Øß Ã Ð Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım



Yüklə 208,74 Kb.
Pdf görüntüsü
səhifə4/4
tarix29.01.2018
ölçüsü208,74 Kb.
#22634
1   2   3   4

4

    Qida istehsalı üzrə ixtisaslaşmış

təsərrüfat subyektlərinin hərtərəfli

dövlət qayğısı ilə əhatə olunması,

bu sahədə texniki, innovasiya, lo-

gistika  və  marketinq  dəstəyinin

ardıcıl olaraq gücləndirilməsi, gü-

zəştli kredit resurslarına çıxış im-

kanlarının  genişləndirilməsi,  or-

qanik məhsul istehsalının səmərəli

təşviqi fonunda geni modifikasiya

olunmuş məhsullardan istifadənin

məhdudlaşdırılması, qida əlavələ-

rindən, pestisidlərdən və emulqa-

torlardan  istifadənin  ciddi  dövlət

nəzarəti  ilə  əhatə  olunması,  son

nəticədə, geniş ictimai rəydə xüsusi

rəğbətə malik, ekoloji təmiz, insan

sağlamlığı  üçün  faydalı  və  yük-

səkkeyfiyyətli Naxçıvan məhsul-

larına  özünəməxsus  imic  qazan-

dırıb. Lakin bir sıra hallarda Nax-

çıvan məhsullarının yüksək imicinə

xələl gətirə biləcək faktlara, sax-

takarlıq  hallarına  rast  gəlirik  ki,

bu  da  ciddi  təəssüf  doğurmaqla

istehlakçıların yanıldılmasına səbəb

olur.


    Naxçıvan Muxtar Respublikası

Standartlaşdırma, Metrologiya və

Patent üzrə Dövlət Komitəsindən

bildirilib  ki,  komitə  tərəfindən

daxili bazarda müşahidələr aparılıb.

Müəyyən olunub ki, Abşeron ra-

yonu, Xırdalan şəhəri, İlham Cə-

fərov küçəsi 45 ünvanında fəaliyyət

göstərən fiziki şəxs S.G.Nabatov

və Heydər Əliyev prospekti 184

A

ünvanında fəaliyyət göstərən fiziki



şəxs  N.S.Əsgərov  tərəfindən  is-

tehsal olunmuş 3 çeşiddə kolbasa

məhsulları  müvafiq  qanunverici-

liyin  tələbləri  nəzərə  alınmadan,

qeyri-qanuni  olaraq,  Naxçıvan

Muxtar  Respublikası  ilə  əlaqəsi

olmadan “Naxçıvan” adı ilə mar-

kalanıb. “Əmtəə nişanları və coğrafi

göstəricilər haqqında” Azərbaycan

Respublikası  Qanununa  əsasən

coğrafi göstəricidən istifadə həmin

ərazidə xidmət göstərən sahibkarlar

üçün nəzərdə tutulur. Eyni zamanda

əmtəə nişanları, coğrafi göstəricilər

və ya onlarla qarışdırılacaq dərə-

cədə oxşar olan nişanlarla qeyri-

qanuni təchiz olunan mallar kon -

trafakt məhsullar hesab edilir. Belə

məhsullara rast gəldikdə Naxçıvan

Muxtar Respublikası Standartlaş-

dırma, Metrologiya və Patent üzrə

Dövlət  Komitəsinə  və  Naxçıvan

Muxtar Respublikası İqtisadiyyat

Nazirliyinə operativ məlumat ve-

rilməsi xahiş olunur.

    Aşkar olunmuş saxtakarlıq hal-

larına  qarşı  mübarizə  tədbirləri

çərçivəsində müvafiq hüquqi pro-

sedurlar başladılıb.

Xəbərlər şöbəsi

“Naxçıvan” adından qeyri-qanuni istifadə etməklə

istehsal olunmuş kontrafakt məhsullar aşkarlanıb

    Muxtar respublikada reallaşdırılan və uzunmüddətli dövrə hesab-

lanmış sosial-iqtisadi siyasətin əsas hədəflərindən biri qida təhlükə-

sizliyinin təmin olunmasıdır. İqtisadi təhlillər, faktlar və açıq müşahidələr

göstərir ki, həyata keçirilən islahatların səmərəli nəticəsi kimi qida

təhlükəsizliyinin kompleks və çoxcəhətli təşviqi, ixracyönümlü və daxili

bazarda idxalı əvəzləyən strateji ərzaq məhsullarının xüsusi çəkisinin

artırılması istiqamətində ciddi uğurlar əldə edilib.

Qeydiyyat №: 575

Əlyazmalara cavab verilmir

və onlar geri qaytarılmır

ØßÐÃqapısı

Ünvan: AZ-7000,

Naxçıvan şəhəri, “Təbriz” küçəsi 1.

Telefonlar: Məsul katib: 545-62-47 

Şöbələr: 545-81-44, 545-51-18

Müxbirlər: 545-75-21, Faks: 544-52-52

E-mail: serqqapisi@nakhchivan.az

Nömrəyə məsul: Əli Cabbarov

Qəzet redaksiyanın kompüter mərkəzində yığılıb, səhifələnib və

Əcəmi NPB-də ofset üsulu ilə çap olunmuşdur.

Tiraj: 1000. Sifariş № 223

Baş redaktor:

TURAL SƏFƏROV

     Bir vaxtlar məlum səbəblər ucba-

tından yaşadığımız çətinliklər artıq ar-

xada qalıb. Xüsusilə də bayramlar ərə-

fəsində keçirdiyimiz daxili narahatçı-

lıqlara  son  qoyulub.  Bu  gün  dükan-

bazarlarımızda bolluqdur. Necə deyərlər,

istəsək  quş  südü,  can  dərmanı  tapar,

istənilən məhsullarla süfrəmizi bəzəyə

bilərik. Buna həm maddi imkanlarımız

var, həm də təminat baxımından döv-

lətimiz tərəfindən hərtərəfli şərait ya-

radılıb. Bu gün muxtar respublikanın

ən ucqar dağ kəndlərinin belə, mağa-

zalarına daxil olub, bayram üçün istə-

diyin  məhsulları  ala  bilərsən.  Kənd

adamlarının hələ ötən payızda bayram

üçün  yaratdığı  ehtiyat  məhsullar  da

öz yerində. Bununla belə, artıq ənənə

halını  almış  bayram  yarmarkalarının

təşkili də Novruzu təmtəraqla, istədi-

yimiz şəkildə keçirməyə imkan yaradıb.

Hər il olduğu kimi, bu il də Naxçıvan

şəhərindəki Mərkəzi bazar öz qapılarını

əhalinin üzünə açıb. 

    Budur, biz də bazarda təşkil edilmiş

yarmarkadayıq. İlk olaraq istehsalçı

və  istehlakçılarla  görüşürük.  Şərur

rayonunun Yuxarı Daşarx kəndindən

yarmarkaya  məhsul  gətirmiş  Anar

Rzayev deyir ki, Novruz xalqımızın

ən  qədim  bayramlarındandır.  Hamı

çalışır  ki,  bu  bayramda  süfrəsi  bol

olsun. Ona görə də ailələr tərəfindən

müxtəlif  şirniyyatlar  hazırlanır,  sə-

mənilər cücərdilir, digər işlər görülür.

Bir neçə ildir ki, Naxçıvan şəhərində

bayramqabağı təşkil olunan yarmar-

kalar bu əziz bayramı layiqincə qeyd

etməyə imkan verir. Belə tədbir həm

məhsul istehsalçılarının, həm də is-

tehlakçıların  ürəyincədir.  Ona  görə

də yarmarka təşkilatçılarına minnət-

darıq. Mərkəzi bazarda ənənəvi bay-

ram  yarmarkasının  təşkilində  əsas

məqsəd  süfrələrimizdə  əsl  bayram

bolluğu yaratmaqdır. 

     Cavad Səfərov Şahbuz rayonunun

Külüs kəndindən yarmarkaya məhsul

gətirib.  O  da  söhbətimizə  qoşulur.

Deyir ki, son bir neçə ildir, Naxçıvan

şəhərində  təşkil  olunan  bayram  yar-

markasına məhsul satmağa gəlir: “Nax-

çıvan şəhərində belə bir bayram yar-

markasının təşkil olunması həm bizim

kimi  torpaq  mülkiyyətçilərinə,  həm

də  alıcılara  şərait  yaradır.  Artıq  bir

neçə ildir ki, mən halal zəhmətlə əldə

etdiyim məhsulları satmaq üçün bura

gətirirəm. Bu il də xeyli məhsul gətir-

mişəm. Gətirdiyim ağartı məhsullarını

iki saat müddətində satıb qurtarmışam.

Bizə yaradılmış bu şəraitə görə döv-

lətimizə minnətdarlığımı bildirirəm”. 

    Babək  rayonunun  Nehrəm  kən-

dindən  tərəvəz  məhsulları  gətirmiş

Füzuli Cəfərov onlar üçün yaradılan

şəraitdən razılıq edir. Bildirir ki, bu-

rada  piştaxta  və  elektron  tərəzi  ilə

təmin  olunub.  Məhsulun  satışından

da razıdır. Deyir ki, hər kəs bu bayram

günündə süfrəsinin bol olmasını is-

təyir. Digər satıcı İsrafil Məmmədov

isə Kəngərli rayonunun Xok kəndin-

dən  məhsul  gətirib.  Satdığı  pendir,

şor, yağ öz təsərrüfatındandır. Müsa-

hibimiz deyir ki, bu cür yarmarkaların

təşkili fərdi təsərrüfat sahiblərinə öz

məhsullarını  satmaq  üçün  hərtərəfli

şərait  yaradır.  Hamı  çalışır  ki,  yerli

məhsul alsın, çünki yerli məhsulları-

mızın tamını heç nə ilə müqayisə et-

mək mümkün deyil.

    Yarmarkaya gələn paytaxt sakinləri

də yaradılmış şəraitə görə razılıqlarını

bildirirdilər. Şəhər sakini Saday Qu-

liyev deyir ki, muxtar respublikanın

müxtəlif yerlərindən yarmarkaya gə-

tirilən məhsullar həm keyfiyyəti, həm

də  qiymətinin  ucuzluğu  ilə  diqqət

çəkir.  Ötən  illərə  qayıdan  həmsöh-

bətim onu da xatırladır ki, neçə illər

bundan əvvəl bayrama hazırlaşarkən

xeyli çətinliklərlə üzləşirdik. Aldığımız

məhsulların  çoxu  xarici  ölkələrdən

gətirilmiş  məhsullar  idi.  Ancaq  şü-

kürlər olsun ki, indi hər kəsin istədiyi

növdə  və  çeşiddə  ala  biləcəyi  yerli

məhsullarımız var. 

    Alıcılar  yarmarkada  sanitar-gi-

giyenik  qaydalara  əməl  olunması

üçün  həyata  keçirilən  tədbirlərdən

də razılıqla danışdılar. Belə tədbir-

lərin davamlı olacağına əminliklərini

bildirdilər.

    Yarmarkada  öyrəndik  ki,  muxtar

respublikanın  kənd  yaşayış  məntə-

qələrindən buraya 120 təsərrüfat sub-

yekti məhsul gətirib. 36 emal və is-

tehsal  müəssisəsindən  yarmarkaya

çıxarılan 114 adda, 210 çeşiddə məh-

sulun da alıcıları çoxdur. Bu məhsullar

daha çox “Ləzzət”, “Bərəkət”, “Hilal”,

“Damla”,  “Fərda” və başqa müəssi-

sələrə məxsusdur. Alıcılar 9 soyuducu

anbarın  və  istixana  kompleksinin

məhsullarına da böyük maraq göstə-

rirlər. Muxtar respublikanın quşçuluq

təsərrüfatlarının məhsulları da isteh-

lakçıların ürəyincədir. 9 idxalçı müəs-

sisənin meyvə məhsullarının topdan-

satış  qiymətinə  pərakəndə  satışı  da

təşkil edilib.

    Məlumat üçün bildirək ki, yarmarka

martın 20-dək davam edəcəkdir.



Muxtar MƏMMƏdOv



Novruz bayramında süfrələrimizdə bolluq olacaq

Naxçıvan şəhərindəki Mərkəzi bazarda bayram münasibətilə

təşkil edilmiş yarmarkadan reportaj

Neçə  gündür  ki,  bayram  ab-havası  ilə  yaşayan,  Novruz  ovqatlı

muxtar respublika sakinlərinin sevincini başa düşmək çətin deyil. Ona

görə ki, Novruz xalqımızın kökü yüz illərə söykənən ən əziz bayramıdır.

Hamı  bu  əziz  və  müqəddəs  bayramı  könül  açıqlığı,  süfrə  bolluğu  ilə

qarşılamağa çalışır və bunun üçün də heç bir çətinlik yoxdur. 

    Naxçıvan şəhərindəki “N” hərbi his-

sədə Naxçıvan şəhər tam orta məktəb-

lərinin komandaları arasında “Şahin”

hərbi-idman  oyunu  keçirilib.  Yarışda

17 tam orta məktəbin komandası mü-

barizə aparıb.

    Əvvəlcə Azərbaycan Respublikasının

Dövlət Himni səsləndirilib. Tədbirin açılış

mərasimində çıxış edən Naxçıvan Şəhər

Gənclər və İdman İdarəsinin rəisi Xəyal

Qurbanov, Əlahiddə Ümumqoşun Ordu-

sunun zabiti, polkovnik Mirqiyas Rüstəm -

ov, Naxçıvan Muxtar Respublikası Föv-

qəladə Hallar Nazirliyinin nümayəndəsi,

kapitan Rəcəb Səfərov və digərləri hər-

bi-vətənpərvərlik tərbiyəsi haqqında da-

nışıb, iştirakçılara uğurlar arzulayıblar.

    Hərbi-idman  oyununda  komandalar

sıra hazırlığı, patronun darağa doldurul-

ması  və  boşaldılması,  avtomat  silahın

sökülməsi və yığılması, tüfəngdən hədəfə

atəş açma, fiziki hazırlıq, maneələrin dəf

olunması,  mülki  müdafiə  hazırlığı  və

qərargah çadırının qurulması mərhələləri

üzrə qüvvələrini sınayıblar.

    Yekun  nəticələrə  əsasən,  Naxçıvan

şəhər 15 nömrəli tam orta məktəbin ko-

mandası bütün rəqiblərinə qalib gələrək

I yerə, 2 nömrəli tam orta məktəbin ko-

mandası II yerə, 3 və 1 nömrəli tam orta

məktəblərin komandaları isə III yerlərə

layiq görülüblər.

    Sonda qalib komandalar təşkilatçıların

diplom,  fəxri  fərman  və  kubokları  ilə

mükafatlandırılıblar.

    Qeyd edək ki, I və II yerlərin qalibləri

olan 15 və 2 nömrəli tam orta məktəblərin

komandaları  aprel  ayında  keçiriləcək

Naxçıvan  Muxtar  Respublika  zona  bi-

rinciliyində  Naxçıvan  şəhərini  təmsil

edəcəklər.



ceyhun MƏMMƏdOv

“Şahin” hərbi-idman oyununda 17 komanda mübarizə aparıb

    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin

Sədri  yanında  Gənclər  Fondu,  Təhsil  Nazirliyi

və  Rəssamlar  Birliyinin  birgə  təşkilatçılığı  ilə

Ordubad şəhərindəki Mədəniyyət Evində ordubadlı

yeniyetmə və gənclər arasında “Ordubadda Nov-

ruz” mövzusunda rəsm əsərlərindən ibarət sər-

gi-müsabiqə keçirilib.

    Sərgi-müsabiqədə  çıxış  edən  Gənclər  Fon-

dunun icraçı direktoru Məmməd Babayev bildirib

ki,  fond  tərəfindən  keçirilən  tədbirlər  yalnız

Naxçıvan şəhəri ilə məhdudlaşmır, muxtar res-

publikanın bütün bölgələrini əhatə etməklə təd-

birlər keçirilməsi daim diqqət mərkəzində sax-

lanılır. Yeniyetmə və gənclərin iştirakı ilə intel-

lektual  oyunların,  yaradıcılıq  müsabiqələrinin

və digər tədbirlərin təşkilində məqsəd bölgələrdə

yaşayan  istedadlı  gəncləri  üzə  çıxarmaq  və

onların  yaradıcılıq  potensialını  inkişaf  etdir-

məkdir. “Ordubadda Novruz” mövzusunda sər-

gi-müsabiqənin keçirilməsi də məhz bu məqsədə

xidmət edir. 

    Məmməd  Babayev  qeyd  edib  ki,  ölkəmizin

digər regionlarından və muxtar respublikamızın

rayonlarından  fərqli  olaraq  Ordubadda  Novruz

özünəməxsus şəkildə qeyd edilir. Keçirilən sər-

gi-müsabiqədə də bu amil nəzərə alınıb və gənclər

tərəfindən maraqlı işlər təqdim olunub. 

    Naxçıvan  Muxtar  Respublikası  Rəssamlar

Birliyinin sədri Ülviyyə Həmzəyeva çıxış edərək

bildirib  ki,  Ordubad  rayonunda  keçilən  ustad

dərsləri buradakı istedadlı gənclərin üzə çıxarıl-

masında mühüm rol oynayıb. Sərgi-müsabiqəyə

təqdim  edilən  işlər  öz  texnikası,  yanaşma  tərzi

baxımından daha dolğun və məzmunlu hazırlanıb,

gənc  rəssamların  gələcəkdəki  fəaliyyəti  baxı-

mından nikbin fikirlər deməyə əsas verib. 

    Ülviyyə  Həmzəyeva  gənc  rəssamlara  gələ-

cəkdəki fəaliyyətlərində uğurlar arzulayıb və qa-

libləri təbrik edib. 

    Təhsil Nazirliyinin əməkdaşı Rəşad Adıgözəlov

və sənətşünas Nizami Alıyev keçirilən tədbirlərin

əhəmiyyətindən danışıblar, qalibləri təbrik ediblər. 

    35 müxtəlif işin təqdim edildiyi “Ordubadda

Novruz” sərgi-müsabiqəsinin münsiflər heyətinin

rəyinə əsasən, 1 birinci, 2 ikinci, 3 üçüncü və 6

həvəsləndirici  yer  seçilərək  qalib  elan  olunub,

qaliblərə təşkilatçıların diplomları və hədiyyələr

təqdim edilib.

    Sonra sərgiyə baxış olub.

Xəbərlər şöbəsi

“Ordubadda Novruz” adlı rəsm müsabiqəsinə yekun vurulub

     Naxçıvan şəhəri, Xətai küçəsi 6-da yerləşən

“Xidmət” ATSC-nin inzibati binasında 22 may

2017-ci  il  tarixdə  saat  11

00

-da  səhmdarların



ümumi  yığıncağı  keçiriləcəkdir.  Yığıncağın

gündəliyində aşağıdakı məsələlər durur:

     1. Səhmdarların ümumi yığıncağının reqla-

mentinin təsdiqi

     2. Cəmiyyətin 2016-cı ildə maliyyə-təsərrüfat

fəaliyyətinə dair idarə heyəti sədrinin  hesabatı

     3.  2017-ci  ildə  cəmiyyətin  fəaliyyət  pro -

qramına baxılması

     4. Sair məsələlər.

İdarə heyəti

“Xidmət” Açıq Tipli Səhmdar 

Cəmiyyəti səhmdarlarının nəzərinə!

Bildiriş

“Sosial  xidmətlərə  dəstək”  ictimai  birliyi  (VÖEN-



0200712541) fəaliyyətini dayandırdığından ləğv olunur.

Yüklə 208,74 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə