  1 Ramiz Dəniz



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə9/113
tarix26.11.2017
ölçüsü2,72 Mb.
#12911
1   ...   5   6   7   8   9   10   11   12   ...   113

                                                     

 

  



                                                                            

                                                    

33 

öldürüldü, özü isə körpə uşaqla  gücbəla ilə canını götürüb 



qaçdı.  

-  Artur,  Jannanın  dediyinə  görə,  Sumqayıt  hadisələri 

zamanı  Qriqoryan  soyadlı  bir  erməni  həmin  müsibətləri 

onun  başına  gətirmişdi.  –  Əvəz  təkzib  verməyə  başladı.  - 

Lakin onun dediklərinə məxfi orqanların əməkdaşları ciddi 

əhəmiyyət  verməmiş  və  istintaqı  başqa  istiqamətdə 

aparmışdılar.  Elə  bu  haqsızlığa  görə  də  Janna  acıq  edib, 

Cənubi Qafqazı birdəfəlik tərk etdi. O ki qaldı Klaraya görə 

narahat  olmağın,  mən  deyərdim  ki,  bu  barədə  sən  ürəyini 

buz  kimi  saxlaya  bilərsən.  Mən  nə  vaxt  Bakıya  getsəm, 

daim onu yoxlamaq üçün evlərinə gedəcəm.  

- Buna görə mən daim sizin ailənizə minnətdar olacam. – 

deyə xəstə adam sevincək halda dilləndi və hər iki qardaşın 

əlini sıxaraq, qarşısında olan çayı içməyə başladı. 

Onlar  bir  qədər  də  söhbət  edib  ondan  sonra  ayrıldılar. 

İlqar evə çatanda qoyunlara baxmaq üçün tövləyə girdi.  

 

 

 



 

 

 



 


                                                     

 

  



                                                                            

                                                    

34 

            III fəsil. Bakıdan gələn könüllülər  



 

Qarabağın  bir  çox  yerlərində  fəaliyyət  göstərən  hüquq-

mühafizə  orqanlarının  əməkdaşları  və  blok-postlarda, 

komendaturalarda olan rus əsgərləri, hər hansı bir krimino-

gen hadisə və ya azərbaycanlılara qarşı terror aktı baş verən 

kimi  dərhal  azərbaycanlıların  məskunlaşdığı  yaşayış 

məntəqələrində  reyd  keçirir  və  ermənilərin  azğınlaşmasına 

qarşı  etiraz  edən  fəalları  həbs  edirdilər.  Lakin  bütün  bu 

haqsızlıqlara  baxmayaraq  sıravi  insanlar  hələ  də  ümid 

edirdilər ki, burada dislokasiya olunan rus hərbi hissələrinin 

əsgərləri  münasib  bir  məqamda  quldurluqla  məşğul  olan 

erməni  ekstremistlərini  və  terrorçularının  hamısını  həbs 

edib, ədalətli məhkəməyə təhvil verəcəklər.  

Hava xeyli soyumuşdu. Dağlara yağan qarın nəticəsində 

əsən  külək  oradakı  şaxtanı  bu  kəndə  gətirirdi.  Artıq  yeri 

qırov bağlayırdı. Bir az keçəndən sonra kimsə həyət qapısı-

nı  döyməyə  başladı.  İlqar  ayaq  tappıltılarından  çöldə  bir 

neçə nəfərin olduğunu müəyyənləşdirdi. O, tövlədən çıxan-

da  kimlərin  gəldiyini  soruşdu.  Gələnlər  könüllü  dəstələrin 

birində  döyüşən,  ailə  ilə  dostluq  edən  Füzuli,  Kamil, 

Heydər  və  Vahid  adlı  hərbçilər  idi  və  onlar  bir  neçə  saat 

bundan əvvəl Bakıdan gəlmişdilər.  




                                                     

 

  



                                                                            

                                                    

35 

Onlar  Əvəzin  gəlişindən  hali  olan  kimi  onunla  görüşüb 



söhbət  etmək  istədiklərini  bildirdilər.  İlqar  tərəddüd  etmə-

dən  onları  evinə  dəvət  etdi.  Gələn  qonaqlar  evdəkilərlə 

salamlaşan kimi Əvəz ilə birlikdə qonaq otağına keçdilər. 

 

-  Yaxşıdır  ki,  gəldiniz.  –  deyə  kəndə  gələn  müddətə, 



burada  həkim  kimi  fəaliyyət  göstərən  Əvəz  səbirsizliklə 

dilləndi.  –  Məlumatsızlıqdan  lap  bağrım  çartlayırdı.  Sizi 

gecənin  ortasına  kimi  buradan  buraxmayacağam.  Elə  şamı 

da  bir  yerdə  yeyəcəyik.  Hə,  danışın  görüm  rayonda  vəziy-

yət necədir? 

Onlar  hamısı  demək  olar  ki,  eyni  boyda  idilər,  yalnız 

Kamil  o  birilərindən  cüzi  fərqlə  hündür  görünürdü.  O, 

iriqamətli,  enli  kürək,  azacıq  dolu  bədənli,  ağır  gövdəli, 

ləng hərəkətli, enlisifət, başı daz qırxılmış, vahimə doğuran 

sərt baxışlı, Füzuli isə ondan azacıq arıq, çevik hərəkətli, iti 

baxışlı,  yumru cod sifətli, qısa qalın saçlı, lakin elə Kamil 

kimi enli kürək və iriqamətli idi. Onların hər ikisi saqqallı 

olduğundan  görkəmlərini  daha  vücudlu  göstərirdi.  Vahid 

hər  iki  silahdaşlarına  nisbətən  arıq,  hərəkətli,  balaca  sifət, 

saçı  səliqə  ilə  daranmış,  üzü  qırxılmış,  üst-başına  diqqət 

yetirən,  qayğılı  baxışlı  bir  döyüşçü  kimi  görünürdü.  Ən 

cavanı olan yaraşıqlı, uzunsifət, düz burunlu, balaca gözləri 

içəri  batmış,  cod  saçlı,  cəld  hərəkətli  Heydər  isə  boyda 

yalnız Kamildən azacıq alçaq idi. 



                                                     

 

  



                                                                            

                                                    

36 

Köhüllü  dəstəsinin  komandiri  olan  Füzuli  30,  o  biriləri 



isə  28  yaşlarında  idi  və  Qarabağda  ilk  döyüş  əməliyyatları 

başlayandan bəri, silaha sarılaraq, Vətən torpağının azadlığı 

uğrunda mübarizə aparırdılar.  

- Uşaqlar, dünən magistral yoldan bir qədər aralıda güclü 

atışma  səsləri  eşidilirdi.  –  deyə  İlqar  maraqlandı.  –  Deyə-

sən, dığalar hücuma keçmək istəyiblər? 

- 15 nəfərlik quldur dəstəsi təxribat törətmək üçün kəndə 

yaxınlaşmağa  çalışdılar,  lakin  onlar  bizim  pusquya  düşdü-

lər.  –  deyə  Kamil  qalın  səsi  ilə  dilləndi.  -  Yarım  saatlıq 

döyüşdən  sonra  onlar  silah-sursatlarını,  bütün  avadanlıq-

larını, hətta meyidlərini də qoyub aradan çıxdılar. 

- Ölənlər çox idi? – deyə Əvəz maraqlandı. 

- Altı nəfərin meyidi  mal peynlərinin arasında  qalmışdı. 

– Kamil rişxəndlə dilləndi.  

Füzuli qabağına qoyulan çaydan içə-içə təşəxxüslə dedi:

 

-  Rayondakı  vəziyyət  heç  də  ürəkaçan  deyil.  Ermənilər 



rus  hərbçilərinin  köməyi  ilə  əməlli-başlı  silahlanır,  biz  isə 

əlacsız  qalaraq,  onların  azğınlaşmasını  seyr  edirik.  Mütləq 

silahlanmaq  lazımdır.  Lakin  Moskvanın  təsiri  altında  olan 

rəsmi dairələrimiz buna imkan vermirlər.

 

- Axı, nəyə görə? – deyə İlqar təəccüblə soruşdu və sanki 



soyuqdan  üşüyürmüş  kimi  sıxılmış  vəziyyətdə  sözünə 

davam  etdi.  –  Allahverdi  Bağırov  öz  nüfuzundan  istifadə 




Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə