Øß Ã Ð Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə4/4
tarix19.07.2018
ölçüsü0,98 Mb.
#56629
1   2   3   4

4

İtmişdir

Əhmədli Qurban Beydulla oğlunun adına olan AD-000892 nömrəli müddətdən artıq

xidmətdə olan hərbi qulluqçunun şəxsi vəsiqəsi itdiyindən etibarsız sayılır.

*      *      *

Naxçıvan şəhəri, “İstiqlal” küçəsi, bina 73, mənzil 47-də yaşayan Qulubəyli Ramin Sadiq

oğlunun adına olan evin 9414 inventar nömrəli texniki pasportu itdiyindən etibarsız sayılır.

*      *      *

Naxçıvan şəhəri, A.Cəlilov küçəsi, bina 1, mənzil 11-də yaşayan Tarverdiyev Hüseyn

Məmmədəli oğlunun adına olan evin 7142 inventar nömrəli texniki pasportu itdiyindən

etibarsız sayılır.



Qeydiyyat №: 575

Əlyazmalara cavab verilmir

və onlar geri qaytarılmır

ØßÐÃqapısı

Ünvan: AZ-7000,

Naxçıvan şəhəri, “Təbriz” küçəsi, 1.

Telefonlar: Məsul katib: 545-62-47 

Şöbələr: 545-81-44, 545-51-18

Müxbirlər: 545-75-21

Faks: 544-52-52

Nömrəyə məsul: Əli Cabbarov

Qəzet redaksiyanın kompyuter mərkəzində yığılıb, səhifələnib və

“Əcəmi” NPB-də ofset üsulu ilə çap olunmuşdur

.

Tiraj: 3646. Sifariş № 1197

Baş redaktor:

TURAL SƏFƏROV

    Yadda  saxlamaq  lazımdır  ki,

qaz təsərrüfatının mövcud olduğu

sahələrdə yanğın, partlayış və zə-

hərlənmə kimi arzuolunmaz hal-

lardan qorunmaq üçün mülkiyyət

formasından asılı olmayaraq, hər

bir təşkilatın, hər bir vətəndaşın

yanğın təhlükəsizliyi qaydalarına

əməl etməsi zəruridir. Təyinatın-

dan asılı olmayaraq bina və qur-

ğulara  qaz  xətti  çəkilərkən  xətt

binanın bünövrəsindən binaya po-

lad  qılaf  daxilində  keçməlidir.

Qılafın daxilində qaz kəmərinin

birləşmə hissələri olmamalı, tor-

paqdan çıxdığı yerdə isə zədədən

mühafizə edilməlidir. Qaz kəməri

binanın üstündən çəkilərsə, xəttin

aşağı  hissəsindən  bina  örtüyünə

qədər məsafə ən azı 50 santimetr

olmalı, divar boyu çəkildiyi halda

isə pəncərə və qapıların qarşısını

kəsməməlidir. Qaz kəmərinin ey-

van və pəncərə altından keçdiyi

yerdə birləşmə olmamalı, kəmər

elektrik açarına qədər ən azı 50

santimetr məsafədə olmalı, əsas

bağlayıcı  açar  binadan  xaricdə

quraşdırılmalıdır.  Qaz  xətti  elə

çəkilməlidir ki, o, başqa otaqlara

deyil, bilavasitə qaz işlədən qur-

ğunun yerləşdiyi otağa daxil olsun.

Bir  sıra  təhlükəli  hallara  şərait

yaratdığından  lift  şaxtası,  hava-

dəyişmə şaxta və kanalları, eləcə

də tüstü boruları ilə qaz xəttinin

çəkilməsi qadağan olunur.

    Təhlükəsizliyi  təmin  etmək

üçün  yaşayış  binalarında  digər

tələblər də yerinə yetirilməlidir.

Birinci növbədə, yaşayış binasının

qaz xətti metal borudan olmalı,

suvaq altından deyil, açıqlıqdan

çəkilməlidir.  Qazın  plitəyə  ve-

rilməsində rezin şlanqlardan is-

tifadə olunması qəti qadağandır.

Qaz plitəsi qurulan mətbəxin hün-

dürlüyü 2,2 metrdən az olmamalı,

mətbəxin pəncərəsi açıq nəfəslik

və havadəyişmə kanalı ilə təmin

edilməlidir.

    Bu  qaydaların  pozulması  ilə

yanaşı, bir sıra digər səbəblər də

yaşayış evlərində yanğın baş ver-

məsinə  şərait  yaradır.  Məişətdə

işlədilən qaz cihazlarından törənən

yanğınların əsas səbəbi boru kə-

mərlərində,  birləşmə  qovşaqla-

rında kipliyin pozulması və qaz

plitələrinin  odluqlarından  qazın

sızmasıdır.  Təbii  qaz,  eləcə  də

mayeləşdirilmiş balon qazı hava

ilə birlikdə partlayış təhlükəli qa-

rışıqlar  əmələ  gətirə  bilər.  Elə

buna görə də mənzildə və digər

yerlərdə qaz iyi hiss etdikdə kibrit,

alışqan yandırmaq, elektrik qurğu

və  cihazlarından  istifadə  etmək

olmaz. Açıq oddan istifadə etmək,

siqaret çəkmək, işığı yandırmaq

və söndürmək qaz dolmuş yerlərdə

partlayış  və  yanğına  səbəb  ola

bilər.  Əgər  qaz  sızması  qaz

cihazın dakı  kranın  açıq  qalma-

sından əmələ gəlmişsə, onu bağ-

lamaq, mənzilin havasını dəyiş-

mək üçün qapı və pəncərələri aç-

maq, hava axını yaratmaq lazım-

dır. Qazın sızması qaz kəmərinin

və  ya  qaz  cihazının  zədələnmə-

sindən əmələ gəlmişsə, onda qaz-

dan istifadə etmək olmaz və təcili

qaz  idarəsinin  qəza  xidmətinə

(104 nömrəli telefona) xəbər ver-

mək  lazımdır.  Qaz  xətlərindən,

qaz balon və cihazlarından qazın

sızmasını  yoxlamaq  üçün  açıq

oddan  istifadə  etmək  qəti  qada-

ğandır. Bundan ötrü yalnız sabun

məhlulundan istifadə edilməlidir. 

    Zəhərlənməyə səbəb olan amil-

lərdən  biri  də  əhali  tərəfindən

yaşayış  sahələrində  kustar  qay-

dada  hazırlanmış  qeyri-standart

qızdırıcı qaz cihazlarından və su-

qızdırıcılarından  istifadə  olun-

masıdır.  Belə  ki,  bu  cihazların

aidiyyəti dövlət nəzarət orqanla-

rının  icazəsi  olmadan  müəyyən

sexlərdə istehsal edilməsi, satışa

buraxılması, əksər hallarda qüv-

vədə  olan  norma  və  qaydaların

tələblərinə zidd olaraq istifadəsi,

qadağan  olunmuş  yerlərdə  qu-

raşdırılması qəzaların başvermə

ehtimalını daha da artırır. Buna

görə  də  satış  məntəqələrindən

standartlara uyğun qaz cihazlarını

əldə  etmək  məsləhət  görülür.

Qeyri-standart qaz cihazlarından

istifadə edilməsinə, ümumiyyətlə,

yol verilməməlidir. Qaz cihazla-

rıni  alan  zaman  onun  uyğunluq

sertifikatını və texniki pasportunu

satışı həyata keçirən mağaza sa-

hiblərindən tələb etmək vacibdir.

Cihaz quraşdırıldıqdan sonra onun

istifadə qaydaları ilə tanış olmaq

lazımdır. Çünki partlayış, yanğın

və dəm qazı ilə zəhərlənmə kimi

qəza hadisələrinin əksəriyyəti bu

qaydaları bilməməkdən və ya on-

lara riayət edilməməsi səbəbindən

baş  verir.  Bunun  üçün  cihazın

istismarı  qaydaları,  avtomatik

təhlükəsizlik  qurğusu  ilə  təchiz

olunub-olunmaması, tüstü boru-

sunun düzgün quraşdırılması, ən

vacibi isə hansı şəraitdə normal

rejimdə işləməsi məsələlərini də-

qiq  bilmək  və  yadda  saxlamaq

lazımdır. 

    Qazla əlaqədar təhlükəsizlik

qaydalarını hamı bilməli, ona

hər bir vətəndaş ciddi əməl et-

məlidir. Unutmamalıyıq ki, bu

qaydalara əməl etməməklə biz

zəhərlənmə,  yanğın,  partlayış

təhlükəsi yaradır, özümüzü, ailə

üzvlərimizi, ətrafdakı insanları

bədbəxt hadisələrə məruz qoya

bilərik. Qaz cihazları ilə bağlı

hər hansı təhlükə ilə üzləşdikdə

dərhal  Fövqəladə  Hallar  Na-

zirliyinin “112” qaynar telefon

xəttinə  və  ya  Dövlət  Yanğın

Təhlükəsizliyi şöbələrinin “101”

xidmətinə məlumat verilməlidir. 

    Unutmayın ki, təhlükəsizli-

yiniz öz əlinizdədir!

Mirtaleh SEYİDOV

Naxçıvan Muxtar Respublikası 

Fövqəladə Hallar Nazirliyinin

əməkdaşı

Qaz cihazlarının istismarı zamanı yanğın təhlükəsizliyi

qaydalarına ciddi əməl olunmalıdır

H

H

avaların soyuması ilə əlaqədar  əhalinin mavi yanacağa

olan tələbatı da artmağa başlayıb. Ötən illərin payız-

qış mövsümünün təcrübəsi  göstərir ki, bəzi hallarda vətəndaşlar

tərəfindən  qaz  cihazlarından  istifadə  zamanı  təhlükəsizlik

qaydalarına riayət olunmaması partlayış, yanğın və zəhərlənmə

kimi  bədbəxt  hadisələrə  səbəb  olur.  Muxtar  respublikada

bəzi sakinlər hələ də təbii qazdan, qaz cihazlarından istifadə

edərkən yanğın təhlükəsizliyi qaydalarına tam əməl etmirlər.

Bəzən standartlara uyğun olmayan, istehsal mənşəyi bilinməyən

qaz  cihazlarından  istifadə  edilir,  qaz  xətlərinin  bu  sahəyə

məsul şəxslərin icazəsi və iştirakı olmadan çəkilməsi, cihazların

yerinin dəyişdirilməsi, təmiri və əlavə qaz cihazlarının quraş-

dırılması kimi hallara yol verilir. 

    Dünən İbrahimxəlil Axundlu adına

Naxçıvan Muxtar Respublika Stadio-

nunda “2012-ci il idman ilidir” devizi

altında muxtar respublika ümumtəhsil

məktəblərinin şagirdləri arasında yün-

gül  atletika  üzrə  birincilik  keçirilib.

Naxçıvan Muxtar Respublikası Gənclər

və İdman, Təhsil nazirlikləri ilə Nax-

çıvan  Muxtar  Respublikası  Yüngül

Atletika  Federasiyasının  birgə  təşkil

etdiyi birinciliyi Yüngül  Atletika Fe-

derasiyasının sədri Rövşən Məmmədov

açıq  elan  edib.  Əvvəlcə Azərbaycan

Respublikasının Dövlət himni səslən-

dirilib.  Yarışın  açılış  mərasimində

Naxçıvan Muxtar Respublikasının təh-

sil  naziri  Piri  Nağıyev  çıxış  edərək

ölkəmizdə,  o  cümlədən  muxtar  res-

publikamızda  idmanın  inkişafından

danışıb. 

    Qeyd olunub ki, bu il XXX London

Yay  Olimpiya  Oyunlarında  10,  XIV

Yay  Paralimpiya  Oyunlarında  isə  12

medalın qazanılması Azərbaycanda id-

manın sürətli inkişafından xəbər verir.

    Vurğulanıb  ki,  muxtar  respublika-

mızda idman sahəsində həyata keçirilən

tədbirlər nəticəsində bu sahənin mad-

di-texniki bazası gücləndirilib. İdman

və bədən tərbiyəsinin inkişafı naminə

həyata keçirilən tədbirlər muxtar res-

publikamızın idman imicini xeyli yük-

səldib, regionumuz beynəlxalq yarışların

keçirildiyi  idman  mərkəzinə  çevrilib.

    Sonra  idmançılar  start  xəttinə  çı-

xıblar. Birincilikdə 9 komandada 150-dən

çox  atlet  mübarizə  aparıb. Yarış  oğ-

lanlar  arasında  100,  200,  400,  800,

1500,  qızlar  arasında  isə  100,  200,

400, 800, 1000 metr məsafələrə qaçış

və estafet qaçışı üzrə keçirilib. Yarışda

estafet  qaçışı  üzrə  oğlanlar  arasında

Naxçıvan  şəhərinin,  qızlar  arasında

isə Şahbuz rayonunun idmançıları bi-

rinci yerləri tutublar. Komanda hesa-

bına isə Şahbuz rayon komandası bi-

rinciliyin qalibi olub. Naxçıvan şəhər

və  Ordubad  rayon  komandaları  isə

ikinci  və  üçüncü  yerlərə  layiq  görü-

lüblər.  Fəxri  yerlərə  sahib  olan  id-

mançılara Naxçıvan Muxtar Respub-

likası Yüngül Atletika Federasiyasının

kuboku və qiymətli hədiyyələri, təş-

kilatçıların diplomları təqdim olunub.

    Qeyd  edək  ki,  təltifetmə  mərasi-

mində bu idman növünün inkişafındakı

xidmətlərinə görə iki məşqçi-müəllimə

hədiyyələr verilib.

Yüngül atletika üzrə muxtar respublika birinciliyi

    Naxçıvan Muxtar Respublikası XI

futbol çempionatında VI turun oyunları

keçirilib. Turun ilk oyunu – “Əlincə”-

“Universitet”  görüşü  böyük  marağa

səbəb  olub.  Culfa  rayonunun  futbol-

çuları  bütün  oyun  ərzində  “Univer -

sitet”in təzyiqinə davam gətirməyərək

5:0 hesablı məğlubiyyətlə barışıb. Turun

digər görüşü “Batabat” və “Kəngərli”

komandaları arasında olub. Gərgin id-

man  mübarizəsi  şəraitində  keçən  bu

oyunda  meydan  sahibləri  3:0  hesabı

ilə qalib gəliblər.

    Turnir cədvəlində liderliyi ələ keçirən

“DİN FK” qalib ənənəsinə sadiq qalaraq

“Babək”  komandasını  məğlubiyyətə

uğradıb: 4:1.

    “Dübəndi” komandası çempionatda

ikinci  qələbəni  qazanıb.  Ordubadlılar

“Sədərək” komandasını 2:1 hesabı ilə

məğlub edib.

    Beləliklə, VI turun oyunlarının nə-

ticələri aşağıdakı kimi olmuşdur:



    “Əlincə”-“Universitet” 0:5

    “Batabat”-“Kəngərli” 3:0

    “DİN FK”- “Babək” 4:1

    “Dübəndi”- “Sədərək” 2:1

Ötən həftə VI turun oyunları keçirilib



Komandalar

O

Q

H

M

T

X

1.

“DİN FK”        Naxçıvan



5

5

0



0

15-3


15

2.

“Universitet” Naxçıvan    



5

4

1



0

20-3


13

3.

“Arpaçay”



Şərur    

5

4



1

0

13-3



13

4.

“Əlincə”          Culfa



6

3

1



2

17-15


10

5.

“Batabat”



Şahbuz

5

3



0

2

10-4



9

6.

“Dübəndi”       Ordubad 



5

2

0



3

8-17


6

7.

“Babək”           Babək     



6

1

0



5

9-18


3

8.

“Sədərək”        Sədərək 



6

0

1



5

5-17


1

9.

“Kəngərli”       Kəngərli



5

0

0



5

3-19


0

Allah rəhmət eləsin

Ədalət Salmanov ailəsi ilə birlikdə Behruz

Əzimova, yaxın qohumu

AYDIN ƏZİMBƏYOVUN

vəfatından kədərləndiyini bildirir və dərin

hüznlə başsağlığı verir.

Heydər Əliyev adına Hərbi Liseyin

kollektivi liseyin rəisi Rasim Əliyevə, atası

MƏMMƏDƏLİNİN

vəfatından kədərləndiyini bildirir və dərin

hüznlə başsağlığı verir. 

Naxçıvan Dövlət Universitetinin

rektorluğu, professor-müəllim heyəti və

Həmkarlar İttifaqı Komitəsi Baytarlıq

kafedrasının müəllimi Mirmahmud 

Seyidova, anası



FATMA XANIMIN

vəfatından kədərləndiklərini bildirir və

dərin hüznlə başsağlığı verirlər. 

Naxçıvan Dövlət Universitetinin

rektorluğu, professor-müəllim heyəti və

Həmkarlar İttifaqı Komitəsi Pedaqogika və

psixologiya kafedrasının müəllimi Kamal

Camalova, əzizi



ZƏRİFƏ XANIMIN

vəfatından kədərləndiklərini bildirir və

dərin hüznlə başsağlığı verirlər. 

Naxçıvan Muxtar Respublikası Kənd 

Təsərrüfatı Nazirliyinin Layihə-Axtarış

Kimyalaşdırma Stansiyasının direktoru 

Məhəmməd Qaybaliyev və stansiyanın

kollektivi iş yoldaşları Əkbər Bağırova,

həyat yoldaşı 

ZƏHRA XANIMIN

vəfatından kədərləndiklərini bildirir və

dərin hüznlə başsağlığı verirlər. 

Naxçıvan Dövlət Filarmoniyasının

direktoru Elman Əliyev və filarmoniyanın

kollektivi iş yoldaşları Yusif və Qabil 

Həsənovlara, qardaşları

YAQUBUN

vəfatından kədərləndiklərini bildirir və

dərin hüznlə başsağlığı verirlər. 

Əziz Əliyev adına Naxçıvan Muxtar

Respublika Mərkəzi Uşaq Xəstəxanasının

baş həkimi Rəhim Rəhimov və 

xəstəxananın kollektivi iş yoldaşları 

Ruqiyyə Həsənovaya, əzizi



YAQUBUN

vəfatından kədərləndiklərini bildirir və

dərin hüznlə başsağlığı verirlər.

    


“İcbari sığortalar haqqında”

Azərbaycan  Respublikasının

2011-ci il 24 iyun tarixli Qanununa

əsasən, fiziki şəxslərə məxsus da-

şınmaz əmlak (yaşayış evləri, mən-

zillər və tikililər) icbari qaydada

sığorta olunmalıdır.

    Daşınmaz  əmlakın  icbari  sı-

ğortası – yanğın, zəlzələ, qasırğa,

sel,  daşqın,  yer  sürüşməsi,  qaz

partlayışı,  elektrik  naqillərində

baş verən qısaqapanma, su, kana-

lizasiya, istilik sistemlərinin qəzası

və digər hadisələr nəticəsində da-

şınmaz  əmlakın  zədələnməsi,

məhv olması, yaxud hər hansı for-

mada itkisi ilə bağlı vətəndaşlara

dəyən zərərin ödənilməsinə təminat

verir.

    Yaşayış  evləri  və  mənzillərin



icbari sığorta məbləğləri və sığorta

haqları aşağıdakı miqdarda müəy-

yən edilmişdir:

    1. Naxçıvan şəhəri üzrə 

     – sığorta məbləği – 20000 manat

    – sığorta haqqı – 40 manat

2. Digər rayon və şəhərlər üzrə 

     – sığorta məbləği – 15000 manat

    – sığorta haqqı – 30 manat

    Daşınmaz  əmlakın  icbari  sı-

ğortası  rayon  (şəhər)  Dövlət  Sı-

ğorta agentliklərində aparılır.

    Daşınmaz əmlakını icbari qay-

dada  sığorta  etdirməyən  vətən-

daşlardan  xahiş  olunur,  onlara

məxsus yaşayış evlərini, mənzilləri



icbari qaydada sığorta etdirsinlər.

       

Naxçıvan Muxtar Respublikası

Dövlət Baş Sığorta Agentliyi Sizin

etibarlı təminatçınızdır!

Əlaqə telefonları: 545-94-60,

545-14-58

Mülkiyyətində yaşayış evi, mənzili olan vətəndaşların nəzərinə!

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin 

mətbuat xidməti

Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə