2
Rəyçilər:
Yazıçılar Birliyinin katibi,xalq yazıçısı
Çingiz Abdullayev
Yazıçı-şair: Əmrah Xanməmmədli
Şair, jurnalist: Xaliq Rəhimli
Redaktor: filoloq Luiza Məmmədova
Texniki redaktor: filoloq Nəhayət Nakifqızı
Kompüterdə yığan: Sinay
Kompüter dizaynı: Sevinc
Ramiz Dəniz. “Yeni Dünya sahillərinə yollanan
konkistadorlar”. Bakı, “MM-S” müəssisəsi, 2014, 622 səh.
ISBN – 978-9952-8264-2-5
“Konkistadorların Mərkəzi Çili sahillərində faciəli ölümü”
adlı silsiləsindən olan bu əsərdə ispan zadəganlarının tarixin
gedişatına təsir edəcək, bir prosesdə iştirakından bəhs edir. Onlar
kral naminə müxtəlif müharibələrdə şücaət göstərsələr də, kef
məclislərini, vaxtlarını mənasız keçirməyi, istirahəti özləri üçün
ayıb sayır səfərbərliyi və hələ də ram edilməmiş imperiya
düşmənlərinə qarşı növbəti müharibədə döyüşmək üçün yeni
ölümsaçan savaş ocağına yollanırlar. Lakin bu dəfə Avropanın
müharibə teatr meydanlarına yox, konkistador kimi uzaq Mərkəzi
Çilidə yerləşən Araukaniyaya üz tuturlar. Mənzil başına çatmaq
üçün konkistadoplar iki okeanı, o cümlədən böyük materikin
təlatümlü cənub sahil boyu ilə on minlərlə km. məsafəni qət edirlər.
D 4702060103 © R.Dəniz 2014
M 087-2014
3
Əsərin nəşr olunmasında mənə maddi
və mənəvi yardım göstərdiyi üçün
Azərbaycan Respublikası Dövlət Neft
Şirkətinin rəhbərliyinə təşəkkür və
minnətdarlığımı bildirirəm
Kitab Azərbaycan Respublikası
Dövlət Neft Şirkətinin
ayırdığı qrant hesabına
“Partnyor Elmin İnkişafina Dəstək”
İctimai Birliyinin sifarişi
əsasında çap olunmuşdur
4
Ön söz
Ramiz Qasımovun (Dəniz) “Konkistadorların Mərkəzi
Çili sahillərində faciəli ölümü” tarixi-macəra janrında
yazılmış əsəri Mərkəzi Çili sahillərində yaşamış araukan
hindularının ispan konkistadorlarına qarşı apardıqları
azadlıq mübarizəsindən bəhs edir. Hadisələr XVI əsrin
sonunda həm İspaniyada (Kataloniya), həm də Çilidə
(Osorno vulkanı ərazisi) cərəyan edir.
Tarixi-coğrafi faktlarla zəngin olan bu əsər öz müstəqil-
liyi, azadlığı uğrunda mübarizə aparan hər bir xalqın həya-
tında böyük rol oynaya bilər. Vətənpərvərlik, dözümlülük,
son damla qana qədər düşmənə qarşı mübarizə aparmaq,
torpağa məhəbbət - bu sayaq motivlər əsərdə çox geniş yer
tutur. Əsər hər bir vətəndaşda şücaət, torpaqlarının
müdafiəsində misilsiz məharət göstərmək, döyüş əzmini
yüksəltmək kimi yüksək hisslər açıqlayır. Zəngin, bir-
birindən maraqlı sərgüzəştlər oxucunu sanki uzaq səfərə
aparır, həyəcanlı dərin düşüncələrə qərq edir. Roman
maraqla oxunur, bu da müəllifin hadisələrin gedişatını
məharətlə oxucuya təqdim etməsindən irəli gəlir.
Tarixə nəzər salsaq görərik ki, bütün dünyada sərkər-
dəlik bacarığı ilə tanınan İspaniyanın məşhur konkistador-
ları Ernan Kortes və Fransisko Pisarro Yeni Dünya sahillə-