  1 Ramiz Dəniz



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə78/113
tarix26.11.2017
ölçüsü2,72 Mb.
#12911
1   ...   74   75   76   77   78   79   80   81   ...   113

                                                     

 

  



                                                                            

                                                    

291 

-  Əlbəttə,  vermərəm!  –  deyə  qız  baxışlarını  oğlandan 



çəkmədən  qətiyyətlə  dilləndi.  –  Xasiyyətinə  bələd  olma-

dığım  və  ən  əsası  isə  ürəyimə  yatmayan  bir  oğlana  mən 

necə razılıq verə bilərəm? 

-  Dostum  Liza,  mən  də  sənin  kimi  bu  məsələdə  səhv 

buraxmaq  istəmirəm.  Ailə  həyatı  qurmaq  üçün  hər  bir  kəs 

gərək, min dəfə ölçüb bir dəfə biçməlidir. Bunun üçün mən 

ilk  olaraq  sənin  xasiyyətdə  qız  tapıb,  öz  təklifimi  ona 

verməliyəm.  

- İşdir, birdən elə bir qız tapmadın, onda necə olacaq? – 

deyə qız həmsöhbətinin fikrini tam öyrənmək üçün istehza 

ilə soruşdu. 

Bu sual Nizamiyə göydən düşmə kimi olsa da  o, cavab 

verməyə  tələsmədi.  Ona  görə  ki,  həmin  cavabdan  sonra 

onun  həyatının  sonrakı  taleyi  müəyyinləşə  bilərdi.  Oğlan 

bunu süfrə arxasında etmək qərarına gəldi.  

Nizami  əyləşmək  üçün  ətrafındakı  obyektləri  nəzərdən 

keçirə-keçirə, “Fəvvarələr” bağında yerləşən kafenin birinə 

daxil olub, orada olan bəzi nemətləri sifariş etdi. Yelizaveta 

şəhərin  qonağı  olduğundan  o,  burada  əsasən,  milli  mətbəx 

nümunələri dadmaq istəyirdi. Nizami də əmin idi ki, dadına 

və  hazırlanmasına  görə  dünyada  yaşayan  bütün  xalqların 

mətbəxindən  fərqlənən  Azərbaycan  yeməkləri  Rusiyadan 




                                                     

 

  



                                                                            

                                                    

292 

gələn  qonağın  xoşuna  gələcək  və  qız  həmin  təamlara  görə 



yalnız minnətdarlığını bildirəcək. 

Yarpaq  dolması  ilə  ət  qutabı  həqiqətən  də  qızın  xoşuna 

gəldi  və  heyrətə  gələn  qonaq  heç  cürə  öz  məmnunluğunu 

gizlədə  bilmədi.  Lakin  indiki  məqamda  Yelizavetanı  bircə 

şey  maraqlandırırdı,  bir  neçə  dəqiqə  bundan  əvvəl  verilən 

suala  oğlanın  verəcəyi  cavab  yarımçıq  qalmışdı.  Qız  hiss 

edirdi ki, Nizami cavab vermək istəsə də, amma bu məsə-

lədə çətinlik çəkir. 

Zalda həzin musiqi səslənsə də həmin səs söhbət etmək 

üçün  heç  bir  maneəçilik  törətmirdi.  Burada  olanların 

əksəriyyəti  xarici  qonaqlar  idi  və  onlar  da  heç  kimə 

əhəmiyyət vermədən bir-biriləri ilə gülüb-danışırdılar.  

Yelizaveta  qutabın  ləzzətini  dadandan  sonra  dərhal 

qarşısındakı “Jalə” şirəsini içdi və bəh-bəhlə dedi:  

-  Yeməklərə  söz  ola  bilməz,  dadları  onların  rayihələri 

kimi  xoşdur.  Lakin  maraqlıdır,  içdiyim  şirə  hansı  ölkənin 

istehsalıdır, İtaliyanın, İspaniyanın, yoxsa Fransanın? 

Bu  sözlərdən  sonra  Nizaminin  dodaqlarında  təbəssüm 

sezildi.  O,  əlindəki  şaftalı  şirəsi  olan  badəni  bir  qədər 

yuxarı qaldırıb həvəslə dedi:  

-  Liza,  bu  badədəki  şirənin  qatılığına  və  təmizliyinə 

diqqət yetir. Bunu ekoloji cəhətcə çox təmiz yerdə, özü də 

100 faiz meyvələrdən hazırlayırlar. Mən bu şirəni dadandan 



                                                     

 

  



                                                                            

                                                    

293 

sonra, demək olar ki, bütün şirələrdən imtina etdim. Məhsul 



isə  yerli  maldır,  dağlıq  meşə  massivi  ilə  məşhur  olan 

Qəbələdə hazırlanır.  

- Bu mənim üçün yenilik sayılır. Sankt-Peterburqa qayı-

danda mütləq özümə həmin şirələrdən aparacağam. 

-  Arxayın  ola  bilərsən,  nə  vaxt  Bakıya  gəlsəm,  həmişə 

sənin üçün həmin içkilərdən hədiyyə edəcəm.  

- Sənin səxavətinə inanıram.  

Nizami,  adətinizə  görə  sizin  kişilər  evlənəndə  gəlini 

mütləq  valideynlərinin  yanına  aparırlar.  Mənim  üçün 

maraqlıdır, sən də belə edəcəksən? 

-  Adətə  görə  mən  elə  etməliyəm,  lakin  bizim  evimiz, 

torpağımız ermənilər tərəfindən işğal edilibdir və biz iyirmi 

ilə  yaxındır  ki,  başqa-başqa  sığınacaqlarda  məskunlaşırıq. 

Hələ  bilinmir  bu  anarxiya,  haqsızlıq  nə  vaxtacan  davam 

edəcək,  ona  görə  ki,  ermənilərin  torpaqlarımızı  qaytarmaq 

fikri yoxdur. Mən universitetə daxil olanda atam ev almaq 

istədi,  lakin  pulu  çatmamışdı.  Gördüyün  ev  isə  darısqal 

olduğundan, həmin yerə gəlin aparmaq ayıb olar.  

- Məgər, ixtisasın üzrə işləyib ev ala bilməyəcəksən?  

-  Mən  pedaqoq  kimi  fəaliyyət  göstərsəm,  inan  ki, 

ömrümün axırına kimi ev ala bilmərəm.  

-  Bəs,  elmi  işçi  kimi  işləsən,  onda  necə?  Necə  olsa  da 

sizin ölkə neft və qazla zəngin olan bir dövlətdir. 



                                                     

 

  



                                                                            

                                                    

294 

-  Elmi  işçi  kimi  də  ev  almaq  mümkün  deyil.  Ölkəmiz 



neft  və  qazla  zəngin  olsa  da,  əmək  haqqı  ilə  ev  almaq 

çətindir. Yalnız dövlət tərəfindən ev verilsə, onda pedaqoq 

və ya elmi işçinin yaşamaq üçün isti, şəxsi ocağı ola bilər. 

- Onda sən evi olan bir qıza evlilik təklifini verməlisən. 

-  Kişi  üçün  bunu  həyata  keçirmək  çox  müşkül  bir  işdir. 

Ona görə ki, kişi daim arvaddan asılı kimi olacaq və vaxt-

aşırı qadının sərkisi ilə üzləşəcək.   

Bu  məqamda  Yelizaveta  özünə  dair  oğlanın  fikrini 

öyrənmək üçün intriqalı sual verdi:   

-  İşdir,  sən  bizim  şəhərdə  rus  qızı  aldın,  sən  onunla 

həmin şəhərdə qalmağa razı olarsan?  

-  Qərib  ölkədə  yaşamaq  hər  adamın  işi  deyil.  Belə  olan 

halda  adam  bütün  qohum-əqrabalardan  uzaq  düşür.  İstər-

istəməz  həmin  kəsdə  vətən  həsrəti  yaşanır,  doğma  ocaq 

üçün qəribsilik yaranır.  

-  Buna  baxmayaraq,  sən  mənim  sualıma  dürüst  cavab 

vermədin. Sən istədiyin qızla qərib şəhərdə yaşaya bilərsən, 

ya yox? 


Nizami  həmin  sualın  arxasında  nə  durduğunu  dəqiq 

bilməsə  də  o,  səmimi  cavab  vermək  üçün  bütün  iradəsini 

topladı: 

- Liza, açığını desəm, həmin qız sənin kimi xoş niyyətli, 

gözəl  xasiyyətli  olsa,  onda  mən  onunla  lap  dünyanın  axır 



Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə