186
təsdiq olundu ki, qız ən çox keçmiş yunqaya inanır və ən
çox ona etibar edir. Florida artıq hiss etdi ki, Migelin ona
qarşı olan münasibəti xeyli dəyişib. Deməli, əvvəlki dosta
ümid bəsləmək olar. Məhz bu yaxınlıq ilə Migel özü üçün
qız tərəfindən bəraət qazandı. Bundan sonra Florida
tamamilə onun nəzarəti altına düşdü. İndi Migel göz bəbəyi
kimi qızı Karlosdan qorumalı idi. Çünki, çoxlarına bəlli idi
ki, Karlos elə-belə Floridadan əl çəkməyəcək və onu ələ
keçirmək üçün hələ çox cəhdlər və səylər göstərəcək.
Bunun da qarşısını sözsüz ki, Migel almalı idi.
XVII fəsil. Sevgililərin bir-birinə qovuşması
Bəraət qazanandan sonra artıq Migel bir neçə gün ki,
leytenant Ramiresin evində Florida ilə körüşürdü. Bu
günlərdə Karlosun izi-tozu da bu evin həndəvərində
görünmürdü. Florida elə bilirdi ki, o, birdəfəlik qızdan əl
çəkib. Lakin Migel onun xasiyyətinə bələd idi və çox gözəl
bilirdi ki, haçansa Karlos həyasızlıq edib bu həyətin
qapısından içəri girəcək. Keçmiş yunqa ilə yanaşı Osvaldo
187
da bu evə görüşə gəlirdi. Necə ki, Florida Migeli, eləcə də
İlona Osvaldonu səbirsizliklə burada gözləyirdi. Migel öz
görüşlərinin vaxtını əvvəlcədən nizama salmış və hər gün
bütün bunları dəqiqliklə həyata keçirirdi. Axşam vaxtı saat
doqquzun yarısında o, dostu ilə birlikdə Ramiresin bağında
olurdu. Gecə saat birə kimi Migel sevgilisinin yanında olub
sonra isə gizlicə evinə yollanırdı.
İş elə gətirdi ki, kapitan Markos Migelə ayın 25-dən iki
gün müddətinə gəminin vitse-kapitanı kimi “Destino”nun
bütün işlərini səliqə-səhmana salmalı və bütün heyəti
siyahıdan keçirmək üçün xüsusi göstəriş verdi. Migel də
Floridanı xəbərdarlıq edə bilməyib öz işinin icrası üçün
gəmiyə yollandı. İki gün ərzində o, gəminin bütün işlərini
qaydasına salmalı və bu haqda kapitan Markosa təqdimat
verməli idi. Tərslikdən kapitan özü də gündüzlər gəmidə
olur və Migelin apardığı işlərə nərazət edirdi. Yoxsa, vitse-
kapitan bir bəhanə taparaq kapitana xəbər vermək üçün
Ramiresin əvinə gedib, orada Floridanı görər və görüşə
gəlmədiyinin səbəbini izah edirdi.
Lakin iş elə gətirdi ki, Migel iki günün ərzində həmin
işin öhdəsindən gələ bilmədi. Gəminin tryumları və su
çəlləkləri hazır deyildi. Kapitan Xuan Odovaldonun
göstərişi ilə gəmiyə iki ədəd top gətirdilməliydi. Bu tapşırıq
da yerinə yetirilməmişdi. Məhz bu səbəblərə görə Migel bir
188
gün də gəmidə qalmalı idi. O, qızı görmədiyinə görə
gəmidə başı durmanlı gəzirdi. Darıxdığından Migel özünə
yer tapa bilmirdi. Karlos da fürsətdən istifadə edib
Ramiresin evinə gəlişini bərpa etmiş və hər vasitə ilə
Floridanı yenə də ələ keçirmək istəyirdi. O, yenə də Migelə
böhtanlar yağdırır və hər cürə onu gözdən salmaq istəyirdi.
Karlos belə bir şaiyə yaymışdı ki, Migel keçmiş sevgilisi ilə
görüşmək, üçün Saraqosaya gedib. Bu şaiyə inandırıcı
olmasa da, Floridada bəzi şühbələr yaranmağa başladı.
Migel sevgilisinə bir söz demədən gözlənilmədən yoxa
çıxmışdır. Deməli, onun vacib işi olduğundan o, tələm-
tələsik Barselonanı tərk etmişdir. Tərslikdən Migel bu
haqda Osvaldoya da heç bir söz deyə bilməmişdi. Osvaldo
da ki, utandığından, dostunun hara getdiyini qoca səyyah-
dan soruşmağa imkan tapmamışdı. Lakin bütün bunlara
baxlamayaraq, Florida heç cürə Karlosa üz vermir və hər
vaistə ilə onu özündən rədd edirdi. Həyasız zadəgan isə
sırtıq kimi qızdan əl çəkmirdi.
Migelin harada olduğunu bilən kapitan Markos hər gün
evə gəlir və bu məlumat heç kimi maraqlandırmadığından
onu daxilində gəzdirirdi. Atanın ağlına belə gəlmirdi ki,
onun qızı Migel ilə görüşür və həsrətlə sevgilisinin yolunu
gözləyir. Nəhayət, üçüncü gün Florida təsadüfən eşidir ki,
Migel “Destino”nun tərkibindədir və müvəqqəti olaraq
189
komandaya rəhbərlik edir. Gec olsa da, artıq Florida dəqiq
bilirdi ki, Migel haradadır. Bu dəfə də o, əmin oldu ki,
Karlos nə qədər alçaq, yaramaz, yalançı və böhtançı
adamdır. Bu adam başdan-ayağa şərdir.
Ertəsi günü Migel bütün işlərini qurtardığı üçün kapitan
Markos onu gəmidə əvəz etdi. Artıq ayın 29-u idi. Migel bu
gün rahat dincəlib, ertəsi günü gecə saat 2-dən sonra, yəni,
sentyabrın 1-ə keçən gecə yenə də gəmiyə qayıtmalıydı. Bu
dəfəki qayıdış uzun müddətli olacaqdı. Ona görə ki, sübh
çağı saat 5-də Mərkəzi Çiliyə nəzərdə tutulan ekspedisiya
Barselonanı tərk etməli idi. Sevgilisini görmək həsrəti ilə
yaşayan Migel hava qaralana kimi öz evində dincələndən
sonra Florida ilə görüşmək üçün o, Ramiresin evinə
yollandı.
Qız dəqiq bilirdi ki, Migel bu gün görüşə gələcək və
həmişəki vaxtdan tez gedib, bağa çıxan otaqda sevgilsinin
yolunu gözləməyə başladı. İlona artıq Osvaldo ilə görüş-
mək üçün bağa yollanmışdı. Hava bu gün çox qaranlıq idi
və tutqun ay işığında heç yeri görmək mümkün deyildi.
Məhz bunun üçün Florida bu otaqdakı şamları pəncərənin
ağzına qoymuşdu. Həyətin qapısı həmişə açıq olduğundan
(İlona həmişə bu vaxt qapının çəftəsini açıq qoyur və Migel
ilə Osvaldo həyətə daxil olandan sonra yenə də qapının
Dostları ilə paylaş: |