  1 Ramiz Dəniz



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə2/113
tarix12.10.2018
ölçüsü1,94 Mb.
#73686
1   2   3   4   5   6   7   8   9   ...   113

                                                     

 

  



                                                                            

                                                    



                 

Tarixi və bədii həqiqətin sintezi  

 

Son  iyirmi  beş  ildə  Qarabağ  hadisələriylə  bağlı  onlarla 



kitab işıq üzü görsə də,  bu mövzu öz aktuallığını itrmir və 

hətta  yarım  əsr  keçsə  belə,  bu  mövzunun  indiki  nəslin 

yaddaşından  silinəcəyinə  inanmaq  çətindir.  Ramiz  Dəniz  

müasir  dövrdə  bir  neçə  janrda  yazan,  o  cümlədən,  tarixin 

müəyyən  dövrünü  araşdıran,  erkən  və  orta  əsrlər  coğrafi 

kəşflər tarixi ilə məşğul olan yazıçı-tədqiqatçı kimi tanınır. 

İlkin  bədii-tarixi  əsərləri  - “Konkistadorların  Mərkəzi 

Çili sahillərində faciəli ölümü”, “Müqəddəs missiya” və 

“Cənnətə gedənlər cənnətə düşürlər”; romanlarından iba-

rət trilogiya müəllifin ilk yaradıcılıq məhsulları olsa da, bir 

çox  qələm  adamlarının  marağına  səbə  olmuşdu.  Çünki 

tarixi-macəra  janrında  yazılmış  bu  əsərlər  Azərbaycan 

ədəbiyyatı üçün o qədər də səciyyəvi deyil və öz yeniliyi ilə 

diqqəti çəkirdi. 

Trilogiya ispan imperiyasının XVI əsrin sonunda Ekva-

dor,  Peru  və  Çilidə  apardığı  işğalçılıq  müharibələrindən 

bəhs edir. Konkistadorların yerli aborigenlərə  qarşı döyüş-

ləri  zamanı  baş  verən  rəngarəhng  olaylar  cəza  ekspedisi-

yasinda iştirak edən qoca səyyahın dilindən nəql olunur: X. 

Kolumb, F. Magellan, M. Leqaspinin səyahətləri, Magella-

nın ekspedisiyadan aralı düşən “Trinidad” gəmisinin taleyi, 

ispan  konkistadoru  Pedro  Valdiviyanın  Çiliyə  yürüşləri, 




                                                     

 

  



                                                                            

                                                    

Vasko  de  Balboanın  ekspedisiyası  və  Panama  ilə  Sakit 



okeanın  kəşfi,  Roma  papası,  İspaniya  və  Portuqaliyanın 

Yeni  Dünyanı  öz  aralarında  bölüşdürməsi,  Araukaniya 

ölkəsinin flora və faunası, Buenos-Ayresin əsasının qoyul-

ması,  Cəbəllüttariq  qalası  və  onun  tarixi,  “Məğlubedilməz 

armada”nın 1588-ci ildə La-Manşda və 1571-ci ildə Lepan-

toda  dəniz  döyüşləri,  Kanar  və  Madeyra  adaları  ilə  bağlı 

maraqlı, zəngin tarixi məlumatlar... 

Müəllifin  qələmə  aldığı  “Fitva”,  “Qismət”,  “Aqibət” 

romanlarında müasir cəmiyyətimizdə baş verən və oxucunu 

düşünməyə  vadar  edən  bir  çox  neqativ  və  pozitiv  olaylar  

təsvir  olunub.  Həyatda  özü  üçün  münasib  mövqe  tutmaq 

istəyən  hər  kəs  çətinliklərlə  üzləşir,  ən  ağır  sınaqlardan 

çıxmağa çalışır, lakin bəzən sosial mübarizədən qalib kimi 

ayrıla  bilmir.  R.  Dəniz  bu  əsərlərdə  mədəniyyəti,  əxlaqı, 

etikanı  ön  plana  çəkir  və  təzadlarla  dolu  cəmiyyətdə  hər 

hansı  bir  vətəndaşın  formalaşması  üçün  mənəviyyatın 

maddi amillərdən üstün olmasını söyləyir.  

Əsərlərinin məhsuldarlığı ilə bir çox yaradıcı insanlardan 

geri  qalmayan  R.  Dəniz  görkəmli  Azərbaycan  nasiri, 

ədəbiyyatşünası  və  pedaqoqu  professor  Mir  Cəlalın  həyat 

və  yaradıcılığını  əks  etdirən  “Qəlblərdə  yaşayan  Mir 

Cəlal” adlı publisist və XIII əsrdə yaşayıb-yaratmış dünya 

şöhrətli görkəmli Azərbaycan alimi, filosofu, riyaziyyatçısı, 




                                                     

 

  



                                                                            

                                                    

həndəsəşünası,  astronomu  Mühəmməd  Nəsirəddin  Tusinin 



həyat və elmi-yaradıcılığından bəhs edən “Əsləri qabaqla-

mış  alim”  adlı  fundamental  elmi-tədqiqat  əsərini  ərsəyə 

gətiribdir.  Bundan  əlavə  o,  erkən  və  orta  əsrlər  coğrafi 

kəşflər  tarixi  silsiləsindən  Amerika  qitəsinin  və  ayrılıqda 

Braziliyanın kəşfi ilə bağlı elmi-tədqiqat əsərlərini – “Xris-



tofor  Kolumb,  Nəsirəddin  tusi  və  Amerika  qitəsinin 

həqiqi kəşfi” və “Braziliyanın müəmmalı kəşfi” – yazıb 

elmi ictimaiyyətin istifadəsinə veribdir.  

Xüsusilə də qeyd etmək istəyirəm ki, adları çəkilən son 

üç  əsər  igilis  və  rus  dillərinə  tərcümə  olunaraq,  Azərbay-

canın xarici ölkələrdəki diplomatik missiyalarının vasitəsilə 

20-dən çox ölkədə yayımlanıbdır. 

Müəllifin  sonuncu  əsəri  –  “Həqiqət”  romanı  isə  Azər-

baycan xalqının ağrılı yeri olan Qarabağ problemindən söz 

açır.  R.  Dəniz  göstərir  ki,  vaxtilə  ermənilərə  öz  ağuşunu 

açan,  onunla  son  çörəyini  bölən,  ona  ölkənin  ən  səfalı 

yerlərdə  məskunlaşmağa  imkan  verən  Azərbaycan  xalqı, 

elə  həmin  mənfur  ermənilər  tərəfindən  amansızcasına 

təcavüzə məruz qalmış və insanlığa zidd olan ən ağlasımaz 

vəhşilikləri, dəhşətləri öz taleyində yaşamışdır. 

Torpaqlarmızın  20  faizindən  çoxunu  işğal  edən,  on 

minlərlə dinc sakini qətlə yetirən, minlyondan çox adamı öz 

dədə-baba  torpaqlarından  didərgin  salan  ermənilər,  bu 



                                                     

 

  



                                                                            

                                                    

azmış kimi özlərini dünya ictimaiyyəti qarşısında məzlum, 



əzabkeş  xalq  kimi  nümayiş  etdirir,  əliqanlı  erməni  dias-

porasının  səyləri  hesabına  Qarabağ  məsələsində  azərbay-

canlıların özlərini günahkar çıxarırlar. 

“Həqiqət”in  müəllifin  əsas  məqsədi  tarixi  həqiqəti   

ortaya qoymaqdır. Qarabağ olaylarını göstərmək üçün o, öz 

üzrəinə  həm  yazıçı,  həm  də  tədqiqatçı  vəzifəsini  götürür. 

Romanda  Qarabağ  hadisələrinin  bir  hissəsi  olan  Qaradağlı 

kəndi  sakinlərinin  blokada  şəraitindəki  həyatı,  çətinliklərə 

sinə gərməsi, bütün müasir silahlarla silahlanan daşnaklara 

müqavimət  göstərməsi,  nəhayət,  kəndin  işğalı  əks  olunur. 

Romanın  preambulasında  1991-ci  il  noyabırın  20-də 

Azərbaycanın  siyasi,  dövlət,  ictimai  xadimləri  və  beynəl-

xalq müşahidə missiyası nümayəndələrinin olduğu helikop-

terin ermənilər tərəfindən vurulması göstərilir və cinayətin 

necə baş verdiyi açıqlanır. 

Roman,  bir  kənddə  uzun  müddət  yaşamış  iki  qonşu  - 

azərbaycanlı  və  erməni  ailəsindən  bəhs  edir.  Elə  ki, 

havadarlarına  arxalanan  erməni  millətçiləri  və  ekstremist-

ləri  Azərbaycan  ərazisində  quldurluq  əməllərinə  başlayır, 

qonşular  arasına  düşmənçilik  toxumu  səpilir  və  ermənilər 

öz məkrli planlarını həyata keçirməyə başlayırlar - azərbay-

canlılara  məxsus  malı-mülkü  ələ  keçirir,  əsir  düşənlərə 



Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə