  1 Ramiz Dəniz



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə9/135
tarix23.01.2018
ölçüsü3,35 Mb.
#22247
1   ...   5   6   7   8   9   10   11   12   ...   135

                                                     

 

  



                                                                            

                                                    

32 

və Karib dənizi akvatoriyasında tüğyan edən dəniz quldurlarının 



məhv  edilməsi  məsələsini  həll  etməliyəm.  Yəni,  mənim 

İspaniyaya qayıdışım bir neçə il uzana bilər. 

Alonsonun  bu  etirafı  Marqaritanı  daha  da  sarsıtdı.  Qadının 

gözlərini  birdən-birə  ayrılıq  pərdəsi  örtdü.  Doğma  oğullarının 

ayrılığına  həsrət  qalmış  Marqarita  bundan  sonra  da  həyat 

yoldaşının  ayrılığına  dözməli  idi.  Həmişə  şux  olan  qadının 

bədənini süstlük bürüdü. O, üzünü turşudaraq dedi: 

-  Alonso,  sən  də  Yeni  Dünya  sahillərinə  getsən,  onda  biz 

kiminlə  Barselonda  qalacağıq?  Sənsiz  və  uşaqlarsız  keçən 

günlərə biz necə dözə biləcəyik? Başa düşürsən, bizim üçün bu 

nə qədər ağır olacaq? 

Marqarita  biz  dedikdə  özü  ilə  qızı  Solidadı  nəzərdə  tuturdu. 

O, elə danışırdı ki, guya Alonso birinci dəfə idi onları tək qoyub 

İspaniyadan  gedir.  Sərkərdənin  bütün  hərbi  fəaliyyətləri  yalnız 

İspaniyanın hüdudlarından kənardakı döyüş meydanları ilə bağlı 

idi. Alonso üzünü həyat yoldaşına tutub dedi: 

-  Sən elə danışırsan ki, guya  mən birinci dəfədir İspaniyanı 

tərk  edirəm.  Başa  düşürəm,  sən  daim  mənim  yanımda  olmaq 

istəyirsən. Hələlik bu mümkün deyil. Ancaq sənə söz verirəm ki, 

Araukaniyada  gedən  müharibəni  başa  çatdıran  kimi  uşaqları 

sənin  yanına  göndərəcəyəm.  Özüm  də  çox  keçməmiş,  yəni, 

verilən  tapşırıqları  yerinə  yetirəndən  sonra  dərhal  Barselonaya 

qayıdacağam. Buna əmin ola bilərsən. Sən elə danışırsan ki, az 



                                                     

 

  



                                                                            

                                                    

33 

qala ürəyim kövrəlir. Sən məni bu uzaq səfərə təsəlli verə-verə 



yola salmalısan. 

-  Belə  demək  asandır.  Guya  sən  Flandriyaya  və  ya  Şimali 

İtaliyaya yola düşəcəksən. Yeni Dünya sahillərinə gedib-gəlmək 

üçün ən azı 4-5 ay vaxt lazımdır. İndi Allah bilir, sən neçə ildən 

sonra bura qayıdacaqsan. Qərib diyarlarda isə sən daim təhlükə 

altında olacaqsan. 

-  Mənim  missiyam  heç  də  sən  fikirləşdiyin  kimi  təhlükəli 

deyil. - deyə polkovnik həyat yoldaşını sakitləşdirməyə çalışdı. - 

Amma  buna  baxmayaraq,  mən  hər  an  İspaniyanın  mənafeyi 

naminə  ölməyə  hazıram.  Kral  hər  hansı  bir  tapşırığı  verirsə-

versin,  mən  canla-başla  həmin  tapşırığı  yerinə  yetirməyə 

hazıram.  Biz  sərkərdələr  İspaniyaya  çox  lazımıq.  Hersoq 

Albanın,  Luis  Rekesensin  yerinə  yeni  sərkərdələr  gəlməlidir. 

Hazırda  İspaniyanın  ağır  yükünü  mənim  kimi  idalqolar 

daşımalıdır. 

- Sənin bu şərəfli yoluna mən heç vaxt maneə ola bilmərəm. 

Sadəcə  olaraq  buna  mənim  vicdanım  və  İspaniyaya  olan 

məhəbbətim yol verməz. 

- Bax, indi sən mənim xoşuma gəldin. - deyə fərəhlə dillənən 

Alonso ehtirasla Marqaritanı qucaqladı.- Hazırda sən polkovnik 

Alonso Odovaldonun əsil həyat yoldaşı kimi cavab verdin. Sən, 

damarlarında əsl ispan qanının axdığını sübuta yetirdin. 




                                                     

 

  



                                                                            

                                                    

34 

Bundan  sonra  ər-arvad  xoş  münasibətlə  biri-birlərindən 



ayrıldılar.  Alonso  işlərinin  necə  getdiyini  yoxlamaq  üçün 

komandanlıq  etdiyi  qarnizona  yollandı.  Marqarita  isə  ərinin 

planları haqqında qızı Solidadı tanış etmək üçün zalı tərk etdi. 

Bir  çox  zadəganlar  Barselonanı  tərk  edəndən  sonra  Solidad 

Allah-təalanın  ona  verdiyi  gözəlliyi  atasının  evində  gizlətməli 

olmuşdur.  Daha  doğrusu,  o,  nadir  hallarda  çölə  çıxardı  və 

demək olar nəinki tanışların, hətta qohumlarının da evinə gediş-

gəlişini  kəsmişdi.  Solidad  bir  növ  qapalı  həyat  tərzi  keçirirdi. 

Atası  evdə  az  olduğundan  qızının  sevinc  hissi  ilə  döyünən 

qəlbinin  birdən-birə  söndüyünü  hiss  etmişdi.  Lakin,  anası 

qızının  xasiyyətində  baş  verən  dəyişikliyi  qısa  müddətdə 

sezmişdi  və  ondan  nəyə  görə  belə  bir  hala  düşdüyünü 

soruşmuşdu. Solidad isə bunu qardaşlarının ağır ekspedisiyaya 

yollandıqları  ilə  izah  etmişdi.  Biləndə  ki,  atası  da  həmin 

ekspedisiyaya  yollanır,  onun  bədənində  daha  ağır  süstlük 

yarandı. Sanki qızın şən və mehriban keçən günlərinin üstündən 

birdəfəlik  xətt  çəkilirdi. Solidad  atasına  çox  bağlı  olduğundan, 

onsuz  Barselonada  keçəcək  günlərini  təsəvvür  edə  bilmirdi. 

Hətta  onun  beynində,  atası  ilə  birlikdə  Yeni  Dünya  sahillərinə 

getmək  fikri  də  yarandı.  Heç  bir  fikri  öz  daxilində  saxlaya 

bilməyən bu qız, bunu anasına söyləməli oldu. Təəccüb hissinə 

qatılan  ana  qızına  izah  etdi  ki,  heç  vaxt  atasına  belə  düşünül-

məmiş təklif verməsin. Şübhə yox ki, bu təklif onu əsəbiləşdirə 



                                                     

 

  



                                                                            

                                                    

35 

bilərdi.  Qız  xeylağının  nə  həddi  var  ki,  müharibəyə  yollanan 



kişilərin  içərisində  Yeni  Dünya  sahillərinə  səyahət  etsin. 

Solidadın  bu  hərəkəti  polkovnik  Alonsonu  başqa  idapqoların 

gözündən salardı. Anası bu amili izah edəndən sonra qız otağın 

bir küncünə çəkilməli oldu. 

Ağır təbiətli və sərt xasiyyətli kral ilə görüşdən məmnun olan 

polkovnik  Alonso  hər  vəchlə  yeni  ekspedisiyanın  yaranması 

üçün  Kataloniyanın  tanınmış,  nüfuzlu,  mötəbər  idalqoları  ilə 

ünsiyyətə girir və hamını bu vətənpərvər aksiyada iştirak etməyi 

çağırırdı.  Mərkəzi  Çili  sahillərinə  nəzərdə  tutulan  növbəti 

ekspedisiya qısa müddətə təşkil edilməli idi. 

Artıq  Alonso  Kataloniyanın  hersoqu  ilə  görüşüb  onu  kralın 

verdiyi tapşırıq ilə tanış etmişdi. Gözlənildiyi kimi hersoq imkan 

daxilində  ekspedisiyanın  tezliklə  təşkil  edilməsinə  böyük  səy 

göstərəcək. 

Polkovnik  Alonsonun  başçılıq  etdiyi  qarnizonda  qraf 

Ferdinand  Morelos  ona  xəbər  verdi  ki,  Araukaniyaya  könüllü 

yollanmaq  istəyənlərin  sayı  o  qədər  də  çox  deyil.  Əsasən, 

hamını  sonradan  veriləcək  imtiyaz  maraqlandırırdı.  Çıxılmaz 

vəziyyətdən çıxış yolu tapmaq üçün qarnizonun rəisi, gərək 1-ci 

ekspedisiyanın 

iştirakçılarına 

verdiyi 


imtiyazları 

2-ci 


ekspedisiyanın da iştirakçılarına verməli idi. Əks təqdirdə lazımi 

sayda  könüllü  idalqo  yığmaq  mümkün  olmayacaqdı.  Son 

nəticədə Alonso həmin şərtlə razılaşdı. 



Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə