  1 Ramiz Dəniz



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə123/135
tarix23.01.2018
ölçüsü3,35 Mb.
#22247
1   ...   119   120   121   122   123   124   125   126   ...   135

                                                     

 

  



                                                                            

                                                    

486 

yaranırdı. Lakin bu əməliyyatı həyata keçirmək üçün dəstədə 



olan yaralılar, konkistadorlara böyük əngəl yaradırdı. 

-  Migel,  deyəsən  araukanlar  buranı  tamamilə  tərk  etmək 

fikrindədirlər. - deyə kapitan pıçıltı ilə dilləndi. - Vadidə isə 

addım səsləri artır. 

- Mən onların hərəkətindən heç bir şey başa düşmürəm.  - 

deyə Migel çiyinlərini çəkdi. - Vadidəki səslərdən müəyyən 

etmək olar ki, onlar dincəlmək fikrində deyillər. 

- Düz deyirsən! - deyə kapitan cavan zadəganla razılaşdı. - 

Əgər  hinduların  burada  qalmağa  fikri  varsa,  onda  hökmən 

tonqal qalayardılar. 

- Doğrudan da qəribədir. - deyə Migel aludəliklə dilləndi. 

-  Vadinin  şimalında  və  cənubunda  yerləşən  kəndlərdə  bir 

dənə  də  olsun  tonqal  qalanmayıb.  Halbuki  onlar  kəndi 

mühafizə etmək üçün tonqal işığından istifadə edirdilər. Baş 

açmıram, nəyə görə kəndlərdə tonqal qalanmayıb? 

- Diqtətlə fikir versən, xeyli cənubda məşəl işıqlarını görə 

bilərsən.  -  deyə  kapitan  həmsöhbətinin  fikrini  cənub  istiqa-

mətinə yönəltdi. – Həmin məşəllərin sırası zolaq şəklindədir 

və dağların arasında yoxa çıxır. 

- Hə, indi mən başa düşdüm, araukanlar nə edirlər. - deyə 

Migel bir balaca səsini qaldıraraq cuşa gəldiyini gizlətmədi. - 

Biz xilas olunduq. Onlar buraları tərk edirlər. 




                                                     

 

  



                                                                            

                                                    

487 

- Bu həqiqətə uyğundur. - deyə kapitan fərəhlə dilləndi. - 



Onlar qaranlıq mühitdən istifadə edərək məxfi surətdə buranı 

tərk edirlər. Məşəllərdən də ona görə istifadə etmirlər ki, biz 

onların hara getdiklərini görməyək. 

-  Deməli,  belə  bir  qənaətə  gəlmək  olar  ki,  polkovnik 

Alonso ekspedisiya ilə birlikdə Anqud körfəzinə gəlib çıxıb. 

Bizim silahdaşlarımız artıq Araukaniyadadırlar. 

- Lakin sevinməyə heç bir əsas yoxdur. Bizim missiyamız 

uqursuzluqla  nəticələnib.  Əsirlikdə  olan  silahdaşlarımız 

gedib Anqud körfəzinə çıxmayıblar. Təsəvvür edirsən, onlar 

yenə  də  araukanların  əlinə  əsir  düşüblər.  Deməli,  biz  öz 

missiyamızın  öhdəsindən  gələ  bilməmişik.  İndi  mən 

qardaşıma nə cavab verəcəm. Halbuki o, bizə bu işin uğurlu 

keçməsində böyük ümid bəsləyirdi. 

-  Sinyor  Xuan,  ruhdan  düşmək  lazım  deyil.  -  deyə  Migel 

komandirinə  təskinlik  verməyə  çalışdı.  -  Koro  çox  hiyləgər 

adamdır. Onun sözlərinə o qədar də inanmaq lazım deyil. O, 

həmin  sözləri  bizi  mənəvi  cəhətdən  sarsıtmaq  üçün  də 

söyləyə bilərdi. 

- Həmin sözlərin yalan olmasına dair mən şübhə edirəm. – 

kapitan  bir  qədər  özündən  götür-qoy  edəndən  sonar  fikirli 

halda dilləndi. - Onun nə marağı var ki, bizi aldatsın. Onsuz 

da bütün üstünlüklər onun əlində idi. 




                                                     

 

  



                                                                            

                                                    

488 

-  Mən  isə  nədənsə  ona  inanmıram.  Koro  gördü  ki,  bizim 



sayımız nəzərdə tuqulduğundan xeyli azdır, ona görə də belə 

bir  yalana  əl  atdı.  O,  bu  xəbərlə  bizim  iradəmizi,  əzmkar-

lığımızı  zəiflətmək  və  ruh  yüksəkliyimizi  əlimizdən  almaq 

istəyirdi. 

- Təki hər şey sən deyən kimi olsun. Görəsən, araukanlar 

buranı hansı istiqamətdə tərk edirlər? 

-  Çox  güman  ki,  cənub  və  yaxud  şərq  istiqamətində. 

Ancaq  inana  bilmirəm  ki,  aborigenlər  elə-belə  buranı  tərk 

etsinlər.  Axı,  onlar  ekspedisiyaya  qarşı  heç  bir  müqavimət 

göstərməyiblər.  Elə  bir  güclü  döyüş  baş  verməyib  ki,  onlar 

bu ərazini tərk etsinlər. 

-  Onlar  başa  düşürlər  ki,  bu  müharibədə  bir  daha 

müvəffəqiyyət  qazana  bilməyəcəklər.  Odur  ki,  araukanlar 

ciddi itki vermədən dağlara çəkilməyə məcbur olurlar. 

Migelgil söhbət edən zaman Ay yavaş-yavaş irəliləyərək, 

gəlib  Araukaniyanın  üzərində  dayandı  və  kifayət  qədər 

vadini işıqlandırmağa başladı. Artıq vadidə nə baş verdiyini 

çətinliklə  olsa  da,  açıq  gözlə  görmək  olurdu.  Həqiqətən  də 

vadinin  şimalında  yerləşən  kənddən  əhali  çıxaraq  cənub 

istiqamətində  hərəkət  edirdi.  Onları  təpəni  mühasirəyə  alan 

döyüşçü hindular mühafizə edirdi.  

Bu ondan xəbər verirdi ki, polkovnik Alonso ekspedisiya 

ilə  Anqud  körfəzinə  gəlib  çıxıb.  Halbuki  ekspedisiya 



                                                     

 

  



                                                                            

                                                    

489 

Araukaniyaya ertəsi günü gəlməli idi. Əgər, əhali tələm-tələ-



sik  yaşayış  məntəqələrini  tərk  edirsə,  deməli  körfəzə  ayaq 

basmış  konkistadorlar  hərbi  əməliyyata  başlayıblar.  Bu 

elədirsə,  onda  nəyə  görə  ispanlar  tələm-tələsik  hərbi 

əməliyyatlara  başlayıblar?  Axı,  onlar  Araukaniyaya  iki 

istiqamətdə yürüşə başlamalı və kapitan Xuan ekspedisiyanın 

bir  hissəsinə  başçılıq  etməli  idi.  Bu  düyünlü  məsələdən  baş 

açmaq  çətin  idi.  Araukanlar  hərbi  əməliyyatlar  baş 

verməmişdən  əvvəl  də  bu  torpağı  tərk  edə  bilərdilər.  Hindu 

rəhbərləri istəmirdilər ki, mülki əhali arasında çoxlu itki baş 

versin  və  ya  ispanlar  onlardan  girov  kimi  istifadə  etsinlər. 

Ancaq  bu  evakuasiyadan  o  dəqiqə  başa  düşmək  olar  ki, 

araukanlar  konkistadorlara  layiqli  cavab  vermək  istəyirlər. 

Döyüşsüz təslim olmaq onların xarakterinə uyğun deyildi. 

Aborigenlər buranı tərk etməli olsalar da, təpənin üstündə 

mövqe  tutan  konkistadorlar  öz  sayıqlıqlarını  itirmirdilər. 

Çünki  bəzi  hindular  hücum  etmək  üçün  ağacların  arxasında 

gizlənə  də  bilərlər.  Hər  bir  ispan  araukan  kimi  bacarıqlı 

döyüşçü qarşısında öz ehtiyatını əldən verməməli idi. 

Ertəsi günü səhər açılan zaman təpənin ətrafında bir nəfər 

də  olsun,  hindu  döyüşçüsünün  qalmaması  sübut  olundu. 

Ətraf kəndlərdə isə dərin sükut hökm sürürdü. And daşarının 

ətəyini  qalın  buludlar  örtmüşdü.  Cənub  tərəfdəki  dağlar  isə 

çiskinə,  dumana  bürünmüşdü.  Dumanın  uçbatından  görmə 



Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə