  1 Ramiz Dəniz



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə121/135
tarix23.01.2018
ölçüsü3,35 Mb.
#22247
1   ...   117   118   119   120   121   122   123   124   ...   135

                                                     

 

  



                                                                            

                                                    

478 

Yerdə qalanlara  yalnız  biz yiyəlik etmişik.  Yaxşı, indi deyə 



bilərsən, əsirlikdən azad etdiyiniz silahdaşlarınız haradadır? 

-  Onlar  son  döyüşlərdə  həlak  olublar!  -  deyə  Migel 

qətiyyətlə dilləndi. - Biz onları gizlin məzarlarda basdırmışıq 

ki, meyitləri sizin əlinizə keçməsin. 

- Sənin sözlərin əməllərinlə düz gəlmir. Mən dedim, bəlkə 

sən  bütün  həqiqəti  açıqlayacaqsan.  Ancaq  bu  belə  olmadı. 

Azad etdiyiniz əsirlər, yenə də bizim əlimizə keçdilər. Onlar 

Araukaniyanı  şimal  istiqamətində  tərk  etmək  istəyirdilər. 

Lakin biz onları yolda haqladıq. Mən hələlik onları edamdan 

saxlayıram.  İşdir,  buradakı  qüvvədən  əlavə  bizim  ölkəyə 

yeni qüvvə gəlsə, onların hamısı dərhal edam ediləcək. 

Konkistadorların hamısı bu xəbərdən sonra dəhşətə gəldi-

lər.  Sanki  onların  hamısı  mənəvi  cəhətdən  məhv  edildi. 

Koronun  dedikləri  düzdürsə,  onda  kapitan  Xuanın  başçılıq 

etdiyi  kəşfiyyat  dəstəsinin  bütün  əzab-əziyyətləri  puç  olub 

gedirdi.  Verilən  qurbanlar  havayı  yerə  imiş.  Bu  azdır  kimi, 

hələ  bir  dəstənin  sağ  qalan  qüvvəsi  düşmənin  əhatəsində 

mühasirəyə düşmüşdü. Buradakı konkistadorlar həqiqətən də 

çıxılmaz  bir  vəziyyətdə  idi.  Mənəvi  cəhətdən  sarsılan 

ispanlar  artıq  nə  edəcəklərini  bilmirdilər.  Araukanlar  həm 

mənəvi,  həm  psixoloji,  həm  də  fiziki  cəhətdən,  düşmən 

üzərində  böyük  üstünlük  qazanmışdılar.  Ancaq  bir  məsələ 

müəmmalı  qalırdı.  Əgər,  araukanlar  azad  edilən  konkista-



                                                     

 

  



                                                                            

                                                    

479 

dorları  yenidən  əsir  alıblarsa,  onda  nəyə  görə  Migeldən 



savayı  çıxılmaz  bir  vəziyyətə  düşən  bu  dəstəyə,  Araukani-

yanı sağ-salamat tərk etməyə imkan yaradırlar? Elə məhz bu 

sualla  Migel  hindu  sərkərdəsinə  müraciət  etdi.  Özündən 

tamamilə razı olan araukan tərəddüd etmədən dedi: 

-  Səni  bizə  təhvil  verəndən  sonra  hamı  buranı  təhlükəsiz 

halda  tərk  edəcək  və  gedib  şimalda  xəbər  verəcəklər  ki,  bir 

daha  Araukaniyaya  əli  silahlı  ispanın  ayağı  dəyməsin.  Əks 

təqdirdə  biz  tərəddüd  etmədən  əsirlərin  hamısını  edam 

edəcəyik. 

Onun bu sözləri daha inandırıcı göründü. Artıq heç kimdə 

o, biri dəstənin düşmən əlinə əsir düşməsinə şübhə qalmırdı. 

 

 



 

 

 



             XIX fəsil. Araukanlar geri çəkilir 

 

Migelin  təslim  olunması  üçün  verilən  vaxt  gəlib  çatdı. 



Bütün ətraf qaranlıq zülmətə qərq olmuşdu. Belə bir havada 

isə o, təslim olmaq fikrində deyildi. Koronun bu şərti yerinə 

yetirilməsə,  hindular  hücuma  keçməli  idilər.  Kasik  isə  belə 

bir  sadəlövh  əmri  verməz.  Deməli,  hücum  hava  işıqlaşana 




                                                     

 

  



                                                                            

                                                    

480 

qədər  təxirə  salınırdı.  Mühasirədən  çıxmaq  üçün  indi 



konkistadorlar bir tədbir görməli idi. Koro şərtini ispanların 

yadına  salanda  kapitan  Xuan  ona  sərt  cavab  verməli  oldu. 

Onda  hindu  kasiki  üzünü  təpənin  başına  tutaraq  hiddətlə 

qışqırdı: 

- Hamınız bir nəfərə kimi  məhv ediləcəksiniz.  Öz hücum 

həmlələrimizlə biz təpənin başını qəbristanlığa çevirəcəyik. 

Koro  elə  tərzdə  qışqırdı  ki,  onun  gur  səsi  ətraf  dağlara 

yayıldı.  Sanki  o,  konkistadorların  inadkarlığından  vəcdə 

gəldi  və  kapitan  Xuanda  elə  təsəvvür  yarandı  ki,  belə  bir 

vəziyyətdə Koro öz əsgərlərinə hücum əmrini verəcək. Lakin 

araukanların  sıralarında  böyük  tərpəniş  hiss  olunmurdu. 

Arabir onların səsləri gah ucalır, gah da zəifləyirdi. Pıçıltı ilə 

söhbət  edənlərin  səsləri  də  bütün  ətrafa  yayılırdı.  Belə  bir 

qatma-qarışıqda  hindular  yavaş-yavaş  gizlincə  yuxarı  qalxa 

bilərdilər.  Hava  həddindən  artıq  qaranlıq  idi.  Diqqətlə 

baxanda  belə  yaxın  məsafəni  görmək  olmurdu.  Ay  isə  hələ 

bir neçə saatdan sonra öz yerini göydə tutacaq. Kapitan Xuan 

hər  bir  konkistadora  ciddi  tapşırıq  vermişdi  ki,  keşikdə 

diqqəqli  olsunlar.  Araukanlar  həqiqətən  də  gizlincə  təpənin 

başına  yaxınlaşa  bilərdilər.  Konkistadorlar  öz  sayıqlığını 

itirməməli idilər. 

Birdən-birə  aşağıdan  oxlar  səpalənməyə  başladı.  Kor-

koranə  buraxılan  oxlar  qaranlıq  zülmətdə  kimlərə  isə 



                                                     

 

  



                                                                            

                                                    

481 

dəyməli  idi.  Hətta  nişan  almadan  bir  neçə  döyüşçü  həmin 



oxların  qurbanı  oldu.  Çox  güman  ki,  araukanlar  hücum 

qabağı  bir  neçə  konkistadoru  sıradan  çıxarmaq  istəyirdilər. 

Kapitan  dərhal  qışqırdı  ki,  hamı  oxlardan  müdafiə  olunmaq 

üçün  ağacların  arxasında  mövqe  tutsunlar.  Araukanlar 

təxminən  beş  dəqiqə  ərzində  konkistadorları  ox  atəşinə 

tutdular.  Ondan  sonra  bütün  ətrafda  səs-küy  qopdu.  Sanki 

araukanlar hücuma keçmək əzmində idilər.  

İspanlar  əvvəlki  kimi  müdafiə  olunmaq  üçün  hazırlıqlı 

vəziyyətdə  dayanmışdılar.  Lakin  hücum  başlamamışdan 

konkistadorların sırasında ağır itki baş vermişdi; onların biri 

ölmüş,  ikisi  isə  yaralanmışdı.  Tərslikdən  ölən  döyüşçü 

dəstənin  kəşfiyyatçısı  Leandro  Qomes  idi.  Oxun  biri  onun 

boğazına,  o  birisi  isə  qara  ciyərinə  batmışdı.  Leandro  bir-

neçə  dəqiqəyə  əzab-əziyyət  içində  kapitanın  qucağında 

keçindi. Kəşfiyyatçının ölümü həqiqi mənada konkistadorlar 

üçün  ağır  itki  sayılırdı.  Necə  olsa  da  o,  Araukaniyanı 

başqalarına  nisbətən  çox  yaxşı  tanıyırdı  və  dəstəni  axırıncı 

keçid zamanı gizlin yollarla Anqud körfəzinin şimal sahilinə 

aparıb  çıxarmalı  idi.  Mühasirə  halqasında  olan  dəstənin 

vəziyyəti  daha  da  ağırlaşdı.  Azsaylı  qüvvə  ilə  mühasirəni 

yarandan  sonra  dəstə  kor-koranə  qərb  istiqamətində  irəlilə-

məlidir.  




Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə