  1 Ramiz Də



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə3/154
tarix26.08.2018
ölçüsü2,51 Mb.
#64706
1   2   3   4   5   6   7   8   9   ...   154

                                                     

 

  



                                                                            

                                                    

Tarixin  çarxını  nə  saxlamaq,  nə  də  döndərmək  olar. 



Müəllif belə bir düyündən ustalıqla çıxış yolu ntapir. O, elə 

edir  ki,  Kataloniyada  təşkil  olunan  ekspedisiya  Mərkəzi 

Çili sahillərinə iki gəmidə yola düşməli olur. Sakit okeanda 

baş  verən  amansız  və  dəhşətli  fırtına  zamanı  gəmilərdən 

biri – “Destino” – ünvana birinci çatır. Faktiki olaraq Arau-

kaniyaya  göndərilən  qüvvə  iki  hissəyə  bölünmüş  olur.  O 

biri gəminin - “Vanquardiya”nın - heyət ilə birlikdə okean-

da fəlakətə uğradığını zənn edən bu biri dəstə, fərdi üsulda 

Araukaniyada  yerli  əhaliyə  qarşı  müharibə  elan  edərək, 

döyüş  əməliyyatlarına  başlayır.  Düşmənin  gücünü  nəzərə 

almayan  və  onları  ciddi  rəqib  saymayan  bu  dəstə  qısa 

müddət  ərzində  biabırçılıqla  məğlubiyyətə  uğrayır.  Ekspe-

disiyanın  təcrübəli  və  bacarıqlı  rəisi  kapitan  Xuan 

Odovaldodan  ayrı  düşmüş  bu  dəstənin  özündən  razı  olan 

bəzi  zabitlərin  özbaşınalığı  və  səhlənkarlığı  ucbatından  bir 

çox  konkistador,  hətta  araukanlar  tərəfindən  əsir  alınır. 

Lakin  öz  gücü  və  şücaəti  ilə  bütün  Avropada  məşhur  olan 

ispan  əsgəri  məğlub  olana  qədər  düşmənin  xeyli  canlı 

qüvvəsini məhv edir. 

Gözlənildiyi  kimi  ekspedisiyadan  aralı  düşmüş  o  biri 

dəstə  bir  müddətdən  sonra  Anqud  körfəzinə  yol  alır,  lakin 

gec  olur.  Bütün  üstünlüklər  düşmənin  əlində  idi.  Bu 

müharibədə  araukanlar  qismən  olsa  da,  qələbə  əldə  etmiş-



                                                     

 

  



                                                                            

                                                    

10 

dilər. Yarı bölünən bu dəstə ilə müharibəni davam etdirmək 



sadəcə  olaraq  bu  müharibədə  ispanlar  tərəfindən  verilən 

kobud  səhvin  təkrarlanmasına  gətirib  çıxaracaqdır.  Məhz 

buna görə də kapitan Xuan Odovaldo artıq risqə getməmək 

üçün  Araukaniyada  gedən  müharibədə  tam  qalibiyyət  əldə 

etməkdən  ötrü,  yeni  ekspedisiya  təşkil  etmək  üçün  Peru 

vitse-krallığının  paytaxtı  Limaya  çəkilməyə  məcbur  olur. 

Əlbəttə,  bu  kitabı  maraqla  izləyən  oxucular  müharibənin 

necə  başa  çatmasını  bilmək  istəyəcəklər.  Belə  olan  halda 

səbirsizliklə əsərin sonrakı gedişatını izləmək lazımdır. Bu 

haqda  isə  kitabın  ikinci  cildində  dürrüst  məlumatlar  əldə 

etmək olacaq. 

Ramiz Qasımov öz əsərində xalqın qəhrəmanlıq mübari-

zəsini daha geniş planda əks etdirməyə cəhd edən sənətkar 

sayılır.  Araukanların  düşmənə  qarşı  mübarizəsi  yenilməz-

lik,  məğlubedilməzlik  və  cəsurluq  simvoluna  çevrilmişdir. 

Araukanların  bəziləri  Çilidə  yaranmış  ictimai  quruluşun, 

siyasi  vəziyyətin,  mövcud  qayda-qanunun  fərdi  mübarizə 

nəticəsində  dəyişdirilə  biləcəyinə  o  qədər  də  inanmırdılar, 

amma bununla bərabər üsyankarlıqdan əl çəkmir, tam qalib 

gəlməsələr  də,  bu  məqsəd  uğrunda  vuruşur,  həlak  olur, 

azadlığı heç olmazsa ölümdə görürdülər. 

Ramiz Əli oğlu Qasımov 1965-ci ilin iyulun 26-da Bakı 

şəhərində  fəhlə  ailəsində  anadan  olubdur.  1983-cü  ildə 



                                                     

 

  



                                                                            

                                                    

11 

Nizami  rayonunun  62  №-li  orta  məktəbini  bitirmiş  və 



sonrakı  iki  ildə  Stavropol  diyarında  hərbi  xidmət  yolu 

keçmişdir.  1988-ci  ildən  “Azərneftyağ”  İB-də  işə  daxil 

olmuş  və  bu  günə  kimi  orada  işləyir.  1993-cü  ildə  vətəni 

erməni  cəlladlarından  qorumaq  üçün  könüllü  Qarabağa 

yollanaraq,  Şimali  Ağdam,  Goranboy,  Ağdərə  və  Tərtər 

bölgələrində fədakarcasına döyüşmüşdür. 

1981-ci  ildən  “Konkistadorların  Mərkəzi  Çili  sahillə-

rində faciəli ölümü” adlı sərgüzəşti-tarixi romanı yazmağa 

başlamış  və  onu  16  il  müddətinə  başa  çatdırmışdır.  Trilo-

giya silsiləsindən olan bu kitab 1-ci cilddir. Yaşının cavan 

olmasına  baxmayaraq  o,  geniş  məzmunlu,  böyük  marağa 

səbəb olan, mürəkkəb süjetli, nadir tarixi faktlarla və coğra-

fi kəşflərlə zəngin olan, iri həcmli bir tarixi əsər yaratmış-

dır.  Bu  kitaba  dair  Azərbaycan  Yazıçılar  biliyinin  katibi 

dünya  şöhrətli  yazıçı  Çingiz  Abdullayevin  verdiyi  rəydə 

göstərilir  ki,  müasir  dövrdə  belə  bir  yaradıcı-tədqiqat  işi 

gördüyünə gorə R. Qasımov tərifə layiqdir. Əsərdə qoyulan 

ideya  zəmanəmizlə  səslənir,  hər  hansı  bir  xalqın  müstəqil-

liyi uğrunda apardığı mübarizəni tərənnüm edir. 

Kitabın  adından  bəllidir  ki,  bu  əsər  döyüş  səhnələri  və 

sərgüzəştlərlə  müşaiyət  olunur.  Lakin  müəllif  əsərə  bir 

coğrafiyaşünas  və  guya  Fernan  Magellanın  dünya  səyahə-

tində iştirak etmiş bir qoca səyyahı da daxil etməklə, oxu-




                                                     

 

  



                                                                            

                                                    

12 

cunu İspaniyadan tutmuş taki Mərkəzi Çili sahillərinə qədər 



səyahət boyu darıxmağa qoymur. Onların hər ikisi oxucunu 

coğrafi kəşflərlə və tarixi hadisələrlə təchiz etməklə kitaba 

həddindən artıq böyük maraq və həvəs yaradırlar. 

Əsərdə  Fernan  Magellanın  ekspedisiyası  və  həmin 

ekspedisiyadan  aralı  düşən  “Trinidad”  gəmisinin  taleyi, 

ispan  konkistadoru  Pedro  Valdiviyanın  Çiliyə  olan  yürüş-

ləri, Vasko de Balboanın ekspedisiyası və Panama ilə Sakit 

okeanın  kəşfi,  haqqında,  Roma  papası  iki  dövlət  (İspaniya 

və  Portuqaliya)  arasında  dünyanı  necə  bölüşdürür, 

Araukaniya  ölkəsinin  flora  və  faunası,  Buenos-Ayresin 

əsasının  qoyulması,  Cəbəllüttariq  qalası  və  onun  tarixi, 

“Məğlubedilməz  armada”nın  1588-ci  ildə  La-Manşda  və 

1571-ci  ildə  Lepanto  dəniz  döyüşləri,  Kanar  və  Madeyra 

adaları  haqqında  maraqlı  məlumatlar  humanitar  fakultə-

lərdə  təhsil  alan  tələbələrin  marağına  səbəb  olacaq. 

Xüsusən  də  Xristofor  Kolumbun  kəşfləri  haqqında  əsl 

həqiqət və fərziyyələr nəinki adi oxucuları, hətta coğrafiya 

elmi  ilə  dərindən  maraqlanan  bütün  adamları  özünə  cəlb 

edəcək.  Ameranın  kəşfinə  dair  bəzi  təkziblər  və  nüanslar 

məhz bu kitabda verilir. R. Qasımov bütün dünyaya bəyan 

etmək  istəyir  ki,  Xristofor  Kolumb  Azərbaycandan  olan 

dahi  riyaziyyatçı  və  astronom  Nəsrəddin  Tusinin  hesabla-

maları sayəsində Amerika qitəsini kəşf edib. 



Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə