Øß Ã Ð Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım


Əsrlərdən boylanan tarix



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə2/4
tarix19.07.2018
ölçüsü0,98 Mb.
#56629
1   2   3   4

2

Əsrlərdən boylanan tarix

Ç

Ç



alxanqala.  Kəngərli  rayo-

nunun dağətəyi zonada yer-

ləşən qədim yaşayış məntəqəsi, ulu

tarixin izlərini bu gün də yaşadan

yurd  yeri.  Kəndin  yaxınlığındakı

dördkünc formada olan abidə-qala

Çalxan dağının üzərində hündür bir

ərazidə yerləşir. 1969-cu ildən bu-

rada tədqiqatlar aparılmasına baş-

lanılıb. Müəyyən edilib ki, qalanın

tarixi eramızdan əvvəl ikinci min -

illiyə aiddir. 0,7 hektar sahəni əhatə

edən qalanın divarları iri daşlardan

hörülüb. Divarların üst tərəfinin in-

şasında çiy kərpicdən istifadə edilib.

Qalanın  əsas  giriş  yolu  cənub  tə-

rəfdəndir. Daha doğrusu, Cəhriçayın

sağ  sahilindən  başlayır.  Bu  yolla

qalaya  qalxmaq  mümkündür.  Yol

boyu qayaaltı sığınacaqlar var. Təd-

qiqatçıların fikrincə, bu sığınacaq-

lardan  yaşayış  yeri  kimi  istifadə

edilib. Cəhriçay vadisində məskun-

laşmış əhalinin müdafiəsi məqsədi

ilə  inşa  edilmiş  qalanın  içərisində

düzbucaqlı planda tikilmiş yaşayış

binalarının qalıqlarına rast gəlinib.

Burada təbii qayaların üzərində qa-

zılmış daş hovuzlardan əhalinin su

təminatında istifadə olunub. 

    Kəndin tarixi ilə bağlı daha bir

mühüm fakt Çalxanqala kurqanla-

rıdır. Kənd yaxınlığında, Naxçıvan

şəhərindən 40 kilometr şimal-qərbdə

Orta  Tunc  dövrünə  aid  edilən  bu

arxeoloji abidələrin diametri 8-10,

hündürlüyü  1,2  metrdir.  Kurqan-

lardan  boyalı  qablar,  tuncdan  dü-

zəldilmiş  xəncər,  sancaq,  muncuq

tapılıb. Buradan tapılan romb for-

malı yastı nizə ucu Qobustan kur-

qanından tapılmış eyniadlı silahın

oxşarıdır  və  bu,  Kür-Araz  mədə-

niyyəti üçün xarakterikdir. Çalxan-

qala kurqanları Naxçıvan ərazisində

tədqiq edilmiş ilk kurqandır və ta-

pıntılar bu qədim diyarın Tunc döv-

rünü, həmçinin Yaxın Şərq ölkələri

ilə o dövrün iqtisadi və mədəni əla-

qələrini öyrənmək üçün mənbədir. 

    Burada ötən əsrin sonlarında baş

verən məlum hadisələr dövrü Qərbi

Azərbaycandan – ata-baba torpaq-

larımızdan  didərgin  düşərək  ölkə-

mizə  pənah  gətirən  soydaşlarımız

məskunlaşıblar.  Həmin  insanlara

dövlətimiz  həyan  durub,  onların

problemlərinin  həllinə  həssaslıqla

yanaşıb. 2002-2004-cü illərdə bütün

məişət şəraiti ilə təmin edilmiş 40-a

yaxın ev tikilib, adamlar torpaq sa-

hələri ilə təmin olunublar. Torpaqdan

səmərəli istifadə edilməsi üçün onlara

şərait  yaradılıb,  dövlətdən  kredit

götürənlər də olub. Bu vəsaitlə müx-

təlif təsərrüfat sahələrini inkişaf et-

dirməklə  həm  öz  rifah  hallarını

yaxşı laşdırıblar, həm də daxili bazara

töhfələrini veriblər.

    Çalxanqala  kənd  inzibati  ərazi

dairəsi üzrə nümayəndə Xalıqverdi

Xalıqverdiyevin söhbəti:  

    – Doğma  yurd-yuvasından  ayrı

düşən bu insanların hərəsi bir yerdən

gələrək burada bir el kimi birləşiblər.

Onların problemlərinin həll olunması

üçün dövlətimiz bütün imkanlardan

istifadə edib. Bu gün Çalxanqalada

hər hansı xeyir və ya şər məclislərində

iştirak etsəniz, düşünərsiniz ki, onlar

elə  burada  doğulub  boya-başa  ça-

tıblar,  sanki  yüz  illərdir  bir-birləri

ilə qonşu və ya qohumdurlar.

Qədim məkan yeni dövrünü

yaşayır

M

M



uxtar  respublikamızda

aparılan  quruculuq  işlə-

rindən bu yaşayış məntəqəsinə də

pay düşməsini çalxanqalalılar onlara

göstərilən davamlı dövlət qayğısının

nəticəsi hesab edirlər. Deyirlər ki,

bu qayğı onlara qaçqın olmaq hissini

unutdurub. Kənd camaatının su ilə

təchizatını  yaxşılaşdırmaq  üçün

mövcud 33 kəhrizdən bir neçəsində

əsaslı  təmir  işləri  aparılaraq  işlək

vəziyyətə gətirilib. Cari il isə çal-

xanqalalıların yaddaşında uzun müd-

dət  yaşayacaq.  Belə  ki,  kənddə

kompleks quruculuq tədbirləri hə-

yata keçirilib, oktyabr ayının 23-də

bir neçə yeni sosial obyekt istifadəyə

verilib. 

    Həmin  obyektlərdən  biri  Çal-

xanqala kənd tam orta məktəbinin

binasıdır. Burada şagirdlərin bilikli,

vətənpərvər gənclər kimi yetişdiril-

məsinə hər cür şərait yaradılıb. Gə-

ləcək perspektiv də nəzərə alınaraq

inşa edilmiş 378 şagird yerlik yeni

məktəb binasında 218 şagird təhsil

alır.  Onların  təlim-tərbiyəsi  ilə  44

müəllim  məşğul  olur.  Məktəbdə

3-ü  elektron  lövhəli  olmaqla,  21

sinif otağı, kimya, biologiya, fizika

laboratoriyaları,  hərbi  kabinə,  ki-

tabxana və kompyuter sinifləri müəl-

lim və şagirdlərin istifadəsinə verilib. 

    Kəndə gəlmişkən məktəbdə ol-

duq, müəllimlərlə görüşdük. Müəl-

limlər  dövlətimizin  burada  məs-

kunlaşan insanlara göstərdiyi qay-

ğıya görə minnətdarlıqlarını bildir-

dilər. Öyrəndik ki, ötən tədris ilində

məktəbin  məzunlarından  2-si  ali

məktəblərə,  3-ü  doqquzuncu  sinif

təhsil bazasından Naxçıvan Musiqi

Kollecinə, 2-si on birinci sinif baza -

sından  Naxçıvan  Tibb  Kollecinə,

2-si isə Heydər Əliyev adına Hərbi

Liseyə qəbul olunub. 

    Çalxanqala  kənd  tam  orta  mək-

təbində  internetə  çıxışları  olan  38

yeni kompyuter quraşdırılıb. Bu isə

hər 6 şagirdə 1 kompyuterin düşməsi

deməkdir.  Eyni  zamanda  məktəbin

kitabxana fondu da zənginləşdirilib.

    Binada  fərdi  qazanxana  quraş-

dırılıb, bufet istifadəyə verilib, hə-

yətdə geniş abadlıq işləri aparılıb,

açıq  idman  qurğuları  quraşdırılıb. 

    Həmin gün kənddə Uşaq Musiqi

Məktəbinin yeni binasının istifadəyə

verilməsinin də sevinci yaşanmışdır.

Məktəb zirzəmi ilə birlikdə 3 mər-

təbədən ibarətdir. Yeni inşa olunan

binada 26 sinif otağı, musiqi alət-

lərinin təmiri, direktor və müəllimlər

otaqları, kitabxana və tədbirlər zalı

vardır.  Məlumat  üçün  qeyd  edək

ki,  bu  gün  Çalxanqala  kənd  tam

orta məktəbinin şagirdlərindən 158-i

həm  də  musiqi  təhsili  alır.  Kənd

musiqi məktəbində 48 müəllim ça-

lışır.  Əvvəllər  musiqi  məktəbində

3  şöbə  fəaliyyət  göstərirdi.  Yeni

bina  istifadəyə  verildikdən  sonra

məktəbdə  əlavə  olaraq  fortepiano

şöbəsi  də  yaradılıb.  Bu  gün  mək-

təbdə xalq çalğı alətləri, fortepiano,

zərb alətləri və nəzəri fənlər şöbələri

vardır.  Burada  tar,  saz,  kamança,

nağara  və  qarmon  ixtisasları  üzrə

dərslər tədris olunur.

    Çalxanqalada kompleks qurucu -

luq tədbirləri çərçivəsində yüksək

keyfiyyətlə inşa olunaraq istifadəyə

verilən həkim ambulatoriyası 2400-ə

yaxın  kənd  sakininə  xidmət  edir.

İki  mərtəbədən  ibarət  olan  həkim

ambu latoriyasında  12  otaq  vardır.

Burada stomatoloq kabinəsi, əcza-

xana,  doğuş,  peyvənd,  mama  və

manipulyasiya  otaqları,  palatalar

yerləşir.  Ambulatoriyada  12  tibb

işçisi çalışır.

    Muxtar respublikamızda mahiy-

yət və məzmunca yeni təfəkkürün

bəhrəsi  olan  kənd  mərkəzlərinin

sayı  getdikcə  artır.  Çalxanqalada

da artıq belə mərkəzin tikilməsi re-

gionda  bu  istiqamətdə  həyata  ke -

çirilən tədbirlərin davamlı olduğunu

göstərir. İki mərtəbədən ibarət olan

binada  inzibati  ərazi  dairəsi  üzrə

nümayəndəlik,  kənd  bələdiyyəsi,

Yeni Azərbaycan Partiyası ərazi ilk

təşkilatı, rabitə evi, kitabxana, bay-

tarlıq  və  polis  sahə  məntəqələri,

kənd mədəniyyət evi və 53 yerlik

zal yerləşir. Binada təşkilatların fəa-

liyyəti üçün lazımi şərait yaradılıb,

iş  otaqları  müasir  mebel  avadan-

lıqları ilə təmin olunub.

    Mərkəzin  birinci  mərtəbəsində

yerləşən rabitə evində 384 nömrəlik

elektron ATS quraşdırılıb. ATS-dən

hazırda  311  abonent  istifadə  edir.

Rabitə  evində  internet  və  danışıq

kartlarının, qəzetlərin satışı da təmin

olunub.


    Yeddi nəfərin işlə təmin olunduğu

yeni  xidmət  mərkəzi  də  cari  ilin

quruculuq tədbirlərindən biridir. 

    Azərbaycan  Respublikası  Pre-

zidentinin “Naxçıvan Muxtar Res-

publikasının Culfa və Kəngərli ra-

yonlarının sosial-iqtisadi inkişafının

sürətləndirilməsinə dair əlavə təd-

birlər haqqında” 2011-ci il 2 sentyabr

tarixli  Sərəncamına  əsasən,  39,2

kilometrlik Naxçıvan-Sədərək ma-

gistralı-Təzəkənd-Çalxanqala-

Qıvraq dairəvi avtomobil yolu ye-

nidən qurulub. Layihə çərçivəsində

yolun  hərəkət  hissəsinin  eni  7,2,

yol yatağının eni isə 8,5 metrədək

genişləndirilib. İki hərəkət zolağın-

dan  ibarət  olan  yolun  üzərində  1

körpü, 5 su keçidi və 51 suötürücü

inşa olunub, yolun müxtəlif hissə-

lərində beton suaxıdıcı kanallar ti-

kilib. Yolun yaşayış məntəqələrindən

keçən hissəsində 4416 metr uzun-

luğunda  hasar  çəkilib,  əsas  yola

birləşən köməkçi yollar təmir edilib. 

    Çalxanqala  kəndində  əhalinin

içməli  suya  olan  tələbatının  ödə-

nilməsi  istiqamətində  də  tədbirlər

görülüb, su sərfi saatda 45 kubmetr,

65 metr dərinliyi olan yeni artezian

quyusu qazılıb. Quyudan subölücüyə

qədər  2,3  kilometr  uzunluğunda

yeni su xətti çəkilib, 16 evə və yeni

tikililərə,  kənd  qəbiristanlığına  su

verilişi təmin olunub, bulaq-abidə

tikilib. Kənddəki mövcud 600 metr-

lik  içməli  su  xətti  yeni  borularla

əvəzlənib, 20 evi içməli su ilə təmin

edən supaylayıcı qurğu inşa olunub.

Bundan əlavə, suvarma suyuna olan

tələbatı  ödəmək  məqsədi  ilə  350

metr yeraltı suvarma xətti çəkilib,

300 metr beton kanal tikilib. Qeyd

edək ki, bundan əvvəl kənddə möv-

cud  olan  3  nasos  stansiyasının  və

Təzəkənddəki su anbarının gücün-

dən də səmərəli istifadə olunur.

Sakinlərlə söhbət və ya dövlət

qayğısından minnətdarlıq 

hisslərinin ifadəsi

K

K



əndə gəlmişkən bu yaşayış

məntəqəsinin sakinləri ilə

görüşməyə, onlarla həmsöhbət ol-

mağa ehtiyac duyduq. İlk müsahi-

bimiz  kənd  sakini  Telman  Məm -

məd ov oldu. O bildirdi ki, ata-baba

yurd yerlərimizdən ayrılıb Naxçı-

vana  üz  tutmuşuq.  Gəlib  Çalxan-

qalada  məskunlaşmışıq.  Dövləti-

mizin qayğısı  yaşamaq-yaratmaq

əzmimizi özümüzə qaytarıb. Bütün

kənd adamları adından dövlətimizə

minnətdarlığımı bildirirəm. Bu gün

həyatımızın bütün sahələrini, muxtar

diyarımızın ən ucqar dağ və sərhəd,

ən kiçik yaşayış məntəqələrini əhatə

edən  qayğı  hesabına  regionumuz

özünün intibah dövrünə qədəm qo-

yub. Elə Kəngərli rayonunda iqti-

sadiyyatın inkişafı, insanların mən-

zil-məişət  şəraitinin  yaxşılaşdırıl-

ması, onların məşğulluq problemi-

nin  həlli  üçün  məqsədyönlü  ad-

dımlar  atılır,  tikinti-quruculuq  iş-

lərinin həcmi getdikcə öz coğrafi-

yasını genişləndirir. 

    Söhbətə qoşulan Bəxtiyar Qur-

banov dedi: 

    – Çalxanqala Kəngərli rayonunun

ən  səfalı  yaşayış  məntəqələrindən

biridir. Bərəkətli torpaqları var. İndi

hər  bir  çalxanqalalı  bu  torpaqları

özünə daimi iş yeri sayır. Əkinçilik,

heyvandarlıq, arıçılıq və meyvəçi-

liklə məşğul olan kənd adamlarının

gün-güzəranları getdikcə yaxşılaşır.

Bunun nəticəsidir ki, hər il kənddə

5-6 yeni ev tikilir, 100-ə yaxın sa-

kinin şəxsi avtomaşını var.

    Sözsüz ki, iki saata yaxın davam

edən bu söhbətləri olduğu kimi bir

qəzet yazısında əhatə etmək mümkün

deyil. Ancaq bütün bunların yaratdığı

qənaət ondan ibarət idi ki, muxtar

respublikanın digər bölgələri kimi,

Kəngərli rayonunun da kəndlərində

gedən quruculuq və inkişaf prosesləri

sosial-iqtisadi inkişafın nəticəsi kimi

dəyərləndirilir.

Yaxşı gün-güzəranın səbəbi həm

də torpağa bağlılıqdır

Ç

Ç



alxanqala Kənd Mərkəzinin

açılışında Naxçıvan Muxtar

Respublikası Ali Məclisinin Sədri

demişdir: “Dövlətimizin kənd ya-



şayış məntəqələrinə qayğısı təkcə

müasir infrastrukturun yaradılması

ilə tamam lanmır. Dövlətimiz həm

də  əhalinin  sosial-rifah  halının

yüksəldilməsinə, onların məşğulluq

təminatına  xüsusi  diqqət  yetirir.

Çalxanqala kəndində yaşayan əha-

linin 511 nəfəri dövlət büdcəsindən

əməkhaqqı,  təqaüd  və  müavinət

alır, sakinlərin bir qismi yeni açılan

xidmət sahələrində və fərdi təsər-

rüfatlarda çalışırlar. Bütün bunlar

dövlətimizin kəndlərin inkişafına,

insanların  rahatlığına  göstərdiyi

yüksək diqqət və qayğının nümu-

nələridir. Kənd yaşayış yerlərində

əkinçiliyin, bağçılığın, meyvəçiliyin,

heyvandarlığın inkişaf etdirilməsi

dövlətimizin  həyata  keçirdiyi  aq-

rar-iqtisadi siyasətin mühüm tərkib

hissəsidir.  Ona  görə  də  kəndləri-

mizdə kənd təsərrüfatının inkişa-

fına xüsusi diqqət yetirilir, güzəştli

kreditlər  ayrılır,  sahibkarlıq  fəa-

liyyəti  ilə  məşğul  olanlara  dövlət

maliyyə dəstəyi göstərilir. Bu təd-

birlərin  də  hər  biri,  ilk  növbədə,

kəndlərimizin inkişafına, kənd və

şəhər  arasındakı  fərqin  aradan

qaldırılmasına xidmət edir”. 

    Bunu  bütövlükdə  bu  yaşayış

məntəqəsinin  timsalında  görmək

olar. Kənddə 596 təsərrüfatda 2276

nəfər  yaşayır.  Əhali  müxtəlif  tə-

sərrüfat  sahələri  ilə  məşğul  olur.

Bu  sahələr  içərisində,  ilk  olaraq,

əkinçiliyi qeyd etmək lazımdır. Ma-

raqlı  cəhət  orasıdır  ki,  dağətəyi

zona olmasına baxmayaraq, taxıl-

çılığa  diqqət  ildən-ilə  artır.  Cari

ildə çalxanqalalılar 403 hektar sa-

hədən məhsul tədarük ediblər. Bir

neçə ildir, taxılçılıqla məşğul olan

Yusif Səmədov deyir ki, keyfiyyətli

toxumla təchiz olunuruq, dövlətdən

müxtəlif yardımlar alırıq, “Naxçıvan

Aqrolizinq” Açıq Səhmdar Cəmiy-

yətinin və şəxsi təsərrüfatlarda olan

texnikaların  xidmətindən  istifadə

edirik. Kənddə gələn ilin bol məh-

sulunun əsası qoyulur. Bu günədək

160 hektar sahədə şum qaldırılıb,

əkin aparılıb. 

    Qaldı ki, əkinçiliyin digər sahə-

ləri, bu barədə də geniş danışmaq

olar.  Çalxanqalada  cari  ildə  20

hektar sahədən kartof tədarük edilib.

Bostan-tərəvəz əkini sahələri də sa-

hiblərinə xeyli gəlir gətirib. 

    Qeyd edim ki, bu yurd yerimiz

həm  də  özünün  dadlı-tamlı  mey-

vələri  ilə  tanınır.  Aqrar  islahatlar

başlanana  qədər  kənddə  mövcud

olan  meyvə  bağları  qorunub  sax-

lanılmaqla yanaşı, daha 49 hektar

sahədə yeni meyvə bağları salınıb.

Artıq həmin sahələrdən də meyvə

tədarük edilir. 

    Çalxanqalada heyvandarlıq apa-

rıcı sahələrdən biridir. Kənd sakini

Vəzir Abdullayev fermer təsərrüfatı

yaradıb. Onun fermer təsərrüfatında

9  nəfər  işlə  təmin  olunub.  2500

baş xırdabuynuzlu heyvan saxlayır.

Bəxtiyar  Qurbanov  da  belə  təsər-

rüfat  sahibidir.  1000-dən  çox  xır-

dabuynuzlu heyvanı var. O isə öz

təsərrüfatında 5 Çalxanqala sakininə

iş  verib.  Onlar  heyvanlarının  baş

sayını artırmaq üçün kredit də gö-

türüblər. Çalxanqalada iqtisadi cə-

hətdən xeyli gəlirli olan heyvandar -

lığa  marağın  ildən-ilə  artmasını

kənd adamları bu sahənin inkişafına

hərtərəfli qayğı göstərilməsi, dağlıq

ərazilərdə ekoloji cəhətdən təmiz,

yüksək  keyfiyyətli  məhsul  yetiş-

dirilməsinin mümkünlüyü ilə izah

etdilər. Eyni sözləri arıçılığa da aid

etmək olar. Bu gün kənddə 738 arı

ailəsinin olması o deməkdir ki, bü-

tün evlərdə bu gəlirli təsərrüfat sa-

həsi  ilə  məşğul  olunur.  Yusif  Sə-

mədov 170 arı ailəsi saxlayır. Nax-

çıvan Muxtar Respublikası İqtisadi

İnkişaf Nazirliyindən arıçılığın in-

kişafı  üçün  10  min  manat  kredit

götürmüş Elbrus Qasımovun 90 arı

ailəsi var. Digər ailələrdə də arıçılığa

maraq get-gedə artır.

D

D

oqquz övlad boya-başa çatdıran, ömrünün onuncu onil-

liyini  yaşayan  Telli  Şəmilova  deyir  ki,  bu  kənddə  məs-

kunlaşdığımız ilk illərdə bizə nə qədər qayğı göstərsələr də, çə-

tinliklərimizlə  maraqlansalar  da,  burada  yaşayacağıma  inan-

mırdım.  Budur,  Çalxanqalaya  gəldiyimizdən  20  ildən  artıq  bir

dövr keçib. Dönüb o illərə baxanda kəndi tanıya bilmirəm. Uşaq-

larım da ev-eşik sahibi olub. Kənd adamları özlərinə yaxşı gün-

güzəran qurublar. Sağ olsun, dövlətimizi. Bundan artıq bizə nə

etməlidir ki? Kənddə məskunlaşan digər insanlar da bizə göstərilən

qayğıdan razılıq edirlər. Niyə də etməsinlər?



Muxtar MƏMMƏDOV




Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə