234
dəfə Migel bir balaca aşağı əyilərək yaxınlaşan rəqibinin
ağzının üstünə var qüvvəsi ilə bir yumruq endirdi. Bu zərbə
Karlosu sartısa da, o, əli ilə ağzını tutaraq yenə də ayaq üstə
özünü saxlaya bildi. Ancaq Migel üstünlüyü tam ələ almaq
üçün özü hücuma keçərək, iki dəfə dalbadal onun sinəsinə
yumruq zərbələri endirdi. Bu dəfə Karlos özünü saxlaya
bilməyib arxası üstə düz Floridanın ayaqları altına sərildi.
Onun üst dodağı partlamış, ağzı qana buşlaşmışdı. Bu
səhəndən vahiməyə düşən qız qorxu içində geri çəkilərək
Migelə titrək səslə:
- Migel, əl saxla, o, səni öldürə bilər.
Doğrundan da Migel sevgilisinin bu həyəcanlı xahişin-
dən və ya taləbindən sonra əl saxlayaraq tələsik Floridanın
yanına getdi. Osvaldo isə Karlosun hirsini soyutmaq üçün
ona tərəf yaxınlaşdı. Karlos ayağa qalxıb coşmuş halda
dedi:
- Migel, artıq sən meyitsən. Bu qanı mən heç doğma
qardaşıma da bağışlamaram. Sənin ürəyini deşmək mənə
borc olsun.
Karlos bu sözləri söyləyə-söyləyə qılıncını qınından
çıxardıb Migelə tərəf hücum etmək istədi. Lakin Florida
cəsarət edib sevgilisini müdafiə etmək üçün onun qabağına
keçərək yalvarışla dedi:
235
- Sinyor Karlos, sizdən artıq dərəcədə xahiş edirəm əl
saxlayın. Bu evdə qan tökməyin. Məni burada biabır etmək
istəyirsiniz?
- Artıq o, ölümünə hökm verib. - deyə Karlos hiddətlə
dilləndi və üzünü Migelə tutub ikrah hissi ilə sözünə davam
etdi. - Sənə nə olub, qorxaq kimi sinyoritanın arxasında
gizlənmisən? Onsuz da mən səni öldürəcəm. Tez ol çıx
qabağıma.
- Sadəcə olaraq mən əlimi qana bulamaq istəmirəm. -
deyə Migel qürurla dillənərək Floridanın qabağına keçdi. -
Elə bilirsən ki, səndən qorxuram? Ay yazıq mənim sənə
rəhmim gəlir. Yaxşısı budur, çıx buradan get.
Migel sözünü qurtarmışdı ki, Karlos hücuma keçdi.
Cəld hərəkətlərə malik olan Migel sevgilisini kənara
itələyib müdafiə olunmağa başladı.
Burada vuruşmaq heç bir məntiqə sığmırdı. Qılıncların
səsinə bütün evdəkilər bura axışıb gələ bilərdilər. Ondan
sonra buradakı biabırçılıqdan yaxa qurtarmaq mümkün
olmayacaqdı. Onların arasında baş verən, duelə oxşayan
döyüşü dayandırmaq lazım idi. Bu münaqişənin hansı
səbəbdən baş verdiyini bilsələr, onda həm Migel, həm də
ki, Florida biabır olacaqdılar. Hamıdan çox Florida təşvişə
düşmüş və qorxudan zalın bir küncünə sıxılmışdı. Qız
birtəhər özündə imkan taparaq Osvaldoya yaxınlaşıb ona
236
yalvarmağa başlayır ki, o, bu döyüşə müdaxilə etsin. O,
cəngavər olduğuna baxmayaraq, iki zadəgan arasında gedən
döyüşə heç cür müdaxilə edə bilməzdi. Lakin o, tələb edə
bilərdi ki, döyüş burada yox, həyətdə davam etdirilsin.
Osvaldonun özü də bu döyüşün dayandırılmasının tərəfdarı
idi. O da istəmirdi ki, bu hay-küydən evdəkilərin xəbəri
olsun. Nəhayət, Osvaldo imkan tapıb arxadan Karlosun sağ
əlinin biləyindən tutub onu sakitləşdirməyə başladı. O,
üzünü Karlosa tutub təmkinlə dedi:
- Sizdən artıq dərəcədə xahiş edirəm, əl saxlayın. Biz
burada yaşayanları narahat edirik. Dava üçün başqa yer
seçin.
- Mənim qolumu buraxın o, öldürülməlidir. - deyə
Karlos daha da qəzəbləndi.
- Sinyor Karlos, bu döyüş dayandırılmasa, indi bütün
evdəkilər buraya tökülüşəcəklər. - Osvaldo bu dəfə onun
qabağına keçərək qətiyyətlə dediyinin üstündə durdu.
- Qulaq asın, artıq kimsə bura gəlir. - deyə təşviş içində
olan Florida döyüşənləri xəbərdar etdi.
Doğrudan da addım səsləri eşidilirdi. Kimsə bu zala
doğru addımlayırdı. Osvaldo cəld cibindən dəsmalını
çıxarıb Karlosa tərəf uzatdı ki, dodağından axan qanı silsin.
Qızmış zadəgan da elə etdi. O, dəsmal ilə qanını silə-silə
qılıncını qınına qoydu və üzünü Migelə tutub nifrətlə dedi:
237
- Migel, hələlik sənin bəxtin gətirdi. Ancaq unutma ki,
mən səni həyətdə öldürəcəm.
- Sənə dedim ki, mən ölümdən qorxmuram və hər an
səninlə döyüşməyə hazıram. - Migel sözləri qətiyyətlə
deyərək qılıncını qınına qoydu.
XXI fəsil. Karlos biabıçılıqla evdən
uzaqlaşdırılır
Qapı açıldı və İlona ilə anası içəri daxil oldular. Santana
içəri girən kimi Floridadan başqa hamı ona təzim etdi.
Qızın anası Karlosun evdə olmasından xəbərdar, amma
Migelgilin gəlişindən xəbərsiz idi. Santananın gəlişinin əsas
səbəbi də o idi ki, ona ya evin qulluqçusu bu barədə xəbər
verib, ya da ki, burada yaranan səs-küy. Floridanın anası
necə ki, Karlosa, eləcə də Migelə səmimi hörmət bəsləyirdi.
Onlar bir-birilərini salamlayandan sonra Santana vitse-
kapitandan gəlişinin mahiyyətini xəbər aldı. Ümumiyyətlə,
Migel hər hansı bir bəhanə tapıb deyə bilərdi. Lakin o,
buranı Karlossuz tərk etmək istəmirdi. Migel üst-başını
Dostları ilə paylaş: |