  1 Ramiz Dəniz



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə122/135
tarix23.01.2018
ölçüsü3,35 Mb.
#22247
1   ...   118   119   120   121   122   123   124   125   ...   135

                                                     

 

  



                                                                            

                                                    

482 

Yaralananlardan  biri  Migelin  uşaqlıq  dostu  Osvaldo  (ox 



onun  sol  çiyninə  batmışdı),  o  birisi  isə  Karlos  Murilyo  (ox 

onun  kürəyini  deşmişdi)  idi.  Osvaldoya  nisbətən  Karlosun 

yarası  ağır  idi.  Lakin  Osvaldonun  çiyninə  dəyən  ox  onun 

bədənində  ikinci  yaranı  açmışdı.  Cəngavər  çox  dözümlü  idi 

və ağır yaralara tab gətirməyi bacarırdı. Dəstədə tam salamat 

adam çox az idi. Onlarla ağır döyüşlər aparmaq çox çətin idi. 

Araukanlar  elə  ilkin  toqquşma  zamanı  konkistadorları 

darmadağın  edəcəklər.  Kapitan  çıxılmaz  bir  vəziyyətdə 

qalmışdı.  Bilmirdi  özü  hücuma  keçsin,  yoxsa  hinduların 

hücumunu  gözləyib  müdafiə  olunsun.  Səhərin  açılmasına 

çox  vaxt  vardı.  Hələlik  təpənin  üstündə  qalıb  müdafiə 

olunmağa qərar verildi. 

Bir  saat  ərzində  təpənin  ətrafında  olan  səs-küy  yavaş-

yavaş  səngiməyə  başladı.  Sanki  təpənin  aşağısında  olan 

hinduların sayı azalırdı. Çox qəribə hadisə baş verirdi. Lakin 

inanılası  deyildi,  bütün  üstünlüklər  araukanlarda  ola-ola, 

onları  buranı  tərk  etməyə  nə  vadar  edə  bilərdi?  Koro  çox 

hiyləgər  və  bacarıqlı  bir  sərkərdə  idi.  O,  heç  vaxt  bir  səbəb 

olmadan  qoşunu  geri  çəkməz.  Bəlkə,  Koro  konkistadorları 

məhv  etmək  üçün  başqa  bir  fəndə  əl  atırdı?  Kapitan  Xuan 

aşağıda  nə  baş  verdiyini  öyrənmək  üçün  ora  kəşfiyyatçı 

göndərmək  fikrinə  düşdü.  Lakin  onların  dilini  başa  düşən 

Leandro  artıq  öldürülmüşdü,  bu  funksiyanı  yerinə  yetirmək 



                                                     

 

  



                                                                            

                                                    

483 

üçün  əvəzedici  bir  namizəd  yox  idi.  Bu  işə  isə  qismən  də 



olsa, yalnız Migel yarıya bilərdi.  

Bir az keçəndən sonra Koronun səsi eşidildi: 

-  Mən  dediyim  şərti  yerinə  yetirmək  üçün  sizin  hamınıza 

daha  yarım  saat  vaxt  verirəm.  Şərtim  yerinə  yetirilməsə,  ay 

işığı altında hamınız məhv ediləcəksiniz. 

Koronun  şifahi  ultimatumundan  sonra  ispanlar  belə  başa 

düşdülər ki, araukanlar heç də təpənin ətrafını tərk etmirlər. 

Əksinə, yarım saatdan sonra hindular güclü hücuma başlaya-

caqlar.  Konkistadorlar  sayıqlıqlarını  itirmirdilər.  Onlar  hər 

bir gözlənilməz hadisəyə hazır idilər. 

Verilən  yarım  saat  ispanlar  üçün  həddindən  artıq  tez 

keçdi.  Lakin  araukanlar  tərəfindən  hazırlanan  hücum  baş 

vermədi.  Ola  bilsin  ki,  düşmən  hücumunu  bir  neçə  dəqiqə 

uzatmalı  olmuşdur.  Aborigenlər  nə  edəcəklərini  çox  yaxşı 

bilirdilər.  Hücumun  vaxtı  uzandıqca  konkistadorların 

daxilində  psixoloji  gərginlik  artırdı.  Vəziyyət  heç  də  ürək-

açan deyildi. Çoxları bu gərginliyə dözə bilmirdi. Lakin yenə 

də  ətrafda  qəribə  hallar  baş  verirdi.  Ayaq  tappıltıları  nəinki 

bir  az  kənarda,  hətta  vadinin  özündə  də  eşidilməyə  başladı. 

Sanki araukanlar buraları tərk edirdilər. 

Migel  bu  dəfə  vadi  tərəfə  olan  enişi  qoruyurdu.  Kapitan 

Xuan ondan beş metr aralıda mövqe tutmuşdu. Onlar ən çox 

fikirlərini addım səsləri gələn tərəfə yönəltmişdilər. Qaranlıq 



                                                     

 

  



                                                                            

                                                    

484 

olsa da, onlar vadini diqqətlə nəzərdən keçirirdilər. Onsuz da 



bir  neçə  dəqiqədən  sonra  burada  nə  baş  verdiyini  Ay  işığı 

altında  görmək  olacaq.  Şərqdə  hündür  çəpər  yaratmış  And 

dağlarının  arxasından  qalxan  Ay  yavaş-yavaş  Sakit  okeana 

tərəf  hərəkət  edirdi.  Bir  az  keçəndən  sonra  And  dağlarının 

hündür zirvələrinin sərhədlərini keçən Ay çətinlik çəkmədən, 

Günəşin şüalarından əmələ gələn işığı vadiyə yönəldəcək. 

Bəzi  şeyləri  aydınlaşdırmaq  üçün  kapitan  artıq  səs 

yaratmadan Migelə yaxınlaşdı və pıçıltı ilə dedi: 

-  Deyəsən,  araukanlar  buranı  tərk  edirlər.  Vadi  tərəfdən 

gələn  addım  səslərindən  ayırd  etmək  olar  ki,  onlar  vadidə 

yerləşən  kəndlərə  tərəf  gedirlər.  Ola  bilsin,  səhər  açılana 

kimi  kəndlərdə  istirahət  edib,  ondan  sonra  yenə  də  bura 

qayıdacaqlar. 

-  Məgər  istirahət  etmək  üçün  o  uzunluqda  yol  qət 

etməlidirlər? - deyə Migel komandiri ilə razılaşmadı. – Arau-

kanlar  elə  təpənin  ətrafında  tonqallar  qalayıb  istirahət  edə 

bilərlər.  Burada  nə  isə  başqa  haqq-hesab  var.  Koro  hansısa 

bir hiyləyə əl atıb. 

-  Doğrudan  da  elədir,  -  deyə  kapitan  təqdiredici  tərzdə 

dilləndi.  -  araukanlar  elə  burada  qalıb  istirahət  edə  bilərlər. 

Onsuz da bir neçə saatdan sonra səhər açılacaq. Çox güman 

ki,  onlar  bizim  başımızı  belə  bir  müəmmalı  səs-küylərə 




                                                     

 

  



                                                                            

                                                    

485 

qatmaq  istəyirlər.  Nəticədə  isə  aborigenlər  gözlənilmədən 



bizə hücum zərbəsi endirəcəklər. 

-  Mənə  elə  gəlir,  araukanlar  qaranlıq  havada  hücum 

etməyəcəklər. - deyə Migel narazı halda dilləndi. - Koronun 

verdiyi  ultimatum  boş  yerə  hədə-qorxudur.  O,  belə  bir 

ultimatumları  ilə  bizə  psixi  təsir  göstərmək  istəyir.  Bu  düş-

mənin taktikasıdır, səhər açılana qədər bizi gərginlik altında 

saxlayır,  ondan  sonra  isə  yeni  qüvvə  ilə  bizim  üzərimizə 

hücuma keçəcək. Təsəvvür edirsiniz, biz yorğun olduğumuz 

bir vəziyyətdə düşmənin endirdiyi həmlələri dəf etməliyik. 

- Mən heç də səhər açılana qədər burada qalmaq fikrində 

deyiləm.  -  deyə  kapitan  qətiyyətlə  dilləndi.  -  Səhərə  az 

qalmış mən mühasirəni yarmağa cəhd edəcəm. 

-  Mühasirəni  yarsaq  belə,  Anqud  körfəzinə  gedib  çıxmaq 

heç də asan olmayacaq. - deyə Migel təəssüflə dilləndi. - Bu 

işdə  Leandro  bizə  kömək  etməli  idi.  O,  isə  təsadüf 

nəticəsində həlak oldu. 

Onların  arasına  dərin  sükut  çökdü.  Çünki  dəstə  çıxılmaz 

bir vəziyyətdə idi. Leandronun ölümü dəstə üçün ağır zərbə 

sayılırdı. Araukanların qaranlıq havada hücum etməyəcəkləri 

yavaş-yavaş  sübuta  yetirilirdi.  Çünki  aborigenlər  gizlin 

vəziyyətdə  təpəni  tərk  edirdilər.  Hiss  olunurdu  ki,  təpənin 

ətrafında  hinduların  sayı  kəskin  surətdə  azalmışdı.  Belə  bir 

vəziyyətdə  mühasirəni  yarmaq  üçün  ispanlarda  böyük  şans 



Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə