134
orada qala-qala siz bu məlumatı haradan götürmüsünüz?
Xahiş edirəm bunu bizə izah edəsiniz.
- Sözsüz ki, bu məlumatın özünü bizə Qonsalo Viqo
çatdırmışdı. - deyə qoca səyyah istehza ilə dedi və üzünü
şturmana tutub aludəliklə sözünə davam etdi. - 1525-ci ildə
“Ədviyyat adaları”na Qarsia Xofre Loaysa 5 gəmi ilə yola
düşür. Həmin ekspedisiya Sakit okeanı keçəndə Qonsalo
Viqonu Quam adasından götürmüşdülər. Bax belə təsadüf
nəticəsində Qonsalo canını Quam adasından qurtarıb. Onu
da sizə deyim ki, Loaysanın ekspedisiyası indiyənə qədər
ən faciəli ekspedisiyalardan biri sayılır.
- Mən də bu haqda nəsə, qulaqucu eşitmişdim, - deyə
kapitan Filipp Odovaldo əlavə etdi və üzünü qocaya tərəf
tutub ondan xahiş etdi. - ancaq tam təfsilatı ilə yox. Həmişə
də bir-birini təkzib edən məlumatlar eşitmişəm. Sizdən
artıq dərəcədə xahiş edirəm, bu ekspedisiya barədə də bizə
məlumat verəsiniz. Bütün ekspedisiyalar haqqında yalnız
sizdə dəqiq məlumat var. Loasyanın ekspedisiyasının
aqibəti həmişə məni maraqlandırırdı.
- Sinyor kapitan, bir dəqiqə, - deyə şturman Flores
üzrxahlıqla kapitan Filippin sözünü kəsdi və üzünü ona
tutub ciddi halda sözünə davam etdi. - mən, sinyor Kartahe-
nadan bu haqda xahiş etmişəm, növbəti xahiş isə özümün
olacaq. - deyə elə həmin anda o, üzünü qocaya tərəf çevirib
135
üzrxahlıqla əlavə etdi. - Sinyor, sizin bu məlumatınız
mənim üçün həddindən artıq vacib və maraqlıdır. Yenə də
sizdən xahiş edirəm, bu dəfə sizin iştirak etdiyiniz dünya
səyahəti haqqında tam təfsilatı ilə danışardınız.
Qoca səyyah bütün gecəni yatmamışdı və yığıncağın
iştirakçıları bura gəlincə, özünü çox yorğun və narahat hiss
etmişdi. Bu yığıncaq müsbət sonluqla nəticələnəndə o,
özünü yaxşı hiss etməyə başlayır və yorğuluq tamamilə
bədənindən çıxmışdı. Lakin bütün bunlara baxmayaraq,
onun köhnə ekspedisiyalar barəsində məlumat verməyə
həvəsi yox idi. Özü də burada olanlardan artıq ikisi qoca
səyyahdan məlumat almaq üçün bir-birləri ilə mübahisəyə
başlamışdılar. Bütün bunlara son qoymaq üçün qoca səyyah
təşəxxüsslə:
- Möhtərəm sinyorlar, hazırda mənim nə Fernan Magel-
lanın, nə də ki, Qarsiya Xofre Loaysanın ekspedisiyası
haqqında məlumat verməyə həvəsim var. Söz verirəm ki,
Yeni Dünyaya yola düşən zaman Atlantik okeanının üzərin-
də, sizə bu və ya digər səyyahlar barəsində dürüst mə-
lumatlar verəcəm.
Şturman Flores etikaya riayət edərək susmağı üstün
tutdu. Kapitan Filipp isə bir az tərəddüd edəndən sonra
yenə də təkildə dedi:
136
- Sinyor Kartahena, mən məmnuniyyətlə sizinlə razı-
laşardım, ancaq iş ondadır ki, bu barədə çoxlu söz-söhbətlər
gəzir. Elə bu gün bu səyahət haqqında dəqiq məlumat
alsaydım, pis olmazdı.
- Mən axı dedim, bu gün mən çox yorulmuşam, - deyə
Rodriges ciddi halda dipləndi. - Mərkəzi Çili sahillərinə
yola düşəndə mən sizə və dənizçi zabitlərinə bu haqda mə-
lumat verəcəm. Qalan adamların isə bu məlumata heç bir
ehtiyacı yoxdur. Ancaq sizdən artıq dərəcədə xahiş edirəm,
bu haqda heç kim mənə sual verməsin.
- Nə deyirik ki, yola düşən günümüzü gözləyək, - deyə
“Vanquardia”nın kapitanı məyus halda dilləndi. - amma
onu da deyim ki, siz ağıl dəryasısınız. Belə bir adamı, ulu
Tanrı yaxşı ki, bu günə kimi qoruyub saxlayıb. Sinyor
Kartahena, sizin yerinizə olsaydım, səyahətlərdən sonra
vətənə qayıdanda yalnız elmlə məşğul olardım.
- Belə şeylərə fikir verirsinizsə, sizə öz minnətdarlığımı
bildirirəm, - deyə qoca səyyah kapitana ehtiramla təzim etdi
və heç kimə baxmadan təbəssümlə sözünə davam etdi. -
hamınız arxayın ola bilərsiniz, bütün bildiklərimi və
gördüklərimi coğrafiyaşünas Bartolomeu Salvatyero öz
tarixi gündəliyində qeyd edib. O, yaxın gələcəkdə həmin
sənədləri çap etdirəcək.
137
Daha qoca səyyahı yormaq istəməyən kapitan Filipp
içəridəkilərə təklif etdi ki, Rodrigesin rahatlığını təmin
etmək üçün bu evi tərk etsinlər. Hamı bu təklifi yekdilliklə
qəbul etdi, amma şturman Flores qoca səyyahın icazəsini
alıb vacib məsələyə görə burada qaldı. Sözsüz ki, onu bəzi
suallar maraqlandırırdı.
- Sinyor Kartahena, siz dünya görmüş bir adamsız və
sizdən məsləhət almaq hər bir adamın borcudur. - hamı zalı
tərk edən kimi, qoca səyyahın yanında əyləşən şturman
üzrxahlıqla dilləndi. - Çoxları biganəlik göstərir və arau-
kanların adını eşidəndə gülməyə başlayırlar. Çünki əsl
həqiqəti anlamaq istəmirlər. Hələ onlar başa düşmürlər ki,
Mərkəzi Çilidə biz necə ağır bir missiyanı yerinə yetirəcək
və araukanlarla çox çətin müharibəyə başlayacayıq. Siz əsl
həqiqəti onlara bildirdiniz, lakin onlar bunu anlamaq
istəmədilər. Siz köhnə bir səyyah kimi araukanları vacib
rəqib kimi qəbul edirsiniz, ancaq başları çıxmayan və belə
bir ekspedisiyalarda heç vaxt iştirak etməyənlər, bu
məsələyə öz biganəliklərini göstərdilər. Onlar elə bilirlər ki,
araukanlar Yeni Dünyanın başqa hindu tayfaları kimi
ölüvay və zəifdirlər. Lakin mən onları bu cür qəbul etmi-
rəm. Araukanlar əlli ilə yaxındır ki, ölkələrinin müstəqil-
liyini qorumaq üçün kəskin müqavimət göstərirlər. Deməli,
araukanların çox güclü və təcrübəli ordusu var. Özü də ki,
Dostları ilə paylaş: |