26
qarayanız, qara qıvrım saçlı bir kişi idi. Artıq iyirmi bir il
idi ki, Sanços bu evdə işləyirdi. Qoca səyyahın təsərrüfatı o
qədər də böyük deyildi. Onun tövlələrində on iki at, on
donuz, altı öküz və qırxa yaxın qoyun vardı. Rodrigesin
şəhər ətrafında mülkü olmadığına görə, heyvanlar müvəq-
qəti olaraq, evin arxasındakı boş həyətdə gəzişirdilər.
Sanços hər gün onlara yem verib, təkbaşına bütün tövləni
təmizləyirdi. Migel evinə qayıdandan sonra Sançosun işi
xeyli yüngülləşmişdi. Heyvanlarla demək olar ki, doxsan
faiz Migel və onun dostları məşğul olurdu. Hər gün səhər
tezdən və nahar yeməyindən sonra Migel atları şəhərin
cənubundakı otlağa aparıb, iki saata kimi orada gəzdirirdi.
Bu heyvanlar qocanın gözə görünən var-dövləti idi və
onları yalnız yanındakı nəvəsinin xeyir işi üçün saxlayırdı,
Rodriges həyatının əsas illərini səyahətlərdə keçirsə də,
indiyə qədər dövlətdən heç bir imtiyaz ala bilməmişdi. Son
ekspedisiyası zamanı Araukaniya ölkəsi zəbət olunsaydı, o,
şəxsən İspaniya kralı tərəfindən mükafatlandırılıb, ömrünün
axırınacan təqaüdlə təmin olunacaqdı. Lakin bu belə olmadı
- Rodriges beş dəfə araukanlara qarşı müharibələrdə iştirak
etmiş və hər dəfə məğlub olmuşdur. Məğlub olmaqdan
əlavə, o, hər dəfə ölümün pəncəsindən güc-bəla ilə və
təsadüf nəticəsində qurtarmışdır. Lakin neçə-neçə dostlarını
və qohumlarını o həmin “ölüm saçan” torpaqda itirmişdir.
27
Hər dəfə həmin dəhşətli hadisələr qocanın yadına düşəndə
kədərdən və əsəb gərginliyindən özünə yer tapa bilmirdi.
İndi isə heç düşmənlərinə də arzulamırdı ki, şan-şöhrətə və
var-dövlətə görə gedib araukların torpaqlarını zəbt etsinlər.
Onlar həqiqətən də bütün Yeni Dünyada basılmaz və
məğlubedilməz hindu qəbiləsi sayılır və öz düşmənlərinə
qarşı amansız və qəddard idilər.
Lakin bütün bunlara baxmayaraq, müharibədən gələn
Migelin başına haradansa Mərkəzi Çili girmiş və o, hökmən
oraya göndəriləcək hər-hansısa, bir ekspedisiyada iştirak
etməsini bildirmişdi. Hökmən araukanlar həmin müharibə-
də darmadağın və ya məğlub edilməli, ya da ki, canlarını
götürüb, And dağlarının o biri tayına qaçmalıdırlar. Bir
sözlə, ispan konkistadorlarından kim isə araukanların
Mərkəzi Çili sahillərindəki hökmranlığına son qoymalıdır.
Kimsə orada həlak olmuş ispan konkistadorlarının qanını
həmin hindulardan almalıdır. Ümümiyyətlə, Migel qaniçən,
rəzil, daşürək deyil və hər bir zorakılığa qarşı öz etirazını
bildirən bir adamdır. Lakin onu da başa düşmək olardı,
araukanlar onun doqquz qohumunu (bir əmisini, altı əmisi
oğlunu və hər iki nənəsini) həmin torpaqlarda qılıncdan
keçirmişdilər. Ona görə də Migelin araukanların torpaqları-
nın zəbt edilməsində əsas prinsipi vardı. Həm də konkista-
dorlar arasında belə bir şaiyə yayılmışdır ki, vaxtı ilə
28
Ataualpanın azad olunması üçün yığılan qızılların yarısı
araukanların torpağında gizlədilmişdir. Guya buna görə də
onlar konkistadorlara bu cür kəskin müqavimət göstərir-
dilər.
Gözlənilmədən
evin xidmətçisi Sanços gəlib Migelə
xəbər verdi ki, bir saat bundan əvvəl “Destino” gəmisinin
kapitanı Manuel Markos Seviliyadan bura gəlib. Kapitan
Markos bu ailənin yaxın tanışlarından biri idi. Migel o
dəqiqə bu haqda babasına məlumat verdi, o, da öz
növbəsində, qonaqları qarşılamağa hazır olduğunu bildirdi.
Kapitan Markosun yanında bir nəfər də vardı. Həmin
adam da Seviliyadan gəlmişdi. Kapitan Markosun gəlişi lap
yerinə düşmüşdü.
Migelin Aralıq dənizində göstərdiyi şücaət yavaş-yavaş
Barselonada yaşayan nüfuzlu ailələr arasında müzakirə
obyektinə çevrilirdi. Qoca səyyah şəhərdə tanınmış
adamdır, onun nəvəsi də artıq tanınmağa başlayırdı.
Qoca səyyah qonaqları elə Migelgil olan zala dəvət etdi.
Onlar içəridəkilər ilə görüşüb tanış olandan sonra səyyahın
dəvət etdiyi dəyirmi masa arxasında əyləşdilər. Migel
kapitan Markosun gəlişinə xüsusən şad idi. O, düz il yarım
“Destino” gəmisində yunqa vəzifəsində işləmişdi. Markos
yunqanın, dənizçilik işləri üzrə ilk müəllimi sayılırdı. O, nə
29
vaxt Barselonaya üz tuturdusa, mütləq bu evə təşrif
buyururdu.
Kapitan Markos hündürboy, kök olmayan, düz qamətli,
əlli yaşında təmkinli və ciddi xarakterli bir zadəgan idi.
Başının tükü tamam olmasa da, lakin ağarmışdı. Yaraşıqlı
sifəti bığ və saqqal ilə örtülmüşdü. Əynində ispan dənizçi-
lərinin libası vardı. Yaşının əlli olmasına baxmayaraq,
hərəkətlərindən və bənizinin quruluşundan o, qırx iki-qırx
üç yaşlı bir adama oxşayırdı.
Kapitanın yanındakı adam onun kürəkəni mühafizəçi
dəstəsinin komandiri leytenantı Ernando Ramires idi.
Ernando Barselonada işləyib yaşayırdı.
Axşam yeməyinin yaxınlaşdığını görən Sanços qonşu
otaqda qısa müddət ərzində süfrə açaraq, bu haqda ağasına
məlumat verdi. Hamı süfrə açılmış otağa keçdi. Masa
arxasında yemək ola-ola danışmağın ayıb olduğunu dərk
edən kapitan nəhayət, kiçik söhbətdən sonra öz gəlişinin
mahiyyətini üzrxahlıqla qoca səyyaha bildirdi. Qoca onun
sözlərini yaxşı başa düşməyərək, təkrarlamağa xahiş etdi.
Kapitan üzünü ona tərəf tutub həvəslə dedi:
- Mənə, sizin bu haqda fikirinizi bilmək lazımdır. Yeni
Dünya sahillərinə köçmək fikirindəyəm. Deyilənə görə,
mən “Destino” ilə İspaniyaya nisbətən, orada daha çox pul
Dostları ilə paylaş: |