Øß Ã Ð Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım



Yüklə 224,63 Kb.
Pdf görüntüsü
səhifə1/4
tarix04.11.2017
ölçüsü224,63 Kb.
#8573
  1   2   3   4


Øß Ã

Ð

Doğma, canım-varlığım qədər

sevdiyim Azərbaycanım

mənim qibləgahımdır

Təsisçi: Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Nazirlər Kabineti

Gündəlik ictimai-siyasi qəzet

qapısı

Qəzet 1921-ci

ildən çıxır

Sayı: 130 (21.791)

13 iyul 2017-ci il, cümə axşamı

www.serqqapisi.az

Qiyməti 20 qəpik

    Muxtar respublikada artan əha-



li tələbatına uyğun olaraq iqtisadi

və sosial sahələrin inkişafı istiqa-

mətində  ardıcıl  tədbirlər  həyata

keçirilir.   

    “Naxçıvan  Muxtar  Respubli-

kasının Regional İnkişaf Proqramı

(2005-2008-ci illər)”, 2005-2010-cu

illərdə Naxçıvan Muxtar Respub-

likasında  kartofçuluğun  inkişafı

üzrə, 2008-2015-ci illərdə Naxçı-

van Muxtar Respublikasında əha-

linin ərzaq məhsulları ilə etibarlı

təminatına dair, Naxçıvan Muxtar

Respublikasının  2009-2013-cü il-

lərdə sosial-iqtisadi inkişafı, 2012-

2015-ci illərdə Naxçıvan Muxtar

Respublikasında meyvəçiliyin və

tərəvəzçiliyin inkişafı üzrə dövlət

proqramlarının ardınca hazırda ic-

rası  davam  etdirilən  Naxçıvan

Muxtar  Respublikasının  2014-

2018-ci  illərdə  sosial-iqtisadi  in-

kişafı, 2016-2020-ci illərdə Nax-

çıvan  Muxtar  Respublikasında

meyvəçiliyin və tərəvəzçiliyin in-

kişafı üzrə dövlət proqramlarının

icrası ümumi inkişafa təkan vermiş,

yeni  istehsal  və  xidmət  sahələri

fəaliyyətə  başlamış,  iqtisadiyyat

şaxələndirilmişdir. 

    Yerli  istehsal  sahələrinin  inki-

şafının nəticəsidir ki, bu gün muxtar

respublikada  371  növdə  məhsul

istehsal  olunur.  Bu  məhsulların

121 növü ərzaq, 250 növü qeyri-

ərzaq məhsullarıdır. 107-si ərzaq,

237-si  qeyri-ərzaq  olmaqla,  344

növdə məhsula olan tələbat tama-

milə daxili imkanlar hesabına ödə-

nilir. Muxtar respublikada ümumi

inkişafın əsas göstəricisi olan ümu-

mi daxili məhsul istehsalının həcmi

1995-ci illə müqayisədə 59,1 dəfə

artaraq 2016-cı ildə 2 milyard 582

milyon manatdan artıq olmuşdur.

Bu dövr ərzində sənaye məhsulu-

nun həcmi 103,2 dəfə, kənd təsər-

rüfatı məhsulunun həcmi 11,1 dəfə

artmışdır.

    Yerli  istehsalın  artması  daxili

bazarda məhsul bolluğu yaratmaqla

bərabər, muxtar respublikanın ixrac

potensialını artırmış, idxalın həcmini

isə azaltmışdır. Xarici ticarət döv-

riyyəsi ümumi inkişafı əks etdirən

mühüm makroiqtisadi göstəricilər-

dən  biri  olub,  ixracın  və  idxalın

cəmidir. 2009-cu ildən muxtar res-

publikanın xarici ticarət dövriyyə-

sində müsbət saldo qeydə alınmış,

ixracın  həcmi  idxalı  üstələmişdir.

Həmin  dövrdə  xarici  ticarət  döv-

riyyəsinin 51 faizini ixrac, 49 faizini

isə idxal təşkil etmişdir.

    Naxçıvanın  müalicəvi  mineral

suları, təbii duzu, çay, emal olun-

muş ət və meyvə məhsulları, qazlı

və spirtli içkiləri, meyvə şirələri,

yüksəkkeyfiyyətli  tikinti  materi-

alları,  o  cümlədən  Naxçıvan  se-

menti,  gips,  daş  məmulatları  və

digər  çox  sayda  məhsullar  ixrac

potensialının artırılmasında mühüm

rol oynamışdır.

    Muxtar respublikanın ixrac po-

tensialının  artırılmasında  qonşu

dövlətlərlə  yaradılan  iqtisadi  əla-

qələr mühüm yer tutmuşdur. Belə

ki, 1992-1993-cü illərdə ümummilli

liderimiz  Heydər  Əliyevin  şəxsi

nüfuzu sayəsində İran ərazisindən

keçməklə Azərbaycanın digər böl-

gələri  arasında  nəqliyyat  əlaqəsi

bərpa olunmuş, Sədərək-Dilucu və

Şahtaxtı-Poldəşt sərhəd-keçid mən-

təqələrinin  yaradılması  ilə  bloka-

dada olan muxtar respublika böh-

ranlı  vəziyyətdən  çıxarılmışdır.

Növbəti  illərdə  də  xarici  iqtisadi

əlaqələrin daha da genişləndirilməsi

istiqamətində mühüm tədbirlər hə-

yata keçirilmiş, gömrük məntəqə-

lərində  müasir  infrastruktur  yara-

dılmış, yeni gömrük kompleksləri

istifadəyə verilmiş, sərhəd-buraxılış

məntəqələrinin iş rejimi artırılmışdır. 

    2016-cı ildə muxtar respublikada

xarici ticarət dövriyyəsinin həcmi

463244,8  min  ABŞ  dolları  təşkil

etmişdir.  Bir  il  öncəyə  nisbətən

 ixracın  həcmi  1,1  faiz  artaraq

419120,8 min ABŞ dolları, idxalın

həcmi isə 54,9 faiz azalaraq 44124

min ABŞ dolları səviyyəsində ol-

muşdur. 2016-cı ildə xarici ticarət

dövriyyəsinin 9,5 faizini idxal, 90,5

faizini  isə  ixrac  təşkil  etmişdir.

1995-ci  illə  müqayisədə  2016-cı

ildə  ixracın  həcminin  216,4  dəfə

artması muxtar respublikada iqtisadi

sahədə  qazanılmış  uğurların  əsas

göstəricilərindən biridir.

    Son  8  ildə  xarici  ticarət  döv-

riyyəsində qeydə alınmış uğurlar

bu gün də davam etməkdədir. Belə

ki, cari ilin yanvar-iyun ayları ər-

zində muxtar respublikada fəaliyyət

göstərən  müəssisə  və  təşkilatlar,

fiziki  şəxslər  tərəfindən  aparılan

ticarət  əməliyyatları  nəticəsində

203822,2  min  ABŞ  dolları  həc-

mində xarici ticarət dövriyyəsi ya-

ranmışdır.  Xarici  ticarət  dövriy-

yəsinin 190657,8 min ABŞ dolla-

rını,  yaxud  93,5  faizini  ixrac,

13164,4 min ABŞ dollarını, yaxud

6,5  faizini  idxal  təşkil  etmişdir.

Bir il öncəyə nisbətən ixracın həc-

mi 1,3 faiz artmış, idxalın həcmi

30,2 faiz azalmışdır.

Naxçıvan Muxtar Respublikası 

Dövlət Statistika Komitəsinin

mətbuat xidməti

Muxtar respublikada ixracın həcmi artmışdır

    Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatında

keçirilən  tədbiri  təşkilatın  sədri,  Naxçıvan  Muxtar

Respublikası Ali Məclisinin deputatı İsa Məmmədov

açaraq ümummilli lider Heydər Əliyevin sovet haki-

miyyəti  illərindəki  fəaliyyəti  dövründə  Azərbaycanı

müstəqil  gələcəyə  aparan  məqsədyönlü  siyasətindən

danışıb. 

    Bildirilib ki, xalqımızın böyük oğlu Heydər Əliyevin

Azərbaycana birinci rəhbərliyi dövründə kənd təsər-

rüfatının və sənayenin müxtəlif sahələri inkişaf etdirilib,

ölkədə 250 yeni müəssisə yaradılıb. Yeni ali və orta

ixtisas təhsili müəssisələri açılıb, gənclərimizin digər

respublikalarda  ali  təhsil  almaları  təmin  olunub.

 Görkəmli dövlət xadiminin həyata keçirdiyi tədbirlər

nəticəsində Azərbaycan SSRİ-nin ən qabaqcıl respub-

likasına çevrilib və öz güclü iqtisadi potensialını, in-

tellektual bazasını yaradıb. 

    İsa Məmmədov deyib ki, ümummilli liderin Azər-

baycana rəhbərliyinin birinci dövründə atdığı qətiyyətli

addımlardan biri də Babək rayonunun yaradılmasıdır.

1978-ci ildə yaradılmış rayon dahi şəxsiyyətin ölkənin

dağ və sərhəd rayonlarının daha da möhkəmləndirilməsi

siyasətinin məntiqi nəticəsi, gələcək müstəqil Azərbaycan

uğrunda  apardığı  böyük  mübarizənin  qələbəsi  idi.

Vurğulanıb ki, ötən əsrin 90-cı illərinin əvvəllərində

Azərbaycanı düşdüyü fəlakətlər girdabından xilas edən

ulu  öndərin  səyi  nəticəsində  dövlət  müstəqilliyimiz

əbədi, dönməz xarakter alıb. Bu gün Azərbaycan öz

iqtisadi inkişafına görə dünyanın öndə gedən ölkələ-

rindən  birinə  çevrilib.  Bunu Azərbaycanın  ayrılmaz

tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının

timsalında da görmək olar. Dahi şəxsiyyətin ideyalarının

sədaqətlə  həyata  keçirildiyi  bu  qədim  diyar  özünün

yeni inkişaf mərhələsinə qədəm qoyub. Həyatın bütün

sahələrində sürətli tərəqqi yolu ilə inamla və möhtəşəm

nailiyyətlərlə  irəliləyən  müasir  Naxçıvanın  sosial-

iqtisadi uğurları günü-gündən artmaqdadır. 

    Sonra  Yeni  Azərbaycan  Partiyası  Babək  Rayon

Təşkilatı Qadınlar Şurasının sədri, Naxçıvan Muxtar

Respublikası Ali Məclisinin deputatı Turan Məmməd-

linin  və Təhsil Şöbəsinin müdiri, şura üzvü Ovni Mu-

radovun çıxışları olub.

    Sonda tədbir iştirakçıları ulu öndərə həsr olunmuş

“Ən  böyük  azərbaycanlı”  adlı  sənədli  filmə  tamaşa

ediblər.


Muxtar RzazadƏ

Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişinin 48-ci ildönümü

münasibətilə tədbir keçirilib

İyulun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər

Kabinetinin  2017-ci  ilin  birinci  yarısının  sosial-iqtisadi  inkişafının  yekunlarına  və  qarşıda

duran vəzifələrə həsr olunan iclası keçirilib.

Dövlətimizin başçısı iclası giriş nitqi ilə açaraq  bildirib ki, bu ilin altı ayı ərzində qeyri-

neft sektorunda qeydə alınan 1,7 faiz artım aparılan iqtisadi islahatların nəticəsidir. Qeyri-neft

sənayesi daha çox artıb. Burada artım 4,4 faizdir. Bu, onu göstərir ki, islahatlar və aparılan

siyasət öz nəticəsini verir.

Azərbaycan Prezidenti deyib ki, bu ilin altı ayında ölkə iqtisadiyyatına 5 milyard dollar

sərmayə qoyulub. Bu sərmayənin böyük hissəsi xarici sərmayədir. Ölkəmizin valyuta ehtiyatları

artıb və bu günə 40,6 milyard dollar təşkil edir. Bu il 122 min yeni iş yeri açılıb ki, onlardan

101 mini daimi iş yeridir. Xarici ticarət dövriyyəsinin göstəriciləri də müsbətdir. Bu ilin altı

ayında ixrac 36 faiz artıb. Burada da ən önəmlisi qeyri-neft ixracıdır. Qeyri-neft ixracı altı

ayda 27 faiz artıb. Bununla bərabər, idxal 15 faiz azalıb. Müsbət saldo 1,9 milyard dollar təşkil

edir. Hər bir ölkə üçün bu, ən arzuolunan nəticələrdir.  

Çıxışlardan sonra Prezident İlham Əliyev iclasda yekun nitqi söyləyib.



Rəsmi xronika

    Cari ildə də Kəngərli rayonunda

quruculuq tədbirləri sürətlə davam

etdirilir. Bu tədbirlərdən biri rayon

mərkəzində inşa edilən zirzəmi ilə

birlikdə 7 mərtəbədən ibarət olacaq

48  mənzilli  yaşayış  binasıdır.  Ob-

yektdə  Naxçıvan  Muxtar  Respub-

likası Dövlət Şəhərsalma və Arxi-

tektura  Komitəsi  Kəngərli  Rayon

İdarəsinin kollektivi çalışır. Yaşayış

binasının zirzəmisi ticarət mərkəzi

üçün nəzərdə tutulub. Binanın hər

mərtəbəsində 8 mənzil yerləşəcək.

Zirzəmi hissədə və birinci mərtəbədə

hörgü  işləri  yekunlaşıb,  növbəti

mərtəbənin  tikilişi  üçün  hazırlıq

işləri görülür. 

    Muxtar respublikamızda həyata

keçirilən quruculuq tədbirləri sıra-

sında tarixi-mədəniyyət abidələrinin

bərpası  da  mühüm  yer  tutur.  Belə

abidələrdən biri də Kəngərli rayo-

nunun Qarabağlar kəndində yerləşən

Qarabağlar  türbəsidir.  Naxçıvan

Muxtar Respublikası Ali Məclisinin

Sədri Vasif Talıbov 2016-cı il 4 iyul

tarixdə  “Qarabağlar  Türbə  Kom-

pleksinin bərpası və tədqiq olunması

haqqında”  Sərəncam  imzalayıb.

 Sərəncamın  icrasına  uyğun  olaraq

ötən  ildən  bu  tarixi  abidənin  elmi

əsaslarla bərpasına başlanılıb. Qeyd

edək  ki,  Qarabağlar  Türbə  Kom-

pleksi qoşa minarə, onlar arasındakı

baştağ,  qoşa  minarələrə  birləşən

dini  binanın  qalıqları  və  türbədən

ibarətdir. Türbənı sərdabə və yerüstü

xatirə  abidəsi  təşkil  edir.  Sərdabə

onikibucaqlı olub, divarları daşdan,

günbəzi  isə  kərpicdən  inşa  edilib.

Türbənin yerüstü hissəsi daş kürsü -

lük üzərində inşa olunan 12 yarım-

silindrdən ibarətdir. Dörd giriş qa-

pısından biri olan əsas giriş qapısı

üzərindəki  kitabədə  müqəddəs

 “Qurani-Kərim”dən 6 ayə (“Mülk”

surəsi) həkk olunub. 

    Ötən dövr ərzində burada xeyli

iş görülüb. Naxçıvan Muxtar Res-

publikası Dövlət Şəhərsalma və Ar-

xitektura Komitəsinin mütəxəssisləri

tərəfindən aparılan işlər zamanı tür-

bənin  yuxarı  hissəsindəki  yazılar

bərpa olunub, giriş qapılarının kə-

narları incə həndəsi naxışlarla işlənib.

Türbə ilə qoşa minarələr arasındakı

hissədə isə kompleks üçün muzey

binası inşa olunub. Burada ekspo-

zisiya zalı və iş otaqları yaradılıb.

Hazırda muzey binasının dam örtüyü

vurulur,  türbənin  kürsülük  hissə-

sindəki  daşların  bəziləri  müvafiq

olaraq yerinə qoyulur. Bununla ya-

naşı, kompleksin ətrafı divarla hasara

alınıb ki, burada da, əsasən, mozaik

görüntüyə üstünlük verilib. Həyata

keçirilən  tədbirlər  zamanı  türbəyə

gedən avtomobil yolunun da yenidən

qurulması nəzərdə tutulub. 

    Adıçəkilən obyektlərin istifadəyə

verilməsi  Kəngərli  rayonunun  si-

masına yeni gözəllik bəxş etməklə

yanaşı, rayonda turizmin inkişafına

da öz töhfəsini verəcək.

Quruculuq tədbirləri Kəngərli rayonunun 

simasını daha da gözəlləşdirəcək

-

Səbuhi HƏSƏNOV




Yüklə 224,63 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə