146
Migel yunqa olan zaman bir dəfə Florida onun yanına
gəlib, bir söz demədən yanında əyləşmişdi. Belə bir
vəziyyətdə nə edəcəyini bilməyən yunqa utandığından qızın
yanından durub gözlənilmədən evi tərk etmişdi. O epizod
tez-tez Migelin yadına düşür və etdiyi kobud hərəkətə görə
heç vaxt özünü baqışlaya bilmirdi. İş ondadır ki, Floridanın
həmin müəmmalı hərəkətindən sonra, cavan zadəganda ona
qarşı məhəbbət hissi yaranmağa başlamışdı. Florida isə
yunqanın həmin kobud hərəkətindən sonra özünü təhqir
edilmiş kimi hesab edərək, bir müddət tamamilə Migel ilə
əlaqəni kəsməli oldu. Fürsətdən isqifadə edən Ameriqo
üstünlüyü ələ alıb qız ilə əlaqə yaratmağa başladı. Ona görə
ki, Florida həddindən artıq Ameriqonun xoşuna gəlirdi.
Yalnız Migelə görə ona yaxınlaşmırdı. Bilirdi ki, qızın
yunqadan xoşu gəlir. Florida isə yüksək ehtirasa və
hissiyyata malik olan bir qız idi. Tez bir zamanda başqası-
nın məngənəsinə düşürdü. Bütün bunlara baxmayaraq,
Migel Florida ilə heç bir yaxınlıq etmək istəmirdi. Məhz
buna görə də qız həmin kəlməni işlətməyə məcbur oldu:
“Bu cür ekzotik bitkilərin arasında, dostları yada salmağa
vaxt olmaz”.
Migelin də qəlbi kövrək idi, məhz buna görə də Florida
ilə hər bir yaxınlıqdan ehtiyat edirdi. Elə bütün bunları
nəzərə alan keçmiş yunqa qızın atdığı sözlərə heç bir təkzib
147
vermədi. Ona görə ki, özünü Floridanın qarşısında istər-
istəməz müqəssir kimi hiss etdi. Migel heç bir söz demədən
başını aşağı salıb hər iki bacını evə ötürdü.
Migelgil içəri girəndə babasıgil ilə qapının ağzında
rastlaşdı. Rodriges əli ilə Migelin qarşısını kəsib təmkinlə
dedi:
- Hava yaxşı olduğuna görə biz bağa gedirik.
Qızlar qocaya mərhəmətlə təzim edərək, pəncərənin
ağzındakı divanda əyləşdilər. Migel də onlarla üzbəüz
əyləşib qızlardan bir qulluq soruşdu. Floridanın hərəkət-
lərindən hiss olunurdu ki, o, nədənsə, narazıdır. Onun yum-
ru sifəti gah qızarır, gah da ağarırdı. Migel dəqiq anlaya
bilmirdi qızı hansı hisslər narahat edir. Qiyabi olsa da, başa
düşmək olardı ki, Florida nədənsə Migeldən narazıdır. İki
yaş bacısından böyük olan İlona, zalın divarlarındakı
naxışlara nəzər sala-sala Migelə baxmadan qeyri-müəyyən
tərzdə dedi:
- Sinyor Migel, sizin evinizə heç bir söz olmaz. Bu ev
hətta Seviliyadakı evdən də böyük və gözəldir.
- Sinyorita, bu evin sahibi mən yox, babamdır. - deyə
düzgün danışmağı xoşlayan Migel bikef halda dilləndi.
- Ancaq siz babanızın varisi sayılırsınız. - deyə İlona
giley-güzarla dilləndi. - Heç kimə sirr deyil ki, sizin baba-
nız, olan-qalan ömrünü sizə sərf edir. Deməli, siz babanızın
148
əvəzolunmaz varisi sayılırsınız.
Migel İlonanın bu cür açıq söhbətinə mat qalmışdır.
Nəyə görə, qız onunla bu tərzdə danışırdı? O, da İlonanı
çoxdan tanıyırdı. Lakin onunla heç vaxt bu cür açıq söhbət
etməmiş və həmişə onların arasında pərdə saxlanılmışdı.
Mənim gözümdə az olsa da, var-dövlət yoxdur. - Migel
tam razı halda dillənərək, kal-kal gülümsədi və üzünü
İlonaya tutub təbəssümlə sözünə davam etdi. - Ümumiyyət-
lə, səyahətə qurşanan bir adam üçün var-dövlət nəyə
lazımdır? Onun var-dövləti naməlum torpaqlar və oranı
təmsil edən aborigenlərdir.
- Bunu bilmək heç də çətin deyil. - deyə Florida
səmimiyyətlə dilləndi və Migelə müəmmalı nəzər salıb
ehtiramla sözünə davam etdi. - Əlbəttə, siz də babanız kimi
dəniz səyyahı olacaqsınız. Bütün Kartahena nəsli yalnız və
yalnız səyahətlə məşğul olublar.
- Sinyor Migel, eşitdiyimə görə, siz də mənim atamla
bir yerdə Mərkəzi Çiliyə nəzərdə tutulmuş ekspedisiyada
iştirak edəcəksiniz? - deyə İlona müəmmalı tərzdə soruşdu.
- Düz eşitmisiniz. - Migel tərəddüd etmədən etiraf etdi.
Onların sorğu-sualları getdikcə uzanırdı. Danışıqların-
dan elə çıxırdı ki, Migel özünün cavan canına yazığı gəlib
bu ekspedisiyadan imtina etməlidir. Xüsusilə bu işdə
Florida öz sirrini gizli saxlaya bilmədi. O, həddindən artıq,
149
Migelin Barselonada qalmasına canfəşanlıq göstərirdi. Hiss
olunurdu ki, Florida onu əvvəlki kimi istəyir. Birdən-birə
İlona bacısıgilə bildirdi ki, anası ilə işi olduğu üçün bağa
getməlidir, habluki onun anası yorğun halda istirahət
otağında idi.
İlona otağı tərk edən kimi Migel ağır xəyallara daldı.
Floridaya nisbətən İlonanın xasiyyəti çox-çox dəyişmişdi.
İlona elə uşaqlıqdan gülərüz və şən idi. İndi isə o, bacısını
bilərəkdən burada tək qoyub getmişdir. Cavanlar qəlblə-
rində olan sirrlərini bir-birlərinə söyləsinlər deyə, İlona
onlara şərait yaratmışdı. Düzdür, Migel qızı istəməyinə-
istəyirdi, amma heç vaxt onu sevməmişdir. İndi də
həyatının ağır imtahan qarşısında olduğu bir zaman, hansısa
bir qızı sevmək üçün onun ürəyində elə bir hissiyyat yox
idi. Daha doğrusu o, uzun müddətli səyahətə yollandığın-
dan kimi isə bədbəxt etmək istəmirdi. Florida sadəcə
olaraq, Migelin xoşuna gəlirdi.
İlona gedən kimi içəriyə dərin süküt çökdü. Nə Migel
danışır, nə də ki, Florida. Hərdənbir onlar bir-birlərinə
oğrun nəzər yetirirdilər. Elə bir vəziyyət yaranmışdı ki,
şəxsən Migel bilmirdi nədən söhbət açsın. Ancaq bənizin-
dən hiss olunurdu ki, o, danışmaq istəyir, lakin ağzı açılmır
və qızı da susmağa məcbur edirdi. Axırda oğlan tab
gətirmədi və heç bir söz demədən pəncərəyə tərəf getdi.
Dostları ilə paylaş: |