13
“Konkistadorların Mərkəzi Çili sahillərində ölümü”
romanı bütövlükdə vətənpərvərlik ideyası ilə aşılanmışdır.
R. Qasımovun bütün qəhrəmanları - istər sərkərdə, istər
konkistadorlar, istər alim və səyyahlar, istərsə də araukanlar
olsun hamısı qəlbi vətən eşqi, vətən məhəbbəti ilə döyünür.
Əsərin qəhrəmanı Migel Kartahena səyyahlar nəslindən
olsa belə, coğrafi kəşfləri genişləndirmək üçün müəyyən
səyahətlərdən imtina edərək, İspaniyanın şan və şöhrətini
qorumaq üçün ispan qanunlarını kobud surətdə tapdalayan
yerli hinduları cəzalandırmaqdan ötrü Yeni Dünya
(Amerika qitəsi) sahillərinə ağır müharibəyə yollanır.
Müharibə göstərir ki, həm ispanlar, həm də araukanlar öz
vətənlərini alovlu məhəbbətlə sevir, onun uğrunda hər an
həlak olmağa hazırdılar.
R. Qasımov hər şeyi fikirləşmişdi, ən xırda şeylərə qədər
hamısını ölçüb-biçmişdi, rəqəmlər və hesabatı düzgün
vermişdi. Burada dəniz səyahəti də, coğrafiya da, tarix də,
təbiət də var. Macəra süjetinə bol-bol elmi məlumat daxil
edilmişdir. Doğrudur, müəllif tarixi faktlardan bir əsas kimi
istifadə edir, bunu öz xəyalında gözəl naxışlarla bəzəmişdi.
Mənim yadıma düşmür ki, Azərbaycanda hər-hansı bir
yazıçı bu üslubda bədii əsər yaratsın. Mürəkkəb süjetli olan
bu üslub nədənsə keçən əsrdə yaşamış dahi fransız
yazıçıları Jül Vernin və Aleksandr Dümanın (ata) yazı
14
üslublarını xatırladır. Kim bilir, bəlkə də o, öz tarixi və
coğrafi-macəra əsərləri ilə onların davamçısı sayılacaq.
Əgər, bu belə olsa, onda Ramiz Qasımov ədəbiyyat sahə-
sində nəinki Azərbaycanda, hətta bütün dünyada məşhur
yazıçılar sırasına daxil ediləcək.
Professor Nizaməddin Allahverdiyev
15
I hissə:
Müharibə burulğanlarından çıxan
ispan zad
əganları
16
I fəsil. Keçmiş səyyahın evində
Hava artıq qaralmaq üzrə idi. Bu vaxt quşların nəğmə-
ləri yavaş-yavaş səngiməyə başlayırdı. İri ağacların altını
görmək mümkün deyildi. Onların iri budaqları və yarpaq-
ları çox zəif gələn işığın qarşısını tamamilə almışdı. Saatın
hələ indi-indi yeddinin yarısı olmasına baxmayaraq, hava
sürətlə qaralmağa başlayırdı. Bunun da əsl səbəbi Aralıq
dənizinin cənub-qərb hissəsindən Pireney dağları istiqaməti
üzrə hərəkət edən müxtəlif fiqurlu nəhəng buludlar idi.
Buludların hücumları ilə əlaqədar, ətrafa birdən-birə sərin-
lik çökdü və burada yavaş-yavaş külək əsməyə başladı.
Burada olan cökə, palıd, söyüd, palma və akasiya ağacları-
nın başları və yarpaqları əsir və öz şappıltıları ilə ətraf
mühitin sükutuna son qoyurdu. Belə bir havada, özü də
buludların aramsız hücumları altında, burada qısa müddət
ərzində yağış yağacağı labüd idi. Küləyin yavaş-yavaş
güclənməsindən müəyyən etmək olardı ki, buraya leysan
tökəcək.
Ümumiyyətlə, ilin bu fəsli üçün Kataloniyada havanın
belə sürətlə dəyişilməsinə nadir hallarda təsədüf etmək
olardı. Avqustun axırlarında Günəş şüaları Kataloniyada
heç vaxt zəifləmir, əksinə həmişə öz hökmranlığını bu
ərazidə saxlayırdı. Lakin Kataloniya İspaniya krallığında
17
təbiət tərəfindən ən çox yağış qəbul edən ərazilərdən biri
sayılırdı. Təbiətinin bu şəkildə kəskin dəyişməsi on-on iki
ildə bir dəfə baş verə bilərdi. Leysanlı yağışlar ilin bu fəsli
üçün palçıqdan başqa heç bir şey gətirmirdi. Amma belə bir
ziyan, əsasən şəhərə və şəhərdən çıxan yollara dəyirdi.
Ağacların yerləşdiyi bu bağda isə məstedici sərinlik
yaranacaqdı.
Bu bağ o qədər də hündür olmayan, iki mərtəbəli evin
həyətində yerləşirdi. Evin həyətinin sahəsi o qədər də geniş
deyildi. Həyətin qapısından evin astanasınadək (evin
layihəsi elə qoyulmuşdu ki, evin qapısı ilə həyətin qapısı
üzbəüz yerləşirdi) əlli
metr məsafə var idi və onları qırmızı
kərpicdən düzəldilmiş yol birləşdirdi. Həyət qapısından
içəri girəndə yolun sol tərəfində həmin bağ, sağ tərəfində
isə gül-çiçək bağçası yerləşirdi. Bağçanın ərazisində bitən
gül-çiçəklərin xoş ətri bütün həyəti bürümüşdü. Hətta evin
şüşəbəndində oturub istirahət edən adamı, onun ətri məst
edirdi. Evin şüşənbədinə çıxanda sağında bağ, solunda
bağça, qarşıda isə Santa-Mariya kilsəsinin gözəl gümbəzi-
nin ucaldığını görmək olurdu. Bu kilsə ilə həmin ərazidə
yaşayan adamlar fəxr edirdilər. Evin arxasında at tövləsi
vardı və həmin tövlədə səkkiz at saxlanılırdı. Evin sahibi
Barselonanın ortabab zadəganlarından idi.
Dostları ilə paylaş: |