Øß Ã Ð Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım



Yüklə 2,23 Mb.
Pdf görüntüsü
tarix12.10.2018
ölçüsü2,23 Mb.
#73704


* * *

Øß Ã

Ð

Doğma, canım-varlığım qədər

sevdiyim Azərbaycanım

mənim qibləgahımdır

Təsisçi: Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Nazirlər Kabineti

Gündəlik ictimai-siyasi qəzet

qapısı

Qəzet 1921-ci

ildən çıxır

Sayı: 41 (21.702)

26 fevral 2017-ci il, bazar

www.serqqapisi.az

Qiyməti 20 qəpik

    Azərbaycanın Qars şəhərindəki

Baş  Konsulluğu  Xocalı  soyqırı-

mının iyirmi beşinci ildönümünün

keçirilməsinə dair Tədbirlər Pla-

nına əsasən ilk tədbiri Baş Kon-

sulluğun xidmət ərazisi olan İqdır

vilayətində həyata keçirib.

    Tədbir Azərbaycanın  Qars  şə-

hərindəki Baş Konsulluğu ilə Tür-

kiyə-Azərbaycan Dostluq Dərnək-

ləri Federasiyası (TADDEF) və İq-

dır  Azərbaycan  Evi  Dərnəyinin

(İAED) birgə təşkilatçılığı əsasında

keçirilib.

    Təşkil edilən tədbirdə Azərbay-

canın Qars Baş konsulu Nuru Qu-

liyev,  İqdır  vali  vəkili  Bilgehan

Karanfil, İqdır vilayəti baş proku-

roru Sedat Turan, Daxili İşlər İda-

rəsinin müdiri Orxan Çevik, alay

komandiri  Qəhrəmən  Dikmən,

Azərbaycanın Qars Baş Konsullu-

ğunun diplomatik heyəti, protokol

üzvləri  və  iş  adamları,  qeyri-hö-

kumət  təşkilatları  nümayəndələri

Heydər Əliyev Fən Liseyi idarəçi-

ləri, şagirdləri, dərnək başçıları və

iqdırlılar iştirak ediblər. 

    Əvvəlcə Xocalı şəhidlərinin ru-

huna  “Qurani-Kərim”dən  ayələr

oxunub.

    Sonra Azərbaycan və Türkiyənin



Dövlət himnləri səsləndirilib.

    Azərbaycan  Respublikasının

Qarsdakı Baş konsulu Nuru Quliyev,

Türkiyə-Azərbaycan Dostluq Dər-

nəkləri Federasiyası (TADDEF) və

İAED-in  sədri  Sərdar  Ünsalın  çı-

xışları dinlənilib.

    Xocalı  soyqırımının  səbəb,

məqsəd  və  nəticələrindən  bəhs

edən çıxışçılar XX əsr boyu erməni

millətçilərinin təşkilatçılığı ilə bu

toplumdan düzəldilən silahlı dəs-

tələrin xalqımıza qarşı törətdikləri

ağır  cinayətlərdən  və  bu  aman-

sızlığın davamı olan Xocalı soy-

qırımının dünyada tanıdılması pro-

sesi  barədə  iştirakçılara  ümumi

məlumat veriblər.

    Baş konsul Nuru Quliyev diqqətə

çatdırıb ki, Heydər Əliyev Fondunun

vitse-prezidenti  Leyla  Əliyevanın

təşəbbüsü  ilə  “Xocalıya  ədalət!”

beynəlxalq məlumatlandırma kam-

paniyası çərçivəsində davam edən

proseslər  ermənilərin  xalqımıza

qarşı törətdikləri cinayətlərin ma-

hiyyətini ifşa edir.

    Tədbirin sonunda Xocalıya həsr

edilmiş şeir müsabiqəsi olub. Ke-

çirilən şeir müsabiqəsinin qaliblərinə

hədiyyələr verilib.

İqdırda Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinə 

həsr olunmuş mərasim keçirilib

    Fevralın 25-də Naxçıvan şəhərinin Dövlət

Bayrağı Meydanındakı Xatirə kompleksində

Xocalı soyqırımının iyirmi beşinci ildönümü

ilə əlaqədar tədbir keçirilmişdir.

    Naxçıvan  Muxtar  Respublikası  Ali

Məclisinin Sədri Vasif Talıbov abidə önünə

gül qoymuş, Xocalı soyqırımı qurbanlarının

xatirəsini dərin ehtiramla yad etmişdir.

    Nazirlik, komitə, idarə, müəssisə və təş-

kilatların rəhbərləri, hərbi hissələrin koman-

dirləri, ictimaiyyətin nümayəndələri də abidə

önünə gül qoymuşlar.

    Sonra Xocalı soyqırımı qurbanlarının xa-

tirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

    Naxçıvan  Muxtar  Respublikası  Ali

Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış

edərək demişdir: Azərbaycan Respublikasının

Prezidenti cənab İlham Əliyevin 2017-ci il

24 yanvar tarixli Sərəncamına əsasən ölkə-

mizin hər yerində Xocalı soyqırımının iyirmi

beşinci ildönümü qeyd olunur. Xalqımızın

məruz qaldığı Xocalı soyqırımı iyirmi beş

il bundan əvvəl Azərbaycanın Xocalı şəhə-

rində baş verdi. Həmin gün əliyalın Xocalı

sakinləri erməni hərbi birləşmələrinə qarşı

qeyri-bərabər döyüşdə əsl vətənpərvər kimi

vuruşmuş, düşmən qarşısında mətin dayan-

mış,  xalqımızın  əyilməzlik  salnaməsinə

şərəfli səhifələr yazmışlar. 

    Ali Məclisin Sədri demişdir: Dinc əhali-

yə  – qocalara,  qadınlara  və  uşaqlara  qarşı

Xocalı  soyqırımını  törətməkdə  düşmənin

məqsədi  nə  idi?  Niyə  məhz  Xocalı  hədəf

alınmışdı? Məqsəd – bir tərəfdən Qarabağın

dağlıq hissəsində azərbaycanlılardan ibarət

olan strateji əhəmiyyətli məntəqəni zəbt et-

mək,  amansız  işgəncə  metodları  ilə Azər-

baycan xalqının gözünü qorxutmaq, mübarizə

əzmini  qırmaq  və  bu  yolla  Azərbaycanın

digər torpaqlarını da işğal etmək idisə, digər

tərəfdən bu ərazilərin Azərbaycan türklərinə

məxsus olduğunu sübut edən qədim abidələri

tarixdən birdəfəlik silmək idi. Təsadüfi deyil

ki,  Xocalı  şəhəri  işğal  olunandan  dərhal

sonra onun ətrafında xalqımıza məxsus tarixi

abidələr,  Xocalı-Gədəbəy  mədəniyyətinin

qalıqları, Son Tunc və Erkən Dəmir dövrü

mədəniyyətinə aid Xocalı kurqanları, siklop

tikililər, dünyanın ən qədim məzarlıqlarından

sayılan Xocalı qəbiristanlığı xüsusi texnika

ilə dağıdılaraq məhv edilmişdir. 

    Qeyd olunmuşdur ki, Xocalı soyqırımının

baş verməsinin digər bir səbəbi isə 1992-ci

ildə  öz  vətəndaşlarının  təhlükəsizliyini  və

müdafiəsini  təmin  etməyə  borclu  olan  ha-

kimiyyət  dairələrinin  və  müxalifət  qüvvə-

lərinin xalqın taleyinə tam biganəlik nümayiş

etdirmələri və hakimiyyət uğrunda apardıqları

mübarizə idi. Həmin dövrdə Naxçıvan Mux-

tar Respublikası Ali Məclisinin Sədri işləyən

ümummilli liderimiz Heydər Əliyev ilk dəfə

olaraq xüsusi bəyanat verərək Xocalı soy-

qırımını  törədənləri  kəskin  ittiham  etmiş,

Xocalı şəhidlərinin xatirəsi Naxçıvanda anıl-

mış və ümummilli liderimizin 1993-cü ildə

Azərbaycanda  yenidən  siyasi  hakimiyyətə

qayıdışından sonra isə Xocalı soyqırımına

dövlət  səviyyəsində  hüquqi-siyasi  qiymət

verilmişdir. 

    Ali  Məclisin  Sədri  demişdir:  Bu  gün

Azərbaycan Respublikasının Prezidenti cənab

İlham Əliyevin rəhbərliyi ilə Xocalı soyqı-

rımının  tanıdılması,  erməni  millətçiliyinin

beynəlxalq miqyasda ifşası sahəsində sistemli

iş aparılır. Heydər Əliyev Fondunun təşəb-

büsü  ilə  “Xocalıya  ədalət”  beynəlxalq  in-

formasiya və təşviqat kampaniyası çərçivə-

sində vətəndaş cəmiyyəti institutları, gənclər

təşkilatları və xaricdə yaşayan azərbaycanlılar

ardıcıl və səmərəli fəaliyyət göstərirlər. Hər

il soyqırım günü dünyanın müxtəlif ölkələ-

rində  Xocalı  qurbanlarının  xatirəsi  anılır,

tədbirlər keçirilir, erməni vəhşiliklərini əks

etdirən materiallar nümayiş etdirilir.

    Ali  Məclisin  Sədri  bir  daha  Xocalı  şə-

hidlərinin  xatirəsini  dərin  ehtiramla  yad

etmiş, çıxışını Azərbaycan xalqının ümum-

milli  lideri  Heydər  Əliyevin  fikirləri  ilə

 tamamlamışdır:  “Bu  faciə  xalqımızın,



vətəndaşlarımızın öz Vətəninə, torpağına,

millətinə sadiqliyinin nümunəsidir. Xocalıda

şəhid  olanlar,  həlak  olanlar  Azərbaycan

Respublikasının ərazi bütövlüyü uğrunda

mübarizədə, Azərbaycanın müstəqilliyi uğ-

runda  mübarizədə  şəhid  olublar,  özlərini

qurban veriblər. Onların şəhidliyi gələcək

nəsillərimiz üçün qəhrəmanlıq nümunəsi

olacaq və onların xatirəsi qəlbimizdə əbədi

yaşayacaqdır”.

    Həmin gün muxtar respublikanın rayon-

larında  da  Xocalı  soyqırımının  25-ci  ildö-

nümü ilə bağlı tədbirlər keçirilmişdir.



Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti

Xocalı soyqırımı qurbanlarının xatirəsi 

yad edilmişdir

  Azərbaycanın  Qars  şəhərin-

dəki Baş Konsulluğu Xocalı soy-

qırımının iyirmi beşinci ildönü-

münün keçirilməsinə dair Təd-

birlər Planına əsasən ikinci təd-

biri  Baş  Konsulluğun  xidmət

ərazisi  olan  İqdır  vilayətində

həyata keçirib.

    Tədbir  Azərbaycanın  Qars  şə-

hərindəki  Baş  Konsulluğu  ilə  İq-

dır-Azərbaycan Dil, Tarix və Mə-

dəniyyət Həmrəyliyini Yaşatma və

Dəstəkləmə  Dərnəyinin  bir gə  təş-

kilatçılığı əsasında həyata  keçirilib.

    İqdır  Mədəniyyət  Mərkəzində

təşkil olunan tədbirdə Azərbaycanın

Qarsdakı Baş konsulu Nuru Quliyev,

İqdır vali vəkili Bilgehan Karanfil,

İqdır vilayəti baş prokuroru Sedat

Turan, Daxili İşlər İdarəsinin müdiri

Orxan Çevik, alay komandiri Qəh-

rəmən  Dikmən, AMEA  Naxçıvan

Bölməsinin şöbə müdiri, AMEA-nın

müxbir üzvü Vəli Baxşəliyev, Ər-

zurum Atatürk Universitetinin pro-

fessoru Kerem Karabulut və həmin

universitetin dosenti Mevlut Yüksəl,

o cümlədən Azərbaycanın Qars şə-

hərindəki Baş Konsulluğunun dip-

lomatik heyəti, protokol üzvləri və

iş  adamları,  qeyri-hökumət  təşki-

latları  nümayəndələri,  Heydər

 Əliyev  Fənn  Liseyi  idarəçiləri,

şagirdləri,  dərnək  başçıları  və  iq-

dırlılar iştirak ediblər.

    Əvvəlcə Xocalı şəhidlərinin ru-

huna  “Qurani-Kərim”dən  ayələr

oxunub.

    Sonra Azərbaycan və Türkiyənin



Dövlət himnləri səsləndirilib.

    Azərbaycan  Respublikasının

Qarsdakı Baş konsulu Nuru Quli -

yevin, İqdır-Azərbaycan Dil, Tarix

və  Mədəniyyət  Həmrəyliyini  Ya-

şatma  və  Dəstəkləmə  Dərnəyinin

sədri Ziya Zakir Acarın, AMEA-nın

müxbir  üzvü  Vəli  Baxşəliyevin,

Ərzurum  Atatürk  Universitetinin

professoru Kerem Karabulutun və

həmin universitetin dosenti Mevlut

Yüksəlin çıxışları olub.

    XX  əsrin  sonunda  təcavüzkar

Ermənistan tərəfinin Azərbaycana

qarşı  ortaya  atdığı  əsassız  ərazi

iddialarından yaranmış Dağlıq Qa-

rabağ problemi əsasında törədilən

Xocalı soyqırımını təkcə Azərbay-

can xalqına qarşı deyil, bütün bə-

şəriyyətə qarşı yönəldilmiş insanlıq

cinayəti  olduğunu  ifadə  edən  çı-

xışçılar  əminliklə  bildiriblər  ki,

bütün  sahələr  üzrə  inkişaf  edən

və qüdrətlənən Azərbaycan dövləti

bu cinayəti törədənləri beynəlxalq

ədalət məhkəməsi qarşısında cavab

verməyə  məcbur  edəcəkdir.  Diq-

qətə çatdırılıb ki, ilk dəfə ümum-

milli lider Heydər Əliyevin təşəb-

büsü  ilə  1994-cü  ildə  soyqırımı

kimi tanıdılan Xocalı hadisəsinin

bütün dünya birliyi tərəfindən soy-

qırımı aktı kimi tanıdılmasına nail

olmaq Azərbaycan  xalqının  bey-

nəlxalq hüquq tərəfindən tanınan

haqqıdır.



Xocalı soyqırımı – 25 


2

Xocalı soyqırımı qurbanlarının xatirəsi muxtar respublikamızın

bütün rayonlarında anılıb

  Şərur  şəhərindəki  “Bahar”

kinoteatrında  Xocalı  soyqırı-

mına həsr olunmuş anım təd-

birinin iştirakçıları əvvəlcə ki-

noteatrın foyesində təşkil edil-

miş sərgidə Xocalıda baş verən

qanlı  faciələri  əks  etdirən  fo-

toşəkillər,  rəsm  əsərləri,  qəzet

və jurnal materialları, kitablar,

eyni zamanda məktəblilərin bu

mövzuda çəkdikləri rəsm əsər-

ləri ilə tanış olublar. 

    Aparıcılar  Xocalıda  həyata  ke-

çirilmiş soyqırımı, həmçinin ermə-

nilər tərəfindən xalqımıza qarşı 200

ildən  artıq  bir  müddətdə  dəfələrlə

törədilmiş qırğınlar barədə məlumat

veriblər.  Qeyd  olunub  ki,  iyirmi

beş il bundan əvvəl bəşəriyyət daha

bir erməni vandallığının şahidi olub.

İyirmi  beş  ildir  ki,  dünyanın  hər

tərəfində sülhsevər insanlar bu fa-

ciənin soyqırımı kimi tanınmasını

tələb edir, erməni vəhşiliyinin növ-

bəti  və  dəhşətli  nəticələrinin  soy-

qırımı  aktı  kimi  qəbul  edilməsini

istəyir. 

    Bildirilib ki, azğınlaşmış erməni

silahlı birləşmələrinin, eləcə də on-

lara açıq-aşkar havadarlıq edənlərin

bu soyqırımı aktını törətməkdə məq-

sədi Azərbaycan xalqının mübarizə

əzmini  qırmaq  və  onu  bütünlüklə

məhv  etmək  idi.  Lakin  düşmənin

niyyətləri  baş  tutmadı,  dövlətimiz

və  dövlətçiliyimiz  möhkəmləndi,

iqtisadiyyatımız  dirçəldi,  qüdrətli

və  sarsılmaz  milli  ordu  yaradıldı.

Bu  gün  xalqımız  tam  əmindir  ki,

ölkə Prezidentinin apardığı qətiyyətli

siyasət  nəticəsində  işğal  olunmuş

torpaqlarımız tezliklə azad ediləcək,

məkrli düşmən öz layiqli cəzasını

alacaqdır.

    Vurğulanıb ki, Xocalı soyqırımı

barədə  həqiqətlərin  dünya  ictima-

iyyətinə çatdırılması istiqamətində

bu  gün  ardıcıl  iş  aparılır.  Bunun

nəticəsidir ki, artıq bir çox ölkələrdə

ermənilərin  soydaşlarımıza  qarşı

törətdikləri soyqırımı siyasəti qəti

şəkildə pislənilib və bu, qəbul edil-

miş  rəsmi  sənədlərdə  öz  əksini

tapıb.  Heydər  Əliyev  Fondu  tərə-

findən təsis edilən “Xocalıya ədalət”

Beynəlxalq İnformasiya və Təşviqat

Kampaniyası  da  bu  istiqamətdə

xeyli iş görüb. 

    2012-ci  il  fevral  ayının  2-də

Meksika Senatının qəbul etdiyi qə-

rarda  Xocalıda  1992-ci  ildə  baş

vermiş faciə soyqırımı adlandırılıb,

elə həmin il Pakistan Senatının Xa-

rici  Əlaqələr  Komitəsi  Xocalı  şə-

hərində  mülki  əhaliyə  qarşı  törə-

dilmiş soyqırımını pisləyən qətnamə

qəbul edib, Kolumbiya Parlamenti

Xocalı soyqırımını rəsmən tanıyıb.

Xocalı  soyqırımının  25  illiyi  ərə-

fəsində  isə  Şotlandiya  Parlamenti

qanlı qırğına siyasi qiymət verilməsi

haqqında qətnamə qəbul edib.

    Sonra “Xocalıda son gecə” adlı

sənədli film nümayiş etdirilib.

    Tədbirdən sonra bir neçə Şərur

şəhər sakini ilə söhbət etdik. Əli

Abbasov  bildirdi  ki,  bu  xalqın

Mübariz  İbrahimov,  Çingiz  Qur-

banov  kimi  oğulları  çoxdur.  Ali

Baş  Komandanın  bircə  tapşırığı

kifayətdir  ki,  əsli-kökü  olmayan

ermənilər  əzəli  Azərbaycan  tor-

paqlarından çıxarılsın. Dövlətimi-

zin bu istiqamətdə həyata keçirdiyi

tədbirləri hər bir azərbaycanlı dəs-

təkləyir və inanır ki, hər ötən gün

bizi Xocalıya qayıdacağımız günə

yaxınlaşdırır.  O  gün  isə  uzaqda

deyil.


  Ordubad  rayonunda  da  Xocalı

soyqırımının 25-ci ildönümü ilə əla-

qədar tədbir keçirilib. 

    Rayon Mədəniyyət Evində keçirilən

tədbirin iştirakçıları əvvəlcə faciənin il-

dönümü münasibətilə təşkil edilən sərgiyə

baxıblar. 

    Tədbirdə  ermənilərin  zaman-zaman

xalqımıza qarşı törətdikləri faciələr, bu

soyqırımlarla  bağlı  həqiqətlərin  dünya

ictimaiyyətinə çatdırılması üçün görülən

işlər barədə danışılıb. Aparıcılar bildiriblər

ki, hər il Azərbaycan xalqının qan yaddaşı

olan  Xocalı  faciəsinin  ildönümü  istər

respublikamızda, istərsə də onun hüdud-

larından  kənarlarda  geniş  qeyd  olunur,

faciə  qurbanlarının  xatirəsi  yad  edilir,

dünya ictimaiyyətinə ermənilərin əsl iç

üzü göstərilir.

    Mərasimdə bu dəhşətli faciənin Azər-

baycan  tarixində  ən  qanlı  hadisələrdən

biri  olduğu,  dinc  əhalinin  xüsusi  qəd-

darlıqla qətlə yetirildiyi, əsir götürülən

insanların isə dəhşətli işgəncələrə, zülm

və  təhqirlərə  məruz  qaldıqları  diqqətə

çatdırılıb.  Ölkəmizin  haqq  səsinin  eşi-

diləcəyinə, Xocalı qətliamının təqsirkar-

larının cəzalandırılacağına, Azərbaycan

xalqının işğal altındakı bütün torpaqlarını

yağı düşməndən tezliklə azad edəcəyinə,

əzəli torpaqlarımızdan didərgin düşmüş

həmvətənlərimizin öz ata-baba yurdlarına

qayıdacaqlarına və ölkəmizin ərazi bü-

tövlüyünün  bərpa  olunacağına  əminlik

ifadə edilib.

    Sonra  mərasim  iştirakçıları  “Məhv

olmuş  şəhər”  sənədli  filminə  baxıblar.

Ermənilərin  törətdikləri  cinayətlərdən

bəhs olunan və Dağlıq Qarabağ müna-

qişəsinin reallıqlarını əks etdirən sənədli

film tamaşaçılar tərəfindən maraqla iz-

lənilib. Əsas süjet xəttinin uzun illər er-

mənilər tərəfindən azərbaycanlılara qarşı

törədilən soyqırımı siyasətinin tarixi xro-

nologiyasına həsr olunduğu filmdə erməni

vandalizminin son mərhələsi olan Dağlıq

Qarabağın işğalı zamanı onlar tərəfindən

törədilən vəhşiliklərdən bəhs edilir.

    Tədbirdən sonra görüşüb həmsöhbət

olduğumuz Ordubad şəhər sakini Əkbər

Babazadə  bildirdi  ki,  bu  gün Azərbay-

canda ölkə başçısı cənab İlham Əliyev

tərəfindən ordumuzun daha da güclən-

dirilməsi istiqamətində məqsədyönlü təd-

birlər  həyata  keçirilir.  Buna  görə  də,

inanırıq ki, erməni əsarətində olan Xocalı

yaxın  vaxtlarda  düşmən  tapdağından

azad olunacaq, soydaşlarımız doğma ata-

baba yurdlarına qayıdacaqlar.

Ordubad rayonu

    Sərgidə  həmçinin  faciənin

miqyasını  özündə  əks  etdirən

çoxsaylı şəkillər, qəzet və kitablar

nümayiş  etdirilib.  İctimaiyyət

nümayəndələri  ermənilərin  və

onların havadarlarının azərbay-

canlılara qarşı həyata keçirdikləri

soyqırımı, deportasiya siyasətini

özündə  əks  etdirən  stendlərə,

rayondakı tam orta məktəblərin

istedadlı şagirdlərinin rəsm əsər-

lərinə baxıblar. 

    Tədbirin aparıcısı bildirib ki,

erməni cəlladları tərəfindən xal-

qımıza  qarşı  törədilmiş  Xocalı

soyqırımı aktının ildönümü hər

il Azərbaycanın hər yerində, elə-

cə də bir sıra dünya ölkələrində

dərin kədər və hüznlə qeyd olu-

nur,  faciənin  əsl  günahkarları

lənətlənir. Azərbaycan xalqı Xo-

calı  faciəsini  heç  zaman  unut-

mayacaq və doğma Qarabağımızı

azad  etməklə  bütün  şəhidləri-

mizin qisasını alacaqdır.

   Bildirilib ki, ermənilər XIX-

XX əsrlərdə Azərbaycana qarşı

açıq ərazi iddiaları ilə çıxış edə-

rək  bu  məkrli  niyyətlərini  ger-

çəkləşdirmək  üçün  terror,  soy-

qırımı  və  deportasiya  siyasəti

yürüdüblər. 25 il əvvəl xalqımız

20-ci  əsrin  ən  dəhşətli  faciələ-

rindən olan Xocalı soyqırımına

məruz qalıb. Həmin müdhiş gün

yüzlərlə soydaşımız qəddarlıqla

qətlə yetirilib, şikəst edilib, iş-

gəncələrə  məruz  qalıb.  Lakin

xalqımız  öz  azadlığı  uğrunda

mübarizədən  geri  çəkilməyib,

əksinə, əsrlərlə arzusunda olduğu

müstəqillik yolunda mücadilədə

daha əzmkar olub.

    Tədbirdən  sonra  söhbətləş-

diyimiz  rayon  sakini  Möhsün

Həsənov dedi ki, Xocalı bir əsrdə

3 dəfə qırğınlara məruz qa-

lıb.  1905-ci  ildə,  1918-ci

ildə yandırılıb, 1992-ci ildə

isə Xocalı daha dəhşətli fa-

ciəyə  düçar  olub.  Çünki

mühüm strateji əhəmiyyət

daşıyan Xocalı ermənilərin

yolu  üstündə  böyük  bir

 maneə idi. Dağlıq Qarabağa

gedən həm avtomobil, həm

də dəmir yolunun üzərində

yerləşən Xocalı strateji dəh-

liz  rolunu  oynayırdı.  Bu

ərazini zəbt etmədən Dağlıq

Qarabağa  nəzarət  etmək

qeyri-mümkün idi. Qarabağdakı

yeganə  hava  limanı  da  məhz

Xocalıda  idi.  Ermənilərin  əsas

istəklərindən biri məhz buradakı

hava limanı vasitəsilə Ermənis-

tanla  daha  rahat  əlaqə  yaradıl-

masına nail olmaqdı. Buna görə

də Xocalının işğalı düşmən üçün

vacib amilə çevrilmişdi.

    Rayonun digər sakini Allah-

verdi Allahverdiyev bildirdi ki,

2016-cı ilin aprelində həyata ke-

çirilən  uğurlu  hərbi  əməliyyat

nəticəsində  işğal  altındakı  tor-

paqlarımızın  bir  hissəsi  azad

edildi. Bu, Azərbaycan Ordusu-

nun gücünü, qüdrətini düşmənə

bir daha göstərdi. Bu gün Azər-

baycan  Respublikasının  Prezi-

denti cənab İlham Əliyevin Co-

cuq  Mərcanlı  kəndinin  bərpa

olunması ilə bağlı sərəncam im-

zalaması, orada başlanan qurucu -

luq işləri cəmiyyətimizdə böyük

ruh yüksəkliyi yaradıb. İnanırıq

ki, tezliklə işğala məruz qalmış

digər ərazilərimizdə də dinc əha-

linin  öz  doğma  yurduna  qayıt-

ması üçün yenidənqurma işlərinə

başlanılacaq.



Babək rayonu

    Sərgidə  rayon  məktəblilərinin

Xocalı soyqırımı ilə bağlı çəkdikləri

rəsmlər də diqqəti cəlb edib. Mək-

təblilər  bu  soyqırımı  faktına  mü-

nasibətlərini rəsmləri ilə bildiriblər. 

    Tədbirdə vurğulanıb ki, erməni

millətçiləri  Azərbaycan  torpaqları

üzərində “böyük Ermənistan” ide-

yasını gerçəkləşdirmək üçün dəfə-

lərlə  azərbaycanlılara  qarşı  terror,

kütləvi  qırğın  həyata  keçiriblər.

Əsassız  torpaq  iddiaları  üzərində

qurulan bu proseslərdə erməni fa-

şistləri öz havadarlarına arxalanıblar.

1992-ci il fevralın 26-da baş vermiş

Xocalı  soyqırımı  isə  əsrlər  boyu

azərbaycanlılara  qarşı  törədilmiş

soyqırımı siyasətinin davamı, erməni

qəddarlığının daha bir təzahürüdür.

    Qeyd olunub ki, bu gün “Xoca-

lıya ədalət” beynəlxalq kampaniyası

çərçivəsində həyata keçirilən ardıcıl

və məqsədyönlü tədbirlər, beynəl-

xalq aləmə Azərbaycan həqiqətlə-

rinin çatdırılması istiqamətində atılan

uğurlu addımlar sayəsində bir sıra

dövlətlər Xocalı soyqırımını tanıyıb. 

    Anım tədbirində iştirak edən rayon

ictimaiyyətinin nümayəndələrindən

Məhəmməd Əliyev, Heydərəli Nov-

ruzov, Səyavuş Həsənov, Alıyar Qu-

liyev və başqaları bizimlə söhbətdə

bildirdilər ki, torpaqlarımızda məs-

kunlaşan,  zaman-zaman  ölkəmizə

qarşı torpaq iddiaları ilə çıxış edən,

soyqırımları törədən erməni daşnak-

larının tarix qarşısında, Azərbaycan

xalqı  qarşısında  cavab  verəcəkləri

gün uzaqda deyil. Azərbaycan Res-

publikasının  Prezidenti,  Ali  Baş

 Komandan  cənab  İlham  Əliyevin

apardığı uğurlu daxili və xarici siyasət,

Azərbaycan dövlətinin gündən-günə

artan beynəlxalq nüfuzu, işğal altında

olan torpaqlarımızı azad etməyə qadir

olan  hərbi  gücü  və  iqtisadi  qüdrəti

bunu deməyə əsas verir. 



Culfa rayonu

Şərur rayonu

  Xocalı faciəsinin 25-ci ildönümü fevralın 25-də Babək ra-

yonunda da dərin hüzn və ehtiramla anılıb. Rayon ictimaiy-

yətinin nümayəndələri Mədəniyyət Evinə gələrək Uşaq Ya-

radıcılıq Mərkəzinin dərnək üzvlərinin Xocalıya həsr olunmuş,

ümumilikdə, 100-dən çox rəsm əsərinin nümayiş etdirildiyi

sərgiyə baxıblar. 

Ardı 3-cü səhifədə

    Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Culfa rayonunda

keçirilən anım tədbirində rayon İcra Hakimiyyətinin, təhsil, mədəniyyət,

səhiyyə müəssisələrinin, digər qurumların kollektivləri, ictimaiyyətin

nümayəndələri  Culfa  şəhər  3  nömrəli  tam  orta  məktəbdə  faciənin

dəhşətlərini əks etdirən fotoşəkillərdən, qəzet, jurnal materiallarından,

tarixi faktların yer aldığı kitablardan ibarət sərgiyə baxıblar. 


3

    Avrasiya  gündəliyi:  Sizin  fikrinizcə,

Xocalı soyqırımı dünya tarixində bəşəriyyə -

tə qarşı törədilmiş ən dəhşətli faciələrdən

biridirmi?

    Peter Tase: Xocalı soyqırımı 25-26 fevral

1992-ci  il  tarixdə  günahsız  dinc  azərbay-

canlılara qarşı etnik erməni silahlı qüvvələri

tərəfindən törədilmişdir. Bu silahlı hücumlar

613-dən çox dinc əhalinin (110 qadın və 65

uşaq  daxil  olmaqla)  ölümünə  səbəb  oldu.

Bu faciə Dağlıq Qarabağ silahlı münaqişəsi

çərçivəsində bəşəriyyətə qarşı törədilmiş ən

böyük cinayətdir. Şübhəsiz ki, Xocalı soy-

qırımı  qlobal  səviyyədə  müasir  dövrün  ən

dəhşətli  faciə  və  soyqırımıdır.  Beynəlxalq

insan  hüquqları  təşkilatları, Avropa  Birliyi

Komissiyası və Avropa Parlamenti  belə bir

amansız silahlı hücuma qarşı xüsusi qətnamə

qəbul  edərək  Xocalı  faciəsinin  25-ci  ildö-

nümünə sarsılmaz siyasi və humanitar dəstək

nümayiş  etdirməlidir.  Xocalı  faciəsi  XX

əsrin həqiqi Holokostunu (soyqırımı) təcəs-

süm etdirir.

    Avropa  Birliyi, ABŞ  Konqresi,  azad  və

demokratik dünyanın institutları soyuq

müharibədən sonrakı dövrdə Avropa

və Asiyada baş vermiş bu qanlı fa-

ciənin ildönümündə bəyanatlar səs-

ləndirərək uzun müddətdən bəri bu

hadisələrdən  əziyyət  çəkmiş  Azər-

baycan  xalqına  dəstək  nümayiş  et-

dirməlidirlər. Çox təəssüf ki, Xocalı

soyqırımını törədən erməni stereotipi

Cənubi  Qafqazda  regional  iqtisadi

inkişafı ləngidir, Azərbaycan Respublikasının

suveren ərazilərinə və onun günahsız insan-

larına ziyan vurmaqda davam edir. Ermənistan

dünya səviyyəsində ən çox məcburi köçkünün

evlərindən didərgin düşməsinə səbəb olmuş

və suveren Azərbaycanın iyirmi faizdən artıq

ərazilərində Azərbaycan tarixşünaslığını, mə-

dəniyyətini  və  nadir  arxeoloji  xəzinələrini

məhv etməyə davam edir. 



    Avrasiya  gündəliyi:  Sizin  fikrinizcə,

Amerika  Birləşmiş  Ştatlarının  Konqresi

Xocalı soyqırımını tanımalıdırmı?

    Peter Tase: Mən Birləşmiş Ştatların Kon-

qresi və Ağ Evin Xocalı soyqırımını tanımasını

tam dəstəkləyirəm. Yaxşı olar ki, bu ay Kon-

qresin birgə iclasında Azərbaycan Respubli-

kasının  Prezidenti  cənab  İlham  Əliyev  nitq

söyləsin.  Bu, Azərbaycan xalqı və sivil dün-

yanın bu dəhşətli Holokostdan sarsılması ba-

rədə  dünya  ictimaiyyətinin  məlumatlılığını

artırmaq üçün yeganə imkandır.

    Mən  əminəm  ki,  Birləşmiş  Ştatların

 Nümayəndələr  Palatası  və  Senatın  üzvləri

Prezident İlham Əliyevin söylədiyi nitqi din-

ləyəcəklər  və  onların  imkanları  olacaq  ki,

Azərbaycanın effektli dövlət siyasəti və dü-

şünülmüş  xarici  siyasəti  ilə  tanış  olsunlar.

Xocalı soyqırımı müasir dövrdə baş vermiş

ən qanlı faciə kimi dünya tarixinə həkk olu-

nacaq  və  bizim  hamımız  belə  bir  faciəli

tarixi  hadisənin  bütün  qitələrdə  tanınması

istiqamətində daha aktiv iş aparmalıyıq. 

    Avrasiya gündəliyi: Minlərlə mədəni və

dini  abidələr  Azərbaycanın  işğal  olunmuş

ərazilərində məhv edilmişdir? Bu barədə nə

deyə bilərsiniz?

    Peter Tase: Hər gün təmas xəttində, de-

mək olar ki, Ermənistan silahlı qüvvələrinin

törətdiyi silahlı təxribatları müşahidə edirik.

Digər bir başqa mədəni soyqırım isə Dağlıq

Qarabağ bölgəsi və ətrafındakı yeddi rayon

daxil olmaqla, Azərbaycanın suveren ərazi-

sinin iyirmi faizindən çoxunun Ermənistan

silahlı qüvvələrinin işğalı altında olmasıdır.

Qeyd etməliyəm ki, 20 ildən artıqdır, Ermə-

nistan silahlı qüvvələri  beynəlxalq alimlər

üçün əhəmiyyət kəsb edən mindən artıq (bu

mədəni  və  dini  abidələrin  bir  çoxu  Əcəmi

Əbubəkr oğlu Naxçıvani memarlıq məktə-

binin üslubunda tikilib) mədəniyyət abidə-

lərini, dini abidələri yandırmış və tam məhv

etmişdir.

     Ermənistan silahlı qüvvələri, həqiqətən,

alim və akademiklər üçün mühüm məlumatları

özündə  əks  etdirən  nadir  kitabların  olduğu

çoxlu kitabxanaları məhv edib. Azərbaycan

Respublikası ərazisinin 20 faizində Ermənistan

silahlı  qüvvələrinin  törətdiyi  dəhşətli  işğal

və dağıntılarla üzləşmişdir, lakin hər bir bey-

nəlxalq qonaq Bakı şəhərinin mərkəzi park-

larından birinin yaxınlığında  erməni kilsəsini

gördüyünə görə təəccüblənir.

    Qafqazın  mərkəzində  iki  tərəf  arasında

münaqişənin baş verməsini müşahidə etmək

üzücü haldır. Bir tərəfdə mədəniyyətlər və

dinlərarası dialoq, demokratik təsisatlar və

insan  hüquqlarını  təbliğ  edən  Azərbaycan

Respublikası,  digər  tərəfdə  isə  korrupsiya,

daxili  nizamsızlıq,  yüksək  cinayətkarlıq,

BMT qətnamələri və beynəlxalq normaları

pozaraq  20  faiz  Azərbaycan  torpaqlarını

işğal edən  Ermənistan dövləti dayanır. Bun-

dan  başqa,  Yerevan  20  ildən  artıqdır  ki,

Azərbaycan Respublikasının suveren ərazisi

olan Naxçıvan Muxtar Respublikasına  qarşı

iqtisadi blokada tətbiq edib. Dünya ictima-

iyyəti bilməlidir ki, Naxçıvan əhalisi ticarət

və digər sahələr bir tərəfə, Ermənistan tərə-

findən  tətbiq  edilmiş  iqtisadi  soyqırımdan

əziyyət çəkir.

  Marquette  Universitetinin  siyasi  təhlilçisi  və  beynəlxalq  əlaqələr  üzrə  eksperti

Peter Tase ingilis dilində yayımlanan “Eurasiya Dairy” (Avrasiya gündəliyi) portalına

Xocalı soyqırımı haqqında müsahibə verib. Müsahibədə Peter Tase Xocalı həqiqətlə-

rindən, Azərbaycan  xalqının  məruz  qaldığı  soyqırımından  söhbət  açmaqla  yanaşı,

həm də Naxçıvanın blokadada olmasına da münasibət bildirib. Həmin müsahibəni

oxuculara təqdim edirik.  

Peter Tase: Xocalı soyqırımı qlobal səviyyədə müasir dövrün 

ən dəhşətli faciə və soyqırımıdır

    Sədərək  rayonunda  da  Xocalı

soyqırımı qurbanları anılıb. Mərasim

iştirakçıları Sədərək Rayon İcra Ha-

kimiyyəti binasının foyesində təşkil

edilmiş  sərgiyə  baxıblar.  Sərgidə

qanlı  faciədən  bəhs  edən  əsər  və

məqalələr,  faciənin  dəhşətli  mə-

qamlarını  əks  etdirən  fotoşəkillər

və rayonun ümumtəhsil məktəbləri

şagirdlərinin əl işləri və rəsm əsərləri

nümayiş etdirilib. 

    Tədbirdə çıxış edən Sədərək kənd

1 nömrəli tam orta məktəbin müəllimi

Polad Rzayev qeyd edib ki, Xocalı

faciəsi bütün beynəlxalq hüquq nor-

malarına  məhəl  qoymayan  Ermə-

nistan  dövlətinin  Dağlıq  Qarabağı

özünə birləşdirmək üçün ən ağır ci-

nayət  və  vəhşiliyə  hazır  olduğunu

bir daha göstərdi. Dünya gördü ki,

XX əsrin faciəsi olan Xocalı soyqı-

rımı aqressiv və cinayətkar erməni

siyasətinin nəticəsidir. Bu faciə təkcə

Azərbaycan xalqına deyil, bütün in-

sanlığa, bəşəriyyətə qarşı yönəlmiş

ən ağır cinayətlərdən biridir.

    Diqqətə çatdırılıb ki, Qarabağda

baş verən hadisələr zamanı Sədərək

rayonu da hücumlara məruz qalıb.

Mənfur  erməni  yaraqlıları  1990-

1993-cü illərdə Sədərəyə, ümumi-

likdə, 14 dəfə hücum ediblər. Həmin

ağır  günlərdə  109  nəfər  şəhidlik

zirvəsinə ucalıb. Sədərək bu bölgədə

doğulub boya-başa çatan və şəhidlik

zirvəsinə  ucalan  52  vətənpərvərin

yurd  yeridir.  Ərazi  bütövlüyümüz

uğrunda şəhid olan insanların xati-

rəsi  Azərbaycanın  alınmaz  qalası

olan Sədərəkdə daim uca tutulur.

Xəbərlər şöbəsi

Sədərək rayonu

    Tədbirdə bildirilib ki, 1992-ci il fevralın

25-dən 26-na keçən gecə ermənilər Xo-

calıda  misligörünməmiş  soyqırımı  törə-

diblər.  Mühasirədən  çıxıb  xilas  olmağa

çalışan dinc sakinləri yollarda, meşələrdə

pusqu quraraq xüsusi amansızlıqla qətlə

yetiriblər.  Xocalı  soyqırımının  şahidi

olmuş  müxtəlif  xarici  ölkə  jurnalistləri

onu  bəşəriyyətin  böyük  fa-

ciəsi adlandırıblar. Bu faciə,

eyni zamanda ermənilər tə-

rəfindən müxtəlif dövrlərdə

xalqımıza  qarşı  törədilmiş

soyqırımı aktlarının davamı,

insanlığa yönəlmiş ən böyük

hərbi cinayətdir.

Bu gün müstəqil Azərbay-

can dövlətinin gündən-günə

inkişaf edib möhkəmlənməsi

və hərbi qüdrətini artırması

Xocalı  soyqırımı  kimi  fa-

ciələrin bir daha baş vermə-

məsi üçün ən etibarlı təmi-

natdır.  25  il  bundan  əvvəl

düşmənlə əliyalın üz-üzə qa-

lan xalqımızın təhlükəsizli-

yini  indi  Cənubi  Qafqazın

ən  güclü  ordusu  sayılan

Azərbaycan  Silahlı  Qüvvələri  qoruyur.

Azərbaycan Ordusunun işğal altında qalan

torpaqlarımızı  azad  etmək  üçün  bütün

imkanları  vardır.  Yaxın  gələcəkdə  ərazi

bütövlüyümüz  təmin  ediləcəkdir.  Məhz

o  zaman  Xocalı  şəhidlərinin  və  torpaq

uğrunda  canını  fəda  edən  bütün  Vətən

övladlarının ruhu şad olacaqdır.

Kəngərli rayonu

  Dünən Şahbuz rayonunda

da  unudulmaz  tarix  kimi

xalqımızın  qan  yaddaşına

yazılmış  Xocalı  soyqırımı

qurbanlarının anım məra-

simi  olub.  Faciənin  25-ci

ildönümü ilə əlaqədar Şah-

buz şəhərində keçirilən təd-

birdə rayon ictimaiyyətinin

nümayəndələri,  ziyalılar,

idarə, müəssisə kollektivləri

iştirak ediblər. 

    Şahbuz şəhərindəki “Araz”

kinoteatrının foyesində təşkil

olunmuş  “Məhv  edilmiş  şə-

hər” adlı sərgiyə tamaşa edən

mərasim  iştirakçıları  şəhid-

lərin  əziz  xatirəsinə  ehtiram

əlaməti  olaraq  bura  tər  qə-

rənfillər düzüblər. Mərasimin

aparıcıları bildiriblər ki, XX

əsrdə  mənfur  ermənilər  öz

bədxah  niyyətlərinə  çatmaq

üçün  dəfələrlə  Azərbaycan

torpaqlarında böyük qırğınlar

törədib, öz işğalçılıq planlarını

həyata  keçirməyə  çalışıblar.

1992-ci il fevralın 25-dən 26-na

keçən  gecə  azğınlaşmış  er-

məni  quldur  dəstələrinin  və

onların havadarlarının Xoca-

lıda  törətdiyi  soyqırımı  isə

tarixdə  bənzəri  olmayan  bir

vəhşilikdir. Azərbaycanın Xo-

calı şəhərini yerlə yeksan edən

erməni terrorçuları bir gecədə

yüzlərlə dinc sakini qətlə ye-

tirib, evlərinə od vurub yan-

dırıblar. Təpədən-dırnağa kimi

silahlanmış  erməni  quldur

dəstələrinin qarşısına əliyalın

çıxaraq son damla qanlarına

kimi mübarizə aparan qəhrə-

man  Xocalı  şəhidlərinin  xa-

tirəsini xalqımız həmişə uca

tutur.

     Bildirilib ki, vaxt gələcək



ermənilər Azərbaycan xalqına

qarşı  törətdikləri  bütün  cina-

yətlərə və soyqırımlarına görə

tarix  qarşısında  cavab  verə-

cəklər. Bu gün Dağlıq Qarabağ

münaqişəsinin  ədalətli  həlli

uğrunda Azərbaycan dövlətinin

həyata keçirdiyi siyasət bütün

Azərbaycan xalqının iradəsini

əks etdirir. 



Şahbuz rayonu

  Xocalı soyqırımının 25-ci ildönümü münasibətilə

Kəngərli rayonunda anım mərasimi keçirilib. Rayon

ictimaiyyətinin  nümayəndələri  Xocalı  soyqırımını

özündə  əks  etdirən  əl  işlərindən,  fotoşəkillərdən,

rəsm əsərlərindən, qəzet, jurnal və kitablardan ibarət

sərgiyə baxıblar.


4

  Xocalı  soyqırımının  25-ci  ildönümü  ilə  əlaqədar

“Silahlı münaqişələr zamanı uşaqlara qarşı zorakılıq”

mövzusunda yeddinci muxtar respublika inşa yazı, şeir

və rəsm müsabiqəsi keçirilib. Müsabiqəyə 20 inşa yazı,

50 rəsm əsəri təqdim olunub, 13 şeir bədii qiraət edilib.

    Müsabiqənin

yekun tədbirində

Naxçıvan Mux-

tar Respublikası

Ailə,  Qadın  və

Uşaq  Problem-

ləri üzrə Dövlət

Komitəsi  sədri-

nin müavini Ay-

tən  Məmməd -

ova, təhsil nazirinin müavini Əli Vəliyev, Yazıçılar Birliyinin

sədri  Asim  Əliyev,  Rəssamlar  Birliyinin  üzvü  Eldar

Zeynalov  çıxış  edərək  keçirilən  tədbirin  əhəmiyyətindən

danışıblar. Qeyd olunub ki, Xocalı soyqırımı Azərbaycan

tarixinin qanlı səhifələrindən biridir. Bu gün respublikamız

bütün sülhsevər ölkələri insanlığa qarşı yönəlmiş bu faciəyə

hüquqi-siyasi qiymət verməyə səsləyir. Müsabiqədə iştirak

edən yeniyetmə və gənclər də çalışıblar ki, Xocalı həqi-

qətlərini, bu qətliamın səbəblərini və mahiyyətini inşa ya-

zılarda,  rəsm  nümunələrində,  səsləndiriləcək  şeirlərdə

göstərə bilsinlər. 

    “Silahlı münaqişələr zamanı uşaqlara qarşı zorakılıq”

mövzusunda yeddinci muxtar respublika şeir müsabiqəsində

Zəlimxan Yaqub, Qəzənfər Mənsimoğlu, Əli Rafiq, Şəhriyar

Allahyaroğlu,  Vaqif  Məmmədov,  Hikmət  Ziya,  Pəri  İs-

mayılova  və  digər  şairlərin  şeirləri  şagirdlər  tərəfindən

bədii qiraət edilib. Müsabiqədə Şərur rayon Püsyan kənd

tam orta məktəbinin 11-ci sinif şagirdi Əli Sadiqov 1-ci,

Ordubad rayon Əndəmic kənd tam orta məktəbinin 8-ci

sinif  şagirdi  Fatimə  Hüseynli,  Babək  rayon  Kərimbəyli

kənd tam orta məktəbinin 8-ci sinif şagirdi Bahar Mehrə-

liyeva 2-ci, Naxçıvan Qızlar Liseyinin 5-ci sinif şagirdi

Roza  Süleymanlı,  Naxçıvan  şəhər  14  nömrəli  tam  orta

məktəbin 10-cu sinif şagirdi Anar Mikayılov 3-cü yerlərə

layiq görülüblər. 

    İnşa yazı müsabiqəsi üzrə Şərur rayon Aralıq kənd tam

orta məktəbinin 10-cu sinif şagirdi Fatma Kazımova 1-ci,

Kəngərli  rayon Yurdçu  kənd  tam  orta  məktəbinin  10-cu

sinif  şagirdi  Sunay Abdullayeva  2-ci,  Naxçıvan  şəhər  8

nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Sərvət Tağıyev

3-cü yerləri tutublar. 

    Rəsm müsabiqəsində isə Ordubad Rayon Uşaq Yaradıcılıq

Mərkəzinin  dərnək  üzvü  Çinar  Hacıyev  1-ci,  Naxçıvan

Qarnizonu tam orta məktəbinin 7-ci sinif şagirdi Bəhruz

Ələkbərli 2-ci, Naxçıvan Qızlar Liseyinin 8-ci sinif şagirdi

Adilə Babayeva 3-cü yerləri qazanıblar. 

    Müsabiqənin qalibləri diplomlarla təltif ediliblər. 

    Sonda isə Xocalı soyqırımına həsr edilmiş rəsm sərgisinə

baxış olub. 



Fatma BABAYEVA

Xocalı soyqırımına həsr olunmuş

inşa yazı, şeir və rəsm müsabiqəsi 

başa çatıb

Qeydiyyat №: 575

Əlyazmalara cavab verilmir

və onlar geri qaytarılmır

ØßÐÃqapısı

Ünvan: AZ-7000,

Naxçıvan şəhəri, “Təbriz” küçəsi 1.

Telefonlar: Məsul katib: 545-62-47 

Şöbələr: 545-81-44, 545-51-18

Müxbirlər: 545-75-21, Faks: 544-52-52

E-mail: serqqapisi@nakhchivan.az

Nömrəyə məsul: Muxtar Məmmədov

Qəzet redaksiyanın kompüter mərkəzində yığılıb, səhifələnib və

Əcəmi NPB-də ofset üsulu ilə çap olunmuşdur.

Tiraj: 1000. Sifariş № 155

Baş redaktor:

TURAL SƏFƏROV

işğaldan

əvvəl

işğaldan

sonra

   1  yanvar  1989-cu  ilin  məlumatına  görə  Xocalının  əhalisi  20,9  min  nəfər

olub. 

   Xocalı rayonu 1991-ci il noyabrın 26-da Yuxarı Qarabağın dağətəyi hissəsində

qədimdən azərbaycanlılar yaşayan Xocalı şəhəri və onun ətrafındakı torpaqların

hesabına yaradılıb. Sahəsi 93688 hektardır. 

   Xocalı rayonu əlverişli coğrafi mövqeyə, münbit torpaqlara malikdir. Dağlıq

ərazilərin dağətəyi zona ilə birləşdiyi yerdə məskən saldığına görə burada in-

sanların  yaşayış  şəraiti  üçün  tələb  olunan  münbit  torpaqlar,  su  ehtiyatları

boldur. Dəniz səviyyəsindən 580 metr hündürlükdə yerləşir. 

   Xocalı rayonu Şuşa-Ağdam yolunun üstündədir. Xocalı ilə ölkəmizin paytaxtı

Bakı şəhəri arasında olan məsafə 375 kilometrdir.

   Xocalı rayonu ərazisində Zərinbağ və Ağçay üzlük daşı yataqları, ehtiyatları

12 milyon 434 min ton olan qırmadaş və əhəng istehsalına yararlı əhəngdaşı

yatağı,  kərpic  istehsalına  yararlı  Xocalı  gil  yatağı,  ehtiyatları  7  milyon  280

min  kubmetr  olan  qum-çınqıl  qarışığı  yatağı,  istismar  ehtiyatları  9  min

kubmetr/gün olan yeraltı şirin su yatağı mövcuddur.

   Xocalı  rayonu  ərazisindəki  Bədərə  çayı  hövzəsində  fıstıq-palıd  meşələri

xüsusi olaraq qorunurdu.

    Qarabağın tariximiz üçün böyük əhə-

miyyəti olan abidələrinin bir qrupu Xo-

calı  şəhəri  ətrafında  yerləşir.  Qədim

Xocalı ətrafında yerləşən abidələr Tunc

dövrünün bütün mərhələlərini izləməyə

imkan  verir.  Bu  mədəniyyət  abidələri

arasında  Azərbaycanın  Son  Tunc  və

Erkən Dəmir dövrü mədəniyyətinə aid

Xocalı kurqanlarının özünəməxsus yeri

vardır. Özünəməxsus xarakterik xüsu-

siyyətləri,  xüsusilə  tunc  silahları  və

başlıca olaraq boz rəngli keramika mə-

mulatı  ilə  fərqlənən  bu  mədəniyyətə

məxsus abidələr ilk dəfə Xocalı yaxın-

lığında, daha sonra isə Qarabağın böyük

bir hissəsində və Gədəbəydə aşkar olun-

muş, əsas yaşayış məntəqələrinin adına

görə Xocalı-Gədəbəy mədəniyyəti ad-

landırılmışdır.  Hazırda  müəyyən  edil-

mişdir ki, Xocalı-Gədəbəy mədəniyyəti

Mərkəzi və Cənubi Qafqazın böyük bir

qismində  geniş  yayılmışdır.  Aparılan

araşdırmalar  zamanı  bu  mədəniyyətin

Naxçıvan ərazisində də yayıldığı müəy-

yən edilmişdir.

    Xocalıdan başqa, Dağlıq Qarabağın

Axmaxı, Sırxavənd-Ballıqaya, Dovşanlı

və digər kəndlərində aşkar olunan Xo-

calı-Gədəbəy mədəniyyəti abidələri hələ

XIX əsrdən yabançı sərvət düşkünlərinin

diqqətini cəlb etmişdir. Onlar bu mədə-

niyyəti  qazanc  əldə  etmək  məqsədilə

dağıtmışlar. Hələ 1834-cü ildə Şuşaya

gələn Dyubua de Monpere Elenendorf

ətrafındakı abidələrdə qazıntı aparmışdır.

Daha  sonra  kapitalizmin  inkişafı  ilə

bağlı  olaraq  bir  çox  xarici  şirkətlər

Azərbaycanın  təbii  sərvətlərinə  maraq

göstərməyə başlamışdır. Simens şirkəti

1864-cü ildə Gədəbəy mis mədənlərini

aldıqdan sonra burada zavod inşa edil-

məyə başlanmış və zavodun inşası za-

manı  Xocalı-Gədəbəy  mədəniyyətinə

aid abidələr dağıdılmışdır. Gədəbəy mis

fabrikində elektrotexnik işləyən Valde-

mar Belk 350-dən artıq abidəni qazaraq

dağıtmışdır. İmperator arxeoloji komis-

siyası  V.Belkin  qazıntılarına  qadağa

qoyduqdan sonra onu Emil Resler əvəz

etmiş  və  qarət  olunmuş  kolleksiyanın

böyük  bir  qismi  qadağan  olunmasına

baxmayaraq,  Berlinə  göndərilmişdir.

Məlum olmuşdur ki, bu qazıntılara isti-

qamət  verən  və  onu  maliyyələşdirən

Qafqaz mədəniyyət nümunələrinin kol-

leksioneri,  Berlində  yaşayan  Rudolf

Virxov  olmuşdur.  Xocalı-Gədəbəy

 mədəniyyətinin  tədqiq  edilməsində

Y.İ.Hummel,  A.A.İvanovski,  İ.M.Cə-

fərzadə,  H.F.Cəfərov,  M.Hüseynova,

Minkeviç-Mustafayeva və digər tədqi-

qatçıların xidmətləri olmuşdur. 

    Son  illər  bu  maddi-mədəniyyət  nü-

munələrinin tədqiqi ilə Nuridə Qədirova

məşğul  olmağa  başlamışdır.  Onun Al-

maniyada və Rusiyada olan maddi-mə-

dəniyyət nümunələrini, o cümlədən arxiv

materiallarını  araşdırması  nəticəsində

müəyyən  olmuşdur  ki,  alman  mənşəli

“tədqiqatçı”ların Rudolf Virxov tərəfin-

dən maliyyələşdirilməsinin əsas səbəbi

onların  hind-arilərin  ana  vətəninin  ax-

tarılması istəyi ilə bağlı olmuşdur. Onlar

bununla da kifayətlənməyərək öz əsər-

lərində erməniləri hind-ari adlandırmış

və Qafqazın qədim mədəniyyətlərini on-

lara aid etmişlər. E.Reslerin yazdığı he-

sabatlarda da Xocalı-Gədəbəy mədəniy-

yətinin ermənilərə aid olduğu göstəril-

mişdir.  Hələ  bu  harasıdır,  1985-ci  ildə

Volfanq Naqel və Eva Ştromenqer Xo-

calı-Gədəbəy mədəniyyətinə aid mate-

rialların bir qismini “Qalakənd” kataloqu

adı ilə nəşr etdirmiş və bu mədəniyyətin

ermənilərə,  abidələrin  isə  Ermənistana

aid olduğunu yazmışdır. Halbuki bu mə-

dəniyyətin ermənilərə heç bir aidiyyəti

yoxdur. Digər tərəfdən isə qeyd etmək

lazımdır  ki,  ermənilər  tarixşünaslıqda

hind-ari mənşəli deyil, Ön Asiya mənşəli

adlandırılmışlar  və  Qafqazın  yerli  sa-

kinləri olmamışlar. Xocalı-Gədəbəy mə-

dəniyyətinə aid insan skeletlərinin araş-

dırılması isə onların min illər boyu bu

ərazidə  məskunlaşan  qədim  tayfaların

sələfi olduğunu ortaya çıxarmışdır. 

    Araşdırmalar zamanı müəyyən edil-

mişdir ki, Xocalı-Gədəbəy mədəniyyəti

eradan  əvvəl V-III  minilliklərdə Azər-

baycanda  formalaşan  Kür-Araz  mədə-

niyyətinin və ondan sonra burada möv-

cud olan Qarabağ mədəniyyətinin vari-

sidir.  Bu  mədəniyyətin  etnik  mənsu-

biyyəti  ilə  bağlı  Azərbaycan  tarixşü-

naslığında əsaslı bir fikir deyilməsə də,

tarixi  faktların  və  yazılı  mənbələrin

araşdırılması göstərir ki, Azərbaycanın

böyük  bir  qismində  –  Göyçə  hövzəsi,

Qarabağ  və  Naxçıvanda  məskunlaşan

bu  tayfalar  Şərqi  Anadolu  və  Urmiya

hövzəsinədək irəliləmiş, Şərq tarixində

böyük rol oynamışlar. 

    Eradan əvvəl I minillikdə Urartu mixi

yazılarında  Etiuni  tayfa  ittifaqının  adı

xatırlanmışdır.  Naxçıvan  Muxtar  Res-

publikası  Ali  Məclisi  Sədrinin  xüsusi

diqqət və qayğısı ilə nəşr olunan “Nax-

çıvan  tarixi”  çoxcildliyinin  I  cildində

deyilir:  “Urartulular  Etiuni  tayfalarının

uzaq  şimalda,  Göyçə  gölünün  yaxınlı-

ğında  yerləşdiyini  xatırlasa  da,  qeyd

etmək lazımdır ki, bu tayfalar Naxçıvanın

qonşuluğunda yerləşən böyük tayfa birliyi

olmuşdur.  Bu  dövrdə  Naxçıvanda  Xo-

calı-Gədəbəy  mədəniyyəti  yayılmışdı.

Qeyd etmək lazımdır ki, Uti vilayətinin

lokallaşdırıldığı  ərazi  Xocalı-Gədəbəy

mədəniyyətinin  yayıldığı  ərazi  ilə  üst-

üstə düşür. Antik mənbələr bu tayfaların

yaşadığı ərazini Otena adı ilə xatırlamışdır.

Bu tayfalar vaxtilə Naxçıvandan və Xu-

dafərindən keçərək Azərbaycanın cənu-

bunda  məskunlaşmışlar.  Araşdırmalar

zamanı  Oğlanqaladan  Xocalı-Gədəbəy

mədəniyyətinə  aid  keramika  məmulatı

da aşkar olunmuşdur”. Urartu hökmdarı

II Argiştinin Sisian yaxınlığında tapılmış

kitabəsində  deyilir:  “Mənim  qarşıma

...Etiuni  ölkəsinin  çarı  gəldi,  ölkəsinin

vergisini mənə verdi...” Kitabənin mətni

Göyçə gölü hövzəsində yaşayan Etiuni

tayfa  birliyinin  Naxçıvan  yaxınlığında

yerləşdiyinə işarə edir və bu konfedera-

siyanın böyük ərazini əhatə etdiyini təs-

diqləyir. Kitabənin mətni həmçinin Etiuni

konfederasiyasına  daxil  olan  tayfaların

xərac verməklə işğaldan yaxa qurtardığını

göstərir. 

    Cənubi  Qafqazın  mərkəzində  məs-

kunlaşan qəhrəman xalqımız uzun illər

qədim dünyanın güclü dövlətlərinə qarşı

mübarizə aparmış, onlara boyun əymə-

mişdir. Bu qədim və mübariz xalqın sə-

ləfləri  olan  xocalılılar  da  1992-ci  ilin

fevralında düşmənə müqavimət göstərmək

üçün hazır idilər. Onlar tarixboyu yad -

ellilərə boyun əyməmişdilər. Elə o gün

də,  fevralın  25-dən  26-na  keçən  gecə

onlar  düşmənə  layiqli  müqavimət  gös-

tərdilər. Onlar şəhid oldular, amma ye-

nilmədilər, Vətəni qoyub qaçmadılar. 



Vəli BAXŞƏLİYEV

AMEA-nın müxbir üzvü

Xocalı Azərbaycanın qədim mədəniyyət mərkəzidir

  Qarabağ Azərbaycanın ən qədim mədəniyyət mərkəzlərindən biridir. Azər-

baycanın  qədim  abidələrindən  biri  olan  Azıx  mağarası  da  məhz  elə  bu

ərazidə  yerləşir.  Azıx  mağarası  və  onun  ətrafında  aparılan  araşdırmalar

Azərbaycanda insanların 2 milyon il bundan əvvəl məskunlaşdığını deməyə

imkan vermişdir. Qarabağ abidələri Azərbaycanın Daş dövrü və Tunc dövrü

mədəniyyətlərinin öyrənilməsi üçün əvəzsiz əhəmiyyətə malikdir. 

Yüklə 2,23 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə