  1 Ramiz Dəniz



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə8/113
tarix12.10.2018
ölçüsü1,94 Mb.
#73686
1   ...   4   5   6   7   8   9   10   11   ...   113

                                                     

 

  



                                                                            

                                                    

29 

Beş  dəqiqə  keçəndən  sonra  xəstə  bir  qədər  özünə  gəldi 



və minnətdarlığını bildirən kimi təşəxxüslə dedi: 

-  Əziz,  təəssüflər  olsun  ki,  mən  sənin  qaldığın  evə  gələ 

bilmirəm. Millətlərimiz arasında yaranan ixtilaf buna imkan 

vermir. Mənə elə gəlir aramıza nifaq salan ruslardır. 

-  Məndə  də  elə  təəssürat  yaranır.  Millətlərimizin 

mehribancasına  yaşamasına  Qarbaçovun  səriştəsizcəsinə 

yürütdüyü naşı siyasəti mane olur. Bundan da istifadə edən 

kriminal keçmişli ünsürlər sabitliyi pozmağa çalışırlar. 

Azərbaycanlılara möhkəm öyrəşən Albert dərindən kök-

sünü alaraq dərhal dedi: 

-  Əziz  dostum,  Qarabağdakı  sabitlikdən  demək  olar  ki, 

heç  nə  qalmayıbdır.  Hər  şey  nəzarətdən  çıxıbdır.  Özünə 

şalvar  ala  bilməyən  və  ailəsini  qeyrətlə  saxlaya  bilməyən 

kəslər silaha sarılıb, burada iğtişaşlar yaradır.  

- Təmamilə doğru deyirsən, sanki milis orqanları burada 

fəaliyyət  göstərmir.  –  həkim  təqdiredici  tərzdə  dilləndi.  – 

Ekstremist qüvvələr və millətçilər növbəti dəfə Qarabağı al 

qana  boyamaq  istəyirlər.  Bu  məsələdə  rus  hərbçiləri  və 

məxfi orqanların əməkdaşları passivlik göstərirlər.  

-  Belə  getsə,  bu  kənddəki  sabitlik  tam  pozulacaq.  – 

Albert  məyus  halda  dilləndi.  –  Ekstremistlər  hara  gəldi 

burunlarını soxurlar. Hərbi münaqişə başlansa millətlərimiz 

arasında böyük düşmənçilik yaranacaq.  



                                                     

 

  



                                                                            

                                                    

30 

- Əldə etdiyimiz dostluğa son qoyulsa, bundan sonra onu 



bərpa etmək qeyri-mümkün olacaq. – deyə başını təəssüflə 

tərpədən Əvəz də məyus halda dilləndi. – Aramızda böyük 

uçurum yaranacaq.  

- Dua etmək lazımdır ki, hər şey faciəsiz keçsin.  – deyə 

Albert fikirli halda dilləndi. – Xankəndidə hər şey nəzarət-

dən  çıxıbdır.  Oradan  evlərə  mənşəyi  bilinməyən  quldurlar 

gəlirlər ki, Azərbaycan qanunlarına tabe olmayaq, rəhbərlə-

rin  göstərişlərinə  itaət  etməyək,  xalq  və  kənd  təsərrüfatına 

ziyan vuraq. Artur hərbi hissədə nə baş verdiyini söyləyən-

də,  mən  dəhşətə  gəldim.  Yaxın  Şərqdən  gələn  quldurlar 

açıq-aşkar hərbi hissələrə daxil olur və oradakı bəzi hərbçi-

ləri öz tərəflərinə çəkirlər. 

-  Quldurların  törətdikləri  cinayət  xarakterli  əməllərinə 

görə  məsul  şəxslər  əməli  tədbir  görmürlərsə,  -  həkim 

səbirsizliklə  dilləndi.  -  onda  xaos  yox,  əsl  faciənin  baş 

verməsi labüddür. Helikopter vurulan kimi canilərin axtarıl-

ması üçün geniş miqyaslı ciddi istintaq tədbirləri görülməli 

idi.  Qatillər  məsuliyyətə  cəlb  olunmayanda,  onda  onlar 

daha da azğınlaşırlar.  

Əvəz, Azərinform və respublika televiziyası tərəfindən 



bütün dünyaya bildirilmişdir ki, helikopter dumana düşmüş 

və  dağa  dəyərək  partlamışdır.  –  deyə  Artur  araya  girib  öz 




                                                     

 

  



                                                                            

                                                    

31 

fikirini  bildirdi.  –  Həmin  hadisə  ilə  bağlı  cinayətkar  axtar-



maq absurd iş sayılır.

 

- Şahidlər əmin edirlər ki, helikopter yerə düşməmişdən 



əvvəl  hələ  göydə  partlamışdı.  –  deyə  həkim  qətiyyətlə 

dilləndi.  –  Deməli,  həmin  obyekt  raketlə  vurulubdur.  İş 

ondadır  ki,  mən  özüm  hadisə  baş  verən  zaman  yoldaydım 

və  onda  iki  partlayış  səsi  eşitdim.  Təəssüflər  olsun  ki, 

həmin  gün  hava  tutqun  olduğundan  mən  helikopterin 

vurulduğunu görə bilmədim. 

 

- Elə atamız da həmin gün sənin yanında olubdur və eyni 



ilə  sənin  dediklərini  təsdiqləyir.  –  İlqar  üzünü  qardaşına 

tutub həqarətlə söhbətə qarışdı. – Maraqlı odur ki, istintaqı 

aparan prokuror bir dəfə də olsun nə kişini, nə də ki, başqa 

şahidləri dindirməyiblər. 

 

Elə bu vaxt Albertin arvadı Marqo onlara çiyələk mürəb-



bəsi  ilə  birlikdə  çay  gətirdi.  Qapı  onun  arxasınca  örtülən 

kimi  Albert  yarımçıq  qalan  sözünü  davam  etdirmək  üçün 

dedi:

 



Həmin hadisənin arxasında nə durduğunu biz bilmərik, 

lakin onu bilirəm ki, həmin faciənin baş verməsi ilə böyük 

fəlakətin başlağıcının təməli qoyulub. Əziz dostum, vəziy-

yətin  belə  bir  xoşagəlməz  şəkildə  cərəyan  etməsi  ondan 

xəbər verir ki, Sumqayıtda, Bakıda olduğu kimi Qarabağda 

da  bizim  millət  sizin  millətlə  dostluq  və  əminamanlıq 




                                                     

 

  



                                                                            

                                                    

32 

şəraitində yaşaya bilməyəcək. Ona görə də qərara aldım ki, 



qanunlar bərqərar olmayınca, əvvəlki sabitlik yaranmayınca 

doğma yurduma qayıtmayacam. 

-  Ən  əsas  isə  milli  ədavəti  araya  salan  ekstremistlər 

camaat  qarşısında  cəzalandırılmalıdır  ki,  başqalarına  dərs 

olsun. – deyə İlqar əlavə etdi. 

-  Əziz  dostum,  Eduardı  göndərmişəm,  bizim  üçün 

təhlükəsiz  bir  yerdə  ev  tapsın.  –  Albert  birtəhər  yerindən 

qalxıb  elə  uzandığı  döşəyin  üstündə  əyləşərək  təşəxxüslə 

dilləndi. – Ola bilsin, bir-iki günə o, qayıtsın və biz buradan 

köçək.  Mən  əsasən,  Klaraya  görə  narahatam.  Sən  yaxşı 

bilirsən  ki,  o,  Bakıda  yaşadığından  biz  heç  cürə  əlaqə 

yarada bilmirik. Yalnız bir dəfə biz Pyatiqorskidə, o da ki, 

Jannanın  evində  görüşmüşük.  İstədiyim  odur  ki,  biz 

buradan gedəndən sonra sən Klara ilə Bakıda əlaqə yaradıb, 

ondan muğayat olasan.  

-  Biz  çalışıb  onu  “Qırmızı  Xaç”ın  vasitəsi  ilə  Bakıdan 

çıxaracağıq. – Artur ailənin məqsədini açıqladı. 

-  Mən  biləni  Klara  Nazim  ilə  çox  yaxşı  yaşayır.  –  deyə 

Əvəz  öz  fikirini  bildirdi.  –  Həm  də  oradakı  qonşular  da 

onlarla pis davranmırlar.  

-  Elə  Janna  da  Sumqayıtda  pis  yaşamırdı.  –  deyə  Artur 

isti  çayı  içə-içə  ciddi  halda  dilləndi.  –  Amma  gördünüz, 

həmin  şəhərdə  onların  başına  hansı  müsibəti  açdılar.  Əri 



Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə