118
- İstəməyən kor olsun. - deyə qoca Rodriges qeyri-
müəyyən tərzdə dilləndi və kapitan Xuana tərs bir nəzər
yetirib soyyuqqanlıqla sözünə davam etdi. - Sinyor kapitan,
yenə də sizə deyirəm, araukanlar heç bir hindu tayfasına
oxşamır. Avropanın ən qabaqcıl əsgərləri kimi döyüşürlər.
Bəli, bəli. Siz öz rəqiblərinizi qiymətləndirməlisiniz.
Doğrundan da araukanlar mahir döyüşçüdürlər. Mən bunu
demişəm, həmişə də deyəcəm. Ona görə yox ki, biz onlara
məğlub olmuşuq. Ona görə ki, onlar döyüş taktikasından
yaxşı baş çıxarırlar. Siz hökmən onları güclü rəqib kimi
qəbul etməlisiniz.
- Sinyor Kartahena, mən eşitmişəm ki, siz Pedro Valdi-
viyanın bütün ekspedisiyalarında iştirak etmisiniz və açıq e-
tiraf etdiniz ki, həmişə araukanlara məğlub olmusunuz. -
deyə Vasko söz aldı və üzünü qocaya qutub ehtiramla
sözünə davam etdi. - Ancaq bizim üçün maraqlı olardı,
sizin dəstələri hansı döyüşçülər təmsil edirdi? Yəni, sizin
döyüşçülər təcrübəliydilər, yoxsa kəndlərdən gəlmiş əkinçi-
lər idi?
- Hamınız əmin ola bilərsiniz, Pedro Valdiviyanın
ekspedisiyasında yalnız təcrübəli və bacarıqlı döyüşçülər
təmsil olunmuşdu. - deyə qoca səyyah tərəddüd etmədən
qətiyyətlə cavab verdi. - Həmin o konkistadorlar İnklərin
imperiyasını fəth etmiş və Ataualpanın döyüşkən ordusunu
119
darmadağın etmişdilər. Sadəcə olaraq, araukanlar bizdən
bacarıqlı çıxdılar. Ona görə deyirəm, araukanların hiylə-
gərliyindən muğayat olun.
- Əgər mümkündürsə, bu barədə ətraflı danışın. - deyə
Vasko təkid etdi.
- Araukanlar çox bacarıqlı, təcrübəli və hiyləgər
döyüşçüdürlər. - deyə qoca səyyah təkidlə bu sözləri təkrar
etdi və leytenant Vaskoya nəzər salmadan ehtiramla sözünə
davam etdi. - Araukanlarla cəmi iki dəfə açıq döyüşdə
olmuşuq, o da ki, sayımız az olanda. Buna baxmayaraq, biz
onları həmin o döyüşlərdə darmadağın etdik. Lakin sonra
onlar açıq döyüşdən boyun qaçırmağa başladırlar.
Lautaro adlı bir araukan bizim tərəfimizə keçmiş və
bütün sirlərimizə və döyüş taktikasına tam yiyələnib bir
ildən sonra öz hindularının yanına qayıtmışdı. Məhz bu
hadisələrdən sonra hindular bizim üstümüzə gözlənilmədən
dağların ətəyində, meşənin girəcəyində, dərələrdə, dağ
keçidlərində hücüm etdilər. Bir də ki, üstünlük ona görə
onların tərəfində idi ki, hindular öz torpaqlarında idilər və
bütün sahələri çox yaxşı tanıyırdılar. Araukanlar bütün
imkanlarından çox yaxşı istifadə edirdilər. Onlar çox böyük
ustalıqla bizi mühasirəyə alır və oxlarını üstümüzə yağdırır-
dılar. Hansı vasitələrə əl atırdıqsa, onlara qalib gələ bilmir-
120
dik. Hətta elə vaxt olub ki, bizim sıralarımızda dörd yüz
nəfər olub, yenə də araukanlara diz çökdürə bilmə-mişik.
- Sinyor Kartahena, sizin fikirinizcə, bu qüvvə araukan-
ları məğlub etmək üçün kifayətdir? - deyə “Vanquardia”
gəmisinin kapitanı maraqla soruşdu.
- Sinyor kapitan, hər şey sizin özünüzdən asılıdır. - deyə
qoca səyyah qeyri-müəyyən tərzdə dilləndi. - Elə ayağınızı
Araukan torpağına basan kimi özünüzü ayıq-sayıq
aparmalısınız. Sözsüz ki, döyüşdə soyuqqanlı və qorxmaz
olmalısınız. Hər şeydən ehtiyatla davranmalısınız. İndi isə
əsas bir şeyi yadda saxlayın. Hansı döyüşdə iştirak
edirsiniz-edin, ancaq həmişə arxada ya pusqu, ya da ki,
ehtiyat dəstəsi saxlayın. Bu hal sizin mühasirəyə düşmə
ehtimalını xeyli azaldacaq. Gecələr və əsasən sübh çağı çox
ehtiyatlı olmalısınız.
- Mən başa düşə bilmirəm, hansı döyüşçünü dindirirsən,
deyir araukanlaradan muğayat olun. - deyə qraf Xuan qəti
olaraq bu izahatdan narazı oldu və qoca səyyahın sözünü
yarımçıq qoymasına görə heç üzr istəmədən laqeydliklə
sözünə davam etdi. - Bu cür sözləri ekspedisiya iştirakçıları
qarşısında demək və ya işlətmək, heç bir ispan zadəganına
və ya zabitinə yaraşmaz. Siz elə danışırsız ki, guya biz lüt
hinduların üstünə yox, Osmanlı İmperiyasının əsgərləri
121
üzərinə gedirik. Kənardan baxan olsa, bu sözlərə görə
bizim hamımıza gülər.
- Başa düşmürəm, heç ispan əsgəri də lüt hindulardan
ehtiyat etməlidir? - deyə leytenant Kamaço giley-güzarla
dilləndi. - Biz onların üzərinə, gözlərimizi dəsmalla bağla-
yıb getməliyik. Həmin aborigenlərdən ehtiyat etmək bizim
üçün təhqir sayılar.
- Həmin o lüt hindular bir neçə ispan döstələrini
darmadağın ediblər. - deyə qoca səyyah böyük enerji
toplayaraq qətiyyətlə dilləndi. - Yüzlərlə ispan əsgəri əbədi
olaraq başlarını Araukan torpağında qoyubdur.
- Bu səhlənkarlıq nətiçəsində baş verə bilərdi, - deyə
kapitan Alonso gözlənilmədən narazılığını bildirdi. – abori-
genlər öz qüvvələrilə ispan konkistadorlarını məğlubiyyətə
uğrada bilməzdilər.
- Həmin o lüt aborigenlər, məşhur komandan Pedro
Valdiviyanı əsir alıb sonra isə edam etmişdilər. - deyə qoca
səyyah heç kimə baxmadan kəskin şəkildə xəbərdarlıq etdi.
- Deməli, Pedro Valdiviya əzvay adam olub və ispan
qedrətini orada biabır edib. - deyə leytenant Kamaço hüznlə
dilləndi.
Qoça Rodriges, etikadan kənar olan adamı təsadüfən
gördü və heç kimə imkan vermədən qürurla dedi:
Dostları ilə paylaş: |