  1 Ramiz Dəniz



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə3/113
tarix26.11.2017
ölçüsü2,72 Mb.
#12911
1   2   3   4   5   6   7   8   9   ...   113

                                                     

 

  



                                                                            

                                                    

qarşı  qeyri-insani  işgəncələr  tətbiq  edir,  onların  əksəriyyə-



tini fiziki cəhətdən məhv edirlər. 

Müəllif  Qaradağlı  kəndində  baş  verən  faciəli  olaylarda 

məşhur  terroristlər  Monte  Melkonyan,  Manvel  Yegizaryan 

və Aram Toqromyanla yanaşı, Ermənistanın eks-prezidenti 

Robert  Köçəryanın  xüsusi  rolunu  nəzərdən  qaçırmır.  Bun-

dan sonrakı hadisələr daha maraqlıdır: Qaradağlı qətliamın-

dan  birtəhər  salamat  çıxmış  Əliyevlər  ailəsi  qohumları  və 

yurd-yuvasını itirəndən sonra çadır şəhərciyində məskunla-

şır;  qonşuları  Muradyanlar  ailəsi  isə  onların  ev-eşiyini 

mənimsəyərək,  Sankt-Peterburq  şəhərinə  gedir,  orada  öz-

lərini ev-eşikləri əlindən alınan qaçqın kimi təqdim edirlər. 

Muradyanların  ailə  başçısı  Eduard  Qarabağdakı  əhaliyə 

qarşı qətliamlar törətsə də, o, iddia edir ki, bir baçısı guya 

Bakıda  girov  (Klara  əri  azərbaycanlı  olduğu  üçün  Bakıda 

yaşayırdı)  saxlanılır,  digər  bacısının  əri    Sumqayıt  hadisə-

ləri  zamanı  guya  azərbaycanlılar  tərəfindən  öldürülüb  və 

özü zorlanıb (əslində, onu tanınmış qatil Eduard Qriqoryan 

zorlamış və ərini də həmin quldur qətlə yetirmişdi), qardaşı 

Artur  isə  guya  Qarabağda  (dinc  əhaliyə  divan  tutan  Artur 

azərbaycanlı əsgərlər tərəfindən zərərsizləşdirilmişdi) qətlə 

yetirilib.  O,  Qarabağı  tərk  etməmişdən  əvvəl  bir  kənddə 

yaşadığı öz milliyyətinin nümayəndələrini aldadaraq, onla-




                                                     

 

  



                                                                            

                                                    

10 

rın,  quldurluqlaqla  əldə  etdikləri  məzar  daşları  satmaq  adı 



ilə mənimsəyərək, doğma ocağından didərgin düşür. 

Ermənilərə yazığı gələn rus ziyalısı dövlət tərəfindən ev 

verilənə  qədər  özünün  iki  sot  torpaq  və  həmin  torpaqda 

tikdirdiyi mənzilini onlara verir. Öz cinayətlərini ört-basdır 

edən Eduard Sankt-Peterbuqda azərbaycanlıları yerli əhali-

nin  gözündən  salmaq  üçün  ən  iyrənc  şər-böhtan  kompani-

yası  aparır  və  uzun  illər  xeyli  sayda  adamları  aldatmağa 

nail  olur.  Lakin  on  səkkiz  ildən  sonra  həmin  rus  ziyalısı 

xüsusi dəvətlə İrəvana, Xankəndinə, Eduardın anadan oldu-

ğu  Qaradağlıya  və  xarabazarlığa  çevrilmiş  digər  azərbay-

canlı şəhər və kəndlərinə gedib, orada əsl həqiqəti öz gözü 

ilə  görür  və  ermənilərin  necə  yırtıcı  bir  millət  olduğunu 

dərk edir. O, Bakıya qonaq gələndə isə azərbaycanlıların nə 

dərəcədə ürəyiaçıq, qonaqpərvər, tolerant bir millət olması-

nın şahidinə çevrilir və doğma şəhərinə qayıdan kimi qara-

yaxmalarla, iftiralarla məşğul olan erməni ailəsini qovaraq, 

dərs verdiyi universitetdə təhsil alan, həqiqi mənada qaçqın 

olan  azərbaycanlı  tələbəsinə  həmin  evdə  məskunlaşmaq 

icazəsi verir. 

Romandakı  obrazlar  beynəlmiləl  xarakter  daşıyır  – 

azərbaycanlı  qaçqın  ailəsi,  həyasız  erməni  ailəsi,  rus 

ziyalısı, gürcü pedaqoqu, yəhudi biznesmeni, Bakıda əmin-

amanlıq şəraitində öz ailəsi ilə birgə yaşayan erməni qadını, 



                                                     

 

  



                                                                            

                                                    

11 

Stavropolda  məskunlaşan  Bakı  və  Sumqayıt  erməniləri.  



Hadisələrin  miqyası  da  kifayət  qədər  genişdir:  ermənilər 

tərəfindən  həyata  keçirilən  genosid  və  vandalizm,  çağdaş 

sivilizasiyaya  uyğun  olmayan  vəhşiliklər,  soyğunçuluq, 

qətl,  mənimsəmə  və  özününküləşdirmə  siyasəti,  dünyanın 

bir  çox  yerlərində  Azərbaycana  qarşı  aparılan  iyrənc 

təbliğat...  Amma  müəllif  sadəcə  son  iyirmi-iyirmi  beş  illə 

kifayətlənməyib,  tarixə  də  üz  tutur,    bir  neçə  əsr  bundan 

əvvəl Qafqazın cənubunda baş verən olaylardan da danışır 

və bununla da, hadisələrin kökünə gedir. Əsərin kulimina-

siya nöqtəsi özlərini məzlum, əzabkeş, əzilmiş, qaçqın kimi 

təqdim  edən  erməni  ailəsinin  planlarının  alt-üst  olması, 

onların ifşa olunması epizodlarında öz əksini tapır. Erməni-

lər bütün dost-tanışların qarşısında fiaskoya uğrayırlar. 

Aktual  bir  mövzuya  həsr  olunmuş  “Həqiqət”  romanı 

Qarabağda  baş  verən  hadisələrin  müəyyən  bir  dövrünü 

tarixi  obyektivliklə  əks  etdirməsi  baxımından  gənc  nəslin 

dünyagörüşünə müəyyən istiqamət verə bilər. 

 

          

Tənqidçi, ədəbiyyatşünas Əsəd

 Cahangir  

 

 

 

 

 

 

 



                                                     

 

  



                                                                            

                                                    

12 

 

 

 

 

 

         I hissə:  

 

 

 

 

 

  Faciə ilə üzləşən məzlum  

     insanların şərlənməsi 

 

 

 

 

 

 

 

 

 

 

 



Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə