  1 Ramiz Də



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə6/154
tarix26.08.2018
ölçüsü2,51 Mb.
#64706
1   2   3   4   5   6   7   8   9   ...   154

                                                     

 

  



                                                                            

                                                    

22 

qoyur.  Uşaqlıq  dostları  Osvaldo  və  Sebastyanla  birlikdə 



asan  olmayan  məşqlərə  başlayır.  Boş  vaxtlarında  o, 

kamandan ox atmaqla məşğul olaraq, həmin silaha yiyələn-

mək istəyirdi. 

On  altı  yaşına  az  qalmış  Rodriges  öz  nəvəsinin  istəyi 

ilə,  dənizçilik  işlərinə  yiyələnmək  üçün  Migeli,  kapitan 

Manuel  Markosun  başçılıq  etdiyi  “Destino”  adlı  ticarət 

gəmisinə  yunqa  vəzifəsinə  qoyur.  Dənizçilik  işləri,  onun 

gələcək sənəti üçün hava-su kimi lazım idi. Migel il yarıma 

Aralıq  dənizinin  daxilində  üzən  bu  gəmidə,  çox  şeylər 

öyrənir. 

On  səkkiz  yaşı  tamam  olanda  qoca  səyyah  nəvəsini, 

dəniz  səyahətlərində  iştirak  etmək  üçün,  Limaya  oğlu 

Leonun  (Migelin  atası)  yanına  göndərməyi  qərara  alır. 

Lakin  II  Filipp  İngiltərə  krallığı  ilə  müharibəyə  başladığı 

üçün,  bu  iş  yarımçıq  qalır  və  Migel  bu  müharibədə  iştirak 

etməkdən ötrü “Axilles” adlı hərbi ispan gəmisində matros 

vəzifəsində hərbi xidmətə başlayır. Bu gəmidə desant kimi 

onun uşaqlıq dostları Osvaldo ilə Sebastyan hərbi xidmətdə 

çalışırdı. “Axilles” “Məğlubedilməz armada”nın tərkibində 

La-Manş  boğazı  ilə  İngiltərə  sahillərinə  yola  düşür.  Lakin 

donanma  La-Manş  boğazında  güclü  qasırğaya  düşür  və 

gəmilərin  yarısını  orada  tələf  olur.  “Məğlubedilməz  arma-

da”nın  salamat  qalmış  gəmiləri  üç  dəfə  ingilis  donanması 



                                                     

 

  



                                                                            

                                                    

23 

ilə toqquşur və hər üçündə də  məğlub olur.  “Axilles”  sağ-



salamat  sahillərinə  qayıdır  və  Cəbəllütariq  boğazında 

krallığın  cənub  sahillərinin  mühafizəsində  dayanır.  Oradan 

Migel  hərbi  xidmətini  davam  etdirmək  üçün  Flandriyaya 

yollanır.  Flandriyada  gedən  müharibənin  mənasızlığını 

görüb, Migel vətənə qayıtmağı qərara alır. 

Migel  ortaboylu,  möhkəm  bədənli,  çevik  hərəkətli  bir 

adamdır.  Uzunsifət,  iri  dodaq,  uzunburun,  irigözlü,  seyrək 

qaşlı  idi.  Saçı  az,  lakin  qalın  idi.  Baxışı  ciddi  idi,  amma 

özünü  təmkinli,  səbirli,  soyyuqanlı  və  mülayim  aparırdı. 

Bədəni  o  qədər  də  iri  olmasa  da,  amma  əzələli  idi. 

Düşmənə-düşmən, dosta-dost kimi baxırdı. 

Migel dostu Osvaldo ilə bağda ox ataraq məşq edirdilər. 

Osvaldo da elə Migel boyda idi. Lakin iri bədənli, möhkəm 

qamətli, enlisifət, ciddi baxışlı iyirmi dörd yaşında təmkinli 

və  səbirli  bir  adam  idi.  Qalın  qara  saçları  boynunun  yarı 

hissəsini örtmüşdü. Onun qalın bığları vardı. 

Osvaldo  dostugildən  bir  az  kənarda  yaşayırdı.  Odur  ki, 

o,  daim  Migelin  yanında  olurdu.  Bundan  əlavə  onların 

Sebastyan  adlı  üçüncü  bir  dostları  da  vardı.  O,  da  həmişə 

onlarla  bir  yerdə  olurdu.  Hazırda  vacib  işi  olduğuna  görə, 

Sebastyan öz dostlarını müvəqqəti tərk etmişdi. 

Babası  Rodriges  nəvəsinin  dostları  ilə  tam  razı  idi  və 

həmişə onlara etibar edirdi. Hər üç dost bir-birlərinə möh- 



                                                     

 

  



                                                                            

                                                    

24 

kəm bağlı idilər. 



Rodriges istəyirdi ki, necə ki, Kartahena nəslinin başqa 

nümayəndələri,  elə  Migel  də  onlar  kimi  dəniz  səyyahı  və 

yaxud  da  iri  ekspedisiyaların  iştirakçısı  olsun.  Kartahena 

nəslini  İspaniyada  Pisarro,  Kortes,  Pinson,  Almaqro, 

Kolumb  və  Mendanya  nəsli  kimi  səyyahlar  nəsli  adlandır-

maq olar. Kişi xeylağından olan hər bir şəxs demək olar ki, 

dəniz səyahətlərində və ya müxtəlif ekspidisiyalarda iştirak 

etmişdi. Coğrafiyanı, astronomiyanı və tarix elmlərini yaxşı 

bilən  qoca  səyyah  böyük  bir  həvəslə  bu  elmləri  nəvəsinə 

öyrədi.  Ümumiyyətlə,  Migel  özü  çalışırdı  ki,  babasının 

biliyinə yiyələnsin. 

 

 



 

 

 



     II fəsil. Seviliyadan gələn qonaqlar 

 

İndiki  zamanda  ispan  missionerləri  və  konkistadorları 



Sakit  okeanın  çənub  sahillərinə  güclü  ekspedisiyalar  təşkil 

edir  və  okeanın  həmin  sahəsində  olan  naməlum  torpaqları 

kəşf  etmək  istəyirdilər.  Qoca  səyyah  arzulayırdı  ki,  Migel 

gənc  yaşında  hansısa  bir  tanınmış  səyyahın  ekspedisi-




                                                     

 

  



                                                                            

                                                    

25 

yasında  iştirak  edib  şöhrət  qazansın.  Onun  fikirincə, 



İngitərə ilə müharibə baş verməsə idi, indi Migel də Felipe 

Salsedo  kimi  cavanlıda  ad  qazanardı.  Lakin  illər  ötüb 

keçirdi.  Artıq  Felipe  Salsedonun  adı  dillərdə  əzbər  idi. 

Səyyahlar  həmişə,  gəmidə  dənizçilərin  qiyam  qaldırdığı 

vaxt,  nümunə  üçün  Salsedonun  adını  çəkirdilər.  Həmin 

səyahətdə Migelin atası Leon da iştirak etmişdi. Onunla ilk 

görüşdə  biz  bu  səyahət  haqqında  kiçik  qeydlər  verəcəyik. 

Migeldən  olsaydı,  elə  İspaniyaya  qayıdan  kimi  tez  birinci 

gəmi  ilə  Yeni  Dünya  sahillərinə  yola  düşərdi.  Lakin  o, 

babasını  bu  evdə  tək  qoymaq  istəməmişdi.  Migelin  özün-

dən başqa iki qardaşı vardı - biri on altı yaşlı Pedro, o birisi 

isə on iki yaşlı Rodriges. Migeli Pedro əvəz etməli idi ki, o, 

özü  Yeni  Dünya  sahillərinə  yola  düşsün.  Onun  hər  iki 

qardaşı Limada valideyinlərinin yanında qalırdı. 

Küləyin getdikcə güclənməsini görən Migel, aynabənd-

də əyləşən babasına bildirdi ki, hava pis olduğuna görə içəri 

girsin.  Qoca  isə  yağış  yağmayınca,  içəri  girməyəcəyini 

söylədi.  Ona  görə  ki,  belə  bir  havada  o,  özünü  yaxşı  hiss 

edirdi.  

Evdə Migel ilə babasından başqa bir adam da qalırdı. O, 

həm xidmətçi, bağban, qarovulçu, çoban, həm də ki, aşbaz 

idi. Milliyyəti Katalon olan Sançosun qırx dörd yaşı vardı. 

O,  ortaboylu,  kök  olmayan,  fiziki  cəhətcən  möhkəm  olan, 



Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə