125
Çox keçmədən onlar axşam yeməyini yeyə-yeyə yemək-
xananın sahibindən Kitoya gedən bələdçilərin birini yanına
göndərməyi xahiş etdilər. Bir neçə dəqiqə ərzində Migelgilə
birdən-birə dörd nəfər bələdçi yaxınlaşdı. Migel əvvəlcə
onları dinləməyi qərara aldı. Keçmişdə onların hamısı
konkistador olmuş və materikin müxtəlif yerlərinə təşkil
edilmiş ekspedisiyalarda iştirak etmişdilər. Dörd bələdçidən
yalnız birinin keçmişi Migelgilin marağına səbəb oldu. O, da
ki, vaxtilə araukanlara qarşı döyüş əməliyyatlarında iştirak
etmiş əlli üç yaşlı bələdçi-konkistador Xuan Flores de Osval-
do idi. Ortaboylu, ortabədənli, daz başlı, uzunsifət, tünd
baxışlı, üzünü qalın tük basmış, cəld hərəkətli bələdçi məlum
oldu ki, on yeddi yaşından ta ki, otuz yaşına kimi Arau-
kaniyada gedən müharibələrdə iştirak etmiş və bir neçə dəfə
ağır yaralanmışdır. Sonradan mifik Eldoradonu axtaran
1569-1572-ci illərdə Qonsalo Ximenes Kesadanın, 1584-
1585-ci illərdə Antonio Berrio-i-Orunyanın ekspedisiyaların-
da iştirak etmişdir. Nəzərdə tutulan missiyaların boş xülya
olduğunu başa düşən Xuan həmin ekspedisiyalardan əl çək-
miş və qocalığını təmin etmək üçün Peru vitse-krallığının
daxili şəhərlərinə bələdçi işləməyə başladı. Artıq beş il idi ki,
o, bu torpaqda təpik döyə-döyə bələdçilik edirdi. Özünün
dediyinə görə araukan, keçua və kanyari dillərində sərbəst
danışa bilirdi. Onun söhbətlərinə qulaq asanda hiss etmək
126
olar ki, Xuan dərrakəli bir adamdır. O, bu yerlərdə yaşayan
hindu tayfalarının tarixi ilə dərindən maraqlanır, onların
mədəniyyətlərini və adət-ənənələrini öyrənirdi. Sanki belə
bir adam coğrafiyaşünas üçün göydən düşmüşdür. Bir anlığa
Kito yaddan çıxdı. Hər bir şey ilə dərindən maraqlanan alim
yerli hindular barəsində bələdçini sorğu-suala tutdu. Xuan da
öz növbəsində alimə maraqlı məlumatlar verməyə başladı.
Migel öz işinin öhdəsindən gəldiyinə görə bələdçi ilə
vidalaşıb gəmiyə yollandı. Ağır olsa da, Bartolomeu keçmiş
konkistadordan güc-bəla ilə ayrıldı.
Ertəsi günü dan yeri təzə sökülmüş yolçular Xuan
Floresin arxası ilə Quayakili tərk etdilər. Yolda demək olar
ki, bir nəfər də olsun adam yox idi.
Coğrafiyaşünas Bartolomeu Limada olarkən vaxtını boş
yerə sərf etmirdi. O, bu torpaqlarda kök salmış İnk imperi-
yası haqqında çoxlu tarixi faktlarla zəngin olan maraqlı
məlumatlar toplamış və bu ərazidə yaşamış hindu tayfalar
barəsində həddindən artıq möhkəm maraqlanmışdır. Limada
yaşayan coğrafiyaşünaslar və tarixçilər alimə bu sahədə
köməkliklər göstərmişdilər. Bartolomeu qısa müddət ərzində
bir çox qapılar döyməklə öz sahəsində titanik zəhmət
çəkmişdir.
Hal-hazırda onlar Quayakil şəhərindən uzaqlaşırdılar. Bu
şəhər isə keçmişdə “Kitu krallığı” sayılan ərazidə salınmış-
127
dır. Bu krallıq haqqında onda lazımi qədər dəlil, faktlar olsa
da, alim elə başa düşür ki, bu onun üçün kifayət deyil. Bu
haqda kimdə məlumat varsa, o, dərhal həmin adamı səbirsiz-
liklə sorğu-suala tuturdu.
Bələdçi Xuan Flores başqa konkistadorlara nisbətən həmi-
şə gəzdiyi və işlədiyi torpaqda yaşayan aborigenlərin
tarixini, adət-ənənələrini öyrənir və həmişə də maraqlanan
adamlara dürüst və maraqlı izahatlar verməyi xoşlayırdı. İndi
də coğrafiyaşünas keçmiş konkistadorun yanında oturub hər
vəchlə onda olan maraqlı məlumatları özü üçün toplayırdı.
Lakin at belində gedən Migel də, onların həddindən artıq
maraqlı olan söhbətlərini dinləmək istəyirdi. Arabada oturan
kapitan Xuan mərd və qorxmaz konkistadorun keçmiş
məğlubiyyətindən xəbərdar idi. Ekspedisiya rəisi cəld öz
yerini Migel ilə dəyişdi. Bir sözlə, Migel səfər zamanı
darıxmaya bilərdi. O, öz anlayışını genişləndirmək üçün
diqətlə onların söhbətlərinə qulaq asmalı idi. Hərdənbir özü
də söhbətə müdaxilə edə bilərdi.
Coğrafiyaşünas Bartolomeunun apardığı tədqiqatlara
əsasən, bu torpaqda (indiki Ekvadorun ərazisi) yaşayan bütün
kasiklərin başında Şirilər durmuşdu - “Şiri krallığının”
rəhbərləri. Bu bir neçə hindu tayfalarının nəsillərinin birləş-
məsi nəticəsində baş vermişdi. Əfsanədə deyilir ki, on birinci
Şirinin ölümündən sonra kara tayfasının kişi xətti peyda olur.
128
Bundan sonra karalar qonşuları purua hindu tayfası ilə ittifaq
bağlayır və bu ittifaqa əsasən iki hindu tayfasının varisləri
arasında nigah qurulur: bununla da hər iki tayfa arasında
birdəfəlik sülh müqaviləsi möhkəmlənir. Beləliklə, inklərin
gəlişindən bir qədər əvvəl “Şiri krallığının” yerində “Kitu
krallığı” əmələ gəlir. Bu bir növ ərazisinə görə böyük olan
bir konfederasiya idi. Onun tərkibinə özünü idarəetməyə
malik olan heç də böyük olmayan hindu tayfaları daxil
olmuşdur.
Yaxşı təşkil olunmuş ink ordularının təzyiqləri altında
“Kitu krallığı” tez dağıldı. Deyildiyi kimi karalıların başında
dörd əsr fəaliyyət göstərən Şiri nəsli durmuşdu. Onların
ərazisi Riobambanın yaxınlığındakı Puruas dağlarından
Kolumbiyanın Pasto dağlarına kimi uzanırdı.
1445-ci ildə inklər, iri torpaqları zəbt etmək üçün öz
imperiyalarının şimal sərhədindən yuxarıya doğru hücuma
keçdilər. 1478-ci ildə, özünün müvəffəqiyyətli yürüşləri ilə
məşhur olan İnka Tupak Yupanki Tauantinsuyu taxttacına
yiyələnəndən sonra karalıların torpağına müharibə gəlir və
həmin müharibə 16 il davam edir. Tupak Yupankini yeni
İnka-Uayna Kapak əvəz edəndən sonra müharibə başa çatır.
Şiri nəslindən olan axırıncı “kral” işğalçılara cəsarətlə müqa-
vimət göstərmiş, lakin əsir düşərək öldürülmüşdür. Onun qızı
şahzadə Pakcanı Uayna Kapak alır və bu nigahdan İnklərin
Dostları ilə paylaş: |