  1 Ramiz Dəniz



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə124/135
tarix23.01.2018
ölçüsü3,35 Mb.
#22247
1   ...   120   121   122   123   124   125   126   127   ...   135

                                                     

 

  



                                                                            

                                                    

490 

qabiliyyəti  xeyli  məhdudlaşırdı.  Lakin  çətinliklə  də  olsa, 



cənubda vadinin qurtaracağında insan axınını görmək olurdu. 

Bu  ərazidə  yaşayanlar  vadinin  cənub  hissəsini  elə  indi-indi 

tərk edirdi. 

Migelgilin  verdiyi  proqnozlar  düzgün  idi.  Araukanlar  bu 

ərazini  cənub  və  şərq  istiqamətində  tərk  edirdilər.  Çünki 

hinduların  bir  hissəsi  Migelgilin  dünən  keçdikləri  çayı  qət 

edərək  şərq  istiqamətinə  üz  tuturdular.  Vadidə  yerləşən 

yaşayış  məntəqələri  burada  olan  konkistadorların  ixtiyarına 

buraxılmışdı. 

Qərbdə yerləşən dağların arasındakı bütün keçidlərə nəzər 

yetirəndə,  orada  adamların  olmadığını  yaxşı  görmək  olurdu. 

Deməli, Anqud körfəzinə çıxarılan konkistadorlar hələlik bu 

dağlara  yaxınlaşmamışdılar.  Bəs,  nəyə  görə  araukanlar  bu 

yerləri tələm-tələsik tərk etmişdilər? Axı, təpəyə hücum edib 

düşməni  darmadağın  etməyə  onların  kifayət  qədər  vaxtı 

vardı.  Araukanlar  konkistadorların  əsas  qüvvəsinin  qarşısını 

almaq  üçün  dağlardakı  və  meşələrdəki  bütün  keçidlərdə 

pusqu  qurmaqdan  ötrü  buranı  tərk  etmişdilər.  Onlar  ilkin 

mərhələdə çalışacaqlar ki, ispanlar Araukaniyanın içərilərinə 

daxil  olmasın.  Əhalinin  cənuba  və  şərqə  doğru  evakuasiya 

edilməsindən  müəyyən  etmək  olar  ki,  aborigenlər  bu 

münaribəyə həddindən artıq ciddi şəkildə hazırlaşıblar. 

 



                                                     

 

  



                                                                            

                                                    

491 

    XX fəsil. Ekspedisiyanın əsas heyəti vaxtından  

            əvvəl Araukaniyada olmalıdır 

 

Anqud körfəzinə gedən yolun üstündə dağlar yerləşdiyin-



dən  kapitan  Xuan  göstəriş  verdi  ki,  dəstə  vadinin  şimalında 

yerləşən kənddə mövqe tutsun. Anqud körfəzinə gedib orada 

ekspedisiyanın  əsas  heyətilə  birləşmək  o  qədər  də  vacib 

deyildi.  Çünki  dəstə,  araukanların  dağ  keçidlərində  qurduq-

ları  pusquya  düşə  bilərdi.  Belə  bir  zəif  qüvvə  ilə  həmin 

pusqulardan  yaxa  qurtarmaq  qeyri-mümkün  idi.  Anqud 

körfəzinə  gedən  təhlükəli  yolu  qət  etməkdənsə,  boş  qalmış 

hindu kəndində qalıb ekspedisiyanın əsas heyətini gözləmək 

daha sərfəli idi. Həm də yaralıları müalicə etmək üçün onlar 

hökmən kənddə qalıb istirahət etməliydilər. Vadinin şimalına 

getmək üçün onlar bir-iki saat yol qət edəcəkdilər. 

Tam  əmin  olmalıydılar  ki,  araukanlar  tamamilə  vadini 

tərk  ediblər,  ya  yox?  Nəyin  bahasına  olursa-olsun,  ehtiyatı 

əldən vermək lazım deyildi. Çünki hamıdan təcrid olunan bu 

dəstə, ispanlar üçün ən təhlükəli sayılan düşmənin ərazisində 

idi.  Vadiyə  düşmək  üçün  təpənin  çılpaq  ətəyindən  istifadə 

olunmağa  qərara  alındı.  Bu  dəfə  kəşfiyyatçı  funksiyasını 

Migel yerinə yetirməli idi. O, təxminən 50-60 metr qabaqda 

hərəkət etməli və birinci olaraq düşmən kəndinə daxil olmalı 

idi. 



                                                     

 

  



                                                                            

                                                    

492 

Saat  yarım  ərzində  dəstə  kəndə  yaxınlaşdı  və  nəzərdə 



tutulduğu  kimi  Migel  birinci  olaraq  kəndə  daxil  oldu.  Otuz 

iki  daxmadan  ibarət  olan  bu  kənddə  ölü  sakitlik  hökm 

sürürdü.  Hələ  dünən  burada  yerli  əhali  fəaliyyət  göstərirdi. 

İndi  isə  bu  kənd  yenicə  salınmış  qəbristanlığa  dönmüşdü. 

Migel  əli  qılıncının  efesində  kəndin  cənub  girişi  ilə  içəri 

daxil oldu və yaxınlıqdakı evləri nəzərdən keçirə-keçirə düz 

yol ilə şimala tərəf yollandı. Kəndin şimal çıxaçağı bir balaca 

hündürlükdə  yerləşirdi.  Bundan  əlavə  orada  çoxlu  ağac 

bitirdi.  O,  çox  ehtiyatla  ağacların  arası  ilə  keçərək  öz 

irəliləyişini davam etdirirdi. Kəndin qurtaracağına az qalmış 

daşdan yonulmuş bir dirək yerə basdırılmışdı. Migel hiss etdi 

ki,  dirəyin  o  biri  tərəfində  kimsə  dayanıb.  O,  qılıncını  əlinə 

alıb  yavaş-yavaş  dirəkdən  bir  qədər  aralı  qabağa  keçməyə 

başladı.  Dirəyin  qabağına  keçmişdi  ki,  o  dəhşətli  bir 

səhnənin şahidi oldu. Dirəyin o biri üzü taxta lövhədən ibarət 

idi  və  həmin  taxta  lövhəyə  bir  adam  vurulmuşdu.  Sanki 

həmin adamı ora yapışdırmışdılar.  

Onu  burada  ağır  işgəncələrlə  edam  etmişdilər.  Əlləri 

biləyindən  kəsilmiş,  gözləri  çıxarılmış  qarnı  isə  yırtılmışdı. 

Meyitin  bağırsaqları  ayağı  altına  tökülmüşdü.  Bundan  əlavə 

meyitin  başı  yarılmış,  bədənində  və  ayaqlarında  cürbəcür 

kəsik yerləri vardı. Geyimindən o dəqiqə ayırd etmək olardı 

ki, həmin adam ispan idi. Migel meyitə yaxınlaşaraq diqqətlə 



                                                     

 

  



                                                                            

                                                    

493 

onun  qanlı  bənizinə  nəzər  saldı  və  biləndə  ki,  qarşısındakı 



günahsız  qurban  kimdir,  dəhşətdən  gözləri  bərələ  qaldı.  Bu 

Antonio  Xorxenin  cəsədi  idi.  Antonio  dünən  vadinin  sərhə-

dində  yerləşən  çayı  keçərkən  qəhrəmancasına  həlak  olmuş-

dur. Öz itkilərindən hiddətə gəlmiş araukanlar onun meyitini 

bu  kəndə  gətirərək,  əhalinin  gözü  qarşısında  yenidən  edam 

etmişdilər.  Dəstənin  butün  üzvləri  bura  toplaşdılar  və  ürək 

yanğısı ilə öz silahdaşlarının meyitini nəzərdən keçirdilər. 

-  Mən  bu  cəllad  hərəkəti  heç  vaxt  Koroya  bağışlamaya-

cağam.  -  deyə  kapitan  hiddətlə  dilləndi.  -  Mən  çox  gözəl 

bilirəm ki, o, bizi qəzəbləndirmək üçün belə bir vəhşiliyə əl 

atıbdır.  Ölərəm  ancaq  onu  bu  işıqlı  dünyada  yaşamağa 

qoymaram. 

-  Əgər,  o,  bizim  meyitlərlə  bu  cür  qeyri-insani  üsullarla 

davranırsa,  onda  həqiqətən  də  Koronun  bu  işıqlı  dünyada 

yaşamağa haqqı yoxdur. - deyə Migel öz komandirinin sözlə-

rinə qüvvət verdi. - Koro da eyni üsul ilə öldürülməlidir. 

-  Koroya  ölüm!  -  deyə  burada  olan  bütün  konkistadorlar 

eyni şüar səsləndirdilər. 

Kapitan dərhal sərəncam verdi ki, Antonionu kəndin şimal 

çıxacağında dəfn etsinlər. Yaralı konkistadorlar yaxınlıqdakı 

komanın  ağzında  yerləşdirildilər.  Migel  ilə  Armando  düz 

kəndin çıxacağında iki araukariya ağacının arasında yerləşən 




Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə