  1 Ramiz Dəniz



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə14/135
tarix23.01.2018
ölçüsü3,35 Mb.
#22247
1   ...   10   11   12   13   14   15   16   17   ...   135

                                                     

 

  



                                                                            

                                                    

52 

Amerika  sahillərində  fəaliyyət  göstərən  dəniz  quldurlarının 



məhv  edilməsi  ilə  məşğul  olacaq.  O  ki,  qaldı  aborigenlərin 

məhv  edilməsinə,  bu  məsələnin  öhdəsindən,  elə  oradakı 

ekspedisiya da gələ bilər. İspan əsgərinin şücaəti, qəhrəmanlığı 

və  qüdrəti  qarşısında  heç  qüvvə  tab  gətirə  bilməz.  Bu  ekspe-

disiya  tezliklə  həmin  məkana  çatsa,  orada  başlanan  əməliyyat 

qısa müddətə başa çatar və oradakılar tezliklə vətənə qayıdarlar. 

-  Amma  mən  inanmıram  ki,  oradakılar  tezliklə  vətənə 

qayıtsınlar. - deyə Seviliya bikef halda dilləndi. - Çox güman ki, 

onlar  polkovnik  Alonso  ilə  birlikdə  başqa  missiyalarda  iştirak 

edəcəklər. Eşitdiyimə görə ora gedənlərin əksəriyyəti Sebastyan 

kimi  peşəkar  döyüşçülərdir.  Onun  kimi  döyüşçülər  polkovnik 

Alonsoya gərəkli olacaq. 

-  Sənin  qardaşın  istəsə,  aborigenləri  məhv  edəndən  sonra 

Barselonaya  qayıdar.-  deyə  Solidad  öyüdlə  dilləndi.  -  Atamla 

birlikdə  başqa  missiyalarda  iştirak  etmək  istəyənlər  yalnız 

könüllülər  olacaq.  Deməli,  Sebastyanın  qayıtmağa  böyük 

imkanı var. 

-  Birdən  qayıtmadı,  onda  necə  olacaq?  -  deyə  Seviliya 

maraqlandı. 

-  Sən  qardaşını  geri  çağırtdırsan,  o  qayıdar.  -  deyə  Solidad 

ürəklə  dilləndi.  -  Məktubda  yaz  ki,  aborigenlər  darmadağın 

ediləndən sonra o, geri qayıtsın. 




                                                     

 

  



                                                                            

                                                    

53 

-  Düz  məsləhət  bilirsən.  -  Seviliya  rəfiqəsi  ilə  razılaşdı.  - 



Burada tək qalmaq mənim üçün çox ağırdır. 

-  Elə mən də onu deyirəm ki, tezliklə qardaşın Barselonaya 

qayıtsın. - deyə Solidad tövsiyyə etdi. - Tez-tez xəstələnməyə-

sən deyə, qardaşın daim sənin arxanda durmalıdır. 

Florida  indi  başa  düşdü  nəyə  görə  Solidad  rəfiqəsinə 

qardaşının  qayıtmasını  təkid  edir.  Deyəsən,  Solidad  başqa 

cəngavərlərdən  xasiyyətcə  fərqlənən  Sebastyana  vurulub. 

Hərəkətlərindən  və  danışığından  o,  Sebastyana  olan  məhəbbə-

tini gizlədə bilmirdi. Lakin Florida özünü elə aparırdı ki, guya 

heç nə başa düşmür. Solidad da onun kimi eyni dərddə idi. Bəs, 

nə  vaxt  onların  arasında  məhəbbət  əlaqələri  yaranmışdır?  Axı, 

Solidad  öz  atasının  evində  ciddi  nəzarət  altında  saxlanılır  və 

müşaiyətsiz  demək  olar  ki,  heç  bir  yerə  buraxılmırdı.  Florida 

yaddaşını  işə  salaraq  onların  arasında  baş  verən  ilk  görüşü 

xatırlatmalı  oldu.  Keçən  il  Kamaçonun  şərəfinə  verilən  balda 

Solidad Sebastyanı ilk dəfə görmüşdür. O vaxt Sebastyan gitara 

çalanda,  şənliyə  gələn  bütün  adamların  fikrini  özünə  cəlb 

etmişdi.  Lakin  bu  Floridanın  fərziyyəsi  idi.  Ola  bilsin,  onlar 

əvvəl də bir-birilərilə rastlaşmışdılar. 

-  Mənim  atam  yola  düşəndə  evdə  hamımıza  bildirdi  ki, 

Mərkəzi  Çili  sahillərində  müharibə  başa  çatan  kimi  dərhal 

İspaniyaya qayıdacaq. - deyə Florida aludəliklə dilləndi.- həmin 




                                                     

 

  



                                                                            

                                                    

54 

müharibədən  bir  çox  zadəganların  qayıdacağı  gözlənilir. 



Deyəsən, Sebastyan da atamla birlikdə qayıdacaq. 

Bu sözlərdən sonra Solidad yenicə tanış olduğu qıza qəribə 

bir nəzər saldı. Onun gözlərindən qısqanclıq qığılcımları sezildi. 

Seviliya  başa  düşdü  Solidad  nəyə  görə  belə  kəskin  reaksiya 

göstərdi.  Məhz  buna  görə  də  o,  üzünü  Solidada  tərəf  tutub 

təmkinlə dedi: 

- Florida ilə tamamilə razılaşmaq olar. Həmin ekspedisiyada 

Migelin  babası,  coğrafiyaşünas  Bartolomeu  və  başqa  idalqolar 

iştirak  edir  və  oradakı  əməliyyat  başa  çatan  kimi  onlar 

vətənlərinə  qayıtmağa  söz  veriblər.  Əgər,  Rodriges  Kartahena 

qayıtsa,  hökmən  Migel  babasını  həmin  səfərdə  müşaiyət  edə-

cək. Migel qayıdan təqdirdə Sebastyanla Osvaldo da qayıdacaq-

lar. Çünki onlar ayrılmaz dostlar sayılırlar. 

Məhz  bu  izahatdan  sonra  Solidad  yumşaldı.  O,  üzünü 

Seviliyaya tutub ehtiramla dedi: 

-  Seviliya  sənə  bildirməliyəm  ki,  artıq  Barselonada  2-ci 

ekspedisiyanın  təşkili  başlanıb.  Kim  istəyirsə,  əzizləri  üçün 

indidən  məktub  yazsın.  Həmin  məktubları  mən,  şəxsən  atama 

verəcəyəm ki, birbaşa yazılan ünvanlara çatdırsın. 

-  Bilmirsən,  ekspedisiya  haçan  yola  düşür?  -  Seviliya 

soruşdu. 

-  Təxminən  10-15  günə.  -  deyə  Solidad  tərəddüd  etmədən 

cavab verdi. 



                                                     

 

  



                                                                            

                                                    

55 

Uzun  sürməyən  söhbətdən  sonra  Seviliyanın  evinə  təşrif 



buyuranlar öz qaldıqları evə yollandılar. 

 

 



 

    V fəsil. Yeni Dünya sahillərinə ünvanlanan  

              məktublar Barselonada qalır 

 

Əvvəlcədən  qeyd  edildiyi  kimi  “Eldorado”  gəmisi  dövlət 



əhəmiyyətli  tapşırıqları  yerinə  yetirdiyinə  görə  Yeni  Dünya 

sahillərinə yola düşmək günü məxfi saxlanılırdı. Lakin Solidad 

bu  barədə  heç  bir  şey  bilmirdi.  Atası  intizamlı  bir  zabit  kimi 

həmin reqlamentə riayət edirdi. Ekpedisiyanın yola düşməyə üç 

gün  vaxtı  qalırdı.  Halbuki  həm  Florida,  həm  də  Seviliya  elə 

bilirdilər  ki,  ekspedisiya  Barselonanı  10-15  gündən  sonra  tərk 

edəcək. Məhz buna görə də onlar həmin günü məktub yazmağı 

məsləhət  bilmədilər.  Florida  rəfiqəsinə  təklif  etdi  ki,  həm 

şəraitin  yaxşı  olduğuna,  həm  də  məktub  yazmaq  üçün 

ləvazimatın  olduğunu  nəzərə  alaraq,  bacısı  Marqaritanın  evinə 

gəlsin. Əlbəttə, Seviliya belə təklifdən yan keçə bilməzdi. Lakin 

o,  Floridaya  bildirdi  ki,  evində  olan  paltarları  yuyandan  sonra 

həmin ünvana gələcək. 

Beləliklə, Seviliya ertəsi günü evindəki işləri görəndən sonra 

günortadan sonra Marqaritanın evinə yollandı. Evdəkilərlə qısa 



Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə