Øß Ã Ð Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə3/4
tarix19.07.2018
ölçüsü0,98 Mb.
#56629
1   2   3   4

3

     Ünsiyyət zərurətdən yaranır. Ona

tələbat çox zaman məqsəd, fikir, fəa-

liyyət, üst-üstə düşən mənafe birli-

yindən  irəli  gəlir.  Ünsiyyət  prosesi

yeniyetməlik və gənclik dövrlərində

həyatın  ən  önəmli  məqamlarından

birini  təşkil  edir.  Çünki  bu  zaman

insan  daha  fəal  şəkildə  ünsiyyətə

can atır və bir şəxsiyyət kimi inkişaf

etmək, formalaşmaq üçün informasiya

mübadiləsi  yaratmaqla  məlumatın

ötürülməsi və qəbul edilməsində id-

dialı tərəf kimi çıxış edir. Ümumiy-

yətlə,  ünsiyyət  insanın  dolayısı  ilə

özünü ifadə etməyə, aktuallaşdırmağa

çalışmasıdır. Bu səbəbdən də ünsiyyət

prosesi  cəmiyyətdəki  mövqeyimizi

təyin  edən  ən  mühüm  faktordur:

insan ifadə edilə bildiyi qədər insandır.

Ətrafdakı insanlarla ünsiyyətə görə

hər kəs gözəl valideyn və dost, yaxşı

işçi və ya heç kim tərəfindən sevil-

məyən bir şəxs ola bilər. 

    Lakin təəssüflər olsun ki, bu gün

cəmiyyətimizdə ünsiyyət prosesində

mövcud olan problemlər də az deyil.

Əvvəlcə onu qeyd etməliyik ki, ün-

siyyət mədəniyyətin bir növüdür və

bir qayda olaraq, nitq vasitəsilə tə-

zahür edir. Yəni gözəl ünsiyyət qur-

maq bacarığı həm də yüksək mədəni

keyfiyyət  deməkdir.  Biz  ünsiyyət

zamanı fikirlərimizi paylaşır, hadi-

sələrə  münasibətimizi  bildirir,  dü-

şündüklərimizi  ifadə  edirik.  Bəs

gündə lik  məişət  həyatında,  ictimai

yerlərdə, oxuduğumuz və ya çalış-

dığımız  məkanlarda  rastlaşdığımız

insanlarla ünsiyyət qurarkən ana di-

limizin, dolayı yolla nitqimizin gö-

zəlliyini,  zənginliyini,  şirinliyini,

ümumiyyətlə, danışıq mədəniyyəti-

mizi  nümayiş  etdirə  bilirikmi?  İş-

lətdiyimiz  sözlərin  mənasına,  vur-

ğusuna, səsimizin tonuna diqqət ye-

tiririkmi? Qarşımızdakı insanın ün-

siyyət prosesindəki mövqeyinə sə-

mimi və obyektiv yanaşmağı baca-

rırıqmı?  Gəlin  bir  qədər  bu  haqda

düşünək. 

    Bəli,  ünsiyyət  mədəniyyəti  in-

sanın  digər  bütün  mənəvi  keyfiy-

yətləri  içərisində  daha  çox  diqqəti

cəlb  edir  və  dinləyənlərdə  haqqı-

mızda  müəyyən  təəssürat  yaradır.

Ancaq təəssüf ki, bugünkü cəmiy-

yətimizdə  bu  məsələyə  bir  qədər

laqeyd yanaşma mövqeyi müşahidə

olunmaqdadır.  Mövcud  ünsiyyət

problemlərindən  danışdığımız  za-

man, əlbəttə ki, ən xoşagəlməz cə-

hətlərdən biri kimi öncə ana dilimizə

olan biganə münasibəti qeyd etmə-

liyik.  Bu  gün  nədənsə  nitqimizdə

əcnəbi sözlərdən istifadə geniş vüsət

alıb. Geniş istifadə olunan belə söz-

lərin, demək olar ki, hər birinin ana

dilimizdə qarşılığı var. Məsələn, uje

(artıq), prosto (sadəcə), vobşe (ümu-

miyyətlə),  vsyo  (vəssalam),  prava

(sürücülük vəsiqəsi), astanovka (da-

yanacaq),  balkon  (eyvan),  moyka

(yuyucu),  nauşnik  (qulaqcıq),  xo-

lodelnik (soyuducu), kuxna (mətbəx),

vilka  (çəngəl),  pesok  (şəkər  tozu)

və sair. Nə qədər qəribə olsa da, bu

günün ünsiyyət prosesində belə söz-

lərə çox rast gəlinir. Bundan əlavə,

ünsiyyəti  reallaşdıran  nitqimizdə

həftənin günləri və yemək vaxtları

ilə bağlı da böyük problemlər var.

Yəni nədənsə çoxları həftənin gün-

lərini dilimizə uyğun söyləmək əvə-

zinə, sıra sayları ilə söyləməyə (1-ci,

2-ci,  3-cü  gün  və  sair)  üstünlük

verir. Bazar günü isə çox vaxt “vxad-

noy” sözü ilə əvəzlənir. Və ya səhər

yeməyi,  nahar  və  şam  yeməkləri

söyləmək əvəzinə, “zavtrak”, “obed”

və “ujin” sözləri işlədilir. Həmçinin

əksər sözlərin tələffüzündə də ədəbi

dilin  nitq  prosesindəki  ifadəliliyi

pozulur. Bu, daha çox sözün və ya

cümlənin  intonasiyasında  və  vur-

ğusunda özünü göstərir. Bütün bunlar

mədəni ünsiyyətin keyfiyyətini aşağı

salır.


     Ünsiyyət prosesi ilə bağlı prob-

lemlər bununla bitmir. Hər birimizə

məlum olduğu kimi, gözəl ünsiyyət

bacarığının formalaşmasında kitab-

ların, yəni mütaliənin xüsusi önəmi

var. Mütaliə nə qədər geniş olarsa,

nitq bir o qədər səlis, ifadəli, məz-

munlu və aydın olar. Ancaq təəssüf

ki, bugünkü cəmiyyətimizdə mütaliə

problemi mövcuddur. Xüsusilə gənc

nəslin  bu  barədə  göstərdiyi  xoşa-

gəlməz mövqe onların ünsiyyətinə

ciddi xələl gətirməkdədir. Belə ki,

gənclərimiz özlərini ifadə etməkdə

çətinlik çəkir, düzgün və səlis cüm-

lələr qurmağı bacarmır, fikir müba-

diləsi aparmaqdan çəkinirlər. Bəzən

isə  mənasını  tam  bilmədikləri  ifa-

dələri işlədir, ünsiyyətdə kobud söz-

lərə yer verirlər. Ünsiyyət prosesində

jest və mimikalardan düzgün istifadə

etmək də çox önəmlidir. Bu, danışıq

zamanı  üsluba  xüsusi  rəng  qatır.

Amma bu hərəkətlərin yersiz icrası,

söz  və  ifadənin  ahənginə  uyğun

olma ması da bu gün tez-tez nəzərə

çarpır. Belə problemlərə danışarkən

səs tonuna diqqət yetirilməməsini,

qarşıdakı  şəxsi  sonuna  qədər  din-

ləməməyi,  yersiz  mübahisələri  də

aid etmək olar.

    Göründüyü  kimi,  ünsiyyət  pro-

sesindəki nöqsanlar kifayət qədərdir.

Lakin unutmaq olmaz ki, ünsiyyət

özümüzə  hörmətin  ifadəsidir.  Hər

bir işlətdiyimiz kəlmə bizim şəxsi

keyfiyyətlərimizdən xəbər verir. Gö-

zəl  ünsiyyət  üçünsə,  ilk  növbədə,

ana  dilimizi  mükəmməl  bilməli,

mütaliəyə önəm verməli, söylədik-

lərimizi  yaxşıca  düşünməli,  qarşı

tərəfin  fikirlərinə  hörmətlə  yanaş-

malıyıq.  Sakit,  mehriban,  nizamlı

və  səlis  ünsiyyət  hamı  tərəfindən

hər  zaman  rəğbətlə  qarşılanıb  və

bu gün də belədir. Elə isə gəlin söy-

lədiyimiz hər sözdə, ifadə etdiyimiz

hər fikirdə öncə özümüzü axtaraq.

Yalnız bu təqdirdə gözəl ünsiyyətin

sirrini asanlıqla tapa bilərik…



Günay XƏLİLBƏYLİ

    İncəsənətin  ən  geniş  yayılmış

növlərindən biri olan rəqs sənətinin

tarixi  zərb  musiqi  alətlərinin  ya-

ranma  tarixindən  xeyli  qədimdir.

İbtidai  icma  quruluşu  dövründə

Azərbaycan  ərazisində  yaşayan

müxtəlif qəbilə üzvləri ova çıxdıq-

ları zaman əl çala-çala, ya da ağac

və  daşları  bir-birinə  vuraraq  rəqs

etmişlər. Bu cəhətdən muxtar res-

publikamızın Ordubad rayonu əra-

zisində  yerləşən  Gəmiqayadakı

qaya təsvirləri xüsusilə səciyyəvidir.

Qayanın mərkəzi hissəsində od və

Günəş  rəmzi  sayılan  kiçik  dairə,

onun ətrafında isə qollarını yuxarı

qaldırıb  rəqs  edən  insanın  təsviri

fikrimizi  təsdiq  edən  tutarlı  fakt-

lardandır. Naxçıvan şəhərindən 18

kilometr cənubda yerləşən və eradan

əvvəl II-I minilliyə aid yaşayış yeri

olan  Qızılburunda  aşkar  edilmiş

polixrom  boyalı  küpə  üzərindəki

rəqs-ifaçılıq  təsviri  yurdumuzda

yallının çox qədim tarixə malik ol-

duğundan xəbər verir. Bu təsvirlər

həm də yallıların qədim dünyanın

ən nadir sənət nümunələrindən biri

olduğunu göstərir. Xalqımızın mə-

dəniyyət incisi olan rəqs sənəti in-

sanların ictimai həyat tərzinin, bə-

dii-estetik zövqünün ayrılmaz tərkib

hissəsinə çevrilmiş, gözəllik və in-

cəliyin, həyatsevərlik və sevincin,

mərdlik və mübarizliyin, vətənpər-

vərlik və insanpərvərliyin təzahürü

olmaqla xalq ruhunu oxşayan digər

çalarlarla zənginləşmişdir. 

    O da qeyd edilməlidir ki, qədim

dövrdə yaranan yallılar mərasim xa-

rakterli olmaq  baxımından da diqqəti

cəlb  edən  məsələlər  sırasındadır.

Rəqs tayfa və ailə birləşmələri tərə-

findən keçirilən müəyyən bir məra-

simin vacib elementlərindəndir. Uzaq

keçmişdə insanlar Günəşə, Aya, kü-

ləyə,  oda,  suya,  ağaclara  və  bəzi

heyvanlara sitayiş etmiş, onların şə-

rəfinə təzim ibadətləri və mərasim

rəqsləri  ifa  etmişlər.  Mənbələrdə

ənənəvi el sənəti nümunələrində can-

lıların  fiqurlarından  quraşdırılmış

ornamentlər içərisində ən geniş ya-

yılanının  heyvan  rəsmləri  olduğu

qeyd edilir. Və göstərilir ki, bu tipli

rəsmlər,  əsasən,  üç  qrupa  bölünür:

ev, vəhşi və fantastik heyvan rəsmləri.

Keçmişdə  ev  heyvanları  içərisində

ən geniş yayılanı at, öküz, qoyun və

dəvə olmuşdur. İnsanların həyat və

təsərrüfatlarında mühüm rol oynayan

bu heyvanlar hələ ta qədimdən sənət

nümunələrində stilizə edilmiş halda

təsvir olunmuşdur. Mənbələrdə qoç

buynuzunun,  pişik  ayağının,  qurd

izinin,  dəvə  ləpirinin  el  sənətinin

müxtəlif növlərində təsvir edilməsinə

rast gəlinir. Bizim üçün maraqlı fakt-

lardan biri odur ki, bu, incəsənətin

ən geniş yayılmış növlərindən olan,

yaranması  Naxçıvan diyarının Şərur

bölgəsi ilə əlaqələndirilən yallılara

da hopmuşdur.

    Şərur  bölgəsində  yaranan,  qə-

dimliyinə  görə  ikinci  yallı  hesab

olunan  “Hoydu,  nərim”  yallısının

yaranma tarixi haqqında bəzi məlu-

matları oxuculara çatdırmaq istəyirik. 

    Mənbələrdə göstərilir ki, insanlar

keçmişdə  dağ  aşırımlarında  yaşa-

dıqlarından  və  ehtiyac  üzündən

vəhşi heyvanları əhliləşdirmək is-

təmişlər.  Bu  heyvanlardan  ilki  at,

qoyun və dəvə olmuşdur. İnsanlar

üçün gərəkli olan heyvanlardan ən

əlverişlisi  dəvə  sayılmışdır.  Onun

ağır  yük  götürə  bilməsi,  soyuğa,

istiyə, susuzluğa, aclığa dözümlü-

lüyü, sahibinə sədaqəti məişət üçün

olduqca  əlverişli  əlamətlər  idi.  O

həm də hər hansı bir çətin keçilən

yolu  kəsə  gedə  bilən  heyvandır.

Bununla  bağlı  şifahi  xalq  ədəbiy-

yatının bayatı janrında bəzi nümu-

nələrə də rastlanmaqdadır.



    Əzizim, kəsəmənnər,

   Yol gedər kəsəmən nər.

    Poyludan ölən olsa,

    Baş yolar kəsəmənnər.

     Mənbələrdə Şərur bölgəsində “Kə-

rimbəyli-Kəsəməni” adlanan qədim

yaşayış  yerinin  olması,  burada  in-

sanların dəvə saxlamaları barədə mə-

lumatlara rast gəlmək mümkündür.

Bu məlumatlarda həmçinin dəvənin,

adətən,  yolu  kəsə  getməsi  faktı  da

diqqətə  çatdırılır.  Həmin  prosesi

özündə ehtiva edən yallılardan birinə

“Hoydu, nərim” adının verilməsi də

məhz  buradan  qaynaqlanır. Yallıda

bir dəstənin o biri dəstənin qarşısına

keçərək  kəsə  irəli  keçməklə  nərin

hərəkətinə  uyğun  yürüşü  təcəssüm

olunur. Ağır yük altında yatmayan,

yükü belindən salmayan, getdiyi yol

nə qədər əziyyətli olsa belə, yoluna

davam edən, yüksək dağ yolunu cə-

sarətlə  qət  edən,  çətinliyə  düşəndə

nərə çəkən dəvəyə insanların sitayişi

səbəbsiz  olmamışdır.  Ona  görə  də

dəvəyə tərif olaraq əcdadlarımız dərin

mənalı və dəyərli, dəvə karvanının

yerişini, hərəkətini təcəssüm etdirən

yallı yaratmış və ona “Hoydu, nərim”

adını vermişlər.

    Yeddihecalı bayatının səsləndi-

rildiyi  “Arzumanı”  yallısı  muxtar

respublikanın Şərur bölgəsində ən

geniş  yayılan  qədim  sənət  nümu-

nələrimizdəndir.  Yallı  ifaçılarının

hərəkətlərində arzusunda olduqları

diləklərinə  çatmağa  can  atdıqları

hiss olunur. Məhz bu fikir yallının

qayəsini təşkil edir. Burada maraqlı

məqam yallı adının ikinci kompo-

nenti  olan  “manı”  sözü  ətrafında

aparılan tədqiqatlar barəsindədir.

    Əsrlərin süzgəcindən süzülüb bu

günümüzə qədər gəlib çatan və dil

ifası ilə gedilən yallılarda Azərbaycan

şifahi xalq ədəbiyyatının bayatı jan-

rına aid nümunələrdən daha çox is-

tifadə  olunur.  Bayatı  şeir  şəklinin

adı  haqqında  bir  sıra  mülahizələr

mövcuddur. “Türk xalqları ədəbiy-

yatında “manı” növü və Azərbaycan

bayatılarının xüsusiyyəti” adlı təd-

qiqat əsərinin müəllifi olmuş Əmin

Abidə görə, türk xalqları folklorunda

heca vəzninin “yeddili”si ilə yaradılan

dördmisralı  müstəqil  mənzumələr

yalnız Azərbaycanda “bayatı” adlanır.

Mənbələrdə qərb ləhcəsində bu şeir

növünün “mani” adlandırıldığı bil-

dirilir. Alim qeyd edir ki, Azərbay-

canın bəzi kəndlərində də bayatıya

“mani-məni”, “mahni-mahna” deyilir.

Tədqiqatçılar “manı” sözünün mə-

nasına da toxunmuşlar. A.Samoylo-

viçə  görə,  osmanlılar  və  azərbay-

canlılar bunu “mani” kimi yazırlar.

Əmin Abid yazır ki, Övliya Çələbi

həmin şeir şəklindən  öz “Səyahət-

namə”sində istifadə etmiş və bunu

“məni” kimi yazmışdır. Əmin Abid

belə bir nəticəyə gəlir ki, sözün kökü

“məni”dir və türkcə tələffüzünə görə

“mani” olmuşdur. Sonralar xalqımız

içərisində  həmin  şeir  şəkli  bayatı

kimi, xalq şerinin digər şəkilləri də

mahnı,  nəğmə  kimi  sabitləşmişdir.

M.F.Köprülünün  yazdığına  görə,

türk xalqlarının ən qədim nəzm şəkli

manidir. Çox güman ki, muxtar res-

publikamızın  Şərur  bölgəsinə  aid

“Arzumanı” yallısı arzu və istəkləri

ifadə edən bayatıların (“manı”ların)

məcmusudur.



Nizami ƏZİZƏLİYEV

Xalqımızın birlik rəmzi – yallı

N

axçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan

Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi

haqqında” 2009-cu il 7 fevral tarixli Sərəncamında deyilir: “Yurdumuzun

qədim sakinlərinin, əcdadlarımızın dünyagörüşünün, bədii-estetik tə-

fəkkürünün təzahür forması olan folklorun, musiqi və rəqs sənətinin

ən qədim qaynaqları eramızdan əvvəl IV-I minilliklərə aid Gəmiqaya

təsvirlərində, “Avesta” və “Kitabi-Dədə Qorqud” kimi qədim qaynaqlarda

öz əksini tapmışdır. Dünyanın ən qədim kollektiv ifa növlərindən olan

Azərbaycan xalq yallıları xoreoqrafiya, instrumental və vokal musiqisini

özündə birləşdirən nadir yaradıcılıq nümunəsidir”.

Ü

nsiyyət həyatımızın vacib tələbatıdır. Məkanından və zamanından

asılı olmayaraq, doğulduğumuz gündən etibarən daim ünsiy-

yətdəyik. Bu prosesin inkişafında cəmiyyət və ətraf mühitin oynadığı

rol olduqca böyükdür. Ünsiyyətsiz cəmiyyət mövcud olmadığı kimi, cə-

miyyətsiz də ünsiyyətin mövcudluğunu təsəvvür etmək qeyri-mümkündür.

Məhz ünsiyyət vasitəsilə yaşadığımız cəmiyyətdə sosial bir varlıq kimi

müntəzəm olaraq ailədə ailə üzvləri ilə, ailədən kənarda doğmalarımızla,

dostlarla, məktəb və iş yoldaşlarımızla, küçədə, nəqliyyatda, mağazada

və başqa yerlərdə isə tanıdığımız və tanımadığımız adamlarla ünsiyyətə

girir, əlaqələr qura bilirik. Beləliklə də, biz özümüz də hiss etmədən

nitqimizi məhz bu proses əsasında formalaşdırırıq. 

    Azərbaycan  Respublikasının

Prezidenti  cənab  İlham  Əliyevin

7 iyul 2011-ci il tarixli Sərəncamı

ilə  təsdiq  olunmuş  “Azərbaycan

gənc liyi 2011-2015-ci illərdə Dövlət

Proqramı”nda təhsil alan gənclərə

sosial dəstəyin artırılması məqsədi

ilə  “Azərbaycan  Tələbə  kartı”nın

tətbiq  edilməsi  və  gənclərin  bey-

nəlxalq  güzəştli  kartlar  sisteminə

qoşulması da nəzərdə tutulmuşdur.

Artıq  bu  ilin  may  ayından  başla-

yaraq ölkəmizin ali və orta ixtisas

təhsili müəssisələrində təhsil alan

tələbələrə “Azərbaycan Tələbə kar-

tı”nın  paylanılmasına  başlanılıb.

Azərbaycan Respublikası Gənclər

və İdman Nazirliyinin məlumatına

görə, “Azərbaycan Tələbə kartı”nın

ölkə üzrə 197 min nəfərə paylanıl-

ması nəzərdə tutulub. 

    Nəzərə alsaq ki, muxtar respub-

likamızda  3  ali  təhsil  müəssisəsi,

3  orta ixtisas təhsili müəssisəsi fəa-

liyyət göstərir, deməli, yeni yaradılan

sistemdən bu təhsil müəssisələrində

təhsil  alan  tələbələr  də  faydalana

biləcəklər. Paytaxt Bakıda yerləşən

ali təhsil müəssisələrində tələbə kart-

larından  istifadənin  tətbiqinə  artıq

başlanılıb. Muxtar respublikamızda

fəaliyyət  göstərən  təhsil  müəssisə-

lərində bu sahədə vəziyyəti və tələbə

kartının hansı üstünlüklərinin oldu-

ğunu öyrənmək üçün ali məktəblərlə

əlaqə saxladıq.  

    Regionun  ən  böyük  ali  məktəbi

olan Naxçıvan Dövlət Universitetində

tələbə kartlarının paylanılmasına bu

ilin sonunadək başlanılacaq. Bu ba-

rədə  Azərbaycan  Tələbə-Gənc lər

Təşkilatları İttifaqının sədr müavini,

Naxçıvan Dövlət Universitetinin Tə-

ləbə-Gənclər Təşkilatının sədri Arzu

Abdullayev  məlumat  verdi.  Onun

sözlərinə  görə,  artıq  universitetin

2500 tələbəsi tələbə kartlarının alın-

ması  ilə  bağlı  müraciət  edib.  Bu

göstəriciyə  görə,  Naxçıvan  Dövlət

Universiteti ölkə paytaxtında fəaliyyət

göstərən universitetlərin əksəriyyətini

üstələyir. Tələbə kartlarından təkcə

bakalavr  təhsili  alanlar  deyil,  ma-

gistrantlar  da  yararlana  biləcəklər

və artıq Naxçıvan Dövlət Universi-

tetinin magistrantlarından da tələbə

kartının alınması ilə bağlı müraciət

edənlər var. Muxtar respublikamızda

fəaliyyət  göstərən  digər  ali  təhsil

müəssisəsində – Naxçıvan Müəllim-

lər İnstitutunda isə sözügedən kartı

əldə etmək üçün 300-ə yaxın tələbə

müraciət  edib.  Muxtar  respublika-

mızın orta ixtisas məktəblərində isə

bu  yöndə  işlərə  tədris  ilinin  ikinci

yarısından start veriləcək. 

    Qeyd edək ki, Azərbaycan, gənc

kart  vasitəsilə  gənclərin  mobilliyi

haqqında  razılaşmaya  2012-ci  ilin

mart  ayında  qoşulub.  Azərbaycan

Tələbə-Gənclər Təşkilatları İttifaqı

Avropa  Gənclər  Kartını  Azərbay-

canda “Xəzər” İnvestisiya Mərkəzi

ilə birgə təmsil edir.  Avropa ölkə-

lərindəkindən  fərqli  olaraq,  Azər-

baycanda tələbə kartlarının təmən-

nasız  olaraq  paylanılması  nəzərdə

tutulur.  Universitetdə və ya orta ix-

tisas təhsili müəssisəsində təhsil al-

masından  asılı  olmayaraq,  “Azər-

baycan Tələbə  kartı”na  sahib  olan

hər  kəs  “Avropa  Tələbə  kartı”nın

üstünlüklərindən də  yararlana bilə-

cək. Qeyd edək ki, “Avropa Tələbə

kartı” 30-dan çox ölkədə 80 mindən

artıq  obyektdən  imtiyazlı  istifadə

imkanı verir. Bununla yanaşı, ölkə

daxilində  “Azərbaycan  Tələbə

kartı”ndan  istifadə  edən  tələbələri

400-ə yaxın obyektdə endirimlər və

güzəştlər gözləyir. 

    Yaxın zamanlarda isə bu sahədə

müqavilə bağlanılan obyektlərin sa-

yının daha da artırılması planlaşdırılır.

Müqavilə  bağlanılmış  obyektlərdə

endirim  faizləri  müxtəlifdir.  Ümu-

milikdə,  ölkə  üzrə  bu  faizlər  5-55

faiz arasında dəyişir. 

    “Xəzər”  İnvestisiya  Mərkəzinin

direktoru  Fərid  Orucov  qəzetimizə

açıqlamasında bildirib ki, hələlik gü-

zəşt və endirimlərin nəzərdə tutulan

obyektlərin siyahısında, əsasən, Ba-

kıda fəaliyyət göstərən tanınmış brend

mağazaları, gündəlik tələbat malları,

kompyuter və kitab satışı mağazala-

rının adları var. Naxçıvanda və ölkə -

nin  digər  regionlarında  hansı  ob-

yektlərdə tələbələrin kartdan yarar-

lanacağına gəlincə, mərkəz təmsilçisi

bu istiqamətdə hazırda iş aparıldığını

və 2013-cü ildən başlayaraq region-

larda da bu tip obyektlərin siyahısının

müəyyənləşdiriləcəyini deyib.

    Məlumat üçün qeyd edək ki, tə-

ləbələrə kartla yanaşı, endirimlərin

təklif olunduğu obyektlərin adı, ün-

vanı yazılan kitabçanın da verilməsi

nəzərdə tutulub. Kartlar 4 illik ve-

riləcək.  Azərbaycan  Cənubi  Qaf-

qazda  tələbə  kartı  modelini  tətbiq

edən ilk ölkədir. 



E.KƏLBİZADƏ

“Azərbaycan Tələbə kartı” nədir və tələbələrə

hansı üstünlükləri verəcək?

Ünsiyyət mədəniyyəti



Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə