2
1919-cu ilin yayında Naxçıvanda
olan amerikalı polkovnik Rey Nax-
çıvan Milli Şurasının sədri Cəfərqulu
xanla danışıqlar apardı. Polkovnik
V.Haskel Naxçıvan, Şərur və Dərə-
ləyəz qəzalarında xüsusi zona və
bu ərazidə Amerika general-quber-
natorluğu yaratmaq istəyirdi. Bu-
nunla əlaqədar V.Haskel öz layihəsini
N.Yusifbəyliyə təqdim etdi. Bunu
eşidən cənub-qərbi Azərbaycan mü-
səlmanlarının ümumi iclasının sədri
Əli Səbri Qasımov, yerlilər cəmiy-
yətinin sədri Z.Məmmədov və nü-
mayəndə heyətinin üzvü A.Nəcəfov
hazırladıqları 10 maddəlik tələbna-
məni N.Yusifbəyliyə təqdim etdilər.
Bu tələblərin əsasında Naxçıvanı
Azərbaycanın tərkibində saxlamaq
fikri dayanırdı.
1919-cu il sentyabrın əvvəllərində
Naxçıvan nümayəndələri Ə.S.Qa-
sımov və K.M.Əsgərov polkovnik
V.Haskelə 10 bəndlik memorandum
təqdim etdilər. Görüş zamanı V.Has-
kel Ə.S.Qasımovdan soruşmuşdur
ki, Naxçıvanın və digər regionların
əhalisi bu regionların erməni höku-
mətinə verilməsinə necə baxar? Əli
Səbri Qasımov bildirmişdir ki, əldə
silah ləyaqətli ölümü üstün tutaraq
bu hökuməti bütün qüvvələri ilə
rədd edərlər.
Naxçıvan əhalisi polkovnik Reyə
bildirmişdir ki, onlar azərbaycanlı
general-qubernatordan başqa, heç
kimi tanımaq istəmir. Əhalisi Azər-
baycan türkləri olan Naxçıvan, Şərur,
Dərələyəz rayonları, Vedibasar və
Milistan Azərbaycanın ayrılmaz
hissəsidir.
Delli və Reyin missiyası süquta
uğramış, amerikalıların Naxçıvanda
möhkəmlənmək cəhdi baş tutma-
mışdır.
1920-ci ilin martında türk hərbi
dəstələri Naxçıvana gəldi. Kalbalı
xan Türkiyənin yüksək hərbi ordeni
ilə təltif edildi. Azərbaycan Xalq
Cümhuriyyətinin hərbi idarəsi isə
daşnaklarla döyüşlərdə göstərdiyi
igidliyə görə ona general-mayor rüt-
bəsi verdi.
1920-ci ilin aprelində Azərbaycan
XI Qırmızı Ordu tərəfindən işğal
edildi, Azərbaycan Xalq Cümhu-
riyyəti devrildi və Azərbaycanda
Sovet hakimiyyəti bərqərar olundu.
Naxçıvanda Sovet hakimiyyəti iyu-
lun 28-də elan edildi və Hərbi İnqilab
Komitəsi yaradıldı. Bir neçə gündən
sonra – avqustun 10-da Naxçıvan
İnqilab Komitəsinin sədri M.Bektaş -
ov Azərbaycan SSR Xalq Komis-
sarları Sovetinin sədri N.Nərimanova
məktubla müraciət etdi: “Naxçıvan
xalqının böyük əksəriyyətinin qərarı
ilə Naxçıvan ölkəsi özünü Azərbay-
can Sovet Sosialist Respublikasının
ayrılmaz hissəsi hesab edir”.
Çox qəribədir ki, Naxçıvanda
olan bolşevik ordusu Ermənistanla
müharibə aparır, həm də onlarla si-
yasi və diplomatik danışıqları davam
etdirirdi. Bu danışıqlarda Azərbay-
canın hətta mübahisəsiz torpaqlarının
Ermənistana verilməsi məsələsi mü-
zakirə olunurdu. Bunu bilən N.Nə-
rimanov V.İ.Leninə göndərdiyi mək-
tubda yazırdı: “Dəhşətli vəziyyət
yaranmışdır. Mərkəz Gürcüstanın
və Ermənistanın müstəqilliyini, Azər-
baycanın istiqlaliyyətini tanımış, la-
kin eyni zamanda həmin mərkəz
Azərbaycanın tamamilə mübahisəsiz
ərazilərini Ermənistana verir...”
Naxçıvanın əhalisinin qətiyyətli
mövqeyi və mübarizəsi ermənilərin
Naxçıvan barəsindəki planlarını po-
zur. Bu işdə iri dövlətlər də onlara
kömək göstərə bilmirlər. Məkrli niy-
yətlərini, hələlik, pərdələyən ermə-
nilər və Ermənistan İnqilab Komitəsi
1920-ci il dekabrın 28-də Naxçıvanı
müstəqil (Azərbaycanın tərkibində
yox – İ.H.) Sovet Respublikası kimi
tanımış və bu diyar ilə əlaqədar id-
dialarından imtina etmişdir.
Beləliklə, bölgə əhalisi 1918-
1920-ci illərdə misilsiz çətinliklərə,
təqiblərə, müsibətlərə sinə gərərək
milli ləyaqəti uca tutmuş, diz çökmə -
miş, erməni silahlı quldur dəstələrinə
layiqli cavab vermişdir. Bu məsələ-
dən bəhs edən Ermənistanın birinci
baş naziri O.Kaçaznuni 1923-cü ildə
etiraf edirdi ki, “Müsəlman Naxçı-
vanı və Şərurunda,... müsəlman ra-
yonlarında inzibati tədbirlərlə qay-
da-qanun yarada bilmədik, silaha əl
atmağa, qoşun yeritməyə, dağıtmağa
və qırğın törətməyə məcbur olduq.
Vedibasar, Şərur, Naxçıvan kimi
mühüm yerlərdə öz hakimiyyətimizi
hətta silah gücünə qura bilmədik,
məğlub olduq və geri çəkildik”.
Naxçıvan diyarının əhalisi heç
vaxt özünü Azərbaycandan ayrı tə-
səvvür etməmişdir. Naxçıvanlılar
hələ o vaxt öz qəti fikirlərini belə
ifadə etmişdilər: “Bu xalq mədəni
dövlətlərin alovlarında məhv olmağa
razı olar, amma Azərbaycandan
ayrılmaz”.
1921-ci ilin yanvarında Azərbay-
can, Ermənistan və Rusiya nüma-
yəndələrinin keçirdikləri rəy sorğu-
sunda Naxçıvanın 90 faiz əhalisi
mahalın muxtar respublika hüqu-
qunda Azərbaycanın tərkibində qal-
masına səs verdi.
Naxçıvanın Azərbaycanın tərki-
bində qalmasında B.Şahtaxtinskinin
də böyük əməyi və tarixi xidməti
olmuşdur. O, 1921-ci il martın 1-də
V.İ.Leninə göndərdiyi məktubunda
Naxçıvan, Zəngəzur, Dağlıq Qarabağ
ərazilərinin gələcəyindən duyulan
narahatlığı bildirmiş, bu mahalların
milli tərkibi və coğrafiyasına dair
arayışları da əlavə etmiş, Güney
Qafqazda sərhəd məsələləri və xü-
susilə də Naxçıvan bölgəsi ilə bağlı
faydalı təkliflər vermişdir. Bu zaman
Türkiyə nümayəndələrinin Rusiya
ilə apardığı danışıqlarda Naxçıvan
məsələsinə də önəm verilirdi. Belə-
liklə, referendumun nəticəsi, B.Şah-
taxtinskinin təklifi, Türkiyə tərəfinin
tələbi ilə Naxçıvan üzərində Azər-
baycanın suverenliyinin təmin edil-
məsinə və ən nəhayət, Naxçıvan
əhalisinin neçə illər apardığı inadlı
mübarizə Naxçıvanın Azərbaycanın
tərkibində qalmasına səbəb oldu.
1921-ci il martın 16-da Siyasi Büro
Azərbaycanın himayəsində Naxçıvan
Sovet Sosialist Respublikasının təş-
kili barədə qərar qəbul etdi və həmin
gün imzalanan Moskva müqavilə-
sinin 3-cü maddəsində də bu cəhət
öz əksini tapdı: “Naxçıvan vilayəti
bu müqavilənin I (B) əlavəsində
göstərilən sərhədlərdə Azərbaycanın
himayəsi altında həmin protektoratı
Azərbaycanın heç bir üçüncü dövlətə
güzəştə getməməsi şərti ilə muxtar
ərazi təşkil edir”.
Güney Qafqaz respublikaları ilə
Türkiyə arasında imzalanan Qars
müqaviləsi (1921, 13 oktyabr) Nax-
çıvanın ərazi mənsubiyyəti məsələsini
bir daha təsdiqlədi və onun sərhəd-
lərini qəti surətdə müəyyənləşdirdi.
Beləliklə, 1917-ci ildən mübarizə
aparan naxçıvanlıların arzuları ger-
çəkləşdi, bölgənin ərazi mənsubiyyəti
məsələsi Azərbaycan üçün qanuni
qaydada həll olundu.
1921-ci ildən 1924-cü ilədək, yəni
muxtariyyət statusundan muxtar res-
publikanın təşkilinə kimi xeyli mü-
zakirələr getmişdir. Bu müzakirələrdə
bir cəhət aydın idi ki, Azərbaycanın
daxilində Naxçıvanın muxtariyyət
təşkil etməsi bölgənin spesifik ərazi
vəziyyəti – geosiyasi şəraiti ilə bağlı
idi. Naxçıvanın Azərbaycandan aralı
düşməsi, heç bir sərhədə malik olma -
ması onun inzibati idarəçiliyini qəza
və ya rayon hüquqlarında təşkil et-
məyə imkan vermirdi.
1923-cü il iyunun 16-da Naxçıvan
muxtar diyar (ölkə) adlandırıldı.
1924-cü il yanvarın 4-də Zaqafqaziya
MİK Naxçıvan diyarını Naxçıvan
MSSR elan etdi. 1924-cü il fevralın
9-da Azərbaycan MİK-nın Rəyasət
Heyəti Naxçıvan diyarının Naxçıvan
MSSR-ə çevrilməsi haqqında dekret
qəbul etdi.
Naxçıvanın muxtariyyət statusu-
nun hüquqi bazasının yaradılması
1924-cü ilin aprelində təsdiq edilmiş
Əsasnamə və 1926-cı il aprelin
18-də qəbul edilmiş Naxçıvan Mux-
tar Sovet Sosialist Respublikasının
birinci Konstitusiyası ilə təsbit edildi.
Naxçıvan Muxtar Sovet Sosialist
Respublikasının sonrakı konstitusi-
yalarında da Naxçıvan Azərbaycan
Sovet Sosialist Respublikasının
tərkibində muxtar respublika kimi
göstərilmişdir.
Naxçıvanın muxtariyyət statusu-
nun hüquqi cəhətdən möhkəmlən -
diril mə sində müstəqil Azərbaycan
Respublikası Konstitusiyasının mü-
hüm rolu olmuşdur. Konstitusiyanın
134-cü maddəsinin ilk bəndində de-
yilir: “Naxçıvan Muxtar Respublikası
Azərbaycan Respublikasının tərki-
bində muxtar dövlətdir. Naxçıvan
Muxtar Respublikasının statusu bu
Konstitusiya ilə müəyyən edilir. Nax-
çıvan Muxtar Respublikası Azər-
baycan Respublikasının ayrılmaz
tərkib hissəsidir”.
Naxçıvan Muxtar Respublikasının
yeni Konstitusiyasında Naxçıvan
muxtar dövlət kimi göstərilmiş və
onun Azərbaycan Respublikası tər-
kibində demokratik, hüquqi, dünyəvi
muxtar respublika olduğu təsbit
edilmişdir.
Müxtəlif dövrlərdə Naxçıvan Mux-
tar Respublikasının təşkil olunmasının
ildönümləri dövlət səviyyəsində
qeyd olunmuş, 1949-cu ildə muxtar
respublikanın 25, 1964-cü ildə 40,
1974-cü ildə 50 illik yubileyləri ke-
çirilmişdir. Ölkəmiz müstəqillik əldə
etdikdən sonra ulu öndər Heydər
Əliyevin 1999-cu il 4 fevral tarixli
Fərmanı ilə Naxçıvan Muxtar Res-
publikasının 75 illik yubileyi qeyd
edilmişdir. Yubiley tədbirlərində iştirak
edən və təntənəli yubiley iclasında
nitq söyləyən ümummilli lider Heydər
Əliyev demişdir: “Naxçıvanın_mux-___tariyyəti_tarixi_hadisə_olubdur._Bu,___çətin_bir_dövrdə_böyük_bir_mübari'>“Naxçıvanın mux-
tariyyəti tarixi hadisə olubdur. Bu,
çətin bir dövrdə böyük bir mübari-
zənin nəticəsi olubdur. Naxçıvanın
statusunu qoruyub saxlamaq üçün
xüsusən Moskva müqaviləsinin və
Türkiyə Cümhuriyyətinin imzaladığı
Qars müqaviləsinin burada böyük
əhəmiyyəti vardır. Naxçıvan Azər-
baycanın əsas torpağından ayrı düş-
düyünə görə Naxçıvanın bütövlü-
yünü, təhlükəsizliyini, dövlətçiliyini,
muxtariyyətini gələcəkdə də təmin
etmək üçün Qars müqaviləsi bizim
üçün çox böyük, əvəzi olmayan bir
sənəddir”.
Ulu öndər Heydər Əliyevin Nax-
çıvanın muxtariyyət statusunun qo-
runması, muxtar respublikanın yu-
bileylərinin keçirilməsi istiqamətində
həyata keçirdiyi tədbirlər bu gün də
uğurla davam etdirilir. Azərbaycan
Prezidenti cənab İlham Əliyevin 9
fevral 2004-cü il tarixli Sərəncamı
ilə Naxçıvan Muxtar Respublikasının
80 illik, 6 fevral 2009-cu il tarixli
Sərəncamı ilə 85 illik yubileylərinin
ölkəmizdə geniş qeyd olunması bu-
nun bariz ifadəsidir. Naxçıvan Mux-
tar Respublikasının 90 illik yubile-
yinin keçirilməsi haqqında Azər-
baycan Respublikası Prezidentinin
14 yanvar 2014-cü il tarixli Sərən-
camında göstərilir ki, Naxçıvan
Muxtar Respublikasının yaradılması
Azərbaycanın siyasi tarixinin mühüm
əhəmiyyətli hadisəsidir.
Naxçıvan Muxtar Respublikasının
85 illik yubileyi tədbirlərində Nax-
çıvan Muxtar Respublikası Ali
Məclisinin Sədri cənab Vasif Talıbov
Naxçıvanın muxtariyyət statusunun
ölkəmizin müstəqillik tarixində mü-
hüm əhəmiyyətə malik olduğunu
bildirərək demişdir: “Naxçıvanın
muxtariyyət statusu ötən əsrin
90-cı illərində Azərbaycanın müs-
təqillik uğrunda apardığı mübarizə
dövründə mühüm mərhələ təşkil
etmişdir. Bu status imkan verirdi
ki, ulu öndər Heydər Əliyevin 1990-
1993-cü illərdəki siyasi fəaliyyəti
dövründə Naxçıvan xalqımızın su-
veren hüquqlarının təmin edilməsi
uğrunda gedən mübarizənin mər-
kəzinə çevrilsin”.
Bu gün muxtar respublikanın sta-
tusunun və sərhədlərinin beynəlxalq
təşkilatlar səviyyəsində tanıdılması
istiqamətində də ardıcıl tədbirlər hə-
yata keçirilir. 2012-ci il oktyabrın
16-18-də Avropa Şurasının Yerli və
Regional Hakimiyyətlər Konqresinin
Strasburqda keçirilən 23-cü plenar
sessiyasında qəbul olunan sənədlərin
birində Naxçıvan Muxtar Respubli-
kası ilə bağlı çox mühüm və tarixi
əhəmiyyət daşıyan məqam əks olun-
muşdur. Həmin hissə Ali Məclis
Sədrinin tövsiyəsi ilə hazırlanmış və
nümayəndə heyəti tərəfindən Me-
moranduma daxil edilmişdir. Sənəddə
qeyd olunur ki, Naxçıvan Muxtar
Respublikasının konstitusion-hüquqi
statusu Azərbaycan Respublikası və
Naxçıvan Muxtar Respublikasının
konstitusiyalarına, habelə hazırda
qüvvədə olan 2 beynəlxalq müqavi-
ləyə əsaslanır. Bundan başqa, qeyd
olunmuşdur ki, muxtar respublikanın
statusu həm milli qanunvericilik,
həm də beynəlxalq müqavilələrlə
müəyyən olunmuşdur. Maddənin sə-
nədə salınması Azərbaycan, xüsusilə
Naxçıvan Muxtar Respublikası üçün
böyuk siyasi əhəmiyyət kəsb edir.
İlk dəfədir ki, Naxçıvan Muxtar Res-
publikasının statusunu, sərhədlərini
müəyyən edən və 1921-ci ildə im-
zalanan Moskva və Qars beynəlxalq
müqavilələri beynəlxalq təşkilatın
sənədlərində hazırda qüvvədə olan
hüquqi sənəd kimi qiymətləndirilir.
Ölkəmiz, o cümlədən muxtar res-
publikamız üçün mühüm olan bey-
nəlxalq müqavilənın hüquqi qüvvə-
sinin Avropa Şurası kimi nüfuzlu
bir beynəlxalq təşkilat tərəfindən ta-
nınması, şübhəsiz ki, ölkə və muxtar
respublika rəhbərinin bu sahədə apar-
dığı fəal diplomatik fəaliyyətin mən-
tiqi nəticəsidir.
Ümummilli liderimiz Heydər
Əliyevin Azərbaycana rəhbərlik et-
diyi dövrdə Naxçıvanla bağlı verdiyi
sərəncamlar, bu diyara tarixi səfərləri,
ərazi bütövlüyü və təhlükəsizliyi
üçün gördüyü tədbirlər, muxtariyyət
statusunun hüquqi cəhətdən möh-
kəmləndirilməsi və həlli vacib olan
digər məsələlərin həyata keçirilməsi
Naxçıvanın hərtərəfli inkişafını təmin
etmiş, regionu çiçəklənən diyara çe-
virmişdir. Naxçıvan Muxtar Res-
publikası Ali Məclisinin Sədri cənab
Vasif Talıbovun rəhbərliyi ilə Nax-
çıvan Muxtar Respublikası son 18
il ərzində hərtərəfli inkişaf etmiş,
əsl intibah dövrünü yaşamaqdadır.
Əhalinin qətiyyətli mövqeyi
E
rmənilər general-qubernatorluq elan etsələr də, nə ingilis nüma-
yəndələri, nə də general-qubernator şəhərdə yerləşə bilməmiş, onlar
şəhərdən 3 kilometr uzaqda hərbi kazarmada yerləşmişdilər. Kalbalı
xanın başçılığı ilə Naxçıvan xalq qoşunu daşnak qüvvələrini darmadağın
edib Naxçıvan və onun ətraflarından qovdular. Bu zaman ermənilər bir
neçə min adam, iki top, səkkiz pulemyot və bir zirehli qatar itirdilər. 800
erməni əsgəri və 8 zabiti əsir alınmışdı. Bundan istifadə edən respublika
hökuməti öz nümayəndəsi Səməd bəy Cəmillinskini buranın müvəqqəti
general-qubernatoru təyin etdi. Bundan sonra diyarı idarə etmək üçün
zəruri olan dövlət idarələri yaradıldı. S.Cəmillinskinin əmri ilə Xəlil bəy
diyar qoşunlarının baş komandanı, Kalbalı xan isə onun köməkçisi (eyni
zamanda Naxçıvan qoşun dəstəsinin komandiri) təyin olundu.
N
axçıvanın muxtar respublika statusu bu bölgənin 90 illik tarixi
taleyində, onun ərazisinin qorunub saxlanılmasında və təhlükəsizliyinin
təmin edilməsində çox mühüm rola malik olmuşdur. Bu illərdə Naxçıvan
Muxtar Respublikası Azərbaycanın iqtisadi qüdrətinin yüksəlməsinə və
hərtərəfli inkişafına da öz layiqli töhfəsini vermişdir. Ölkə Prezidentinin
dediyi kimi: “Milli istiqlaliyyət yolunda Naxçıvanın atdığı cəsarətli addımlar
bütün Azərbaycan xalqı tərəfindən rəğbətlə qarşılanmış, respublikada
cərəyan edən ictimai-siyasi proseslərə öz müsbət və həlledici təsirini gös-
tərmişdir. Naxçıvan Muxtar Respublikası bu gün milli dövlət quruculuğu
prosesinin fəal iştirakçısı olub, ölkəmizin iqtisadi qüdrətinin artırılması və
intellektual potensialının gücləndirilməsinə dəyərli töhfələr verir”.
İsmayıl HACIYEV
AMEA Naxçıvan Bölməsinin sədri, akademik
(Əvvəli qəzetimizin 25 yanvar 2014-cü il tarixli sayında)
Naxçıvan Muxtar Respublikası – 90
diyarını
xilas etdi