58
Həmin gəmilərin bəziləri Lepanto (1571) döyüşündə
iştirak etmişdilər. Lepanto döyüşü İspaniyanın qalibiyyəti
ilə başa çatmışdı. İspaniya, Roma papası və Venetsiya ilə
ittifaqa girib, 1572-ci ildə Balkan yarımadası sahilinə
birləşmiş hərbi dəniz donanması göndərir. Sayı 200-dən
çox olan iri gəmilər, Lepanto körfəzində ağır döyüşdən
sonra türk donanmasını tamamilə darmadağın edirlər.
Sonradan həmin donanmanın bəzi gəmilərinin aqibəti belə
acınacaqlı olur və ispanlar heç vaxt özlərini La-Manşdakı
məğlubiyyətlə bağışlamayacaqlar. Bundan sonra ingilis
gəmiləri uzun müddət dünyanın bütün okeanlarında ağalıq
edib hökmranlığı əldən verməyəcək. Həmin döyüşdə ingilis
donanmasına, kraliça Yelizavetanın sevimlisi, keçmiş dəniz
qulduru və məşhur korsar, Magellandan sonra ikinci dəfə
dünya dəniz səyahətində (1577-1580) iştirak etmiş, Frensis
Dreyk başçılıq etmiş və böyük müvəffəqiyyət qazanmışdır.
II Filipp onu qanundan kənar elan etmişdir. F. Dreyk bütün
İspan imperiyasının qəti düşməni sayılırdı.
Qoca səyyahın bağında şirin-şirin söhbət edən bu üç
yoldaş, həmin armadanın tərkibində olmuş və Qravelin
sahilində ingilislərə qarşı qəhrəmancasına döyüşmüşdülər.
Məğlubiyyətə və keçirdikləri sarsıntıya görə, onlar heç də
fəxr etmirdilər ki, “Məğlubedilməz armada”nın tərkibində
La-Manş boğazındakı amansız döyüşdə iştirak ediblər.
59
- Sebastyan, dünən sən harada idin? - deyə Osvaldo
müəmmalı tərzdə dostundan soruşdu.
- Gərək mən sizə xəbər edəydim haradayam. - deyə
Sebastyan bir anlığa başını aşağı salaraq, təmkinlə dilləndi.
- Bilirsiniz, elə səhər tezdən Silviya özünü pis hiss edirdi.
O, gecədən xəstələnmişdi və bunu məndən gizlətmək
istəyirdi. Mən də məcburiyyət qarşısında qalıb Silviyanın
yanına həkim gətirdim. Bir sözlə, narahat olmağa dəyməz.
Silviya bir-iki günə tamamilə sağalıb ayağa qalxacaq.
- Sebastyan, heç də çəkinib eləmə, pul lazımdırsa de. -
deyə Migel açıq ürəklə dilləndi. - Əgər lazımdırsa, gedək
Silviyanı bura gətirək. Mənim tanış həkimim də var. O,
təmənnasız Silviyanın müalicəsi ilə məşğul ola bilər. Bizim
evdə...
- Çox sağ ol, Migel, dedim axı qorxulu bir şey yoxdur. -
deyə Sebastyan əlini Migelin çiyninə qoydu, sözünü
üzrxahlıqla kəsərək, təqdirediçi tərzdə davam etdi. - Silviya
sağalandan sonra hökmən onunla bir yerdə bura gələcəm.
Sonra hər üç dost kamandan ox atmaqla məşğələlərini
davam etdirməyə başladılar. Lakin bir saatdan sonra,
Silviya xəstə olduğuna görə Sebastyan evə yollandı.
Tövlədə olan on iki atdan biri şəxsən Migelin, o birisi
Osvaldonun, üçüncüsü isə Sebastyanın sayılır və bu atlar
şəxsən qoca səyyah tərəfindən hər üç dosta bağışlanıl-
60
mışdır. İndi də Osvaldo ilə Sebastyan həmin atlardan öz
atları kimi istifadə edirdilər.
Axşama yaxın Osvaldo da öz evinə yollandı. O, bildirdi
ki, gecəni öz evində qalacaqdır. Özünü yorğun hiss edən
Migel yorğunluğunu almaq üçün, bağdakı skamyaların
birində əyləşərək dincəlməyə başladı. Çiçəklərin xoş ətri,
quşların nəğməli cəh-cəhi adamı lap məst edirdi. Çərhovu-
zun fəvvarəsi suda canlanma yaradırdı.
Yarım saata kimi Migel də evə yollandı. Elə hündür
olmayan pilləkən ilə qalxıb evin qapısına çatmışdı ki,
birdən həyət qapısı döyüldü. Migel bir anlığa pilləkənin
başında dayandı və qapını açmaq üçün həyət qapısına tərəf
yollanmaq istədi. Bu dəmdə evin qapısı açıldı və həmişə
hazır olan Sanços cəld həyətin qapısına tərəf üz tutdu.
Migel bu dəfə kimin təşrif gətirdiyini görmək üçün burada
dayınıb gözlərini qapıya zillədi. Sanços qapının ağzına
çatanda, birdən qapının o üzündə karet səsi eşidildi və bir
anda da həmin səs yoxa çıxdı. Görünür, karet qapının
ağzında dayanmışdı. Sanços qapını açıb oradakılara mərhə-
mətlə təzim edərək onlarla sorqu-sual etdi. Heç iki dəqiqə
keçməmiş, Sanços içəri keçib darvazanı açır. Qapının
ağzında bir atlı və iki ata qoşulmuş karet göründü. Qapı
açılan kimi onlar içəri daxil oldu, atlı kareti qabaqlayıb, düz
Migelin yanında atdan düşdü. Migel dərhal atlını tanıdı. O,
61
“sinyor Odovaldo” - deyə pilləkənlərdən enərək təbəssümlə
ona yaxınlaşdı.
Bu zadəgan Yeni Dünya sahillərində konkistador kimi
tanınan kapitan Xuan Odovaldo de Kamaço idi. Zadəganlar
bir-birləri ilə görüşənə kimi karet gəlib onların yanında
dayandı. Kapitan Xuan cəld karetin qapısını açdı və içəridə
olan cavan sinyoranın əlindən tutub, karetdən düşməyə ona
kömək etdi. Sinyoranın ardınca karetdən orta yaşlı bir
zadəgan düşdü. Zadəgan o qədər hündür olmayan, dolu
bədənli, yaxşı qamətli, otuz beş yaşında ciddi baxışlı bir
adam idi. O, yumrusifət, təmkinli, sifətində qalın bığdan
başqa tük saxlamırdı. Başının qara rəngli tükü qara
şlyapanın altında idi.
O, karetdən duşəndə təzim etmədən yanındakı sinyo-
ranın əlindən tutdu. Kapitan Xuan Migeli təqdim edəndən
sonra əli ilə sinyoranı göstərib ehtiramla dedi:
- Migel, tanış ola bilərsən, bu bizim gəlinimiz sinyora
Mursiya de Xuanitadır. “Vanquardia” gəmisinin şturmanı
Xuanita Floresin ikinci qızıdır. - Sonra əli ilə orta yaşlı
zadəganı göstərib həmin tərzdə sözünə davam etdi. -
Mənim ortancıl qardaşım “Vanquardia” gəmisinin kapitanı
Filipp Odovaldodur. O, Filipp Mursiyanın həyat yoldaşıdır.
Onların iki ay bundan əvvəl oğlu olub.
Dostları ilə paylaş: |