  1 Ramiz Dəniz



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə6/135
tarix23.01.2018
ölçüsü3,35 Mb.
#22247
1   2   3   4   5   6   7   8   9   ...   135

                                                     

 

  



                                                                            

                                                    

21 

Əbdülməlikin  qoşunlarına  biabırçılıqla  məğlub  olaraq  döyüşdə 



öldürülür və Portuqaliyanın taxt-tacı boş qalır. İş ondadır ki, o, 

cavan olduğu üçün  özündən sonra heç bir varis qoymamışdır. 

Həmin  krallıqda  olan  əyanlar  öz  adamını  taxta  çıxarmaq  üçün 

bir-birlərilə mübarizəyə başlayırlar. Başqa dövlətlərlə yanaşı, II 

Filipp  də  bu  krallığın  işlərinə  qarışmalı  olur  və  1580-ci  ildə 

Portuqaliyanı  fəth  etmək  üçün  özünün  ən  tanınmış  sərkərdəsi 

sayılan  hersoq  Albanı  böyük  bir  ordu  ilə  səfərə  göndərir.  Bu 

missiyanın  öhdəsindən  şərəflə  gələn  hersoq  Alba  müqavimət 

göstərən əyanların qoşunlarını darmadağın edərək, 1581-ci ildə 

Portuqaliya  krallığını  İspaniyaya  birləşdirməyə  müvəffəq  olur. 

Portuqaliya ilə yanaşı, həmin krallığa məxsus olan dünyanın hər 

bir  yerindəki  ərazilər  İspaniyanın  ixtiyarına  keçir  və  İspaniya 

bütün  dünyanın  ən  qüdrətli  imperiyasına  çevrilir.  Hazırda  dini 

fanatik  sayılan  II  Filipp  İspaniyadan  başqa  Portuqaliyaya, 

Niderlanda, demək olar ki, bütün Apennin yarımadasına (Papa 

vilayətindən başqa) Siciliya, Sardiniya və Korsika adalarına, 35° 

şimal en dairəsindən başlamış ta ki cənuba qədər bütün Amerika 

qitəsinə,  Şimali  Afrikadan  başqa  bütün  “qara  qitəyə”,  Hindis-

tanın  qərb  sahil  zolağına,  Seylon,  Molukk,  Palavan,  Filippin, 

Okeaniyanın bir çox adalarına, Yeni Qvineya adasına və Makao 

ərazisinə  sahiblik  edirdi.  Bundan  əlavə  başçılıq  etdiyi 

imperiyanın  gəmiləri  İran  körfəzinin  və  Qırmızı  dənizin 

çıxacaqlarını  ciddi  nəzarət  altında  saxlayırdı.  Tarixdə  elə  bir 



                                                     

 

  



                                                                            

                                                    

22 

monarx olmayıb ki, bu irilikdə bir əraziyə başçılıq etsin. Əlbəttə, 



nəhəng bir ərazini idarə etmək də hər bir monarxın işi deyildi. 

Sadəcə  olaraq  belə  bir  işdə  II  Filippin  əvvəlcədən  böyük 

təcrübəsi  vardı.  Necə  olsa  da,  o,  Avropanın  ən  tanınmış, 

bacarıqlı,  istedadlı  siyasi  xadimi  V  Karl  Habsburqun  şagirdi 

olmuş və həmin məktəbin əlaçı məzunu sayılırdı.  

II Filipp hakimiyyətə gələndə onun 29 yaşı vardı. Lakin bu 

nəhəng imperiyanın varisinin isə cəmisi 13 yaşı var və o, siyasi 

məkanda  nəinki  püxtələşmiş,  hətta  azacıq  da  olsun,  bu  sənətə 

dair  anlayışı  yox  idi.  Düzdür,  vəliəhdin  qəyyumu  sayılan 

hersoq Lerma bu işdə onun üçün dayaq sayılırdı. Lakin II Filipp 

hersoq  Lermaya  o  qədər  də  inanmırdı.  Onun  nigarançılıq 

keçirməyə səbəbi vardı. Necə olsa da, indiki monarxın 64 yaşı 

vardı  və  o,  bilmirdi  bundan  sonra  neçə  il  yaşayacaq.  Bu  il  öz 

dünyasını  dəyişsə,  şahzadə  Filipp  13  yaşında  ölkəni  idarə 

etməyə  qadir  olmayacaq  və  hakimiyyət  müvəqqəti  olaraq 

hersoq Lermanın əlinə keçəcək. 

II  Filippin  söylədiyi  axırıncı  sözlər  Alonsonu  yaman  bərk 

düşündürdü.  Şahzadənin  yaşını  nəzərdə  tutanda  kral  xüsusilə 

vurğuladı  ki,  həmin  yaşda  dövləti  idarə  edənlər  az  olmayıb, 

hətta  balaca  dövləti  nəhəng  bir  imperiyaya  çevirən  də  olub. 

Maraqlıdır,  kral  kimi  nəzərdə  tuturdu.  Alonso  tanınmış 

monarxların  həyatı  ilə  tanış  olsa  da,  yalnız  Makedoniyalı 

İskəndərin  həyatının  tərcümeyi-halı  kralın  sözlərinə  uyğun 



                                                     

 

  



                                                                            

                                                    

23 

gəlirdi. O, 20 yaşında taxta əyləşmiş və artıq 30 yaşında nəhəng 



bir  imperiya  yarada  bilmişdir.  Lakin  13  yaşla  20  yaş  arasında 

böyük fərq vardı. 

- Əlahəzrət, məgər 13 yaşında elə bir adam olub ki, müstəqil 

şəkildə  hər  hansı  bir  dövləti  idarə  etsin?  –  deyə  Alonso  krala 

sualedici bir nəzər saldı. - Axı, bu mümkün deyil. 

-  Mən də inanmırdım, ancaq bu  faktdır.- deyə kral tərəddüd 

etmədən dilləndi. - Osmanlı Türkiyəsinin şimal-şərq sərhədləri 

ilə  Azərbaycan  adlı  bir  dövlət  yerləşir.  1500-cü  ildə  həmin 

dövlətə şah İsmayıl Xətai adlı bir hökmdar yiyələnir. Onun atası 

və babası müharibələr zamanı öldürülmüşdülər. Qəribə olsa da, 

hakimiyyətə  yiyələnən  13  yaşlı  şah  həm  atasının,  həm  də 

babasının qisasını almaq üçün düşmənlərinə qarşı müharibə elan 

edir  və  onları  məğlub  edir.  Bir  ildən  sonra  o,  paytaxtı  Təbriz 

şəhəri  olmaqla  Səfəvilər  dövləti  yaradır  və  həmin  ildən 

başlayaraq  bütün  qonşu  ölkələri  fəth  edir.  23  yaşına  qədər  o, 

nəhəng imperiyanın yaranmasına müvəffəq olur. Hətta Osmanlı 

Türkiyəsinin  sultanı  II  Bəyazid  onunla  döyüş  meydanında 

toqquşmadan  yaman  bərk  çəkinirmiş.  Deyirəm,  nə  qədər 

dərrakəli,  ağıllı,  bacarıqlı  və  istedadlı  olmalısan  ki,  az  yaşında 

sərbəst halda böyük bir dövləti idarə edəsən. Səlnaməçilər qeyd 

edirlər ki, total döyüşlərdə şəxsən özü ordunun başında döyüşə 

atılırmış.  Deyilənə  görə  şah  İsmayıl  şairlik  də  edibmiş.  Lakin 

sonradan  onun  oğlu  taxta  əyləşəndə  həmin  imperiya  Osmanlı 



Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə