  1 Ramiz Də



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə5/154
tarix26.08.2018
ölçüsü2,51 Mb.
#64706
1   2   3   4   5   6   7   8   9   ...   154

                                                     

 

  



                                                                            

                                                    

18 

Həyətin  bağında  olan  iki  cavan  oğlan  havanın  belə 



kəskin  dəyişməsindən  narazı  oldu.  Çünki  onlar  həyətdə 

kamandan ox atmaqla məşğul idilər. Hazırda külək əsir, bir 

azdan  sonra  isə  yağış  yağacaqdı.  Belə  havada  qətiyyən  ox 

atmaqla  məşğul  olmaq  lazım  deyildi.  Məhz  buna  görə  də 

hər iki cavan məcburiyyət qarşısında qalıb evə getdilər. 

Evin  sahibi  keçmişdə  bir  neçə  səyahətdə  iştirak  etmiş, 

təcrübəli, bacarıqlı dənizçi və səyyah idi. Bu adam ilk dəfə, 

dünya  səyahətində,  məşhur  dəniz  səyyahı  Fernan  Magel-

lanın  ekspedisiyasında,  sonra  İnklərin  imperiyasını  zəbt 

edən  Fransisko  Pisarronun  ekspedisiyasına,  Diyeqo 

Almaqronun  Çili  yürüşündə,  Pedro  Valdiviyanın  Cənubi 

Çilinin  kəşfində  və  Xuan  Ladrilyeronun  Çonos  arxipela-

qının  və  Taytao  yarımadasının

 

kəşfində  iştirak  edən 

ekspedisiyasında  olmuşdur.  Axırıncı  ekspedisiya  zamanı 

Xuan  Ladrilyero  1558-ci  ildə  ilk  dəfə  Magellan  boğazını 

qərbdən-şərq  istiqamətində  keçmişdir.  Həmin  bu  ağır 

ekspedisiyaların  iştirakçısı  dənizçi  piyadasının  kapitanı 

Rodriges  Kartahena  de  Kamaço  idi.  Onu  Barselonada 

“coğrafi kəşflərin güzgüsü” adlandırırdılar. 

Rodriges  Kartahena  1500-ci  ildə  Seviliya  şəhərində 

dənizçi  ailəsində  anadan  olmuşdu.  Gənclik  illərinin  acı 

xatirələrini  və  kədərləri  günlərini  yaddan  çıxarmaq  üçün, 

Rodriges  ailəsində  sonuncu  sayılan  beşinci  oğlunu  özü  ilə 




                                                     

 

  



                                                                            

                                                    

19 

götürüb, iyirmi beş il bundan əvvəl, İspan krallığının şimal-



şərqində  yerləşən  Kataloniya  hersoqluqunun  paytaxtı  olan, 

krallığın gözəl şəhərlərindən biri sayılan Barselonaya köçür 

və  burada  özü  üçün  ev  tikdirib  yaşayışını  davam  etdirirdi. 

Həyatının  ən  yaxşı  çağlarını  və  illərini  taleyin  ağrılı-acılı, 

kədərli  hökmünə  tapşıraraq,  cavanlıq  yaşlarını  əzab-

əziyyətli  yollarda  keçirmişdir.  İndi  isə  doxsan  yaşında  öz 

evinin  aynəbəndində  əyləşib,  hər  gün  həyətinin  qapılarını 

nəzərət  altında  saxlayır,  sanki  o,  kiminsə  bu  qapılardan 

içəri girməsini səbirsizliklə gözləyirdi. Lakin bu qoca dəniz 

səyyahının  gözləri  yol  çəksə  də,  demək  olar  ki,  hər  həftə 

onun yanına müxtəlif peşə sahibləri gəlib, ondan müəyyən 

məsləhətlər  alır,  macəralı  səyahətlərindən  sorğu-sual  edə-

rək, onu maraqla dinləyirdilər.  

Yanına gələnlərin əksəriyyəti ya səyyahlar, səyahətlərdə 

mühüm  rol  oynamaq  istəyənlər,  ticarətlə  məşğul  olanlar, 

konkistadorlar, ya da varlanmaq üçün Yeni Dünya sahillə-

rinə  müvəqqəti  və  ya  həmişlik  getmək  istəyənlər  və  sairə-

sairə adamlar idi. Çoxu da ondan məsləhət almaq üçün bu 

evə  təşrif  buyururdular.  Necə  olsa  da,  bu  keçmiş  səyyah, 

dənizçi,  konkistador  və  zabit  bütün  dünyanın  ən  məşhur 

səyyahlarından  sayılan,  beş  tanınmış  səyyahların  ağır  və 

üzücü  ekspedisiyalarının  iştirakçısı  olmuşdur.  Hər  halda 

belə bir adamın təcrübəsindən və biliyindən istifadə etmək 



                                                     

 

  



                                                                            

                                                    

20 

lazım idi. Ona görə ki, bu qoca artıq doxsanı haqlamışdı və 



hər an öz dünyasını dəyişə bilərdi.  

Artıq  otuz  il  idi  ki,  o,  oturaq  həyat  tərzi  keçirirdi. 

Yaşının  doxsan  olmasına  baxmayaraq,  Rodriges  hələ  də 

özünü  çox  yaxşı  hiss  edir  və  heç  bir  yerindən  şikayətlən-

mirdi. Özünün etiraf etdiyi kimi guya orqanizminin sağlam 

qalmasının  səbəbi,  gəncliyində  çoxlu  fiziki  işlə  məşğul 

olması  və  son  iyirmi  ildə

 

hər  səhər  və  axşam  təzə  keçi 

südünü  içmək,  günorta  yeməyində  göyərtidən  istifadə 

etməsi  və  hər  səhər  yuxudan  erkən  oyanıb  öz  həyətinin 

bağında bir saata kimi gəzişməsidir. Gündəlik rasiona təmiz 

bal  da  daxil  idi.  Bütün  bu  rejim  onun  orqanizminin 

möhkəmlənməsinə  gətirib  çıxarmışdır.  Bu  məsləhəti  ona 

Bio-Bio  çayının  mənsəbində  Konsepsion  şəhərinin  əsasını 

qoyanda,  bir  qoca  araukan  hindusu  vermişdi.  Düzdür,  o 

vaxtı  qoca  hindu  ona  quanakonun  südünü  məsləhət 

görmüşdü,  ancaq  Rodriges  quanako  südünü  keçi  südü  ilə 

əvəz  etmişdir.  Belə  bir  rejimə  riayət  edənə  insan  istər-

istəməz  öz  ömrünü  uzadırdı.  Məhz  buna  görə  də  qoca 

səyyah  həmin  ekspedisiyalardan  sonra  özünü  çox  yaxşı 

saxlamışdır.  Lakin  bütün  bunlara  baxmayaraq,  artıq  onun 

beli  bükülmüşdü.  Rodriges  ortaboylu,  arıq  olmayan,  möh-

kəm bədənli, uzunsifət bir adam idi. Onun ağzında üç-dörd 

dişdən başqa demək olar ki, diş yox idi və nazik dodağları 




                                                     

 

  



                                                                            

                                                    

21 

ağzının  içinə  girərək,  bir-birinin  üstünə  minirdi,  üzü  qırış-



mış, ordu batmış, qaşları gözlərinin üstünə sıxılmış, gözləri 

də ki, bir balaca içəri girmişdir. Başının ağarmış saçları yarı 

tökülmüş halda idi. 

Migel Kartahena de Leon 1570-ci ilin mayın 28-də Bar-

selona şəhərində anadan olmuşdu. Atası səyyah olduğundan 

onu  elə  uşaqlıqdan  babası  böyütmüşdür.  Dörd  yaşından 

doqquz  yaşına  kimi  onu  Seviliyada  babasının  dostu 

coğrafiyaşünas  Bartalomeu  Salvatyero  öz  evində  saxlayıb-

dır.  Beş  il  müddətinə  alim  ona  ingilis  dilini,  coğrafiya  və 

tarix  elmlərini  lazımi  qədər  öyrədir.  Doqquz  yaşında  onu 

babsının  xahişi  ilə  Barselonaya  göndərirlər.  Babası  da 

Migelə  portuqal  dilini  mükəmməl  öyrədir.  Bundan  əlavə 

coğrafiya  və  tarix  elmləri  üzrə  onun  biliyini  genişləndirir. 

Artıq on dörd yaşında Migel çox asanlıqla öz dili ilə yanaşı 

katalon  və  portuqal,  ingilis  dilini  isə  ispan  ləhcəsilə 

danışırdı.  İngilis  dilinin  danışıq  qabiliyyətini  bilir,  lakin 

qrammatikasından yaxşı anlayışı yox idi. O, hər an çalışırdı 

ki, bu dildə danışsın. 

Babası yaxşı başa düşürdü ki, Migel gənc yaşına çatan-

da  gec-tez  Yeni  Dünya  sahillərinə  üz  tutacaq  və  orada, 

nəsillərində  olan  adət-ənənəyə  görə,  dəniz  səyyahı  olacaq-

dır.  Onu  qılınc  oynatma  dərsinə  yiyələnmək  üçün,  qılınc 

ustadı  sayılan  polkovnik  Alonso  Odovaldonun  məktəbinə 



Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə