Øß Ã Ð Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə4/4
tarix01.09.2018
ölçüsü1,32 Mb.
#66315
1   2   3   4

  – “Araz-Naxçıvan” futbol

komandası  I  divizionun  li-

deridir.  Sizin  artıq  koman-

danı  tam  olaraq  formalaş-

dırdığınızı söyləmək olarmı?

    – Bir müddət əvvəl “Araz-

Naxçıvan”ın I divizionda oy-

nayıb-oynamayacağı sual al-

tında idi. Çətinliklə də olsa,

komandanı  formalaşdırdıq.

Fikirləşdim, komandaya təc-

rübəli  futbolçular  lazımdır

ki, cavan futbolçular onların

təcrübələrindən yararlansın-

lar. Hal-hazırda liderik, amma

bu, qalibik demək deyil. İndi

əsas məqsədimiz ilk dövrə-

dəki uğurları ikinci dövrədə

təkrarlamaqdır.  İlk  dövrədə

komandanın normal çıxış et-

diyini deyə bilərəm. 

    – İlk dövrədə komandada

çatışmayan cəhətlər hansılar

oldu?

      – Elə bir komanda yoxdur

ki, onun hər bir işi qaydasında

olsun. Hücumda və orta sahədə

futbolçu çatışmazlığının oldu-

ğunu deyə bilərəm. Hər hansı

bir mövqedə az da olsa, çatış-

mazlıqlar var. Birinci dövrədə

biz komanda yığırdıq, indi isə

bir neçə mövqeyə futbolçu al-

maq istəyirik.

    


–  İndi  daha  çox  hansı

mövqeləri  gücləndirməyi

planlaşdırırsınız?

    – Hər bir mövqeyə oyunçu

lazımdır. Lakin bəzi mövqe-

lərə  daha  çox  tələb  olunur.

Komandada  nə  qədər  çox

futbolçu olsa, rəqabət də güc-

lü olar. Qapıçı mövqeyini də

yaddan çıxarmaq olmaz. 



    – Bəzi məşqçilər I divizi-

onda komanda çalışdırmaq

istəmirlər  və  bunu  özlərinə

sığışdırmırlar. Ancaq Əsgər

Abdullayev  bu  fikrə  fərqli

yanaşıb.

     – Mən həmişə demişəm ki,

güclülər dəstəsində iddiasız bir

klubda işləməkdənsə, I divizi-

onda  iddialı  bir  komandada

çalışmaq  daha  yaxşıdır.  Mən

komandanın  I  dəstədə  iştirak

etməsinə o qədər də əhəmiyyət

vermirəm. Mənim üçün harada

işləməyimdən asılı olmayaraq,

əsas nəticədir. Şəraiti olan bir

komandanı  bacarığı  olan  bir

məşqçi güclülər dəstəsinə çıxara

bilər. Mən bugünkü gündə Nax-

çıvanda  olduğuma  görə,  qə-

tiyyən təəssüflənmirəm. Burada

artıq  çempionat  da  keçirilir.

Mən  də  həmin  oyunları  izlə-

yirəm  ki,  heyətə  yeni  futbol-

çular qatım. 



    –  Artıq  ikinci  dövrənin

hazırlıqlarına  Bakıda  baş-

lamısınız.  İndi  futbolçular

sizə necə təsir bağışlayırlar?

    – Yanvarın 5-dən etibarən

toplaşmışıq  və  hər  gün  mü-

təmadi  olaraq  məşqlərimizi

davam etdiririk. Bununla ya-

naşı,  seleksiya  işləri  ilə  də

məşğuluq.

    – Bəs komanda kimlərlə

yollarını ayıracaq?

    – Göndərilən futbolçular

nadir  hallarda  meydana  çı-

xırdı  və  onlar  yeni  koman-

dada  daha  çox  şans  qazan-

maq üçün ayrılmaq istədik-

lərini  bildirdilər.  Belə  olan

halda,  həmin  futbolçulara

hörmətim artır. İndi onların

yerini  doldurmaq  üçün  bir

neçə futbolçu dəvət etmişik.

    –  Hazırda  I  divizionda

bir  çox  komanda  arasında

kəskin mübarizə var və hər

biri Premyer-Liqaya yüksəl-

məyi qarşılarına məqsəd qo-

yublar.  Sizcə,  kimin  şansı

daha çoxdur?

     – Mən məşqçi kimi koman-

damın hansı komanda ilə oy-

namağından  asılı  olmayaraq,

oyunlara eyni cür hazırlaşdırı-

ram. Çempion olmaq istəyən

komanda hər bir oyuna axırıncı

oyun kimi çıxmalıdır. Koman-

danın  vəziyyətini  “şişirtmək”

lazım deyil. 4-5 komanda ara-

sında rəqabət ola bilər, amma

bütün komandalar rəqibdir. Bi-

zim  xal  itirdiyimiz  oyunlara

baxın: “Mil-Muğan” və “Neft-

çala”. Heç kimə yuxarıdan aşa-

ğı baxmaq olmaz.

    

– “Araz-Naxçıvan” qələbə

qazandıqca  bəzi  insanlar

Naxçıvan klubunun hakim-

lərin hesabına lider olduğu-

nu  düşünürlər.  Bu  haqda

fikriniz maraqlı olardı…

    –  Hər  bir  insanın  fikrinə

hörmətlə yanaşıram. Əvvəllər

də  mənə  bu  sualı  veriblər.

Sadəcə, onu deyə bilərəm ki,

kim  bu  fikirdədirsə,  gəlib

oyunlarımıza baxsın.  

    – Cari mövsümdə “Araz-

Naxçıvan”  futbol  koman-

dası  Əsgər  Abdullayevin

rəhbərliyi altında çempion

ola biləcəkmi?

    – Hələ bu barədə danışmaq

tezdir. İlk dövrəni lider kimi

başa vurduq, indi ikinci döv-

rəyə daha ciddi hazırlaşırıq.

Çünki rəqiblər artıq gücümüzə

bələddirlər. Qarşıda həmçinin

Azərbaycan  kubokunun  1/4

final  mərhələsində  “Xəzər-

Lənkəran”la  oyunumuz  var.

İstənilən rəqibi məğlub etmək

gücünə  qadir  bir  komanda

formalaşdırmalıyıq.



Ceyhun MƏMMƏDOV



Əsgər Abdullayev: Əsas məqsədimiz ilk dövrədəki 

uğurları ikinci dövrədə də təkrarlamaqdır

F

utbol üzrə Azərbaycan I divizionunun ilk dövrəsini

lider kimi başa vuran “Araz-Naxçıvan” futbol ko-

mandası təlim-məşq toplanışını Bakıda davam etdirməkdə-

dir. Hazırlığın necə getdiyini öyrənmək üçün komandanın

baş məşqçisi Əsgər Abdullayevlə söhbətləşdik: 

    Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının

Naxçıvan Muxtar Respublikası  Regional Böl-

məsi  tərəfindən  yaradılmış  “Nəzarətçi-müəl-

limlərin qeydiyyatı” məlumat bazasına muxtar

respublikanın ümumtəhsil məktəblərindən 698

nəfər nəzarətçi-müəllim haqda məlumatlar daxil

edilib. Onlardan 200 nəfəri test imtahanlarına

ilk dəfə nəzarətçi qismində cəlb olunacaq müəl-

limlərdir. Hazırda isə sözügedən bölmə tərəfindən

məktəblərdə keçiriləcək sınaq-test imtahanlarına

nəzarətçi qismində cəlb olunacaq müəllimlərlə

seminar-məşğələlərin  keçirilməsi  üçün  hazır-

lıqlara  başlanılıb.  Nəzarətçi-müəllimlərlə  ilk

seminar-məşğələ yanvarın 27-də Ordubad ra-

yonunda keçirilib. Naxçıvan şəhərində və böl-

gələrimizdə davam etdiriləcək məşğələlər fev-

ralın 5-dək davam edəcək. 

    Bu barədə məlumat redaksiyaya Tələbə Qə-

bulu  üzrə  Dövlət  Komissiyasının  Naxçıvan

Muxtar  Respublikası  Regional  Bölməsindən

daxil olub. Məlumatda o da bildirilib ki, semi-

nar-məşğələlərin keçirilməsində məqsəd nəza-

rətçi-müəllimləri qəbul imtahanının texnologiyası

ilə yaxından tanış etmək, imtahanları təlimata

uyğun keçirməyə hazırlamaqdır. Seminar-məş-

ğələlər  regional  bölmənin  məsul  əməkdaşları

tərəfindən aparılacaq. Məşğələlərdə iştirak edən

müəllimlər,  xüsusən  bu  prosesə  ilk  dəfə  cəlb

edilən nəzarətçilər aprel ayından etibarən TQDK

tərəfindən keçiriləcək sınaq imtahanlarında nə-

zarətçi  kimi  iştirak  edəcəklər.  Bu  da  onların

seminarlarda əldə etdikləri nəzəri bilikləri təc-

rübədə tətbiq etmələrinə kömək edəcək. Sınaq

imtahanlarında nəzarətçi kimi özünü doğruldan

müəllimlər qəbul imtahanlarına cəlb olunacaqlar. 



Xəbərlər şöbəsi

Nəzarətçi-müəllimlərlə

seminar-məşğələlərə

başlanılıb

1.Yuyucu  maddələr  və  digər  tə-

sərrüfat malları

2.Cari təmir üçün tikinti materi-

alları

3.Dəftərxana ləvazimatları

     Kotirovka  5  fevral  2014-cü  il

tarixədək qəbul edilir. Sorğuda aşağı

qiymət,  yüksək  keyfiyyət,  müqa-

vilənin vaxtında yerinə yetirilməsi,

texniki, iqtisadi, maliyyə imkanlarına

malik olması göstəricilərinə üstünlük

veriləcəkdir. Kotirovka zərfi 6 fevral

2014-cü il tarixdə saat 11

00

-də Nax-



çıvan Muxtar Respublikası Fövqəl -

adə Hallar Nazirliyində açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayən-

dələri iştirak edə bilərlər.



Əlaqələndirici şəxs: Cabbarov

Murad Rasim oğlu, 

telefon/faks: 544-48-34

             Ünvan: Naxçıvan şəhəri, 

C.Məmmədquluzadə küçəsi

Naxçıvan Muxtar Respublikası Fövqəladə 

Hallar Nazirliyi 

2014-cü il üçün kotirovka elan edir

4

İtmişdir

Babək rayonunun Yuxarı Uzunoba kənd sakini Həsənova Məhəbbət Vəli qızının

adına olan JN-151

A

inventar nömrəli, 10311048 kodlu “Torpağın mülkiyyətə verilməsinə



dair şəhadətnamə” itdiyindən etibarsız sayılır. 

Bildiriş

“Ekonsu texnoloji membran sistemləri inşaat sənaye və ticarət anonim” şirkətinin

Naxçıvan Muxtar Respublikasındakı filialı fəaliyyətini dayandırdığından ləğv olunur.

Allah rəhmət eləsin

Yeni Azərbaycan Partiyası Naxçıvan

Şəhər Təşkilatının sədri Elman Cəfərli

və təşkilatın əməkdaşları YAP Naxçıvan

Şəhər Təşkilatı Qadınlar Şurasının

sədri Yazgül Rzayevaya, anası



RUQİYYƏ XANIMIN

vəfatından kədərləndiklərini bildirir

və dərin hüznlə başsağlığı verirlər.

Naxçıvan Muxtar Respublikası 

Standartlaşdırma, Metrologiya və 

Patent üzrə Dövlət Komitəsinin 

kollektivi iş yoldaşları Ramil 

Məmmədxanova, atası



MƏMMƏD MƏMMƏDXANOVUN

vəfatından kədərləndiyini bildirir və

dərin hüznlə başsağlığı verir.

Azərbaycan Respublikası Qiymətli

Kağızlar üzrə Dövlət Komitəsinin

Naxçıvan Muxtar Respublikası üzrə

İdarəsinin kollektivi idarənin rəhbəri

Ceyhun Məmmədxanova, əmisi



MƏMMƏD MƏMMƏDXANOVUN

vəfatından kədərləndiyini bildirir və

dərin hüznlə başsağlığı verir. 

AMEA Naxçıvan Bölməsinin Rəyasət 

Heyətinin üzvləri və Mərkəzi Aparatın

əməkdaşları Bayram və Aliyə

Rzayevlərə, əzizləri

MƏMMƏD MƏMMƏDXANOVUN

vəfatından kədərləndiklərini bildirir

və dərin hüznlə başsağlığı verirlər. 

Əziz Əliyev adına Naxçıvan Muxtar

Respublikası Mərkəzi Uşaq 

Xəstəxanasının baş həkimi Rəhim 

Rəhimov və xəstəxananın kollektivi iş 

yoldaşları Yazgül və Yəmən 

Rzayevalara, əzizləri

RUQİYYƏ XANIMIN

vəfatından kədərləndiklərini bildirir

və dərin hüznlə başsağlığı verirlər.

Naxçıvan Muxtar Respublikası 

Həmkarlar İttifaqları Şurasının sədri

Sucaxan Novruzov və şuranın 

kollektivi iş yoldaşları Yəmən 

Rzayevaya, anası



RUQİYYƏ XANIMIN

vəfatından kədərləndiklərini bildirir

və dərin hüznlə başsağlığı verirlər.

Naxçıvan Dövlət Universitetinin 

Azərbaycan tarixi kafedrasının müdiri

Zəhmət Şahverdiyev və kafedranın

əməkdaşlarından Allahverdi 

Hüseynov, Elçin Zamanov, İsmayıl

Zeynalov, Xəzər Hüseynov 

Rafiq Rəhimova, əmisi



HİDAYƏTİN

vəfatından kədərləndiklərini bildirir

və dərin hüznlə başsağlığı verirlər.

Oqtay Məmmədov adına Şərur rayon

Aralıq kənd tam orta məktəbinin 

kollektivi



MƏMMƏD MƏMMƏDXANOVUN

vəfatından kədərləndiyini bildirir və

mərhumun ailəsinə dərin hüznlə 

başsağlığı verir.

Əziz Əliyev adına Naxçıvan Muxtar

Respublikası Mərkəzi Uşaq 

Xəstəxanasının Laboratoriya şöbəsinin

işçiləri iş yoldaşları Yazgül və Yəmən

Rzayevalara, əzizləri

RUQİYYƏ XANIMIN

vəfatından kədərləndiklərini bildirir

və dərin hüznlə başsağlığı verirlər.

AMEA Naxçıvan Bölməsi Təbii 

Ehtiyatlar İnstitutu və Batabat Astrofizika

Rəsədxanasının kollektivi iş yoldaşları

Məmməd Hüseynəliyevə, əzizi

RUQİYYƏ XANIMIN

vəfatından kədərləndiyini bildirir və

dərin hüznlə başsağlığı verir.

Qeydiyyat №: 575

Əlyazmalara cavab verilmir

və onlar geri qaytarılmır

ØßÐÃqapısı

Ünvan: AZ-7000,

Naxçıvan şəhəri, “Təbriz” küçəsi, 1.

Telefonlar: Məsul katib: 545-62-47 

Şöbələr: 545-81-44, 545-51-18

Müxbirlər: 545-75-21, Faks: 544-52-52

E-mail: serqqapisi@nakhchivan.az

Nömrəyə məsul: Səbuhi Həsənov

Qəzet redaksiyanın kompüter mərkəzində yığılıb, səhifələnib və

“Əcəmi” NPB-də ofset üsulu ilə çap olunmuşdur.

Tiraj: 4020. Sifariş № 105

Baş redaktor:

TURAL SƏFƏROV

     Küncüdün ağ və qara toxumlu

növləri vardır. Xüsusən Novruzda,

yaz fəslində insan orqanizminin

zəiflədiyi vaxt küncüd qovurğası

və küncüdün balla yeyilməsi çox

faydalıdır.  Günəbaxan  da  daxil

edilməklə fərqlənən yeganə bit-

kidir ki, toxumlarının tərkibində

65  faizədək  qiymətli  yağ  olur.

Küncüd yağından sənayedə mal

əti konservləşdirilməsində istifadə

edilir. Heyvandarlıqda tərkibi 40

faizədək  zülal  və  10  faizədək

yağlı  jımıx  hazırlanır  ki,  bu  da

olduqca  qüvvətli  yem  sayılır.

Küncüd haqqında rəvayət də var-

dır. Deyir, bir kəsin əziz qonağı

gəlir. Süfrədən sonra çərəz kimi

ortaya küncüd və bal kasası qo-

yulur.  Ev  sahibi  harasa  gedir,

evdə qonaqla uşaq qalır. Qonaq

küncüdün necə yeyildiyini uşaq-

dan soruşur. Uşaq barmağını bala,

sonra  da  küncüd  nimçəsindəki

toxumlara batırır. Ballı barmağa

xeyli küncüd yapışır. Uşaq kün-

cüdün  belə  yeyilməsini  qonağa

göstərib barmağını ağzına aparır.

Qonaq deyir:

    – Hə..., ta öyrəndim, indi dur

get tay-tuşlarınla oynamağa. Qo-

naq bilir ki, uşaq da onunla bə-

rabər  yeməyə  başlasa,  nimçədə

bir şey qalmayacaq.

    Küncüdü  Naxçıvanda  kərdi

üsulu ilə becərirlər. Ordubad tə-

rəflərdə  isə  xırda  arx  boyunca

əkirlər. Birillik bitkidir. Boyu 1-

1,5 metrədək olur. Toxumları çe-

çələ barmaq iriliyində olan qutu-

cuqlarda  bütün  gövdə  boyu  dü-

zülür. Aşağıdan  yuxarıya  doğru

yetişir. Torpaq səthində temperatur

15-16  dərəcə  olduqda  toxumla,

ya  da  kərdidə  böyüdülən  şitillə

arxlara əkilir. Qida maddələrinə,

rütubət və işığa tələbkardır, köl-

gəliyi  sevmir.  Toxumları  kiçik

olduğu  üçün  (1000  ədədi  3-5

qram) səpin zamanı çox dayaz  –

2-3 santimetr dərinliyə əkilməlidir.

Cərgəarası  gen  qoyulduqda  be-

cərilməsi  asan  olur.  Hər  suvar-

madan sonra qaysaqlar yumşaldılır

ki,  bitkinin  kökləri  rütubəti  və

havalanmanı  yaxşı  qəbul  etsin.

İtkisiz məhsul yığmaq istəyənlər

gövdədə yetişən qutucuqları bir-

bir dərə bilər. Vegetasiya müddəti

3-4 aydır. Kütləvi yığıldıqda hər

bitki  ehtiyatla  möv  qayçısı  ilə

kəsilib palaz üstə səpilir.

    Torpaq, qum qarışmadan yığıb

dərz kimi bağlayaraq örtük üzə-

rində  qurutmaq  olar.  Küncüdü

döyərək təmizləyib xəlbirdən ke-

çirib  püfə  və  qarışıqdan  təmiz-

ləndikdən  sonra  sinidə  əfsənib

lap  təmiz  hala  gətirilir.  Çiy  və

ya qovrulmuş halda ən qiymətli

qida kimi yeyilir. 

    

Zəyərək.

Lifli bitkilərdən olub,

birillik bitkidir. Sənayedə ondan

alınan lif kəndirlər ikiqat dözümə

malikdir.  Çadır,  təlis,  parusin

parça  sənayesinin  xammalıdır.

Toxumları  isə  qiymətli  qidadır.

Hündürboylu  zəyərək  sənaye

üçün, çiçəkləri mavi olan alçaq-

boylu  zəyərək  qida  üçün  əkilir.

Naxçıvanın torpaq və iqlim mü-

hitində  bol  məhsul  verir.  Sarı

rəng li  hamar  toxumalarının  tər-

kibində 35-48 faizədək piyli yağ,

18-33 faizədək zülal, yodlu mad-

dələr  olur.  Dünyanın  müxtəlif

yerlərində hələ eramızdan 2400

il əvvəl becərilməsinə başlanılıb.

Naxçıvan  mühitində  2x4  metr

sxemində kərdilərə əkilməsi daha

münasibdir. 10-12 dərəcə istilikdə

asanlıqla cücərir. 70-90 günə ye-

tişir. Toxumları kiçik üzərliyi xa-

tırladan  qutucuqlarda  olur.  Tor-

pağa  üzvi  gübrə  verdikdə  məh-

suldarlığı  yüksəlir.  Suvarmaya

orta  tələbkardır.  Məhsulu  yığı-

larkən  kökündən  torpaqdan  çı-

xarılıb  örtük  üstə  kiçik  süpürgə

sayağı  bir  istiqamətdə  düzərək

qurudulur. Döyülərkən baş tərəfin

toxum kütləsinə torpaq qarışma-

masına diqqət edilməlidir. Quru-

muş qutucuq və yarpaq asanlıqla

əzilir.  Gövdəsi  isə  yaxşı  süpür-

gədir. Zəyərək toxumlarının qabığı

parlaq olduğu üçün ondan alınan

rəng  boyaqçılıqda,  incəsənətdə

işlədilir. Xalq təbabətində ən yaxşı

dərman kimi mədə-bağırsaq xo-

ralarının sağaldılmasında isladılıb

yumşaldılaraq qəbul edilir. Hətta

dəmləməsi qaraciyər, böyrək ağ-

rılarına xeyirlidir. Çiban və dəri

yaralarının müalicəsində yarasa-

ğaldıcı xüsusiyyəti vardır. Zəyərək

sacda qovrulanda çox dadlı olur.

Naxçıvan  əhalisi  xüsusən  Xıdır

Nəbi, Novruz bayramlarında kün-

cüd, zəyərək toxumlarından daha

çox istifadə edir. Necə deyərlər,

ağzının dadını bilənə minnət.



Qaşdar ƏLİYEV

aqronom-fenoloq 

X

alqımızın çərəz qidasında cəviz, şabalıd, fındıq, yer cəvizi

(araxis), badam, püstə ilə yanaşı, buğda, noxud, mərcimək

qovurğası,  çöl  armudunun  qovutu  da  əsas  yer  tutur.  Hətta

yabanı bitən məncalız, çöl qərənfili soğanaqlarının sacda qov-

rulanda dadı-tamı bir yana, ətri bir yana olur. Bu çərəzlər içə-

risində  küncüd,  zəyərək  toxumları  da  qiymətli  qidalardandır.

Küncüdün  ən  çox  yayıldığı  yer  Çin,  Hindistan  və  Orta Asiya

respublikalarıdır. İstiliksevən bitki olduğundan Naxçıvan tor-

pağında da bitir, bol məhsul verir.

“Araz-Naxçıvan” və “Simurq” qarşılaşmasından

Küncüd və zəyərək haqqında 

nə bilirik?

Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə