  1 Ramiz Dəniz



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə33/113
tarix26.11.2017
ölçüsü2,72 Mb.
#12911
1   ...   29   30   31   32   33   34   35   36   ...   113

                                                     

 

  



                                                                            

                                                    

124 

-  Sən  elə  danışırsan  ki,  guya  biz  onların  mahnılarını  mə-



nimsəməklə məşğuluq.  – deyə Elizabet  narazı  halda dilləndi. 

–  Marqo  nənə  deyir  ki,  bizim  nə  qədər  mahnılarımız  varsa, 

türklərlə,  azərbaycanlılar  həmin  musiqi  əsərlərini  özünün-

küləşdirərək  albom  şəkilində  buraxdırırlar.  Elə  tar,  kamança, 

saz,  qaboy,  balaban,  nağara  və  başqa  musiqi  alətlərimiz  də 

onlar  tərəfindən  oğurlanaraq,  hamıya  özlərinin  milli  musiqi 

alətləri  kimi  camaata  sırıyırlar.  Belə  bir  haqsızlığa  dünya 

ictimaiyyəti necə tab gətirir? 

- Eliza, sən əsl vətənpərvər erməni kimi fikir yürüdürsən. – 

deyə qızının sözlərindən məmnunluğunu gizlətməyən Eduard 

həyasızcasına  dilləndi.  –  İndi  erməni  xalqının  əsas  vəzifələr-

dən biri, xalq mahnılarımızı özümüzə qaytarmaqdan ibarətdir. 

- Avropanın mədəniyyət institutları, elmi-mədəni birlikləri 

yardım  etməsələr,  biz  heç  nə  edə  bilməyəcəyik.  –  deyə  Kar-

men ürəkyanğısı ilə dilləndi. – Mən özüm fərdi şəkildə olaraq 

folklor ifaçılıq sənəti ilə məşğul olur və “Sarı gəlin”, “Pəncə-

rədən daş gəlir”, “Küçələrə su səpmişəm” və digər mahnıları-

mızı  oxuyub,  disk  buraxdırmaq  fikirindəyəm.  Bunun  üçün 

əlbəttə ki, güclü sponsor və tanınmış prodüsser lazımdır.  

- Qızım, sən bu haqda narahat olma, mən  yerli diasporaya 

müraciət edib sənin məsələni gündəmə salacağam. Amma sən 

öz  üzərində  çox  çalışmalısan  ki,  beynəlxalq  qastrollara 

gedəndə onun bəhrəsini görəsən.  



                                                     

 

  



                                                                            

                                                    

125 

-  Sonra  da  Qafqaz  türkləri  qışqır-bağır  salacaqlar  ki, 



Karmenin oxuduğu mahnılar onlarındır. – deyə Elizabet isteh-

za ilə dilləndi. 

-  Onsuz  da  hər  ay  bizimkilər  mahnı  ilə  bağlı  olan 

problemləri həll etmək üçün türklərlə kəllə-kəlləyə gəlirlər. – 

Karmen  üz-gözünü  turşutdu  və  atasına  çəpəki  nəzər  salaraq 

narazı halda sözünə davam etdi. – Ata, sənin satqın bacın isə 

daim  bizim  düşmənlərimizin  tərəfini  saxlayır.  Mən  həmin 

mahnıları oxuyanda o, deyəcək ki, musiqi türklərə məxsusdur.  

-  Sən,  bibini  günahlandırma,  -  deyə  Eduard  qızını 

sakitləşdirməyə  çalışdı.  –  Sumqayıt  hadisələrindən  sonra  o, 

hələ də özünə gələ bilməyibdir.  

-  O, özünü elə aparır ki,  guya Sumqayıt hadisələri zamanı 

türklər yox, biz onun ərini öldürmüşük. – Elizabet çiyinlərini 

çəkərək giley-güzarla dilləndi. – Mütləq onun başını müalicə 

etmək lazımdır. Yoxsa o, harada gəldi bizi biabır edir.  

- Yaxşıdır ki, qızı Raisa ona oxşamayıbdır, – deyə Eduard 

məyus halda dilləndi. - yoxsa birdəfəlik mən həmin ailədən üz 

döndərəcəkdim.  Bax,  götürək  elə  Rayanın  özünü.  O,  univer-

sitetdə  oxumaqla  yanaşı  Sergeyin  yeganə  oğlu  Saşanı  özünə 

sevdiribdir.  Halbuki,  Karmenin  həmin  evə  gəlin  köçməsi 

mənim arzum sayılırdı.  

-  Rayanın  yaşının  az  olmasına  baxmayaraq  o,  küpəgirən 

arvadlardan da çox bilir. – deyə Karmen narazı halda dilləndi. 

–  Vaxt  var  idi  Saşanın  gözü  mənə  düşmüşdü,  lakin  bacın 




                                                     

 

  



                                                                            

                                                    

126 

qızının  araya  girməsi  nəticəsində,  mama  uşağı  öz  fikirini 



dəyişməli oldu. 

-  Sən,  elə  ancaq  qohumların  üçün  çalışırsan.  –  deyə 

Elizabet də narazı halda öz iradını atasına bildirdi. – Sergeyin 

qızını  ələ  keçirmək  üçün  sən,  əmin  oğlu  Robertə  şərait 

yaratdın.  Yelizaveta  universiteti  bitirən  kimi  Robert  onunla 

toy edəcək. 

-  Mənim  oğlum  var  ki,  onların  izdivacına  qarşı  çıxım?  – 

deyə ailə başçısı qızları ilə razılaşmadı. – İndi əsas məqsədim 

sizin  hər ikinizi xoşbəxt etməkdir və bunun üçün mən bütün 

səy və bacarığımdan istifadə edəcəm.  

Aşot Qarabağda gedən müharibə zamanı quldurluq edəndə 

Azərbaycan  əsgərləri  tərəfindən  öldürülmüşdü.  Atasının 

dəfnində iştirak etməyən Pobert Şimali Qafqazda kommersiya 

ilə  məşğul  idi.  Onun  əsas  funksiyası,  Eduardın  vəhşiçəsinə 

qətlə yetirdiyi azərbaycanlılardan qarət etdiyi malları və zinət 

əşyalarını satmaqdan ibarət  olmuşdu. Müvəqqəti də olsa, hər 

iki  qohum  həmin  iyrənc  kommersiyadan  yaxşı  mənfəət  əldə 

edə bilmişdilər. O vaxtdan Robert orta imkana malik olan bir 

biznesmenə  çevrilir  və  o,  Sankt-Peterburq  şəhərində  ticarət 

şəbəkəsi  yaratmışdı.  Məhz  belə  bir  gəliş-gedişlərdən  sonra 

erməni  biznesmeni  Sergeyin  qızını  görüb,  onunla  ailə  həyatı 

qurmağa  planlaşdırır.  Əsas,  şərtlərdən  biri  odur  ki,  həmin 

izdivac  baş  tutmamışdan  elmlər  namizədi  Sankt-Peterburqun 

mərkəzində  olan  üçotaqlı  mənzili  qızının  adına  keçirsin. 




                                                     

 

  



                                                                            

                                                    

127 

Sergey isə bu haqda fikirləşəcəyini bildirərək, qərar verməyə 



tələsməmişdi. Çünki son sözü Yelizaveta deməli idi. 

Eduard  öz  qızlarını  təlimatlandırandan  sonra  onları  rahat 

buraxdı.   

 

 



 

 

 



 

   XII fəsil. Qeyri-adi bir hadisənin baş verməsi

 

  

 



 

Ermənilərin Xocalıda törətdikləri soyqırım ilə bağlı növbə-

ti ildönüm ərəfəsində Meksika parlamenti,  oradakı  vəhşiliyin 

miqyasını  faktlar  əsasında  nəzərdən  keçirəndən  sonra,  həmin 

soyırımı  tanıdı.  Latın  Amerikasının  ən  böyük  ölkələrindən 

birinin deputatları ağıllarına belə gətirə bilmirdilər ki, belə bir 

faciə  Avropa  məkanına  daxil  olan  bir  ölkədə  baş  verib  və 

maraqlıdır  ki,  həmin  faciəyə  görə  Ermənistan  respublikasına 

qarşı siyasi və iqtisadi sanksiyalar tətbiq olunmayıbdır. Lakin 

ədaləti  bir  çox  meyarlardan  üstün  tutan  meksikalı  millət 

vəkilləri  soyqırımı  tanıyan  zaman,  həmin  qətliamı  həyata 

keçirən  erməni  millətçiləri  səslərini  başlarına  alıb,  Meksika 

parlamentində  qəbul  edilən  həmin  qanuna  qarşı  lənət 

yağdırmağa başaladılar.  




Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə