  1 Ramiz Dəniz



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə6/113
tarix26.11.2017
ölçüsü2,72 Mb.
#12911
1   2   3   4   5   6   7   8   9   ...   113

                                                     

 

  



                                                                            

                                                    

21 

onun  özünə  göndərərəm.  O,  qonşuluqda  olan  Kəndxord 



kəndindəndir. 

-  Qasım  baba,  onun  haradan  olduğunu  yaxşı  bilirəm.  – 

deyə  Nazim  təmkinlə  dilləndi.  -  Ona  görə  ki,  mən  poçt 

vasitəsi ilə yazdığım şeiri ona göndərmişəm.  

Onlar  nə  qədər  söhbət  etsələr  də,  buradan  uzaqlaşmaq 

üçün  lazım  olan  avtomaşın  hələ  də  yolda  görünmürdü. 

Həmişə  səbrli  olan  Nazim  bu  dəfə  nigaran  olduğunu  açıq-

aydın büruzə verdi. Hətta o, tab gətirməyib Əvəzdən saatın 

neçə olduğunu soruşdu.  

-  Üçə  iyirmi  dəqiqə  qalıbdır.  –  deyə  Əvəz  tələsik  halda 

cavab  verdi  və  üzünü  ona  tərəf  tutub  gülə-gülə  soruşdu.  – 

Nə olub, səbirsizlikdə bizdən uzaqlaşmaq istəyirsən? 

- Xeyr! – deyə asudə vaxtlarında poeziya ilə məşğul olan 

Nazim utancaq halda dilləndi. – İstəmirəm ki, Bakıya gecə 

vaxtı çatım. Geçəyə düşsəm, iri şəhərin küçələrində gicələk 

qalacağam.  

-  Nazim,  sən  özünü  elə  nigaran  aparırsan  ki,  sanki  bu 

gün  noyabrın  20-də  iş  yerində  olmalısan?  –  deyə  İsgəndər 

narazı  halda  dilləndi.  –  Ayın  21-nə  hələ  bir  gün  qalıbdır. 

Sən isə sabah işdə olmalısan. 

Elə  gənc  şair  sözünü  bitirmişdi  ki,  birdən  helikopter 

uçan tərəfdə parlaq bir şüa yarandı və 5-6 saniyədən sonra 




                                                     

 

  



                                                                            

                                                    

22 

həmin  istiqamətdən  bərk  partlayış  səsi  eşidildi.  Bir  neçə 



saniyə keçən kimi ikinci partlayış səsi əmələ gəldi.  

-  İsgəndər  müəllim,  yanılmıramsa,  Qarakənd  kəndinin 

yaxınlığında  helikopter  partladı.  –  deyə  həmin  istiqamətə 

nəzər  salan  və  orada  nəyisə  görməyə  cəhd  edən  Əvəz 

həyəcanla dilləndi. 

-  Mənə  də  elə  gəlir,  ermənilər  hansısa  bir  helikopteri 

vurdular.  –  deyə  yaşlı  ziyalı  partlayış  səsi  gələn  tərəfə 

nəzərlərini  yönəldərək  tərəddüdlə  dilləndi  və  dərhal  üzünü 

Nazimə tutub hökmlə sözünə davam etdi. – Oğlum Nazim, 

sən bu gün Bakıya gedəsi olmadın. Bu ərazidə nəsə, dəhşət-

li hadisə baş verdi. Ola bilsin yollar, nəzarətə götürülsün. 

-  Elədirsə,  hamınız  burada  qalası  olacaqsınız.  –  deyə 

Qasım  baba  nigarançılıqla  dilləndi.  –  Əbəs  yerə  başınız 

ağramasın  deyə,  gecəni  bizdə  qalın,  səhər  tezdən  isə  yola 

düşərsiniz.  Tez  olun,  evə  qayıdaq.  Burada  qalmaq  heç  də 

təhlükəsiz deyil.  

-  Mən  təcili  Bakıda  olmalıyam.  –  deyə  Əvəz  narahat 

halda dilləndi. – Orada Allahverdi müəllimin həyat yoldaşı 

xəstəxanada yatır və onun müəalicəsi ilə mən məşğulam.  

-  Allahverdi  Bağırov  Qarabağda  çox  hörmətli  adam 

sayılır,  lakin  bir  günə  görə  sən  öz  həyatını  risqə  qoya  bil-

mərsən.  -  Qasım  baba  təşvişlə  dilləndi.  -  İndi  isə  evə 

gedirik.    



                                                     

 

  



                                                                            

                                                    

23 

       II fəsil. Azərbaycanlıların qonşularına  

            göstərdikləri qayğı və nəvazişləri 

 

Həqiqətən də Ağdamın Mərzili  kəndi  ərazisində erməni 



həbiləşdirilmiş  dəstələri  və  rus  muzdluları  raket  qurğusu 

ilə,  saat  14:42-də  Xocavənd  rayonunun  Qarakənd  kəndi 

üzərində  300  metr  yüksəklikdə  uçan  Mİ-8  N72  helikop-

terini  vurmuşdular. 

Azərbaycanın  dövlət  və  hökumət 

rəhbərlərinin,  jurnalistlərin  və  hərbçilərin  uçduğu  helikop-

ter  erməni  terrorunun  qurbanı  oldular.  Dövlət  katibi  Tofiq 

İsmayılov, Baş prokuror İsmət Qayıbov, Daxili İşlər naziri 

Məhəmməd  Əsədov,  Baş  nazirin  müavini  Zülfü  Hacıyev, 

nazir  müavini  Qurban  Namazəliyev,  nazir  müavini  Vaqif 

Cəfərov, xalq deputatı Vəli Məmmədov, Prezident aparatı-

nın şöbə müdiri Osman Mirzəyev, jurnalist Alı Mustafayev, 

operatorlar Fəxrəddin Şahbazov və Arif Hüseynzadə xalqın 

haqqı, ədaləti və nicatı uğrunda canlarından keçdilər. Lakin 

rəhbərliyin  biganəliyi  ucbatından  onların  qanı  yerdə  qaldı. 

Bundan əlavə həmin missiya zamanı DQMV-nin prokuroru 

İqor  Plavski,  DQMV-nin  Daxili  İşlər  İdarəsinin  rəisi 

Vladimir Kovalyov, Dağlıq

  Qarabağ  üzrə  milli  təhlükəsiz-

lik  şöbəsinin  rəisi  Sergey  İvanov,  fövqəladə  vəziyyət 

rayonunun  komendantı  Nikolay  Jinkin,  Qazaxstanın  DİN-

nin  müavini  Sanlal  Serikov,  milis  general-mayoru  Mixail 




                                                     

 

  



                                                                            

                                                    

24 

Lukaşov,  polkovnik-leytenant  Oleq  Koçerev,  helikopter 



heyətinin  komandiri  və  üzvləri  Vyaçeslav  Kotov,  Gennadi 

Domov və Dmitri Yarovenko həmin terror aktının qurbanı 

olmuşdular. 

Qanlı  faciəni  və  beynəlxalq  miqyaslı  sui-qəsdi  törədən 

ermənilər  demək  olar  ki,  məsuliyyətə  cəlb  olunmadılar. 

Cinayətin  açılmasında  maraqlı  olmayan  Rusiya  höküməti 

istintaq  qrupunu  iflic  etdi.  Bu  ondan  xəbər  verirdi  ki, 

helikopterin partladılmasında erməni yaraqlıları ilə birlikdə 

Rusiya məxfi orqanlarının əli olubdur. 

 

Xocavəndin  Qaradağlı  kəndində  yaşayan  camaat  da 



gərginlik  altında  yaşayırdı.  Ona  görə  ki,  hər  gün  müxtəlif 

yerlərdə,  xüsusən  də  bu  kəndə  yaxın  yerlərdə  baş  verən 

terror aktları, dinc əhalinin quldurlar tərəfindən öldürülməsi 

xəbəri ildırım surətilə gəlib çatırdı. Yuxarıda qeyd edildiyi 

kimi  əksəriyyəti  azərbaycanlılar  olan  bu  kənddə  bir  çox 

erməni  ailəsi  də  yaşayırdı.  Bu  səbəbdən  kənddə  rus 

hərbçilərindən ibarət komendatura yaradılmışdı ki, erməni-

lərlə  azərbaycanlılar  arasında  münaqişə  baş  verməsin. 

Lakin  buna  baxmayaraq  ermənilərdən  çox  azərbaycanlılar 

təhlükə  altında  idilər.  Ona  görə  ki,  bütün  ətraf  bir  neçə 

cərgədə  yerləşmiş  erməni  kəndləri  ilə  əhatə  olunmuş  və 

ekstremistlərlə,  terrorçuların  çox  hissəsi  məhz  həmin 

kəndlərdə məskunlaşmışdı. 



Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə