  1 Ramiz Dəniz



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə2/135
tarix23.01.2018
ölçüsü3,35 Mb.
#22247
1   2   3   4   5   6   7   8   9   ...   135

                                                     

 

  



                                                                            

                                                    

baycan  ədəbiyyatında  öz  ilk  addımlarını  atan  nasirlərimiz-



dəndir. Ədəbiyyatımızda təməl  daşı  Məmməd Səid  Ordubadi 

və  Yusif  Vəzir  Çəmənzəminli  tərəindən  qoyulmuş  tarixi 

roman  janrı  sonralar  Fərman  Kərimzadə,  İsa  Hüseynov 

(Muğanna),  Əzizə  Cəfərzadə,  Əlisa  Nicat,  Mirzə  İbrahimov, 

Məmməd  İsmayılov  kimi  roman  ustalarının  qələmində  daha 

da  inkişaf  etmişdir.  Ramiz  Qasımovun  müraciət  etdiyi  janr 

tarixi  roman  janrı  olsa  da,  nisbətən  fərqli  və  nisbətən  çətin 

mövzu ilə bağlıdır. Belə ki, digər müəlliflərdən fərqli olaraq, 

Ramiz  Qasımov  həm  tarixi  roman  janrına  macəra  element-

lərini  də  əlavə  etmiş,  həm  də  Azərbaycan  tarixinin  özəllik-

lərinə,  keçmişinə  deyil,  bizə  daha  uzaq,  bizdən  daha  fərqli 

olan  xalqların  –  aborigenlərin  həyatına,  məişətinə,  tarixinə 

müraciət etmişdir. 

Bu mövzuda roman yazan adamın özünün də ağır çətinlik-

lərdən  keçməsi  oxucunun  onun  yazdıqlarına  inamı  daha  da 

artırır.  Unutmaq  olmaz  ki,  Ramiz  Qasımov  özü  Qarabağ 

döyüşlərində yaxından iştirak etmişdir. Odlu müharibə səhnə-

ləri onun gözünün qarşısında adi bir savaş səhnəsi kimi daim 

yaşayır. Onda onun belə bir mövzuya müraciət etməsinə təbii 

baxmaq lazımdır. Yəqin ki, bütün bunlar da onun belə səhnə-

ləri daha canlı təsvir etməsinə yaxından köməkçi olmuşdur. 

Üç  cilddən  ibarət  olan  bu  romanın  “Konkistadorların 



Mərkəzi Çili sahillərində faciəli ölümü” adlı birinci cildində 

oxucular  İspan  tarixinin  qəhrəmanlıq  səhifələri  ilə  yaxından 

tanış olmuş, Mərkəzi Çili sahillərinə gedən ekspedisya qrupu-



                                                     

 

  



                                                                            

                                                    

nun  üzvlərinin  aborigenlərlə  müharibə  zamanı  məğlubiyyətə 



uğramasından  söhbət  açılır.  Çiliyə  yollanan  ekspedisya 

qrupunun üzvlərindən bir neçəsi döyüşlərdə həlak olur, yerdə 

qalanların bir qismi isə araukan hindularına əsir düşürlər. 

“Müqəddəs  missiya”  adlanan  ikinci  kitabda  müəllifin 

mübarizlik  ruhu  sönmməmiş,  əksinə  daha  da  alovlanmışdır. 

O,  birinci  kitabda  əsir  düşən  ekspedisya  iştirakçılarını  xilas 

etmək  məqsədi  ilə  ikinci  kitabda  təsvir  etdiyi  16  nəfər 

bacarıqlı, təcrübəli peşəkar döyüşçüdən ibarət olan kəşfiyyatçı 

dəstəsinin  apardığı  əməliyyatları  elə  canlı  təsvir  etmişdir  ki, 

həmin  səhnələr  oxucunu  riqqətə  gətirməyə  bilmir.  Belə  ki, 

növbət  ekspedisyanın  rəhbərliyinin  qərara  aldığı  kimi,  bu 

kəşfiyyat  dəstəsi  ilk  növbədə,  əsir  düşmüş  silahdaşlarını 

əsirlikdən qurtarmaq üçün düşmənə qarşı elə sarsıdıcı zərbələr 

endirirlər  ki,  düşmən  onların  qarşısında  davam  gətirə  bilmir 

və  nəticədə  bu  missiyanın  öhdəsdindən  müvəffəqiyyətlə 

gəlinir.  Və  beləliklə  də,  Araukaniyada  gedən  müharibənin, 

savaşın ikinci mərhələsi başlanır. 



“Cənnətə  gedənlər  cəhənnəmə  düşürlər”  adlı  üçüncü 

kitabın  əsas  mövzusu  Araukaniyada  gedən  müharibənin  son 

dövrünü  əks  etdirir.  Perudan  gələn  ekspedisiya  qrupu  abori-

genlərə qarşı ardıcıl olaraq güclü zərbələr endirir. Ölkənin çox 

hissəsi ispanlar tərəfindən işğal ediləndən sonra Araukaniyada 

yenidən  sakit,  firavan  həyat  qurmaq,  dövlət  orqanları 

yaratmaqdan ötrü Perudan əlavə qüvvələr gətirdilməyə başla-

yır. Müxtəlif təbəqələrdən olan kolondatorlar Araukaniyanı da 




                                                     

 

  



                                                                            

                                                    

cənnət  məkanı  hesab  edirlər.  Lakin  fikirləşdiklərinin  əksi  ilə 



qarşılaşan  ispanlar  buradakı  əhalinin  döyüşkənlik,  yenilməz 

ruhunun  qarşısında  özlərinin  yanıldıqlarını  başa  düşürlər. 

Onlar anlayırlar ki, cənnətə yox, cəhənnəmə düşüblər. Üçüncü 

kitabın adı da məhz buradan götürülmüş, bu məramı açıqlayır. 

Və  nəhayət,  sonda  qraf  Ferdinand  Morelosun  təcrübəsizliyi, 

səhvi  ucbatından  yüzlərlə  döyüşçünün  qanı  bahasına  əldə 

edilən  qələbə  ispanların  məğlubiyyətinə  gətirib  çıxarır  və 

üsyana  qalxan  araukanlar  böyük  qurbanlar  hesabına  öz 

ölkələrini ispanlardan təmizləyirlər. Və beləliklə də, bu qələbə 

ilə trilogiyaya son qoyulur. 

İspan  tarixinin  müəyyən  bir  hissəsini  əhatə  edən  “Kon-

kista”,  o  cümlədən,  indiki  Çilinin  tarixinin  böyük  hissəsini 

təşkil edən Araukan müharibəsinin bir çox detalları, konkista-

dorlarla  aborigenlərin  həyatı  və  mübarizəsi,  həmin  dövrdəki 

siyasi və tarixi ab-hava, Qərbi Avropanın hegemon dövlətləri-

nin  tarixi vəziyyəti, XVI əsrin sonuna qədər ispanların  təşkil 

etdikləri  ən  yaddaqalan,  eyni  zamanda  çoxları  tərəfindən 

eşidilməyən  mühüm  coğrafi  əhəmiyyət  kəsb  edən  coğrafi 

səyahətlərdən, İspaniya ilə Çili ilə yanaşı Peru və Ekvadorun 

maraqlı  olan  tarixi  ilə  məhz  bu  trilogiyanın  vasitəsilə  öyrən-

mək olur. 

Müəllifin  yaradıcılıq  bacarığı  ondan  ibarətdir  ki,  o, 

Mərkəzi Çiliyə daxil olan bir çox coğrafi məkanları, flora və 

faunasını,  oranın  iqlimini,  relyefini,  aborigenlərin  yaşayış 

tərzini  elə  göstərir  ki,  sanki  həmin  ərazidə  uzun  müddət 



Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə