  1 Ramiz Dəniz



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə14/113
tarix26.11.2017
ölçüsü2,72 Mb.
#12911
1   ...   10   11   12   13   14   15   16   17   ...   113

                                                     

 

  



                                                                            

                                                    

53 

kəsildi.  14  əsgərlə  yanaşı  kənddə  104  əliyalın  sakin  də 



qalmışdı. 

 

Elə həmin gün fürsətdən istifadə edən ermənilər fevralın 



14-də  hücuma  keçdilər.  Elə  ilk  dəqiqələrdə  kənd  güclü 

atəşə  tutuldu.  İlkin  müdəfiəçilər  düşmən  gülləsinə  tuş 

gələndən  və  qumbaraatanlarla  bir-iki  ev  vurulandan  sonra 

burada  olan  mülki  əhali  pərən-pərən  düşərək,  evlərini  tərk 

edib,  daha  təhlükəsiz  binalara  sığınmağa  başladılar.  İlqar, 

Mariz  və  onların  digər  qohumları  evdən  yalnız  sənədləri 

götrürb müdafiəçilərə qoşuldular.

 

Atəşin  intensivliyindən  müəyyən  etmişdilər  ki,  düşmən 



bu  döyüşə  ciddi-cəhdlə  hazırlaşmış  və  qarşıdakı  yaşayış 

məntəqəsini  ələ  keçirməyi  məqsəd  kimi  qarşılarına 

qoymuşdu. Kəndxord (cəllad Zori Balayanın anadan olduğu 

kənd) Qağarza, Ağkənd, Aşan, Müşkabad, Ninqi-Xankəndi 

və  digər  erməni  kəndləri  istiqamətində  xarici  muzdluların, 

Xankəndidə yerləşən keçmiş Sovet ordusunun 366-cı alayın 

texnikasından və canlı qüvvəsindən istifadə edən ermənilər 

köməksiz  qalan  Qaradağlı  kəndinə  qəti  və  sürətli  hücuma 

keçmişdilər.  Avtomat  silahlardan  istifadə  edən  14  nəfər 

əsgər  kənd  camaatı  ilə  birlikdə  amansız  və  qeyri-bərabər 

döyüşə  girmiş  və  çoxsaylı  quldur  dəstələrinin  qüvvəsini 

mərdliklə  dəf  edirdilər.  Müqavimətin  şiddətini  görən 

ermənilər  elə  zənn  edirdilər  ki,  kəndi  5-6  taqım  əsgər 



                                                     

 

  



                                                                            

                                                    

54 

müdafiə  edir,  odur  artilleriyaya  üstünlük  verdilər.  Lakin 



buna baxmayaraq qaradağlılar son patronlarına qədər 4 gün 

döyüşdülər.  Döyüş  vaxtı  onlarla  erməni  yaraqlısı  məhv 

edilmişdi. 

 

Artıq fevralın 17-də ermənilər bütün ətrafda olan qüvvə-



lərini cəmləşdirib hərbi texnikanın köməyi ilə total hücuma 

keçdilər. Kəndin alınmasında birbaşa qaniçən kimi tanınan 

Robert  Köçəryan  rəhbərlik  edirdi.  Ev-eşiklərini  tələm-

tələsik halda tərk edən əhali bir-birinə qarışmışdı. Uşaqların 

vahiməli  səsi,  bir-birilərini  aramaq  üçün  böyüklərin 

qıçqırtısı, mərmi partlayışlarının və atəş səsləri qaçqınların 

arasında  xaos  yaratmışdı.  Əllərində  heç  bir  silah  olmayan 

mülki əhali yüksəkliklərdə mövqe tutmuş erməni quldurları 

tərəfindən minaatanlarla atəşə tutulurdu. 

Elə birinci saatda qohum-qohumdan aralı düşdü. Yanın-

dakı arvad-uşağa kömək edən İlqar qısa müddət əzrində öz 

əzizlərindən bir çoxunu gözdən itirdi. Bir-iki saat keçəndən 

sonra  o,  qardaşı  Marizi  və  dayısı  oğlu  Faiqi  xəstəxana 

binasının  həyətində  tapdı.  Onlar  tərəddüd  etmədən  kömək 

etmək üçün məktəb tərəfdə müdafiə olunan əsgərlərin yanı-

na  getdilər.  Onların  yanında  yaxşı  tanıdıqları  və  dostluq 

etdikləri  əslən,  Masallı  rayonundan  olan  milis  leytenantı 

Səfəralı  Məmmədovun  meyidi  vardı. Döyüş zamanı böyük 

fədakarlıq,  xüsusi  şücaət  göstərən  milis  zabiti  aldığı 



                                                     

 

  



                                                                            

                                                    

55 

çoxsaylı  güllə  yarasından  şəhid  olmuşdu.  Atışma  şiddətli 



olduğundan qardaşlar onu basdıra bilmədilər. 

 

Bir qədər keçəndən  sonra erməni  quldurları məktəbi ələ 



keçirmək üçün cinahlardan hücuma keçdilər. İntensiv atılan 

güllələrdən  bir  neçəsi  Faiqi  yerə  sərdi.  İlqar  cəld  əyilib 

qohumunu  qaldırmaq  istədi,  lakin  atılan  güllələrdən  biri 

arxadan  onun  çiyninə  dəydi  və  o,  özünü  saxlaya  bilməyib 

dizləri  üstə  yerə  çökdü.  Mariz  qardaşının  yarasından  axan 

qanı  saxlamağa  cəhd  edəndə,  həmin  vaxt  dayısı  oğlu  Faiq 

əbədi olaraq gözlərini yumdu. İçəridə müqavimət göstərən-

lərin  sursatı  qurtarandan  sonra  müqavimət  dayandı.  Lakin 

onlar hələ də təslim olmaq fikirində deyildilər. 

 

Vaxtilə  bu  kənddə  yaşayan  ermənilərdən  bir  neçəsi 



qabağa  keçib  həmkəndlilərini  təslim  olmağa  çağırdılar. 

Belə  olan  halda  sağ  qalanların  hamısı  əfv  olunacaqlarına 

söz verildi. Çox çəkmədən erməni quldurları məktəbə daxil 

olub, burada sağ qalanların hamısını əsir aldılar.

 

Əsir  alınan  hər  bir  kəs  yaşından  və  cinsindən  asılı 



olmayaraq  quldurlar  tərəfindən  döyülə-döyülə  kəndin  mər-

kəzi  meydanına  yığıldı.  İlk  növbədə,  ölümlə  hədələnən 

sakinlərin  üst-başı  axtarıldı  və  qiymətli  nə  vardısa  hər  şey 

əllərindən alındı. 

 

Hərbi  əməliyyata  başçılıq  etmiş  Robert  Köçəryan  Saro 



Yeremyanla  birlikdə  366-cı  alaya  məxsus  olan  “UAZ” 


                                                     

 

  



                                                                            

                                                    

56 

markalı  maşınla  kəndin  əsas  küçələrini  gəzib,  əldə  olunan 



uğurun  nəticəsinə  tamaşa  edirdilər.  Həddindən  artıq 

özlərindən  razı  olan  qaniçən  komandirlərin  gəzişməsinin 

bir  məqsədi  vardı,  onlar  imkanlı  sakinlərin  evlərini  tapıb 

orada  olan  qiymətli  əşyalrı  qənimət  kimi  əldə  etmək 

istəyirdilər.  Halbuki  Köçəryan  yaxşı  bilirdi  ki,  azərbay-

canlıların kənddə böyük üstünlük təşkil etmələrinə baxma-

yaraq, buradakı ermənilər onlardan imkanlı olublar.   

Əli  dirsəyə  qədər  qana  bulaşan  Köçəryan  mis  samovar-

ları və əl ilə toxunan xalçaların siyahıya alınaraq, məhz ona 

təhvil  verilməsini  tələb  etdi.  Paralel  olaraq  o,  girov 

götürülənlərdən  kimi  yerindəcə  edam  ediləcəyini  seçməyə 

başladı.  Günahsız  insanların  qanının  axıdılmasını  səbirsiz-

liklə gözləyən Köçəryan, edam olunanların əzabına tamaşa 

etmək istəirdi. 

 

Anadan olandan cəllad kimi böyüyən erməni millətçiləri 



komandirlərinə  xoş  olmaq  üçün,  onların  şərəfinə  33  nəfər 

kənd  sakinini  başqa  əsirlərin  gözü  qarşısında  xüsusi 

qəddarlıqla  öldürdülər.  Digər  əsirlər,  əsasən  öldürülənlərin 

qohumları  ah-nalə  edir,  ağlayır,  ermənilər  isə  qəh-qəhə 

çəkib gülürdülər. Azərbaycanlıları dəhşətə gətirən o idi ki, 

bu əməliyyatda onlarla uzun müddət yanyanaşı yaşamış bir 

neçə  yerli  erməni  sakini  də  iştirak  etmiş  və  onlar  vaxtilə 

xoşları  gəlmədikləri  qonşularını  qabağa  çıxarıb  amansız-




Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə