məmməd Səid

Ordubadinin  140  illik  yubileyinin

Naxçıvan  Muxtar  Respublikasında

keçirilməsi  ilə  əlaqədar  Tədbirlər

Planı təsdiq edilib, bu sərəncama əsa-

sən elmi konfranslar keçirilib, sərgilər

təşkil  edilib,  “M.S.Ordubadi  taleyi

və sənəti” məqalələr toplusu nəşr olu-

nub, poçt marka və zərfləri buraxılıb. 

   Nazir  çıxışını  Naxçıvan  Muxtar

Respublikası  Ali  Məclisi  Sədrinin

böyük ədibin 140 illiyi ilə bağlı yu-

biley tədbirində dediyi sözlərlə bitirib.

Həmin yubiley tədbirində Ali Məclisin

Sədri deyib: “Məmməd Səid Ordu-



badi yaradıcılığını təhlil edərkən ay-

dın görmək mümkündür ki, o, tarixi

roman  və  sənədli  əsərlərini  təkcə

tarixdə yol verilmiş boşluqları dol-

durmaq xatirinə yaratmamışdır. Bu-

nunla yanaşı, o eyni zamanda oxu-

cusuna, bütövlükdə isə mənsub ol-

duğu  xalqa  buraxılmış  səhvlərin

aradan qaldırılmasını, onların təkrar

olunmamasını da təlqin edirdi. Tarixi

keçmişi öyrənməyi vətənpərvərlik və

milli iftixar hissinin təzahürü hesab

edən ədib, bununla da, azərbaycanlı

olmağın  nümunəsini

göstərmişdir.  Bütün

bunlar deməyə əsas ve-

rir  ki,  Məmməd  Səid

Ordubadinin  zəngin

yaradıcılığı millilik və

bəşəriliyi,  yüksək  və-

təndaşlıq qayəsini, qa-

baqcıl ideyaları özündə

birləşdirən  Azərbay-

cançılıq məktəbidir. Bu

məktəbin  tariximizdə

və ədəbiyyatımızda oynadığı rol yük-

sək qiymətə layiqdir”.

    Sonra Naxçıvan Muxtar Respub-

likası Yazıçılar  Birliyinin sədri Asim

Əliyev “Məmməd Səid Ordubadinin

şeir  yaradıcılığı”  mövzusunda  çıxış

edərək bildirib ki, görkəmli ədib ya-

radıcılığa  şeirlə  başlayıb.  Məmməd

Səid Ordubadi ilk şeirlərində “Şərqi-

Rus” qəzetinin ideyalarını tərənnüm

edib,  xalqı  tərəqqiyə,  elmə,  mədə-

niyyətə səsləyib. Bu şeirlərin bir çoxu

söz ustadının “Qəflət” və “Vətən və

hürriyyət” adlı kitablarında toplanıb.

Qeyd edilib ki, Məmməd Səid Ordu-

badinin  gündəlik  hadisələrə,  siyasi-

ictimai mövzulara, beynəlxalq məsə-

lələrə  dair  çoxsaylı  şeirləri  vardır.

Ədib böyükhəcmli əsərlər yazsa da,

daim şeirlər də yazıb, bu janra da ya-

radıcılığının sonuna qədər sadiq qalıb. 

    AMEA Naxçıvan Bölməsinin İn-

cəsənət, Dil və Ədəbiyyat İnstitutunun

əməkdaşı Nərgiz İsmayılova “İki ço-

cuğun Avropaya səyahəti və M.S.Or-

dubadinin görmək istədiyi Naxçıvan”

mövzusunda  çıxışında  yazıçının  ilk

romanını “Tazə həyat” qəzetində çap

etdirdiyini bildirib. Böyük ədibin bu

romanında arzuladığı ideya və fikirləri

bu  gün  Naxçıvanda  aydın  görmək

olar. Bu gün qədim diyarımızda  gedən

inkişaf və tərəqqi, həyatın bütün sa-

hələrində müsbət dəyişikliklər bunun

bariz ifadəsidir.

    C.Məmmədquluzadə  adına  Nax-

çıvan Dövlət Musiqili Dram Teatrınıın

aktyorları Şölə Novruzbəyli və Anar

Eyvazovun  ifasında  ədibin  “Millət-

pərvər  inteligent”,  “Millət  ataları”

felyetonları, “Rüşvətlə mübarizə za-

manı”,  “Molla  və  rəssam”  şeirləri

bədii qiraət olunub.

    Sonra görkəmli yazıçının yubileyi

münasibətilə təşkil olunmuş sərgiyə

baxış olub.

Əli RZAyEv

Məmməd Səid Ordubadinin anadan olmasının

145 illiyi münasibətilə tədbir keçirilib

   Dünən M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitab-

xanasında  görkəmli  yazıçı  Məmməd  Səid  Ordubadinin  anadan  ol-

masının 145 illiyi münasibətilə tədbir keçirilib. 

    Dövlət Miqrasiya Xidmətində

muxtar respublikamızda fəaliyyət

göstərən mehmanxana nümayən-

dələrinin iştirakı ilə maariflən-

dirici tədbir keçirilib. 

    Tədbirdə  Dövlət  Miq-

rasiya Xidmətinin əməkdaşı

Aysel Əliyeva “Dövlət Miq-

rasiya Xidməti muxtar res-

publika ərazisində turizmin

inkişafına öz töhfəsini ver-

məyə çalışır” mövzusunda

çıxış edib. Qeyd olunub ki,

bu gün muxtar respublikaya gələn

hər bir əcnəbinin və vətəndaşlığı

olmayan şəxsin qəbulu və qey-

diyyatının aparılması sadələşdi-

rilib.  Miqrantların  rahatlığının

təmin  edilməsi  məqsədilə  sər-

həd-buraxılış məntəqələrinin miq-

rasiya  bölmələrində  qeydiyyat

sadələşmiş formada aparılır. Eyni

zamanda muxtar respublika əra-

zisində fəaliyyət göstərən meh-

manxanalarla  xidmət  arasında

yaradılmış  “Elektron  hökumət

portalı” üzərindən aparılan elek-

tron sənəd dövriyyəsinin də ölkə -

yə gələn əcnəbilərin qeydiyyata

alınmasında  böyük  rolu  vardır.

    Bildirilib ki, Naxçıvan Muxtar

Respublikası Ali Məclisi Sədrinin

“Naxçıvan Muxtar Respublika-

sında dövlət orqanlarının elektron

xidmətlər  göstərməsinin  təşkili

haqqında” 15 iyul 2011-ci il ta-

rixli Fərmanının icrası ilə əlaqə-

dar  olaraq  2014-cü  ilin  aprel

ayından 3 dildə vətəndaşların is-

tifadəsinə verilən xidmətin rəsmi

internet səhifəsi muxtar respub-

likanın təbliğində və təşviqində

böyük rol oynayır. Belə ki, burada

muxtar respublikanı əks etdirən

şəkillərin  yerləşdirilməsi,  Nax-

çıvan  Muxtar  Respublikasının

portal saytına keçidin verilməsi

əcnəbilərdə həm muxtar respub-

lika barədə ilkin təsəvvürün ya-

ranmasına, həm də ölkəyə gəldiyi

vaxtdan miqrasiya qanunvericiliyi

ilə tanış olmaqla müraciətlərinin

göndərilməsinə imkan yaradır.

    Yaradılmış  sayt  üzərində

“Elektron xidmət” və “Onlayn

ödəmə”  bölməsinin  istifadəyə

verilməsi,  “Sual-cavab  və  mü-

raciətlər” bölməsinin daim isti-

fadəçilərə  açıq  olması  əcnəbi-

lərin  və  vətəndaşlığı  olmayan

şəxslərin,  eyni  zamanda Azər-

baycan Respublikası vətəndaş-

larının məkandan asılı olmayaraq

miqrasiya  qanunvericiliyi  ilə

bağlı  suallar  ünvanlamalarına

və  verilən  sualların  xidmət  tə-

rəfindən operativ cavablandırıl-

masına şərait yaradır.

    Diqqətə çatdırılıb ki, “Elektron

hökumət portalı”nın istifadəçisi

olan Dövlət Miqrasiya Xidməti

üçün konkret sahələr üzrə 9 xid-

mət növü müəyyənləşdirilib. Ar-

tıq bu sahələr Dövlət Miqrasiya

Xidməti tərəfindən avtomatlaş-

dırılıb, əcnəbilərin və vətəndaş-

lığı olmayan şəxslərin, eyni za-

manda Azərbaycan Respublikası

vətəndaşlarının istifadəsinə ve-

rilib. Həmin xidmət növləri, əsa-

sən, əcnəbilərin və vətəndaşlığı

olmayan  şəxslərin  olduğu  yer

üzrə  qeydiyyatı,  müvəqqəti  və

daimi yaşaması, müvəqqəti olma

müddətinin  uzadılması,  iş  ica-

zələrinin  verilməsi  və  müddət-

lərinin uzadılması, Azərbaycan

Respublikası vətəndaşlığına bər-

pa,  miqrasiya  orqanlarına  işə

qəbul,  dövlət  rüsumlarının  və

cərimələrin  onlayn  ödənilməsi

ilə bağlı sahələri əhatə edir.

    Adları  qeyd  edilən  hər  bir

xidmət növü üzrə inzibati reqla-

mentlər hazırlanıb və Naxçıvan

Muxtar Respublikası Dövlət Miq-

rasiya Xidmətinin internet səhi-

fəsi üzərində yerləşdirilib. İnzibati

reqlamentlərdə, əsasən, xidmətin

interaktiv  və  ya  informativ  ol-

ması, sənədləşmələr, hüquqi əsas-

ları  göstərilir.  Hər  bir  müraciət

edən şəxs inzibati reqlamentlərlə

tanış olaraq müvafiq xidmət növü

üzrə xidmətə müraciət edə bilər.

    Sonra Dövlət Miqrasiya Xid-

mətinin əməkdaşı Qiyas Paşayev

“Elektron hökumət portalı” üzə-

rindən sənədlərin göndərilməsi -

nin  praktik  icrasını  əks  etdirən

video-slayd vasitəsilə tədbir iş-

tirakçılarına məlumat verib. 

    Sonda  tədbir  iştirakçılarını

maraqlandıran suallar cavablan-

dırılıb.



Kərəm HƏSƏNOv



“Elektron xidmət” və “Onlayn ödəmə” bölmələrinin

fəaliyyəti müraciətlərin operativ cavablandırılmasına

şərait yaradıb


Yüklə 208,74 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə