  1 Ramiz Də



Yüklə 2,51 Mb.
Pdf görüntüsü
səhifə8/154
tarix26.08.2018
ölçüsü2,51 Mb.
#64706
1   ...   4   5   6   7   8   9   10   11   ...   154

                                                     

 

  



                                                                            

                                                    

30 

qazana bilərəm. İnanırsınız, Aralıq dənizində pul qazanmaq 



həddindən artıq çətinləşib. 

-  Sizi  başa  düşdüm,  -  deyə  qoca  səyyah  ciddi  halda 

dillədi.  -  onsuz  da  bir  çox  adamlar  şad-firavan  həyat  tərzi 

keçirmək və yaxud da sərvət əldə etmək üçün Yeni Dünya-

ya yola düşürlər. Lakin unutmaq lazım deyil ki, okeanın o 

tayında lazım olandan çox gəmi var. 

-  Mən  bunu  çox  yaxşı  dərk  edirəm,  -  deyə  kapitan 

tərəddüd  etmədən  dilləndi  və  vaxt  itirmədən  sözünə  əlavə 

etdi. - sizin oğlunuz Leon Limada yaşayır. Səhv etmirəmsə, 

onun  orada  yaxşı  imkanları  var.  Bir  sözlə,  Leon  orada 

mənim üçün yaxşı imkanlar yarada bilər. 

-  Nə  deyirəm  ki,  mən  məmnuniyyətlə  sizə  kömək 

etməyə hazıram. - deyə qoca səyyah səbirsizliklə dilləndi. - 

Siz  Limaya  nə  vaxt  yola  düşsəniz,  Leona  məndən  məktub 

çatdırarsınız. Həmin məktubun köməyi ilə siz Limada yaxşı 

bir iş ilə təmin olunacaqsınız. 

Belə  olan  halda  kapitan  dərhal  öz  minnətdarlığını 

bilirdi.  Belə  bir  söhbətdən  sonra  Migelin  əhval-ruhiyyəsi 

dəyişildi. Çünki elə dəqiqələr olurdu ki, Migel Yeni Dünya 

xülyaları  ilə  yaşayırdı.  Necə  olsa  da,  onun  atası  Limada 

yaşayır  və  kapitan  məhz  oraya  Leonun  yanına  gedirdi. 

Migel  isə  uzun  ayrılıqdan  sonra  atasını  bircə  anda  olsa 

görmək arzusunda idi. Lakin o, özünə söz vermişdi ki, heç 



                                                     

 

  



                                                                            

                                                    

31 

vaxt babasını tərk etməyəcəkdir. Qoca səyyah özü nəvəsini 



Yeni  Dünyaya  göndərmək  fikrində  idi.  Çünki  Migel 

səadətini  və  xoşbəxtliyini  yalnız  atasının  yanında  tapa 

bilərdi. Hər hansı bir səyyahın yanında fəaliyyət göstərmək 

üçün  məhz  Leon  imkan  yarada  bilərdi.  Leonun  bir  çox 

dəniz  səyyahları  ilə  yaxşı  əlaqəsi  vardı.  Həmin  tarixi 

ekspedisiyalarda Migel ad-san qazana bilərdi. 

Beləliklə,  qoca  səyyah  elə  kapitan  Markosun  yanından 

Migelə  bildirdi  ki,  o,  da  kapitanla  birlikdə  Yeni  Dünya 

sahillərinə yola düşə bilər. Ancaq Migel tərəddüd etmədən 

babasına  öz  etirazını  bildirdi.  Cavan  zadəgan  heç  bir  işin 

xeyrinə  görə  babasını  bu  şəhərdə  tək  qoymaq  istəmirdi. 

Onda  qoca  səyyah  nəvəsinin  fikirini  özünə  cəlb  edərək 

ciddi halda dedi: 

-  Mənim  artıq  doxsan  yaşım  var.  Kim  bilir,  bundan 

sonra  mən  neçə  il  yaşayacağam?  Bəlkə  də  bir  ildən  çox 

qalmaram.  Onu  da  özümə  bildirməyi  borc  bilirəm  ki, 

axırıncı  yüz  ildə  bizim  nəsildən  hələ  heç  kim  öz  ömrünün 

axrına  kimi  yaşamayıb.  Yəni,  bizim  nəslin  həm  kişi,  həm 

də  qadın  nümayəndəsi  vaxtından  əvvəl  müxtəlif  faciə  və 

fəlakətlər  nəticəsində  bu  dünyadan  köçüblər.  Bizim  nəsli 

elə  bil  Allah  qarğıyıb.  Nəslimizin  iyirmi  iki  nümayəndəsi 

cürbəcür  gəmi  qəzalarında,  uğursuz  ekspedisiyalarda  və 

faciəli  hadisələr  nəticəsində  həlak  olubdur.  Onların 



                                                     

 

  



                                                                            

                                                    

32 

əksəriyyəti  heç  orta  yaşa  çatmamış  bu  işıqlı  dünyadan 



köçüblər. İnsan üçün bundan böyük dərd ola bilməz.  

Mən,  ömrünün  altmış  ilini  müxtəlif  səyahətlərə  və 

ekspedisiyalara  həsr  etmişəm.  İstəmişəm  ki,  bizim  nəslin 

nümayəndələri  dünya  səyahətləri  tarixində  və  tarixi-

coğrafiya elminin inkişafında müsbət iz qoysunlar. Demək 

olar ki, mən buna nail olmuşam. Bununla belə istəyirəm ki, 

Migel  də  tarixi  əhəmiyyət  kəsb  edən  coğrafi  kəşflərdə 

iştirak  edərək,  ad  qazansın  və  özünü  bütün  Avropaya 

tanıtsın. Migel hökmən atasının  yanına  yola  düşməlidir. O 

ki, qaldı mənim bu evdə tək qalmağıma onun nigaran olma-

sı, bu haqqda narahat olmağa dəyməz. - Qoca birbaşa nəvə-

sinə  müraciət  edərək,  həmin  tərzdə  sözünə  davam  etdi.  – 

Migel,  sən  yola  düşməmişdən  əvvəl  mən,  dostum  coğrafi-

yaşünas Bartolomeunu Seviliyadan buraya dəvət edəcəm və 

o,  burada  ömrünün  axrına  kimi  yanımda  qalacaq.  Bundan 

əlavə  Sanços  da  mənimlədir.  Təki,  sən  həyatda  uğurlar 

qazanasan. 

Qoca səyyah uzaqgörən adam idi. O, elə sözlər söylədi 

ki,  həmin  sözü  müzakirə  etməyə  heç  bir  ehtiyac  qalmadı. 

Migel  isə  tələm-tələsik  qərar  çıxarmaq  istəmədi.  Ona  görə 

də bu məsələnin müzakirəsini sonraya saxladı. Rodriges də 

bu məsələ ilə bağlı nəvəsini sıxışdırmaq istəmədi. 



 


                                                     

 

  



                                                                            

                                                    

33 

     III fəsil. Rodriges Kartahena birinçi dünya  

    səyahətində İspaniyaya gəlib çıxan on səkkiz  

              dənizçidən biri idi 

 

Rodriges  Kartahena  nəinki  Barselonada,  hətta  bütün 



İspaniyada tanınmış dəniz səyyahı sayılırdı. Ona görə ki, 

hazırda  Fernan  Magellanın  başçılıq  etdiyi  ilk  dünya 

səyahətində İspaniyaya sağ-salamat gəlib çıxan on səkkiz 

dənizçidən  biri  və  indiki  zamanda  həmin  ekspedisiyanın 

sağ  qalan  iştirakçılarının  yeganə  nümayəndəsi  idi. 

Bundan  əlavə  qoca  səyyah  İnklərin  imperiyasını  zəbt 

edən  Fransisko  Pisarronun  ekspedisiyasında,  Diyeqo 

Almaqronun  Çili  yurüşündə,  Pedro  Valdiviyanın  Cənubi 

Çili kəşfində və Xuan Ladrilyeronun Çonos arxipelağının 

və Taytao yarımadasının kəşfində iştirak edən ekspedisi-

yasında  aktiv  fəaliyyət  göstərmişdir.  Həmin  ekspedisiya 

zamanı  o,  Xuan  Ladrilyero  ilə  birlikdə  1558-ci  ildə  ilk 

dəfə  Magellan  boğazını  qərbdən-şərq  istiqamətində  keç-

mişdir. Səyahətlər zamanı Rodriges müxtəlif vəzifə almış 

və rütbələrlə təltif olunmuşdur. Fernan Magellanın səya-

həti  zamanı  o,  yunqalıqdan  baş  matrosa  kimi  yüksəlmiş, 

Pisarronun  ekspedisiyasında  bosman  təyin  olunmuş, 

Almaqronun yürüşündə dənizçi piyada dəstəsinin kapita-

nı olmuş və Ladrilyeronun səyahəti zamanı gəmidə vitse-



Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə