Øß Ã Ð Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım



Yüklə 204,66 Kb.
Pdf görüntüsü
tarix01.02.2018
ölçüsü204,66 Kb.
#23040


Øß Ã

Ð

Doğma, canım-varlığım qədər

sevdiyim Azərbaycanım

mənim qibləgahımdır

Təsisçi: Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Nazirlər Kabineti

www.serqqapisi.az

Qiyməti 20 qəpik

Gündəlik ictimai-siyasi qəzet

qapısı

Qəzet 1921-ci

ildən çıxır

Sayı: 155 (20.809)

22 avqust 2013-cü il, cümə axşamı

    Muxtar respublikada elektrik enerjisinin

istehlakçılara fasiləsiz və keyfiyyətli çatdı-

rılması istiqamətində ardıcıl tədbirlər görülür,

elektroenergetika  sistemi  ən  müasir  stan-

dartlara uyğun şəkildə yenidən qurulur.

    Avqustun  21-də  Ordubad  şəhərindəki

“Ordubad” elektrik yarımstansiyası istifadəyə

verilmişdir.

    Naxçıvan  Muxtar  Respublikası  Ali

Məclisinin Sədri Vasif Talıbov açılış məra-

simində iştirak etmişdir.

    Tədbirdə  çıxış  edən  Naxçıvan  Muxtar

Respublikası Dövlət Energetika Agentliyinin

Baş direktoru Yasin Səfərov “Ordubad” ya-

rımstansiyasının yenidən qurulmasını Ordubad

şəhərinin enerji təhlükəsizliyinin təmin olun-

ması  istiqamətində  həyata  keçirilən  ardıcıl

tədbirlərin davamı kimi dəyərləndirmiş, gös-

tərilən diqqət və qayğıya görə energetiklər

adından minnətdarlığını bildirmişdir.

     Naxçıvan  Muxtar  Respublikası  Ali

Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış

edərək  demişdir:  “Muxtar  respublikamızda

vacib sahə olan energetikanın inkişafı istiqa-

mətində ardıcıl tədbirlər həyata keçirilir. Bu

sahədə görülən işlər muxtar respublikanın so-

sial-iqtisadi inkişafında, əhalinin yaşayış sə-

viyyəsinin yüksəldilməsində mühüm əhəmiyyət

daşıyır. Muxtar respublikamızda elektrik ener-

jisinin verilişinə, yarımstansiyaların qurulmasına

ötən  əsrin  60-cı  illərindən  başlanılmışdır.  O

dövrdən istismar olunan elektrik verilişi xət-

lərinin və yarımstansiyaların bu gün yenidən

qurulması zərurətə çevrilmişdir”.

    Ali  Məclisin  Sədri  demişdir:  “Muxtar

respublikamızın sürətli sosial-iqtisadi inkişafı

bu sahədə ardıcıl tədbirlərin həyata keçiril-

məsinə imkan verir. Bu gün energetikanın

inkişafı diqqət mərkəzində saxlanılır, bu sa-

hədə çalışanlar üçün normal iş şəraiti yaradılır,

sosial rifah halları yaxşılaşdırılır. Artıq Nax-

çıvan enerji alan bir regiondan enerji ixrac

edən muxtar respublikaya çevrilmişdir. Bu

da  ümummilli  liderimiz  Heydər  Əliyevin

müəyyənləşdirdiyi  siyasi  xəttin  ölkə

Prezidenti  cənab  İlham  Əliyev  tərəfindən

uğurla davam etdirilməsinin nəticəsidir”. 



“Ordubad” elektrik yarımstansiyasının açılışı olmuşdur

    Avqustun  21-də  Səfərbərlik  və  Hərbi

Xidmətə  Çağırış  üzrə  Dövlət  Xidmətinin

Ordubad Rayon Şöbəsinin binası əsaslı ye-

nidənqurma  işlərindən  sonra  istifadəyə

verilmişdir.

    Naxçıvan Muxtar Respublikası Səfərbərlik

və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xid-

mətinin rəisi, polkovnik Səxavət Salmanov

açılış  mərasiminə  gələn  Naxçıvan  Muxtar

Respublikası  Ali  Məclisinin  Sədri  Vasif

Talıbova raport vermişdir.

    Ali Məclisin Sədri Səfərbərlik və Hərbi

Xidmətə  Çağırış  üzrə  Dövlət  Xidmətinin

Ordubad Rayon Şöbəsinin binasının yeni-

dənqurma  işlərindən  sonra  istifadəyə  ve-

rilməsi münasibətilə kollektivi təbrik edərək

demişdir: “Hər bir müstəqil ölkə öz fəaliy-

yətini müvafiq dövlət qurumları vasitəsilə

həyata keçirir. Bu gün Azərbaycan da müs-

təqil  dövlətdir.  Ölkəmizdə  dövlət  qurum-

larının fəaliyyəti təmin olunmuş, müxtəlif

sahələr üzrə qanunvericilik bazası yaradıl-

mışdır.  Bu  cür  dövlət  qurumlarından  biri

də  Səfərbərlik  və  Hərbi  Xidmətə  Çağırış

üzrə Dövlət Xidmətidir. 2012-ci ildə yara-

dılan xidmətin təşkili üçün qanunlar qəbul

edilmiş, qurumun qarşısında mühüm vəzi-

fələr müəyyənləşdirilmişdir”.

    Ali Məclisin Sədri demişdir: “Naxçıvan

Muxtar Respublikası Səfərbərlik və Hərbi

Xidmətə  Çağırış  üzrə  Dövlət  Xidməti,

eləcə də onun Ordubad Rayon Şöbəsi öz

fəaliyyətini ölkəmizdə bu sahə üzrə qəbul

olunmuş qanunlar əsasında qurur. Bu qa-

nunlara əsasən, kollektiv qarşısında mühüm

vəzifələr qoyulmuşdur. Belə ki, əməkdaş-

ların qarşısında vətəndaşların hərbi vətən-

pərvərlik tərbiyəsi, müddətli həqiqi hərbi

xidmətə  çağırışaqədərki  hazırlığı,  həqiqi

hərbi  xidmətə  çağırışı,  ehtiyatda  xidmət

keçməsi, səfərbərlik hazırlığı və səfərbərlik

üzrə  çağırışı,  xüsusi  hərbi  ixtisaslar  üzrə

hazırlığı, Silahlı Qüvvələrin və digər silahlı

birləşmələrin, habelə xüsusi birləşmələrin

hərbi  vəzifəlilərlə  və  hərbi-nəqliyyat  va-

sitələri ilə, eləcə də mülki heyət vəzifələ-

rində  işləmək  üçün  vətəndaşlarla  kom-

plektləşdirilməsi kimi vəzifələr durur”.

    Ali Məclisin Sədri demişdir: “Kollektiv

qarşısında müəyyənləşdirilən vəzifələr içə-

risində  ən  vacibi  vətəndaşların  hərbi  və-

tənpərvərlik tərbiyəsidir. Ona görə də əmək-

daşlar gənclər arasında hərbi vətənpərvərlik

işinin  təşkilini  diqqət  mərkəzində  saxla-

malıdırlar.  Xidmət  öz  fəaliyyətini  yalnız

həqiqi hərbi xidmətə çağırışaqədərki gənc -

lərin qeydiyyata alınması və xidmətə yola

salınması  istiqamətində  qurmamalı,  onlar

arasında hərbi vətənpərvərlik işinin təşkili

sahəsində də ardıcıl tədbirlər görülməlidir.

Xidmətin  Ordubad  Rayon  Şöbəsində  bu

vəzifələrin yerinə yetirilməsi üçün hər cür

şərait yaradılmış, müasir bina əməkdaşların

istifadəsinə verilmişdir”.

    Ali Məclisin Sədri yaradılan şəraitdən

səmərəli  istifadə  olunacağına  əminliyini

bildirmiş,  kollektivə  işlərində  uğurlar

arzulamışdır.

    Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə

Çağırış  üzrə  Dövlət  Xidmətinin  Ordubad

Rayon  Şöbəsinin  leytenantı  Orxan  Əliyev

çıxış edərək demişdir ki, muxtar respublikada

aparılan genişmiqyaslı quruculuq işləri Sə-

fərbərlik  və  Hərbi  Xidmətə  Çağırış  üzrə

Dövlət Xidmətinin Ordubad Rayon Şöbəsini

də əhatə etmişdir. Bu gün kollektivin istifa-

dəsinə  verilən  inzibati  bina  əsaslı  şəkildə

yenidən  qurulmuş,  xidmətin  təşkili  üçün

hərtərəfli şərait yaradılmışdır. Orxan Əliyev

yaradılan şəraitdən səmərəli istifadə edərək

əhaliyə nümunəvi xidmət göstərəcəklərinə

söz vermişdir.

    Ali  Məclisin  Sədri  açılışı  bildirən  lenti

kəsmiş,  binada  yaradılan  şəraitlə  tanış

olmuşdur.

    Bina  zirzəmi  ilə  birlikdə  3  mərtəbədən

ibarətdir. Yenidənqurma işləri zamanı elektrik

xətləri və istilik sistemi yenilənmiş, interyer

müasir  şəkildə  qurulmuş,  birinci  və  ikinci

mərtəbələrdə 18 iş otağı kollektivin istifa-

dəsinə verilmişdir. Həmçinin binada arxiv,

qəbul  və  kompüter  otaqları,  eləcə  də  45

yerlik akt zalı vardır.

    Zirzəmidə yeməkxana, qazanxana, an-

bar, server otağı, nəzarət qrupu üçün 2 iş

otağı və hərbi həkim komissiyası üçün 8

otaq  yerləşir.  Hərbi  həkim  komissiyası

üçün  nəzərdə  tutulan  otaqlarda  çağırışçı

gənclərin  müayinəsi  üçün  lazımi  şərait

yaradılmışdır.

    Bina ilə tanışlıqdan sonra kollektivlə gö-

rüşən Ali Məclisin Sədri əməkdaşların mü-

təmadi olaraq öz üzərlərində işləmələrinin,

bu  sahədə  qəbul  olunmuş  qanunvericilik

bazasının ətraflı öyrənilməsinin vacibliyini

bildirmiş,  orta  ümumtəhsil  məktəblərində

hərbi dərslərin keçilməsinə diqqət yetirilməsi,

gənclərin hərbi sahəyə maraqlarının artırıl-

ması üçün maarifləndirmə tədbirlərinin gö-

rülməsi barədə tapşırıqlar vermişdir.

    Binanın həyətində də abadlıq işləri apa-

rılmış, yaşıllıqlar salınmışdır.

Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə

Dövlət Xidmətinin Ordubad Rayon Şöbəsinin binası istifadəyə verilmişdir

Ardı 2-ci səhifədə



2

    


Ordubad şəhərindəki yaşayış binalarında

əsaslı təmir işləri aparılmışdır.

    Avqustun 21-də Naxçıvan Muxtar Res-

publikası Ali Məclisinin Sədri Vasif Talıbov

yaşayış binalarına baxmışdır.

    Binanın sakini Nərgiz Həsənəliyeva Or-

dubad şəhərinin günü-gündən inkişaf etdiyini,

aparılan  quruculuq  və  abadlıq  işlərindən,

yaradılan  yüksək  şəraitdən  hər  bir  sakinə

pay düşdüyünü qeyd etmiş, göstərilən diqqət

və  qayğıya  görə  sakinlər  adından  min -

nətdarlığını bildirmişdir.

    Ali Məclisin Sədri yaşayış binalarının ye-

nidənqurma  işlərindən  sonra  istifadəyə  ve-

rilməsi münasibətilə sakinləri təbrik edərək

demişdir:  “Bu  gün  ölkəmizdə  ümummilli

liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi

siyasi xəttin uğurla davam etdirilməsi nəti-

cəsində  bütün  sahələrdə  inkişaf  və  tərəqqi

müşahidə olunur. İnsanların sosial-məişət şə-

raitinin yüksəldilməsi daim diqqət mərkəzində

saxlanılır. Ordubad şəhərində yaşayış bina-

larının  yenidən  qurulması,  sakinlərin  mən-

zil-məişət  şəraitinin  yaxşılaşdırılması  insan

amilinə göstərilən qayğının daha bir ifadəsidir.

Bu  istiqamətdə  həyata  keçirilən  tədbirlər

bundan sonra da davam etdiriləcəkdir”.

    Sonra Ali Məclisin Sədri binalarda yara-

dılan şəraitlə maraqlanmışdır.

    Bildirilmişdir ki, 5 mərtəbəli yaşayış bi-

nalarının hər birində 50 mənzil vardır. Təmir

işləri  aparılarkən  binaların  dam  örtüyü  və

giriş  qapıları  dəyişdirilmiş,  elektrik,  qaz,

rabitə, su və kanalizasiya xətləri yenilənmiş,

müasir  istilik  sistemi  quraşdırılmışdır.  Bi-

naların  həyətlərində  də  abadlıq  işləri  apa-

rılmış, işıqlandırma sistemləri quraşdırılmış,

yaşıllıqlar salınmışdır.

    Ali Məclisin Sədri ərazidəki 4 mərtəbəli

yaşayış binasında həyata keçirilən təmir iş-

lərinin gedişi ilə də maraqlanmış, müvafiq

tapşırıqlar vermişdir.



Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti

Yaşayış binaları əsaslı təmir olunmuşdur

    Muxtar  respublikamızda  energetiklər

sinfinin formalaşdığını bildirən Ali Məclisin

Sədri demişdir: “Muxtar respublikada ener-

getika  sahəsində  ixtisaslı  kadrların  hazır-

lanmasına xüsusi diqqət yetirilir, nəzəri və

praktik biliklərə malik olan mütəxəssislər

hazırlanır.  Artıq  muxtar  respublika  ener-

getikləri elektrik stansiyalarının tikintisini

və  istismarını,  yarımstansiyaların  qurul-

masını,  yüksəkgərginlikli  elektrik  verilişi

xətlərinin çəkilməsini uğurla həyata keçi-

rirlər. İxtisaslı energetiklərin hazırlanması

sahəsindəki işlərin davam etdirilməsi üçün

muxtar respublikanın orta ixtisas məktəb-

lərində və ali təhsil müəssisələrində müvafiq

ixtisaslar açılmışdır. Təhsil müəssisələrinin

məzunları artıq energetika sahəsində çalı-

şırlar. “Ordubad” elektrik yarımstansiyası

da muxtar respublika energetikləri tərəfindən

qurulmuşdur.  Əvvəllər  mexaniki  şəkildə

idarə olunan yarımstansiyada bu gün avto-

matik idarəetmə sistemi qurulmuş, əl əməyi

yüngülləşdirilmiş,  işçilərin  təhlükəsizliyi

təmin olunmuşdur”.

    Ali  Məclisin  Sədri  enerji  təminatı  sa-

həsindəki işlərin bundan sonra da davam

etdiriləcəyini bildirərək demişdir: “Muxtar

respublikada əhalinin elektrik enerjisi ilə

fasiləsiz təmin olunması, dayanıqlı enerji

mənbələrinin  yaradılması  istiqamətində

ardıcıl tədbirlər görülür. Yeni elektrik stan-

siyaları  tikilir,  müasir  yarımstansiyalar

yaradılır, bərpaolunan enerji mənbələrindən

səmərəli istifadə olunur. Hazırda Arpaçay

Su Elektrik Stansiyası sınaq rejimində iş-

ləyir. Həmçinin “Ordubad” və “Arpaçay-

2” Su Elektrik stansiyalarının tikintisi da-

vam etdirilir. Gələcəkdə muxtar respubli-

kanın dağ çaylarının mövcud hidroenerji

potensialından  istifadə  edilərək  yeni  su

elektrik stansiyalarının tikintisi də həyata

keçiriləcəkdir”.

    Ali Məclisin Sədri stansiyanın qurulma-

sında  və  muxtar  respublikada  elektroener-

getika  sisteminin  inkişafında  əməyi  olan

energetiklərə təşəkkürünü bildirmiş, onlara

işlərində uğurlar arzulamışdır.

    Sonra Ali Məclisin Sədri yarımstansiyanın

qurulmasında  fərqlənənləri  hədiyyələrlə

mükafatlandırmış,  açılışı  bildirən  rəmzi

lenti kəsmişdir.

    Məlumat verilmişdir ki, 1959-cu ildə qu-

rulan  “Ordubad”  yarımstansiyasının  ava-

danlıqlarının  istismar  müddəti  başa  çatdı-

ğından  mövcud  stansiyanın  yaxınlığında

gücü 41 meqavoltamper olan 110/35/10 ki-

lovoltluq  yeni  yarımstansiya  tikilmişdir.  9

mindən  artıq  əhali  abonentinin  dayanıqlı

enerji  təminatını  həyata  keçirəcək  yarım -

stansiya üzrə yay aylarında elektrik enerjisinə

olan  tələbat  10-12,  qış  aylarında  isə  4-5

meqavatdır.

    Tikinti  işləri  aparılarkən  stansiyada

1  ədəd  25  meqavoltamper  və  1  ədəd  16

meqavoltamper gücündə transformatorlar,

5 ədəd 110 kilovoltluq eleqaz açarı quraş-

dırılmış, 10 ədəd məsafədən idarə olunan

110  kilovoltluq  ayırıcı,  6  ədəd  gərginlik

və  9  ədəd  cərəyan  transformatoru  qoyul-

muşdur. Eleqaz açarları olan 35 və 10 ki-

lovoltluq  hücrələrin  avtomatik  idarəetmə

qurğularının  yerləşdirilməsi  üçün  ərazidə

bina tikilmiş, 35 və 10 kilovoltluq elektrik

verilişi xətləri üçün eleqaz açarlı hücrələr

quraşdırılmışdır. Burada sabit cərəyan döv-

rələrini qidalandırmaq üçün akkumulyator

batareyaları  və  2  ədəd  sərfiyyat  transfor-

matoru da qoyulmuşdur. 

    Gələcəkdə Ordubad Su Elektrik Stansi-

yasından  elektrik  enerjisini  qəbul  etmək

üçün yarımstansiyada 110 kilovoltluq ava-

danlıqlar da vardır. Quraşdırılan müasir ava-

danlıqlar elektrik enerjisinin keyfiyyətli ötü-

rülməsinə və itkinin qarşısını almağa, eləcə

də enerjiyə qənaət etməyə imkan verəcəkdir.

Həmçinin  yaradılan  müasir  təhlükəsizlik

sistemi burada çalışanların iş şəraitini xeyli

yaxşılaşdıracaqdır.

    Yarımstansiyada  istilik  sistemi  quraşdı-

rılmış, növbətçi heyət üçün normal iş şəraiti

yaradılmış, ərazi abadlaşdırılmışdır.

    Ali  Məclisin  Sədri  yaradılan  şəraitdən

səmərəli istifadə olunmasının, enerjiyə qə-

naət edilməsinin, israfçılığın qarşısını almaq

üçün  əhali  arasında  maarifləndirici  söh-

bətlərin  aparılmasının  vacibliyini  qeyd

etmiş,  ixtisaslı  mütəxəssislərin  hazırlan-

masına  və  kadr  təminatına  bundan  sonra

da xüsusi diqqət yetirilməsi barədə tapşı-

rıqlar vermişdir.

    Nazirlər  Kabinetinin  2013-cü

ilin birinci yarısının sosial-iqtisadi

inkişafın yekunlarına həsr olunmuş

iclasında Azərbaycan Respublika-

sının Prezidenti cənab İlham Əliyev

demişdir: “İşsizliyin aradan qal-

dırılması 10 il bundan əvvəl qar-

şıya  qoyulmuş əsas vəzifələrdən

biri  idi.  On  il  ərzində  1  milyon

180  min  yeni  iş  yeri  açılmışdır.

Bu ilin altı ayında 55 min iş yeri

yaradılmışdır. Onlardan 45 mini

daimi  iş  yeridir.  Yəni  bu  proses

davam  edir  və  bu  da  təbiidir.

Çünki bizim iqtisadi siyasətlə bağlı

təşəbbüslərimiz, o cümlədən Azər-

baycanda  aparılan  sənayeləşmə

siyasəti, əlbəttə ki, yeni iş yerlərinin

açılmasına gətirib çıxarır”.

    Şərur  Rayon  Məşğulluq  Mər-

kəzinin  keçirdiyi  növbəti  əmək

yarmarkasında  bu  barədə  geniş

danışılmışdır.  Şərur  şəhərindəki

Mədəniyyət Sarayında təşkil olu-

nan  tədbiri  giriş  sözü  ilə  açan

Məşğulluq  Mərkəzinin  direktoru

Məmməd  Məmmədov  demişdir

ki,  əhalinin  yeni  iş  yeri  tapması

üçün ən çevik formalardan sayılan

əmək yarmarkalarının keçirilməsi

daim diqqət mərkəzində saxlanılır.

Məşğulluq Mərkəzinin əməkdaşları

rayondakı idarə, müəssisə və təş-

kilatlarla, sahibkarlıq subyektləri

ilə sıx əlaqə saxlayır, boş iş yerləri

haqqında məlumatlar toplayır və

həmin  yerləri  əmək  yarmarkala-

rında işaxtaran vətəndaşlara təqdim

edirlər. Bugünkü yarmarkaya isə

264 boş iş yeri çıxarılmışdır.

    Şərur Rayon İcra Hakimiyyəti

başçısının müavini Rövşən İsgən-

dərov çıxış edərək əhalinin sosial

rifahının gücləndirilməsi, yoxsul-

luğun  azaldılması,  məşğulluğun

artırılması, ümumilikdə, insan po-

tensialının  qorunması  və  inkişaf

etdirilməsi  istiqamətində  həyata

keçirilən tədbirlərdən danışmışdır.

    Tədbirdə  işaxtaran  vətəndaş

Ceyran Əliyeva çıxış edərək məş-

ğulluğun  təmin  olunması  üçün

əmək yarmarkalarının sərfəli me-

tod kimi əhəmiyyətini qeyd etmiş,

yeni  iş  yerlərinin  yaradılması

üçün  dövlətimiz  tərəfindən  ke-

çirilən  tədbirləri  ölkə  vətəndaş-

larına  göstərilən  qayğı  kimi

dəyərləndirmişdir.

    Qeyd  edək  ki,  əmək  yarmar-

kasında 37 nəfərə göndəriş veril-

miş,  25  nəfər  isə  ictimai  işlərə

cəlb olunmuşdur.



C.ƏLİYEV



Əmək yarmarkasına 264 boş iş yeri çıxarılmışdı

    Babək Rayon Vergilər Şöbəsində

POS-terminallardan  istifadə  ilə

bağlı sahibkarlarla keçirilən görüşü

şöbənin rəisi, vergi xidməti müşaviri

Səftər Əliyarov açaraq bildirib ki,

rayonda  nağdsız  ödənişlərin  artı-

rılması  üçün  POS-terminalların

quraşdırılmasının böyük əhəmiyyəti

var. Əvvəla bu, müasir dövrün tə-

ləbidir.  Bütün  dünyada  nağdsız

ödənişlər sürətlə inkişaf edir. Eyni

zamanda plastik kartlardan istifadə

həm təhlükəsizlik,  həm də rahatlıq

baxımından daha səmərəlidir. 

    Bildirilib  ki,  POS-terminalların

quraşdırılması və nağdsız ödənişlər

ticarət, əyləncə və xidmət mərkəz-

lərinin və müəssisələrinin nağd pul

vəsaitlərinin inkassasiyası, daşınması,

saxlanması  və  sayılması  ilə  bağlı

maliyyə xərclərinin və iş vaxtı sər-

finin azaldılmasına kömək edir. POS-

terminalların  quraşdırılması  bank

sektoru  üçün  də  çox  vacibdir.  Bu,

plastik kart dövriyyəsinin, kartlardan

istifadənin  və  banklarda  pul  döv-

riyyəsinin artmasına gətirib çıxarır. 

    Sonra  şöbənin  əməkdaşlarından

Zaur Əhmədovun, Amin Tağıyevin

çıxışları olub. Çıxışlarda qeyd edilib

ki, nağd pul dövriyyəsi iqtisadiyyatı

iri həcmdə investisiya və kredit re-

surslarından məhrum etməklə yanaşı,

vergidənyayınma hallarına da səbəb

olur.  Çünki  məbləğindən  asılı  ol-

mayaraq,  POS-terminal  vasitəsilə

aparılan əməliyyatlar dərhal obyekt

sahibinin  bankdakı  hesabına  keçir

və  bu  zaman  vergidən  yayınmaq

mümkün olmur. Bəzi hallarda mə-

lumatsızlıq, bir çox halda isə vergidən

yayınmaq  istəyi  ticarət  və  xidmət

məntəqələrində  ödənişlərin  POS-

terminallar vasitəsilə qəbuluna ma-

rağı azaldır.  Sahibkarlar bilməlidirlər

ki,  ödəniş kartları vasitəsilə nağdsız

dövriyyənin inkişafını sürətləndirmək

günün tələbidir və bu tələbdən ya-

yınmaq olmaz.

    Sonda  tədbir  iştirakçılarını  ma-

raqlandıran suallar cavablandırılıb. 



Səbuhi HÜSEYNOV

POS-terminallardan istifadə ilə

bağlı maarifləndirici tədbir 



3

    İnformasiyanın daşıyıcısı və isti-

fadəçisi insan olduğundan informa-

siya cəmiyyətinin tam xarakteristi-

kasının verilməsində insan faktorunun

rolunun araşdırılması və qiymətlən-

dirilməsi xüsusi əhəmiyyət daşıyır.

Müasir  cəmiyyətdə  ən  dərin  elmi

araşdırmalardan  tutmuş  təhsil,  sə-

hiyyə, mədəniyyət, turizm, rabitə və

digər sahələrdə, əslində, insana lazım

olan informasiyanın bölüşdürülməsi

və bu zaman kimin daha çox mütə-

rəqqi texnologiyalardan baş çıxarması

prosesləri gedir. Daha dərinə getsək,

sırf maddi istehsal kimi görünən sa-

hələrdə,  məsələn,  ağır  sənaye  və

kənd təsərrüfatında da informasiya

mübadiləsi özünü hər tərəfi ilə gös-

tərir. Belə ki, bu gün həmin sahələrdə

istehsal olunan hər cür yeni məhsul

uzunmüddətli  bir  informasiya  alış-

verişi mərhələsi keçərək hazır nemət

halına gəlib çıxmışdır. 

     Cəmiyyətin  informasiyalaşdırıl-

masında  sürətli  informasiya  müba-

diləsinin və bunun vasitələri olan in-

formasiya-kommunikasiya texnolo-

giyalarının  (İKT)  rolu  böyükdür.

Çoxları İKT dedikdə son model kom-

püter və yaxud sürətli internet bağ-

lantısı  nəzərdə  tutsa  da,  bunlar  in-

formasiya mübadiləsi üçün texnoloji

vasitə və üsulların hazırda ən geniş

yayılanıdır. Ona görə hazırda geniş

yayılanıdır ki, çox deyil, əlli-yetmiş

il əvvəl bunlar olmayanda da insanlar

bu və ya digər formada informasiya

mübadiləsindən istifadə edirdilər. An-

caq müasir həyatımızın elə sahələrində

İKT-nin  tətbiqini  görməkdəyik  ki,

bunlar, sözün əsl mənasında, bundan

bacarıqla istifadə edən firma və müəs-

sisələr, yaxud ayrı-ayrı şəxslər üçün

deyil, bütün planetin ümumi inkişaf

axarını  dəyişdirib  müəyyənləşdirən

bir güc deməkdir. 

    Sürətli informasiya və İKT qlo-

ballaşmanın  səbəblərindən  biri  və

eyni  zamanda  onun  da  nəticəsidir.

Dünyaya  inteqrasiya  olunmaq  və

bir düyməyə toxunuşla insanları ma-

raqlandıran nə varsa ondan xəbərdar

olmaq müasir mədəni insanın tələ-

batıdır. Dünyanın axarından kənarda

qalmamaq və bu axara lazımi anda

qoşula  bilmək  baxımından  höku-

mətlər  qədər  ölkə  vətəndaşlarının

da bunu dərk etməsi lazımdır. Başqa

sözlə, bu gün məktəblərimizdə altı-

yaşlılara İKT və sürətli informasiya

mübadiləsinin əhəmiyyətindən dərs-

lər keçilirsə, onların ortayaşlı vali-

deynlərinə elektron ticarət və elektron

ödənişlərin əhəmiyyəti haqqında bu

qədər  maarifləndirici  çıxışlar  edil-

məsi bir az düşündürücüdür. Halbuki

elə bəsit tələbatlarımız naminə dağ-

dərə demədən hər cür maneələri aş-

mağa  çalışırıq  ki?!  Bu  gün  ölkə-

mizdəki təhsil müəssisələrində isti-

fadəyə verilən kompüter dəstlərindən

tutmuş Azərbaycanın ilk süni pey-

kinin orbitə çıxarılmasınadək həyata

keçirilən  irimiqyaslı  işlər  elektron

hökumət layihəsi çərçivəsində, son

nəticədə, hər birimizin rifahına, təh-

silimizə, sağlamlığımıza, elmdə, mə-

dəniyyətdəki nailiyyətlərimizə, rahat

səfərlərimizə, dəqiq tənzimlənən ra-

bitə və nəqliyyata, nağdsız ticarətə

və sürətli pul köçürmələrinə və sair,

və ilaxır harada tətbiq oluna bilirsə,

hər yerdə bizə xidmət üçündür. İn-

formasiyanın tətbiqi isə cəmiyyətin

sosial sifarişinin diqtəsi altında in-

sanın öz təşəbbüsü ilə mümkün olub,

müsbət  nəticə  halında  innovativ

məhsul  kimi  öz  bəhrəsini  dərhal

göstərir. Bu gün hələ də kompüterin

gözə  zərərini  bəhanə  edib  adicə

elektron poçtdan istifadəni belə, mə-

nimsəməyən,  sonra  da  Novruzəli

kimi  bir  məktubu  göndərmək  üçün

günlərlə öz “qiymətli” vaxtını itirən

fəlsəfə doktorlarına rast gəlinsə də,

cəmiyyətimizdə dünyadakı bütün ye-

nilikləri az qala bir anda mənimsəyə

bilən  bacarıqlı  insan  resurslarımız

da kifayət qədərdir. Məhz bu insan

resurslarıdır  ki,  onların  intellektual

gücü ilə məktəb və sağlamlıq ocaq-

larında, firma və müəssisələrdə, elm

və mədəniyyət ocaqlarında hər gün

yeni nailiyyətlər qazanılır, milli pey-

kimiz  milli  kadrlarımız  tərəfindən

idarə olunur. Bunlar cəmiyyətimizin

hərtərəfli inkişafını çalışdığı hər sa-

hədə  innovativ  ideyalarla  çıxış  edə

bilən bacarıqlı insan resurslarının ye-

tişdirilməsində  görən  və  bu  istiqa-

mətdə hər addımda qətiyyət göstərən

dövlət başçımızın ən böyük xidmət-

lərindəndir.  Müstəqil Azərbaycanın

malik olduğu intellektual potensialdan

tam gücü ilə istifadə etmək, dünyanın

bütün  mütərəqqi  nailiyyətlərindən

faydalanmaq və ölkəmizi qloballaşan

dünya arenasında daha layiqli təmsil

etmək yolunda bu xidmətlərin bəhrəsi

hələ neçə nəsillərə yetəcək. 

    Azərbaycan  cəmiyyətində,  icti-

mai  həyatın  müxtəlif  sahələrində

İKT-nin tətbiqi və innovasiya iqti-

sadiyyatının qurulması sahəsindəki

intibahın konkret ünvanını Naxçıvan

Muxtar  Respublikasında  görmək

olar.  Bu  gün  Naxçıvanın  ixracyö-

nümlü regional iqtisadi inkişaf plat-

formasına keçməsi, burada ən müx-

təlif elektron xidmətlərin həyata ke-

çirilməsi, yeni xidmətlərin fəal su-

rətdə təbliği və təşviqi muxtar res-

publikada  İKT  sahəsində  görülən

işlərin nəticəsidir. Bu, eyni zamanda

qoca Şərqin qapısındakı kommuni-

kasiya qovşağında öz ənənəvi əhə-

miyyətinə bir də müasir informasiya

körpüsü missiyası əlavə edən Nax-

çıvanın tarixi nailiyyətidir.



Əli CABBAROV

Sürətli informasiya və innovasiya iqtisadiyyatı

İnsan məskən salır...

G

ümüşlü kəndi Şərurun axar-

baxarlı  təbii  gözəllikləri,

əsrarəngiz mənzərələri ilə gözoxşa-

yan yaşayış məntəqələrindən biridir.

Başıçalmalı dağları sanki bu kəndin

keşiyində durub. Kənd rayon mər-

kəzindən 20 kilometr şimal-şərqdə,

Arpaçayın sol sahilində, Dərələyəz

silsiləsinin  ətəyində,  polimetal  ya-

tağının  yaxınlığında  1954-cü  ildə

yaradılıb.  Görəsən  necə  olub  ki,

insan burada məskən salıb? Sualın

cavabını aydınlaşdırmaq marağı ya-

randı məndə. Tarixi mənbələrə mü-

raciət  edib  öyrəndim  ki,  buradakı

filiz mədəni hələ VII əsrdən məlum

olub. 


     Çar Rusiyası dövründə Yaycı da-

ğında  tapılan  metalın  nümunələri

Petroqrada  laboratoriya  analizinə

göndərilib.  Laboratoriyanın  3  mart

1849-cu il tarixli məlumatında metalın

tərkibində 0,18 putda 4 misqal gümüş

olduğu  göstərilir.  Gümüş-qurğuşun

tərkibli metal yatağının öyrənilməsi

Qafqaz  canişinliyinin  dağ-mədən

idarəsinin  diqqətini  çəkir.  1888-

1890-cı  illərdə  bu  ərazidə  bir  neçə

dəfə geoloji kəşfiyyat işləri aparılır

və 1908-ci ildə Gümüşlü mədəni is-

tismara verilir. Lakin mədən rentabelli

işləmədiyindən 1912-ci ildə bağlanır.

Buna  baxmayaraq,  Birinci  Dünya

müharibəsi zamanı rus mütəxəssisləri

yenidən Yaycı kənd əhalisinə məxsus

olan  sahələri  alıb  əvvəlki  mədən

sahəsi  ilə  birləşdirərək  geoloji  kəş-

fiyyat işlərini genişləndirir, zavodun

və  fabrikin  gücü  artırılır,  elektrik

stansiyası quraşdırılır. 1917-1918-ci

illərdə  məlum  hadisələrlə  əlaqədar

fəaliyyətini  dayandıran  mədən

1920-ci ildə yenidən işə salınır. Amma

bu dəfə də onun ömrü uzun olmur. 

    Kəndin ilk sakinləri ilə söhbətlər

maraqlı oldu.

    Səksən  beş  yaşlı  Əli  Şıxəliyev

Gümüşlünün  ilk  sakinlərindəndir.

Gənclik  dövründən  Məmmədsabir

kəndindən mədənə işləməyə gəlib: 

    –  Keçən  əsrin  50-ci  illərinin

əvvəli  idi.  Bütün  Şərur  mahalına

səs yayıldı ki, Yaycı dağlarında yeni

iş  yeri  açılır.  Gənclərin  bu  yerlərə

axını  başladı:  kimi  bel-külünglə,

kimi maşınla, buldozerlə. İlk vaxtlar

bu ərazidə 2 mərtəbəli binalar tikildi.

Beləliklə, Gümüşlünün bünövrəsini

qoyduq. Quruculuq işlərinə mədənin

direktoru Əli Əliyev rəhbərlik edirdi. 

    Bu  yerdə  söhbətə  Gümüşlünün

ilk sakinlərindən səksən yaşlı Firudin

Qafarov qoşulur: 

    –  Bizim yaddaşımızda daha bir

mədən direktoru – Böyükağa Məlik -

ov da möhkəm kök salıb. “Şapur”

bulağının suyunu 7 kilometrlik mə-

safədən kəmər vasitəsilə o, kəndimizə

çəkdirmişdi.  El  arasında  Şahbulaq

kəndindən gələn bu suya “Məlikov

kəməri” də deyirlər.

    Kəndin ağbirçəyi Bəyim nənənin

də  qapısını  döydüm.  Yaşı  səksəni

ötsə də, hələ gümrahdır. Ötən əsrin

50-ci  illərini,  Gümüşlü  kəndinin

necə yaranmasını yaxşı xatırlayır: 

    –  Ömür-gün  yoldaşım  Qurban

Gümüşlü  filiz  mədəni  fəaliyyətə

başlayan  gündən  burda  çalışıb.

1954-cü  ildən  isə  ailəlikcə  Qara-

bağlar  kəndindən  birdəfəlik  Gü-

müşlüyə köçüb, burda məskən sal-

mışıq.  Əvvəlcə  taxta  fin  evlərdə

yaşamışıq, sonra özümüzə daşdan

ev-eşik tikmişik. 

    Arpaçay dəryaçasının tikintisinə

başlananda günlərimiz lap təmtəraqlı

olub. Azərbaycan Respublikasının

xalq artistləri, məşhur müğənnilər

Sara Qədimovanın, Şövkət Ələkbər -

ovanın,  Zeynəb  Xanlarovanın  və

başqalarının  konsertləri  hələ  də

yaddaşımızdadır.

    –  Bəyim  nənə,  heç  kəndinizin

bu günü barədə danışmadınız axı. 

    – Keçən ilin söhbətidir. Anadan

olduğum  Qarabağlar  kəndinə  get-

mişdim.  Gördüm  ki,  uçuq-sökük

köhnə binaların yerində böyük-böyük

imarətlər ucaldılıb. Düzü, valeh ol-

dum.  Hətta  oğluma  dedim  ki,  gəl

Gümüşlüdəki  evimizi  sataq,  gedib

Qarabağlarda  yaşayaq.  Oğlum  nə

desə yaxşıdır: darıxma, tezliklə bizim

kənd Qarabağlardan da gözəl olacaq.

İki gün bundan əvvəl xəstələnmiş-

dim. Oğlum məni kəndimizdəki tibb

məntəqəsinə  apardı.  Kəndimizin

mərkəzinə çatanda gözlərimə inan-

madım. İlahi, insan əli gör nəyə qa-

dirdir? Elə bir səhiyyə ocağı yara-

dıblar ki, gəl görəsən. Məntəqənin

müdiri Rahilə xanım məni müayinə

elədi, dedi ki, soyuqlamışam. İynə

vurdu, bir neçə qutu da həb verdi.

Pulunu isə almadı. Bildirdi ki, döv-

lətimiz  tibb  məntəqəsini  hər  cür

dava-dərmanla  təmin  edib.  Bizim

də  vəzifəmiz  xəstə  insanların  şəfa

tapmasına  kömək  etməkdir.  Daha

sağalmışam. Belə dövranda yaşamaq

xoşdur, oğul.

    Bəli, artıq Gümüşlü kəndi Şərurun

gözoxşayan yaşayış məntəqələrindən

birinə  çevrilib.  Hazırda  120  təsər-

rüfatda 556 nəfər yaşayır. 927 hektar

ərazisi olan kənddə əhali əkinçilik

və heyvandarlıqla məşğul olur. Təkcə

ötən il 120,8 ton taxıl, 2,8 ton paxlalı,

145 ton tərəvəz, 4,9 ton dən qarğıdalı,

90,4 ton bostan məhsulları, 140 ton

meyvə tədarük edilib. Bu il də gös-

təricilər ürəkaçandır.



Arpaçay dəryaçasının suyu 

nura çevrilir

A

lternativ enerji mənbələrin-

dən  məqsədyönlü  istifadə

edilməsi bu gün prioritet istiqamət-

lərdən birinə çevrilib. Belə mənbə-

lərdən biri də ölkə ərazisində olan

çaylar üzərində salınan su elektrik

stansiyalarıdır. Bu istiqamətdə mux-

tar  respublikamızda  da  əməli  ad-

dımlar atılır.

    Yeri  gəlmişkən  xatırladım  ki,

ümummilli liderimiz Heydər Əliyev

1969-cu  ildə  Azərbaycana  rəhbər

seçiləndən sonra Arpaçay Su Anba-

rının tikilməsi barədə göstəriş verib,

1977-ci  ildə  150  milyon  kubmetr

su tutumuna malik olan anbarın ti-

kintisi başa çatdırılıb. Bundan sonra

17  min  350  hektar  sahə  əkin  döv-

riyyəsinə qatılıb.

    2011-ci  ildən  isə  Arpaçay  Su

Elektrik Stansiyasının inşasına baş-

lanılıb. Bu möhtəşəm layihənin icrası

“Gəmiqaya Yol, Su, Enerji” Məhdud

Məsuliyyətli  Cəmiyyətinə  həvalə

edilib. Stansiyanın tikintisi başa çat-

dırılıb, hazırda son tamamlama işləri

görülür.


    Elektrik stansiyasının gücü 20,5

meqavat, illik istehsalı isə 60 milyon

kilovat-saatdır. Hazırda elektrik stan-

siyası 11 meqavat güc ilə sınaq re-

jimində işləyir.

    Bəli,  Gümüşlü  kəndindəki  Ar-

paçay  dəryaçasının  suyu  bu  gün

nura çevrilib. 



“Heydər Əliyev ili”nin 

quruculuq ərməğanları

G

ümüşlü kənd inzibati ərazi

dairəsi üzrə nümayəndə Ra-

fiq Məmmədovla kənd mərkəzinin

qarşısında  görüşdük,  xeyli  söhbət

etdik.


    Bildirdi  ki,  avqustun  12-də  bu

kəndin sakinləri əsl bayram sevincini

yaşayıblar.  Həmin  gün  burada  bir

neçə obyekt istifadəyə verilib.

    Rafiq  Məmmədovla  kənd  mər-

kəzinin  içərisinə  daxil  oluruq.  Ki-

tabxananın qarşısında Naxçıvan Döv-

lət Universitetinin tələbəsi Şəbnəm

Cəfərova ilə rastlaşır, kitabxana ba-

rədə onun təəssüratını öyrənirik: 

    – İndiyədək kitabxana üzünə həs-

rət qalmışdıq. Çox şükür, artıq bizim

kənddə də kitabxana açıldı. Hazırda

burada  5  min  nüsxə  kitab  vardır.

Dünən  kitabxanamızda  Xalq  şairi

Məmməd Arazın anadan olmasının

80 illiyinə həsr olunmuş tədbir ke-

çirilirdi. Kənd məktəbinin müəllimi

İdris Əliyev ustad şairin poeziyasını

geniş təhlil etdi, Azərbaycan Dövlət

Pedaqoji  Universitetinin  tələbəsi

Sübhan Rəhimovun Məmməd Arazın

şeirlərindən ibarət hazırladığı kom-

pozisiya səsləndirildi.

    Mədəniyyət evində də çal-çağır

idi. Mədəniyyət evinin müdiri Coş-

qun Hüseynov dedi ki, köhnə bina-

mıza  heç  kim  gəlmirdi,  şərait  yox

idi.  Bax,  indi  mədəniyyət  evimiz

beləcə, hər gün səhərdən axşamadək

dolub  boşalır.  Daha  burada  tədbir

keçirməyə nə var ki?! Hazırda mə-

dəniyyət evinin nəzdində xalq çalğı

alətləri ansamblı yaratmaq üzərində

işləyirik.

    Kənd  sakini  Ələddin  Novruzov

da bizə yaxınlaşdı və sevinclə, fərəhlə

ürək sözlərini belə çatdırdı: – Uzun

illər idi ki, poçt sarıdan korluq çə-

kirdik.  Bir  məktub,  bir  barat  gön-

dərmək üçün 3 kilometr yol qət edib

qonşu Aşağı Yaycı  kəndinə  üz  tu-

turduq. Kənd mərkəzimiz istifadəyə

veriləndən sonra daha buna ehtiyac

qalmayıb. Rabitə evində 160 nöm-

rəlik ATS quraşdırılıb, poçt bölmə-

sində internet və danışıq kartlarının

satışı təşkil edilib. Deyirlər ki, gə-

ləcəkdə  poçtda  əhaliyə  bank  xid-

mətlərinin göstərilməsi də nəzərdə

tutulub.

    Kənd  mərkəzində  inzibati  ərazi

dairəsi üzrə nümayəndəlik, bələdiy-

yə, Yeni Azərbaycan Partiyası ərazi

ilk təşkilatı, feldşer-mama məntəqəsi,

polis  və  baytarlıq  məntəqələri,  50

nəfərlik iclas zalı yerləşir.

    Həmin gün kənddə yeni xidmət

mərkəzi də istifadəyə verilib. Burada

ərzaq və təsərrüfat malları mağazası,

bərbərxana,  gözəllik  salonu  və  ət

satışı  yeri  fəaliyyət  göstərir.  Gü-

müşlülərə böyük sevinc hissi yaşadan

daha  iki  obyekt  isə  kənddə  iki  və

üçmərtəbəli yaşayış binalarında təmir

işlərinin aparılmasıdır. İkimərtəbəli

yaşayış binası 8 mənzilli, 3 mərtəbəli

yaşayış  binası  isə  10  mənzillidir.

Təmir  işlərindən  sonra  yaşayış  bi-

nalarında hər bir mənzil üçün lazımi

kommunal-məişət şəraiti yaradılıb.

    İcra nümayəndəsi onu da vurğu-

ladı ki, son illər Gümüşlüyə yol çə-

kilib, 220 şagird yerlik ikimərtəbəli

məktəb  binası  inşa  olunub.  Təkcə

bu  il  məktəbin  5  məzunundan  4-ü

ali məktəb tələbəsi adını qazanıb.

G

ünəş dağların arxasına çəkilməkdə idi. Dağlar öz əzəməti ilə qaş

qaralanda da diqqəti cəlb edirdi. Bilmirəm, gözəllikləri, əsrarəngiz

mənzərələri  təsvir  etməyə,  kənd  haqqında  oxucularda  dolğun  təsəvvür

yaratmağa nail oldummu? Sonda bu qənaətə gəldim ki, zəhmətkeş, torpaq

qədri bilən Gümüşlü sakinləri bu yerlərin ən qiymətli sərvətidir. Bu sərvət

özündə yurd sevgisini, milli dəyərləri, yaxşı ənənələri saxlayır və gələcəkdə

də belə olacağına əminlik yaradır.



Cəfər ƏLİYEV



    Bilik və intellektual gücün cəmiyyətin inkişafındakı rolu şəksizdir.

Biliklərin əldə olunub mənimsənilməsi isə bunun üçün zəruri informasiya

olmadan  mümkün  deyildir.  Bu  informasiya  insanın  hər  cür  şüurlu

fəaliyyəti və rahat yaşaması üçün lazım olan maddi nemətlərin yaradıl-

masında,  xidmətlərin  göstərilməsində  bir  faktor  rolunu  oynamaqla

bərabər, onun sürəti və etibarlılığına da öz təsirini göstərir. Məhz sürətli

və etibarlı informasiya sayəsində insanlar istehsalın digər faktorlarını

hərəkətə gətirərək innovativyönümlü addımlar atır, beləliklə də, inkişafın

ən mühüm göstəricilərindən biri olan artıma nail olurlar.

gümüş kəməri


4

Qeydiyyat №: 575

Əlyazmalara cavab verilmir

və onlar geri qaytarılmır

ØßÐÃqapısı

Ünvan: AZ-7000,

Naxçıvan şəhəri, “Təbriz” küçəsi, 1.

Telefonlar: Məsul katib: 545-62-47 

Şöbələr: 545-81-44, 545-51-18

Müxbirlər: 545-75-21, Faks: 544-52-52

E-mail: serqqapisi@nakhchivan.az

Nömrəyə məsul: Əli Cabbarov    

Qəzet redaksiyanın kompyuter mərkəzində yığılıb, səhifələnib və

“Əcəmi” NPB-də ofset üsulu ilə çap olunmuşdur

.

Tiraj: 3940. Sifariş № 775

Baş redaktor:

TURAL SƏFƏROV

    Tarixi qaynaqlara görə, Biçənək

aşırımı qədim və orta əsrlərdə Nax-

çıvandan  Beyləqana və oradan da

Bərdəyə gedən yolun üstündə idi.

IX əsr ərəb tarixçilərinin  məluma-

tına görə, Azərbaycanın şimal his-

sələrinə hücum edən ərəb sərkərdəsi

Salman  ibn  Rəbyə  öz  qoşununu

Beyləqana Biçənək aşırımı ilə apar-

mışdı. Bu aşırım Naxçıvanla Arranı

birləşdirən yeganə yol idi.

    Qədim mənbələrdən fərqli olaraq,

XVII-XVIII  əsrlərdə  “Biçənək”

kənd  adına  çox  az  təsadüf  edilir.

Hətta XVIII əsrə aid mənbədə Də-

rəşahbuz nahiyəsində bu kənd adı

qeydə  alınma mışdır.  Buna  səbəb

həmin dövrdə kənd adının “Rencik”

variantında  işlənməsi  olmuşdur.

“Rencik” sözü “Peçenek//Beçenek”

tayfa adının təhrif olunmuş varian-

tıdır.  1727-1728-ci  illərdə  Rencik

kəndində heç kim yaşamamış, başqa

yerdən gəlib kəndin torpaqlarından

istifadə edənlərin illik gəlir vergisi

3000 ağça təşkil etmişdir.

    Tarixi  mənbələr  sübut  edir  ki,

XIX əsrin ikinci yarısında Rusiyada

baş vermiş ictimai-siyasi hadisələrlə

bağlı  çarizmin  ədalətsiz  idarəetmə

üsuluna qarşı çıxanlar ailəliklə müx-

təlif yerlərə sürgün edilirmiş. Həmin

dövrdə çarizmin qəzəbinə tuş gəlmiş

malakan ailələrinin bir qismi də Bi-

çənək  kəndinə  sürgün  edilmiş  və

yerli əhali ilə malakan ailələri ara-

sında  yaranmış  münaqişəyə  görə

azərbaycanlı ailələr qonşu Zərnətün

və Xınzirək kəndlərinə köçmüş, kənd

tamamilə  malakanların  ixtiyarında

qalmışdır. Bundan istifadə edən ma-

lakanlar “Biçənək” kənd adını “Kar-

malinovka” adı ilə əvəz etmiş, kənd-

dəki bəzi ərazilərə “Rus düzü”, “Ma-

lakan bulağı” kimi adlar vermişlər. 

    1917-ci ildə Rusiyada baş verən

ictimai-siyasi  hadisələrlə  əlaqədar

çarizmin buxovundan azad olan Bi-

çənək kəndindəki malakan ailələrinin

əksəriyyəti Azərbaycanın İsmayıllı

rayonunun  İvanovka    kəndinə,  bir

qismi isə Rusiyanın digər ərazilərinə

köçmüş,  “Karmalinovka”  adı  XX

əsrin 20-ci illərinə qədər  mövcud

olmuşdur.  Bu ad 1903 və 1920-ci

illərdə Tiflisdə buraxılan xəritələrdə

əksini  tapmış,  D.D.Paqiryevin

1913-cü ildə tərtib etdiyi “Qafqazın

beşverstlik xəritəsinin adlar göstə-

ricisi” toplusunda “Biçənək kəndi”

və “Biçənək aşırımı” adları ilə bə-

rabər, “Karmalinovka” adı da qeyd

olunmuşdur. 1920-ci ildə “Karma-

linovka” adı ləğv edilmiş, Biçənək

kəndinin tarixi adı bərpa olunmuşdur.  

    Dilimizdə “Biçənək” adının məna

açımı ilə bağlı fikirlər müxtəlifdir.

Məsələn,  bəzi  şifahi  söyləmələrə

görə,  el  arasında  kəndə  həm  də

“Ağqoşa” deyilirmiş. Kəndin  indiki

əhalisi “Biçənək” adını “ot biçilən

yer” şəklində mənalandırır. Ancaq

tədqiqatçıların hamısı bu fikri inkar

edir və çox haqlı olaraq adın mən-

şəyini qədim türk “Peçenek//Beçe-

nek” tayfa adı ilə bağlı açıqlayırlar.

Peçenek tayfası M.Kaşğarinin qeyd

etdiyi  oğuz  tayfalarından  biridir.

Bu fakt türk sultanı Əbülqazi Ba-

hadır xanın “Seçerei-terakime” əsə-

rində  də  öz  əksini  tapır.  İlk  dəfə

olaraq akademik Z.Bünyadov “Bi-

çənək”  toponimində  qədim  türk

“Peçenek//Beçenek”  tayfa  adının

əks olunduğunu yazmış, ondan sonra

tarixçi, dilçi və toponimçi alimlə-

rimiz bu məsələyə eyni mövqedən

yanaşmışlar. Biz də bu fikrə tərəfdar

olur və inanırıq ki, “Biçənək” sözü

“Peçenek//Beçenek”  tayfa  adını

özündə yaşadan qədim toponimdir. 



Dərəşam qədim yurd yeridir

“D

ərəşam” Babək rayonu

ərazisində,  Arazın  sol

sahilində qədim yurd yeri, vaxtilə

Naxçıvan sancağının inzibati ərazi

bölgüsünə daxil olan nahiyə adıdır.

Dərəşam nahiyəsi XVI əsrdə təşkil

olunmuş, Nehrəm kəndindən Araz

çayı boyunca indiki Gülüstan kəndi

də  (Culfa  rayonu)  daxil  olmaqla

böyük  bir  ərazini  əhatə  etmiş  və

nahiyənin mərkəzi Başkənd olmuş-

dur. Həmin dövrdə Dərəşam nahi-

yəsi    “Dibkənd”,  “Başkənd”  və

“Ortakənd” adlı yaşayış məntəqə-

lərini, XVIII əsrdə isə Culqa kəndi

də (Culfanın əvvəlki adı) daxil ol-

maqla, 4 kəndi (Başkənd, Dibkənd,

Ortakənd və Culqa) əhatə etmişdir.

1840-cı ildə Dərəşam nahiyəsi ləğv

edilmiş,  nahiyəyə  daxil  olan  Dib-

kənd, Başkənd və Ortakənd yaşayış

məntəqələri  dağılmış,  tarixin  do-

laylarında itib-batmışdır. 

    “Dərəşam” adına ilk dəfə Dədə

Qorqud dastanında rast gəlinir. Das-

tanın “Uşun Qoca oğlu Səyrək bo-

yunu bəyan edər” boyunda deyilir:

“İki  qardaş  qara  donlu  kafirlərin

üstünə at sürüb qılınc çaldı; onları

qırıb çatdılar, qovub qalaya saldılar.

Hərlədib, fırladıb atları qabaqlarına

qatdılar. Dərəşam suyunu üzüb keç-

dilər”. Bu fakt sübut edir ki, “Dərə-

şam” adı nahiyə təşkil edilməmişdən

əvvəl  məlum  olmuş  və  nahiyə  öz

adını “Dərəşam” ərazi adından almış,

onomastik  leksikamıza  “Dərəşam

dağı”, “Dərəşam” yaşayış yeri, “Də-

rəşam nahiyəsi”, “Dərəşam” dəmir-

yol  keçidi,  “Dərəşam  mərtəbəsi”,

“Dərəşam  mineral  bulağı”  və  sair

kimi adlar daxil olmuşdur. 

    Hazırda Şahbuz şəhəri ərazisində

qədim Şamlar yaşayış yeri, Şamlar

massivi, Şamlar arxı, Şamlar nek-

ropolu,  Culfa  rayonu  ərazisində

Şamlu  dərəsi,  Ordubad,  Zəngilan,

Saatlı, Sabir abad, Laçın rayonlarında,

Zəngəzurda “şam” komponentli ono-

mastik vahidlər mövcuddur. 

    Dərəşam  toponimi  “dərə”  və

“şam” tərkib hissələrindən ibarətdir.

Burada “dərə” sözü “yaşayış mən-

təqələrinin olduğu vadi”, “çay ya-

tağı”, “mahal”, “şam” sözü isə bir-

ləşmənin ikinci tərəfi olub, mənşə-

yinin açıqlanmasında polemika ya-

radan  komponentdir.  “Şam”  sözü

ərəb dilində “qamışlıq” mənasında

işlənir, Azərbaycan dilində isə to-

ponimin mənşəyi müxtəlif  məna-

larda açıqlanır: 

    1. Tədqiqatçılar bu adı  Şam şə-



hərindən  (Suriya)  köçüb  gələn

“Şamlı”  tayfa  adı  ilə  əlaqələndi-

rirlər. Məsələn, bəzi elmi mənbələrdə

Şamlı  tayfası  qızılbaşlara  məxsus

7 tayfadan biri hesab edilir və Azər-

baycanda abdullu və bəydili tirələ-

rinə ayrıldığı yazılır. Digər mənbədə

isə  Şamlı  tayfası  səlcuqların  bir

qolu  kimi  təqdim  olunur  və  Əmir

Teymur  tərəfindən  Suriyadan  kö-

çürülərək İranda və Azərbaycanda

məskunlaşmaları  haqda  məlumat

verilir. Mənbələrdə Laçın rayonun-

dakı Şamkənd, Zəngilan rayonun-

dakı  Şamlı,  Azərbaycanın  qədim

ərazisi olan Zəngəzurdakı Şam, Go-

rus rayonundakı Şamsız kəndlərinin

də bu tayfaya məxsus ailələr tərə-

findən salındığı yazılır. 

    2. “Dərəşam” toponimi ərazinin

bitki  örtüyü,  qamışlıq,  sucuq  yer,

əsasən də şam ağacının adı ilə əla-

qələndirilir.  “Dərəşam  suyu...  əs-

lində,  şamlığı  yaradan,  şamlığa

axan su” deməkdir. Bu söz Tatarıs-

tan hidronimləri sırasında “Qara-

şam suyu” adı ilə çəkilir və yaşıllıq,

çəmənlik  mənasında  izah  olunur.

Hazırda  Batabat  meşəsinin  ərazi-

sində yerləşən və şam ağaclarından

ibarət olan yer “Şam talası” adlanır.

Bu coğrafi obyekt adı ərazinin bitki

örtüyü əsasında yaranmışdır. 

    3.  Dilimizdə  “şam”  sözünün

məna  açımının  “siraq//şiraq//sir

qəbilə  birləşməsinin  adı  ilə  bağlı

olduğu  və  bir  sıra  türk  dillərində

şama  şiraq  (sıraq)  deyildiyi”  də

vurğulanır. 

    Tanınmış  dilçi  alim,  mərhum

A.Həsənov  “Dərəşam”  sözünün

məna  açımına  ayrıca  məqalə  həsr

edərək belə qənaətə gəlir ki, Dərə-

şam “dərə” və qədim “şam” sözlə-

rindən düzəlmişdir. Mənası “dərə-

dəki şam”, “dərənin yanındakı şam”

deməkdir.  Müəllif  “şam”  sözünü

açıqlamaq məqsədilə yazır ki, “şam”

çay  kənarında,  adətən,  iki  çayın

qovuşacağında qamış, yulğun, cə-

yən, biyan və sair göyərdiyi, həm-

çinin çöl heyvanlarının və quşların

yurd, yuva saldığı yerlərə deyilir. 

    Göründüyü kimi, dilimizdə Də-

rəşam  və  tərkibində  “şam”  sözü

olan  digər  onomastik  vahidlərin

mənşəyi müxtəlif şəkillərdə məna-

landırılır. Ancaq fikrimizcə, “şam”

komponentli  onomastik  vahidləri

“işıqlı dərə” mənasında açıqlamaq

inandırıcı  görünmür,  yəni  “şam”

sözü burada “yanar şam – Günəş”

anlamı  yaratmır.  Eləcə  də  “şam”

sözünü şam ağacı, yaxud “çay kə-

narında olan qamışlıq, sulu, sucaq

yer”  mənasında  açıqlamaq  da  to-

ponimin  məna  yozumuna  kömək

etmir.  Çünki  Naxçıvan  ərazisində

şam ağacı çox az yayılıb, digər tə-

rəfdən, ərazinin sucaq və qamışlıq

olmayan yerlərində də “şam” kom-

ponentli onomastik vahidlər möv-

cuddur.  Məsələn,  Buzqov  kəndi

(Babək rayonu) ərazisindəki “Şamın

tili”  təpədə  yerləşir,  ətrafında  da

heç bir qamış, yulğun, cəyən bitmir.

Bu fakt Şam, Pirəhməd şamı (Biləv

kəndi,  Ordubad),  Naxır  şamı  və

sair vahidlər üçün də səciyyəvidir.

Yuxarıdakı  fikirlərdən  sonra  belə

qənaətə  gəlirik  ki,  adın  tayfa  adı

ilə bağlı açıqlanması doğru fikirdir.

Ancaq yenə güman edirik ki, dili-

mizdə “şam” sözünün mənası hələlik

tam açılmayıb. Ona görə də bu haq-

da inandırıcı fikir söyləmək çətindir.

Lakin  belə  bir  ehtimalı  da  istisna

etmirik ki, çoxmənalı “şam” sözu

lüğətlərdə qeyd olunmayan mənalara

da  malikdir.  Məsələn,  Naxçıvan

dialekt  və  şivələrində  “şam”  sözü

“məzarın içi”, “yer, məskən, yurd,

torpaq” anlamlarında da işlənir. Ola

bilsin  ki,  Dərəşam  sözü  “dərədə

yerləşən  məskən,  torpaq,  dərəyə

məxsus yer, yurd” mənalarını bil-

dirsin və digər “şam” tərkibli topo-

nimlərin  əvvəlində  işlənən  Yaycı,

Dərə,  Ordubad,  Naxır,  Pirəhməd

(Yaycı  şamı,  Dərəşam,  Ordubad

şamı, Naxır şamı, Pirəhməd şamı)

və sair kimi sözlər bir şamı – yeri,

məskəni, yurdu digərindən fərqlən-

dirmək məqsədi daşıyır. 

    Yekun  olaraq  deyə  bilərik  ki,

“Şam”  derivatı  zaman  keçdikcə

tarixi mərhələlərdə yeni məna kəsb

etmiş, coğrafi yer, şəhər, çay, dərə,

göylük, çəmənlik, qamışlıq və digər

adlarda əksini tapmışdır.

Adil BAĞIROV

filologiya elmləri doktoru

Yurd yerlərimizin tarixi və

adları haqqında nə bilirik?

“Biçənək” “ot biçilən yer”  deyil, tayfa  adıdır

B

içənək  Şahbuz  rayon  mərkəzindən  24  kilometr  şimal-şərqdə,

Zəngəzur silsiləsinin ətəyində, Naxçıvan-Laçın-Yevlax avtomobil

yolunun  kənarında  yerləşən  kəndin  adıdır.  Kənd Azərbaycanın    qədim

yaşayış məntəqələrindən biridir. Rayon ərazisində bu kənd adı ilə bağlı

Biçənək  aşırımı,  Biçənək  çayı,  Biçənək  mineral  su  bulaqları,  Biçənək

yolu, Biçənək meşəsi, Biçənək körpüsü və sair kimi coğrafi obyekt adları

da mövcuddur. Biçənək kəndi keçmiş Zərnətün və Xınzirək kəndləri və

Azərbaycanın tarixi ərazisi olan Zəngəzur qəzası ilə həmsərhəd ərazidə

yerləşir. Məşhur Batabat yaylağı, Biçənək aşırımı, Fərhad evi, Zorbulaq

bu kəndin yaxınlığındadır. Buradakı Əyriqar dağı, Ağ qaya, Qara qaya,

Ballı qaya, Sarı qaya, Gəlin qayası, Xəznə təpəsi, Sandıq daş, Miz daş,

Saat  daşı, At  taxta,  Yanıq  taxta,  Yuxarı  pay,  Orta  pay,  Bənövşəli  dərə,

Qara göl, Cilli göl, Zorbulaq, Söyüdlü bulaq, Karvansara bulağı, Soyuq

bulaq, Qiblə bulaq, Qızıl bulağı, Qırxgözlü bulaq, Turşsu və sair kimi yer-

yurd adları ərazinin qədim oğuzlara məxsusluğunu təsdiqləyən faktlardır.

Culfa rayonu üzrə 2013-2014-cü tədris ili üçün pedaqoji kadrlara olan ehtiyac haqqında məlumat

S

/№

Məktəbin adı



1

1

12



1

12

2



1

6

1



6

3

15



1

12

1



12

1

12



1

12

1



12

5

60



4

15

1



12

1

6



1

6

3



24

5

5



1

10

1



8

2

18



6

20

1



6

1

6



7

22

1



6

1

6



8

26

1



15

1

12



2

27

9



33

1

8



1

10

1



8

3

26



10

36

1



10

1

10



11

36

1



6

1

6



12

40

1



12

1

12



2

24

13



45

1

6



1

12

2



18

14

50



1

12 


1

12

1



8

1

8



1

12

5



52

15

51



1

12

1



10

2

22



16

59

1



12

1

12



1

12

3



36

17

68



1

18

1



12

1

8



1

8

1



8

1

12



6

66

18



60

1

12



1

12

19



64

1

12



1

12

1



8

1

18



4

50

20



35

1

12



1

12

1



12

1

12



1

12

1



8

1

12



7

80

21



27

1

10 



1

6

1



8

1

4



1

6

5



34

2

27



5

48

2



24

4

48



6

72

11



110

7

64



11

94

7



66

3

42



58

595


İtmişdir

Mustafayev Mehbalı Məhi oğlunun adına olan Azərbaycan Respublikası vətəndaşının



şəxsiy yət vəsiqəsi itdiyindən etibarsız sayılır.

Yüklə 204,66 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə